Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
16
qatçısını gözləyir. Xüsusən onun bir yaradıcı  şəxsiyyət kimi 30 və 40-cı illərdə, 
habelə 50-ci illərdə keçirdiyi yaradıcılıq məqamları, Səməd Vurğunun romantik 
motivləri kimi səslənən ən realist poetik sözü, onun atəşin nəfəsi parlaq, aydın, eyni 
zamanda mürəkkəbliyi və tragik titrəyişi ilə  fərqlənirdi.  İndi bu incəlikləri daha 
dərindən duymağa, öyrənməyə ehtiyac da var, imkan da yaranmışdır». (10) 
Göründüyü kimi, Səməd Vurğun yaradıcılığında öyrənilməmiş problemlərin, 
xüsusən millilik və ümumbəşəriliklə bağlı  məsələlərin mövcudluğu çağdaş elmi-
nəzəri tələblərə cavab verən sistemli tədqiqat işinin yazılmasını günün zərurətinə 
çevirir. 
Araşdırmanın məqsədi müəllifin bədii  əsərlərini, çıxış, məqalə  və  məktublarını 
tədqiqata cəlb etməklə  şairin yaradıcılığında milli və ümumbəşəri xüsusiyyətləri 
çağdaş  ədəbiyyatşünaslığın qarşısında duran tələblər baxımından öyrənməkdir. 
Bununla əlaqədar tədqiqat işinin qarşısına aşağıdakı vəzifələr qoyulur: 
- şairin   tarixi   mövzuda   yazılmış   əsərlərində   tarixi   şəxsiyyət problemini 
aydınlaşdırmaq; 
- Azərbaycan tarixinin müəyyən səhifələrinin  şairin yaradıcılığında inikasını 
onun konkret əsərləri əsasında şərh etmək; 
- «Vaqif» dramının yarandığı şəraitin əsərə təsirini araşdırmaq, pyesdə insan və 
tarix məsələlərini öyrənmək
- poetik epos və insan problemini şairin yaradıcılığı əsasında açmaq; 
-  şairin  əsərlərində müharibə  və insanın taleyi, müharibənin fəlsəfi dərki 
məsələləri üzərində dayanmaq; 
- Səməd Vurğunun  ədəbiyyatda və  sənətdə millilik  və  ümumbəşərilik barədə 
fikir və mülahizələrini ədəbiyyatşünaslığın tarixi inkişafı baxımından açıqlamaq; 
- şairin yaradıcılığında Vətən anlayışının ümumbəşəri planda əksini izləmək; 
- şairin poeziyasında Azərbaycan dili, milli adət və ənənələrimiz, xalq həyatı və 
məişəti ilə bağlı məsələlər üzərində dayanmaq; 
- müəllifin Cənub mövzusunda yazdığı əsərləri işıqlandırmaq; 


 
 
17
- şairin dünya xalqlarının milli-azadlıq hərəkatını alqışlayan əsərlərini bu günün 
baxımından təhlil etmək. 
Araşdırmada ilk dəfə olaraq Səməd Vurğun yaradıcılığında millilik və 
ümumbəşərilik mövzusu sistemli şəkildə və çağdaş tələblər baxımından öyrənilir. Bu 
məqsədlə şairin bədii əsərləri, onların müəyyən səbəblərlə bağlı çap olunmamış və ya 
ixtisar edilmiş hissələri, çıxış, məqalə və məktubları araşdırılır, bunların bəziləri ilk 
dəfə tədqiqata cəlb olunur. 
Şairin indiyədək tədqiqatçıların diqqətini çəkməmiş bir sıra çıxış və məqalələri, 
məktubları da vardır. Bunlar müəllifin kitablarına daxil edilmədiyi, bəziləri isə 
ümumiyyətlə heç yerdə çap olunmadığı üçün tədqiqat obyektinə çevrilməmiş, diqqəti 
cəlb etməmişdir. Çap olunmamış  məqalələrində, habelə  məktublarında, müxtəlif 
mətbuat orqanlarının səhifələrində, iclas protokollarında və stenoqramlarda mühafizə 
olunan çıxışlarında onun ədəbiyyatda millilik və ümumbəşərilik, vətənpərvərlik, ana 
dili, ayrı-ayrı hadisələr və  şəxsiyyətlər barədə maraqlı mülahizələri vardır. 
Araşdırmada bu mənbələr ilk dəfə təhlil obyektinə çevrilmişdir. 
Səməd Vurğunun 1942-ci il fevralın 12-də Moskva radiosu ilə «Koroğlu nəsillə-
rinə bizim salamımız», həmin il noyabrın 29-da Moskvada ədəbiyyat və incəsənət 
xadimlərinin antifaşist mitinqində «Qafqazın mədəniyyəti ölməzdir» adlı çıxışlarının, 
1954-cü il oktyabrın 30-da Kiyevdə Ukrayna yazıçılarının III qurultayında və digər 
çıxışlarının mətnləri, bir sıra məktubları ilk dəfə dissertant tərəfindən üzə çıxarılmış 
və çap edilmişdir. Araşdırmada ilk dəfə olaraq: 
- 1930-cu və 1950-ci illərdə şairə qarşı təşkil olunmuş qərəzli hücumlar araşdırıl-
mış, bu hücumlarla bağlı onun yaradıcı  şəxsiyyət kimi keçirdiyi yaradıcılıq 
məqamları və bütün bunların onun əsərlərinə təsiri göstərilmişdir. 
- «Aslan qayası» poeması indiyədək tədqiqatçılara məlum olmayan parçaları 
əsasında yeni baxımda və daha obyektiv təhlil edilmişdir. 
- «Vaqif» dramının vaxtilə şair tərəfindən ixtisar olunmuş parçaları araşdırılmış, 
əsər yazılarkən müəllifə qarşı yönəlmiş ak- 


 
 
18
siyaların öz əksini bu və ya digər şəkildə burada tapdığı əsaslandırılmışdır. 
- 1950-ci illərdə şairin «Böyük sənət məsələləri» və «Şairin hüquqları»   məqalə-
ləri barədə, habelə «Aygün» poeması ilə bağlı yazılan məqalələrin qərəzli olduğu, 
müəllifi ləkələmək, hətta onu aradan götürmək məqsədilə  təşkil olunduğu 
müəyyənləşdirilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
19
I FƏSİL 
  
SƏMƏD VURĞUN VƏ  TARİXİ   
ŞƏXSİYYƏT PROBLEMİ 
 
Azərbaycan tarixinin poetikləşdirilməsi. 
Vurğun şerinin folklor əsası 
 
Azərbaycan xalqının tarixinin öyrənilməsi bir problem kimi həmişə  Səməd 
Vurğunu narahat etmiş, şair bu işin gerçəkləşməsi naminə çalışmışdır. O, 1940-cı ildə 
«Bakinski raboçi» qəzetində  dərc olunmuş  məqaləsinə belə ad seçmişdi: 
«Azərbaycanın elmi tarixini yaradaq!» Əsasən tarixçilərə ünvanlanmış bu yazıda şair 
xatırladırdı ki, tarixi bilmədən xalqın bütün əzəmətini və onun əməllərini 
müəyyənləşdirmək çətindir. Məhz buna görə  də Azərbaycan xalqının keçdiyi yol 
dərindən araşdırılmalı  və xalqın özünə çatdırılmalıdır.  Şair Azərbaycan xalqının 
şərəfli bir keçmişə, qədim dövlətçilik  ənənələrinə, tarixin ayrı-ayrı  mərhələlərində 
bütün Şərqdə qabaqcıl və mütərəqqi mədəniyyətə malik ən qədim, ən mədəni xalqlar 
sırasına daxil olduğunu, bəşəriyyətə Nizami və  Nəsimi kimi dühalar bəxş etdiyini, 
Babək və Koroğlu kimi qəhrəmanlar yetirdiyini xüsusi qeyd etmişdir. O yazmışdır: 
«Bu prinsipial yüksəklikdən alim və tarixçilərimizin  əzəmətli xalqımız haqqında, 
onun çoxəsrlik mədəniyyəti və qəhrəmanlıq tarixi haqqında gur səslə danışmalarının 
vaxtı çatmışdır. Vətənin məhəbbəti ilə alovlanmayan, onun tarixini bilməyən alim və 
ya tarixçi, yazıçı və ya rəssam öz xalqına layiq heç bir şey yarada bilməz»(135,149) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə