Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
7
canlandıran, qədim  Azərbaycan torpağı Qarabağın müdafiəsinə  həsr olunmuş 
«Vaqif» pyesi 1938-ci ildə tamaşaya qoyulduğu dövrlə  də  səsləşirdi. Tədqiqatçı 
«Vaqif»in müasir səslənməsinin bir səbəbini də 1937-ci ilin məlum havasının təsiri 
ilə izah edir. O bu faktları  əsas götürülür ki, M.P.Vaqif 1797-ci ildə  İran hökmdarı 
Ağa Məhəmməd Şah Qacarın hüzurunda dayanmışdı, əsərin yazıldığı 1937-ci ildə isə 
Səməd Vurğun  şəxsi məsələsi ilə əlaqədar düz dörd dəfə «respublikanın rəhbəri»nin 
yanına çağırılmışdı.  A.Bayramov çox doğru olaraq belə hesab edir ki, burada və 
şairin çağırıldığı digər yerlərdə gedən söhbətlər, həmin dövrün mövcud şəraiti əsərin 
yazılmasına ciddi təsir göstərmişdir. Bu mülahizələr «Vaqif»dən götürülmüş konkret 
nümunələr əsasında şərh edilir. Belə bir fakt əsas götürülür ki, şair «Vaqif»i əvvəlcə 
faciə kimi qələmə almış, teatra «dörd pərdəli mənzum faciə» kimi təqdim etmişdi. 
Əsərin qəhrəmanı Vaqifin ölümü hadisələrin təbii axarı ilə  bərabər həm də pyesin 
qələmə alındığı dövrün obyektiv gerçəkliyindən və tələbindən doğurdu. 
«Mənzum  roman və insan xarakterləri» adlanan ikinci fəsildə  Səməd 
Vurğunun epik əsərlərə xüsusi maraq göstərdiyi qeyd olunur və bu onun 
ümumiləşdirilmiş xarakter və obrazlar yaratmaq səyi ilə  əlaqələndirilir. Bu fəslin 
«Şairin poemalarında tarixi səsləşmələr» bölməsində şairin «Komsomol poeması»na 
xüsusi diqqət yetirilir, bu əsərdə insanın tarixi hadisələr axınında təsviri araşdırılır, 
əsərin canrı ilə bağlı fikirlərə münasibət bildirilir. 
Tədqiqatçı bu poemanı təhlil etmək, obrazları tarixi hadisələr axınında düzgün 
səciyyələndirmək, onlara şairin münasibətini aydınlaşdırmaq üçün həmin dövrün 
gerçəkliklərini nəzərdən keçirir. 
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması  və 
devrilməsi, habelə Azərbaycanda Sovet hakimiyyətinin qurulması kimi tarixi 
hadisələr Səməd Vurğunun yeniyetməlik illərinə  təsadüf etmişdir. Şair 1918-ci ildə, 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qazax Müəllimlər Seminariyasına daxil 
olmuş, Sovet hakimiyyəti dövründə isə  təhsilini tamamlayaraq əmək fəaliyyətinə 
başlamışdır. 
Səməd Vurğun  XI Ordu hissələrinin Qazağa daxil olmasını  


 
 
8
müşahidə etmiş, mitinqlərdə müxtəlif çıxışları dinləmiş, Dilicanda yeni quruluşa qarşı 
çıxmış iki nəfərin, habelə məşhur Gəncə qiyamının iştirakçısı olmuş daha iki nəfərin 
Qazaxda hərbi-inqilabi komitənin qərarı ilə güllələnməsini görmüşdü. Yeni hökumət 
gənc nəslin «qırmızı inqilabçıların» yolu ilə getməsi üçün müxtəlif üsullardan istifadə 
edir, ilk komsomol təşkilatları yaradır, yeniyetmələri komsomol sıralarına qəbul edir
daha doğrusu «yazırdılar». Müəllif, bütün bu yaşantıların həyati material kimi 
«Komsomol poeması»nın yaradılmasına ciddi təsir göstərdiyini, əsərdə təsvir olunan 
hadisə və obrazların canlılığına səbəb olduğunu əsaslandırır. 
Tədqiqat işində belə fikir əsaslandırılır ki, Səməd Vurğun bu əsərdə çox 
ziddiyyətli və mürəkkəb bir dövrü, bu dövrün acı bir həqiqətini – bir xalqın ayrı-ayrı 
düşmən cəbhələrə bölünmüş iki qütbünün bir-birilə mübarizəsini, onların dövrə  və 
dövrün hadisələrinə münasibətini göstərmiş, xalq həyatı  və  məişətini, xalqımıza 
məxsus adət-ənənələri təsvir etmişdir. Dövrün özünə  məxsus cəhətlərinin buradakı 
adamların xarakterinə ciddi təsir göstərməsi də xüsusi vurğulanmışdır. 
«Komsomol poeması»nın qəhrəmanı ilə bağlı  tədqiqatçılar arasında iki 
müxtəlif fikir vardır. Onlardan bəziləri Bəxtiyarı, digərləri Cəlalı  əsərin baş 
qəhrəmanı hesab edirlər. Müəllifin bu məsələyə münasibəti də maraq doğurur. 
Doğrudur, Bəxtiyar  əsərdə mühüm yer tutur, bir-birilə mübarizə aparan qütblərdən 
birinin rəhbəri kimi bu və ya digər hadisəyə müdaxilə edir, münasibətini bildirir. 
Lakin  əsas xətt Cəlalla bağlıdır. Cəlalla Humayın məhəbbət macərası poemanın 
əsasını  təşkil etdiyi kimi, əsas hadisələrin inkişafı, bir sıra obrazların 
səciyyələndirilməsi də  məhz Cəlalla bağlı verilir. Bütün bunları süzgəcdən keçirən 
tədqiqatçı Cəlalı əsərin baş qəhrəmanı hesab edənləri daha haqlı sayır. 
Tədqiqatçının Gəray bəy obrazı ilə bağlı mülahizələri də yenidir, onun özünə 
məxsusdur. Müəllifin fikrincə, Gəray bəy dolğun, həyati və  hərtərəfli göstərilməsi 
baxımından diqqəti xüsusi olaraq cəlb edir. Bir mülkədar kimi onun öz əqidəsi var və 
Gəray bəy bu əqidəyə sadiqdir. Şair onun simasında iki cəhəti birləşdirmişdir. Birinci 
halda Gəray bəy var-dövləti əlindən alınaraq çöllərə salınmış bir qaçaq və buna görə 
də düşmənə çevrilmiş keçmiş mülkədar, ikinci halda isə  qızı Humayın taleyini 
düşünən 


 
 
9
 bir atadır. 
Tədqiqatçı onu da unutmur ki, bir mülkədar kimi Gəray bəy firavan və xoşbəxt 
həyat keçirmiş, bir bəy kimi böyük var-dövləti, öz ürəyincə ailəsi, dost-tanışı 
olmuşdur. Sovet hökuməti isə bütün varlılar kimi onu da bunlardan məhrum etmişdir. 
İndi Gəray bəy başqa bir adamdır. Öz yaxın adamları ilə dağlara çəkilən bəy yeni 
quruluşun barışmaz düşməninə çevrilmişdir.  
A.Bayramov eyni zamanda Gəray bəydə bir sıra işıqlı, insani cəhətlər görür
onu öz əqidəsinə axıradək sadiq qalan bir insan kimi təqdim edir. Özünü Kürün 
sularında qərq etməsini də onun məhz  əqidəsinə  sədaqətinin ifadəsi kimi 
mənalandırır. 
Bu bölmədə əsərin yazılıb başa çatdırılıb-çatdırılmaması və canrı barədə ayrı-
ayrı  tədqiqatçıların fikir və mülahizələrini araşdıran müəllif  əsərin özünə  və  bəzi 
faktlara istinadən doğru olaraq belə bir qənaətə gəlmişdir ki, «Komsomol poeması» 
sücet xətti, hadisələrin inkişafı, insan xarakterlərinin açılması, xalq həyatı  və 
məişətinin geniş lövhələrinin yaradılması baxımından bitkin bir əsər kimi mənzum 
roman canrının tələblərinə cavab verir. 
Bu fəslin «Müasir mövzu və insan problemi» adlı bölməsində  şairin epik 
səpkidə qələmə aldığı «Aygün» poeması barədə danışılır və təəssüflə qeyd edilir ki, 
bu  əsərin nəşrindən sonra Səməd Vurğuna qarşı yeni ittihamlar irəli sürülmüşdür. 
Bütün bu məsələlərə son vaxtlar üzə çıxarılmış sənədlər əsasında aydınlıq gətirilir. 
Bölmədə  şairin  «M.Quluzadənin  ədəbi səyahəti» adlı  məqaləsi ilk dəfə olaraq 
tədqiqata cəlb edilir, «Aygün» poeması  və müəllif barədə  tənqidçi M.Quluzadənin 
yazdığı tənqidi fikir və mülahizələrin əsassızlığının şair tərəfindən sübuta yetirildiyi 
əsaslandırılır. 
III  fəsil «Səməd Vurğun yaradıcılığında müharibə və insan» adlanır. Bu fəslin 
«Müharibə  və tragik kolliziyalar» adlı ilk bölməsində  şairin Böyük Vətən 
müharibəsinin ilk günündən sonuncu gününə  qədər  əməli fəaliyyəti və  ədəbi 
yaradıcılığı işıqlandırılır, onun həmin illərdə həm bir vətəndaş, həm də şair kimi öz 
üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəldiyi göstərilir.  
Səməd Vurğun müharibə dövründə yazdığı  əsərlərdə müharibəyə  fəlsəfi 
baxışlarını da bildirmişdir. Şair bu cür fəlakətlərə son qoymağın gərəkliliyini xüsusi 
qeyd edirdi. Buna görə  də o, müharibə  səhnələrinin geniş  təsvirini verən  əsərlər 
üzərində düşünməyə başlamışdı. 
Şairin bu yöndə yaradıcılığı «Müharibənin fəlsəfi dərki və «İnsan» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə