Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
10
 pyesi» adlı bölmədə şərh olunur. Bölmədə şairin yaradıcılığında müharibəyə fəlsəfi 
baxış, xeyirlə şərin mübarizəsi nəzərdən keçirilir, «İnsan» pyesi təhlil olunur. Burada 
şairin natamam «Hürmüz və Əhrimən» adlı dramatik poeması haqqında tədqiqatçı öz 
mülahizələrini bölüşür, eyni zamanda əsərin yazılıb başa çatdırılmaması  səbəblərini 
araşdırır. 
Şairin «İnsan» pyesi ilk dəfə 1945-ci ilin noyabrında, ikinci dəfə 1974-cü ilin   
fevralında tamaşaya qoyulmuşdur. Monoqrafiyada hər iki tamaşa ilə bağlı mətbuatda 
dərc olunmuş məqalələr araşdırılmış, onlara münasibət bildirilmişdir. Eyni zamanda 
şairin üzərində bir neçə  dəfə  işlədiyi, dəyişikliklər,  əlavələr və ixtisarlar etdiyi ilk 
makina nüsxəsi tədqiqata cəlb olunmuş, bunun əsasında «İnsan»ın nəşr olunmuş 
variantı ilə müqayisələr aparılmışdır.  Əsərin ümumi ideyasına, ayrı-ayrı obrazların 
daha obyektiv səciyyələndirilməsinə və müəllif qayəsinə (habelə vaxtilə əsər barədə 
yanlış mülahizələrin təkzibinə) müəyyən təsiri olduğu nəzərə alınaraq monoqrafiyada 
bu mənbə haqqında məlumat verilmişdir. 
IV fəsil «Bədii obraz yaradıcılığında millilik və ümumbəşəriliyin vəhdəti 
məsələsi» adlanır. 
 Fəslin «Problemə  şairin elmi-nəzəri baxışı» adlı bölməsində  Səməd Vurğunun  
ədəbiyyatda və  sənətdə millilik və ümumbəşərilik məsələləri barədə elmi-nəzəri 
fikirləri şərh olunur, bununla əlaqədar onun məqalə və çıxışları, xüsusən son vaxtlar 
əldə edilmiş materiallar tədqiq edilir. Xüsusi olaraq qeyd edilir ki, şair bütün həyatı 
boyu mənsub olduğu xalqın təəssübünü çəkmiş, onu hər hansı bir hücumdan 
qorumuş, sözün həqiqi mənasında alovlu bir vətənpərvər olmuşdur. 
Bu bölmədə Səməd Vurğunun millilik və ümumbəşəriliklə bağlı elmi-nəzəri irsi 
tədqiqata cəlb olunmuş,  şairin 1953-cü ildə Moskva mətbuatında dərc olunmuş 
«Böyük sənət məsələləri» və  «Şairin hüquqları» məqalələrinə xüsusi diqqət 
yetirilmişdir. Burada qeyd olunur ki, Səməd Vurğunun adı  çəkilən məqalələrdə bir 
sıra fikirləri o dövr üçün yeni olduğundan birmənalı qarşılanmamış, mübahisələrə 
səbəb olmuşdur. Şairin fikirlərinə qarşı yönəlmiş məqalələrdən biri –  


 
 
11
tənqidçi Y.Qorbunovanın «Sosializm realizminin bəzi nəzəri məsələləri haqqında» 
məqaləsi, habelə Səməd Vurğunun «Mənim Qorbunovaya cavabım» (əlyazması) adlı 
qeydləri təhlil edilmişdir.  
Bu fəslin «Vətənpərvərlik poeziyası millilik və ümumbəşərilik kontekstində» adlı 
bölməsində  sənətkarın doğulduğu, boya-başa çatdığı yerlərdən məhəbbətlə 
danışmasını, öz əsərlərində doğma yurdu xatırlamasını çox təbii hal kimi qəbul edən 
müəllif yazır ki, Səməd Vurğun üçün «Vətən» Kür qırağından, Qarayazı meşəsindən, 
«dolaylarında bahar çağı  gəzdiyi» dağlardan, «göylərə baş  çəkən Göyəzən»dən, 
nakam anası  Məhbub xanımın tapşırıldığı torpaqdan, atası Yusif ağanın yanıqlı-
yanıqlı saz çaldığı evdən başlayır. Tədqiqatçı onu da qeyd edir ki, şairin öz «kiçik 
Vətən»inə  məhəbbəti bütün ömrü boyu davam etmiş, o, yaradıcılığının müxtəlif 
mərhələlərində doğma yerləri anmışdır. 
Monoqrafiyada belə bir fikir əsaslandırılır ki, Səməd Vurğunun bu mövzuda 
şerləri bəzi tədqiqatçıların qeyd etdiyi kimi, şəhərin kəndlə qarşılaşdırılması, 
sonuncuya üstünlük verilməsi deyil, şairin «kənd həsrəti», doğma yerlərə məhəbbəti 
onun ümumən Azərbaycana məhəbbətinin tərkib hissəsidir. Bunu həmin şerlərin hər 
bir misrasında görən müəllif onun 1929-cu ildə Moskvada qələmə aldığı «Vətən 
həsrəti», «İnqilab yurdu» və «Konsert axşamı» şerlərini, «Həsrət» şerini yöndə təhvil 
edir. 
S.Vürğunun məhz yaradıcılığının ilk dövrlərində qələmə aldığı «Şəki», «Çiçək», 
«Dilcan dərəsi», «Bizim dağların», «Kür çayı», «Yadıma düşdü», «Çinarın şikayəti» 
və bir çox başqa şerlərində də yurd sevgisinin, onun təbiətinə və ayrı-ayrı guşələrinə 
məhəbbətin  əsas yer tutduğunu bildirən tədqiqatçı bu şerlərin bəzilərinin elə  həmin 
vaxtlar ədəbi tənqid tərəfindən birmənalı qarşılanmadığını, mətbuatda bir sıra kəskin 
məqalələrin dərc edildiyini, şairə qarşı hücumlar olduğunu da göstərir və bütün 
bunlara obyektiv cavab verir. 
Monoqrafiyada belə bir fikir əsaslandırılır ki, Səməd Vurğunun öz «kiçik Vətəni»  
ilə mənəvi bağlılığı ona bütün Azərbaycanı tanımağa, Azərbaycan xalqının həyatını 
başa düşməyə imkan verdi, şair böyük vətənin ürək döyüntülərini eşitdi. Bu məhəbbət 
isə «Azər- 


 
 
12
baycan» şerinin yazılmasına zəmin yaratdı. 
Tədqiqatçı belə bir qənaətə gəlir ki, Səməd Vurğun hansı mövzuda yazmasından asılı 
olmayaraq həmişə Azərbaycan şairi və Azərbaycan vətəndaşı kimi çıxış edir.
 
Monoqrafiyada qaldırılan məsələlər, onların elmi-nəzəri həlli, çıxarılan 
ümumiləşdirici nəticələr yeniliyi və oricinallığı ilə diqqəti cəlb edir, əsərin elmi 
dəyəri ilə bağlı müsbət fikir doğurur. Müəllif öz tədqiqat işində  Səməd Vurğun 
yaradıcılığına müasir mərhələdə  ədəbiyyatşünaslığın qarşısında duran tələblər 
baxımından yanaşmışdır ki, bu da xüsusi əhəmiyyətə malikdir. Nəzərə alınsa ki, bu 
gün Səməd Vurğun yaradıcılığına qayıdış başlanılmışdır, onda bu monoqrafiyanı 
dəyərli  bir tədqiqat işi kimi qəbul etmək olar. Burada faktlar yenidir, eyni zamanda 
müəllifdə yeni faktları üzə  çıxarmağa meyl güclüdür. Başqa sözlə desək, Adilxan 
Bayramov öz tədqiqatını yeni istiqamətdə aparmışdır. Monoqrafiya çox zəngin 
mənbələr  əsasında yazılmışdır, tədqiqata cəlb edilən materiallar və onlara müəllifin 
analitik
  
münasibəti tamamilə yenidir. Belə hesab edirəm ki, bu tədqiqat işi bu gün 
klassiklərimizə, o cümlədən Səməd Vurğun irsinə ağız büzənlərə çox tutarlı cavabdır. 
Eyni zamanda bu tədqiqat işi Səməd Vurğuna qayıdışdır, bu zəngin irsə yeni 
münasibətin nəticəsidir.  İnanıram ki, bizim ədəbiyyatşünaslar bu yöndə öz 
tədqiqatlarını davam etdirəcəklər. 
Bu monoqrafiyanın elmi nəticələrindən Səməd Vurğunun həyat və yaradıcılığını yeni 
baxımdan öyrənmək məqsədilə araşdırmaların aparılmasında,  ədəbiyyat tarixinin 
çağdaş tələblərə uyğun yazılmasında, ali və orta məktəblərin ədəbiyyat dərsliklərinin 
müvafiq bölmələrinin hazırlanmasında istifadə etmək olar. Ali məktəblərin filologiya 
fakültələrində xüsusi kursların tədrisi zamanı da bu araşdırmadan faydalanmaq 
mümkündür. 
Adilxan Bayramovun «Səməd Vurğun: milli və ümumbəşəri» adlı monoqrafiyasını 
vurğunşünaslığa və böyük şairin 100 illik yubileyinə layiqli töhfə hesab edirəm. 
 
 
 
 
 
 
 
 
    
 
 
 
Cəlal Abdullayev
 
 
 
 
 
 
             filologiya elmləri doktoru, 
 
 
 
 
 
 
 
   professor  
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə