Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   2   3   4   5   6   7   8   9   10   ...   85

 
 
24
1935-çi ildə  qələmə almışdır. Burada ərəblərin istilası ilə  əlaqədar Azərbaycan 
tarixinin bəzi səhifələri canlandırılmışdır. 
Poema Qafqazın təsviri ilə başlanır: 
 
Qafqaz yaşıl, Qafqaz sərin,  
Ulduzların, günəşlərin  
Oylağıdır bizim diyar, 
Hər daşında bir çiçək var.  
Dumanları, buludları, 
Adam boylu dağ otları  
Can gətirir xəstələrə… (133, 195) 
 
Bu təsvirdə Azərbaycanın adı  çəkilməsə  də, hər misrada Azərbaycan təbiəti, 
Azərbaycan ruhu duyulur. Şair davam edir: 
 
Bu torpağın oğlu, qızı 
Yanaqları al qırmızı. 
Qara qaşlı,qara gözlü 
Gülər üzlü, şirin sözlü 
Qarabağın nişanəsi, 
Anaların doğma səsi
Yuxu verən xoş laylalar, 
Bu aranlar, bu yaylaqlar... (133, 195-196) 
 
Bu yerlərin bərəkətli torpağı, var-dövləti  ərəblərin diqqətini cəlb etmişdir. Od 
içində torpağın, insanın, həyat və duyğunun alışıb yandığı Ərəbistan öz susuzluğunu 
Qafqazın sərin bulaqları ilə söndürmək, xırman və anbarlarını Azərbaycan əkinçisinin 
əməyi hesabına doldurmaq, bu diyarın sərvətlərini aparmaq və onun hesabına firavan 
yaşamaq istəyir: 
Qafqaz yaşıl, Qafqaz sərin...  
Gözü düşmüş ərəblərin... (133, 195) 


 
 
25
Ərəblər öz məqsədlərinə nail olmaq üçün Qafqaza soxulur, Azərbaycanı  işğal 
edirlər. Bundan sonrakı misralarda Azərbaycanın var-dövlətinin işğalçılar tərəfindən 
talan edilməsi, bu istila nəticəsində xalqımızın başına gələn müsibətlər, habelə 
yadellilərə qarşı mübarizə, o cümlədən məşhur sərkərdəmiz Babəkin mübarizəsi 
yığcam  şəkildə oxucuya çatdırılır.  Əsər Babəkin  ərəblər tərəfindən qətlə yetirilməsi 
ilə tamamlanır. 
S.Vurğunun bu poemanı yazarkən hansı tarixi mənbələrə istinad etdiyini deyə 
bilmərik. Bu barədə hələlik əlimizdə konkret fakt yoxdur. Lakin bir şeyi qeyd etmək 
istəyirik ki, burada şairin təsvirindəki bir sıra məqamlar, o cümlədən tarixi faktlar 
Azərbaycan tarixçilərinin  əsasən  ərəb mənbələrinə istinadən apardıqları son 
araşdırmalarla üst-üstə düşür. Məsələn, işğal  ərəfəsində Azərbaycanın  Ərəbistana 
nisbətən xeyli zəngin olması, istila nəticəsində Azərbaycanın  şəhər və  kəndlərinin 
dağıdılması, var-dövlətinin yadellilər tərəfindən daşınması və əhalinin ağır vəziyyətə 
düşməsi, Azərbaycanın İrandan sonra işğalı və s. Bunlar onu göstərir ki, S.Vurğun bir 
sıra tarixi məxəzlərlə tanış olduqdan sonra «Dar ağacı»nı qələmə almışdır. 
Akademik Ziya Bünyadov «Ağvan tarixi»nin müəllifi Musa Kalankatlıdan belə 
bir sitat gətirmişdir: «Uca Qafqaz dağları arasında yerləşən Albaniya ölkəsi çoxlu 
təbii sərvətlərlə dolu və zəngindir. Böyük Kür çayı ölkənin ortasında sakitcə axaraq, 
böyük və kiçik balıq gətirir və öz suyunu Xəzər dənizinə tökür. Onun ətrafındakı 
çöllərdə bolluca taxıl və çaxır, neft və duz, ipək və pambıq və çoxlu zeytun ağacı 
vardır. Dağlarda qızıl, gümüş, mis və oxra çıxarılır...» (34, 61) Tarix elmləri doktoru 
Nailə  Vəlixanlı yazır: «...Ərəbistanın geniş  ərazisinə  səpələnmiş  ərəb qəbilələri 
əsasən maldarlıq və vadi əkinçiliyi ilə  məşğul olur, arada ovçuluq da edirdilər. 
Yarımadanın sahil bölgələrində  məskən salmış  qəbilə sakinləri balıq tutur, mirvari 
ovuna çıxırdılar. Təbii  şəraitin kasıb olduğu bu yerlərdə yaşamaq uğrunda 
araverməyən mübarizəni davam etdirməyə məcbur olan həmin qəbilə- 


 
 
26
lər biri digəri ilə  kəskin rəqabət edir, tez-tez ayrı-ayrı otlaqlardan, vadilərdən, su 
mənbələrindən istifadə üstündə savaşa çıxırdılar...» (175, 7) 
Poemadan yuxarıda verdiyimiz misralar mülahizələrimizi sübuta yetirir. 
Şair ərəb istilasının ağır nəticələrini də təsvir etmişdir. O göstərir ki, yadellilər 
bu torpağı zəbt edəndən sonra ana yurdun sözü-söhbəti susdu, arzular ürəkdə qaldı, 
qızlar, gəlinlər qara geyindilər, hətta Dan ulduzu belə sıx buludlar arasında görünməz 
oldu... 
S.Vurğun  ərəb istilasından sonra Azərbaycan qadınlarının hüquqlarının 
alındığına da işarə edir. Neçə-neçə  məsum Nigarların qul kimi satıldığını, beşik 
başında göz yaşlarının, bir də yanıqlı laylaların onlara həmdəm olduğunu oxucuya 
çatdırır. Azərbaycan qadını ağır zəhmətə də qatlaşmalı oldu: 
Yayda xırman döydü dalında uşaq, 
Gözündən od çıxdı, başından tüstü: 
Dinib danışmadı, ağzında yaşmaq, 
Baxtından incidi, baxtından küsdü. (133, 199) 
Həmin dövrü tədqiq edən tarixçi isə belə yazmışdır: «VII əsrin ortalarına yaxın 
qədim Azərbaycan torpağında ağır faciə baş verdi: Ərəbistan çöllərindən  əsən acı 
səmum küləyinin alovsaçan nəfəsi dağları-dərələri aşdı, yandırdığını yandırdı, viran 
qoyduğunu viran qoydu. Şəhər, kəndlər, obalar yerlə yeksan oldu. Bol məhsul verən 
bərəkətli qara torpaq al oldu, qoçalar, qadınlar, uşaqlar qolu bağlı qul oldu. Anaların 
ahı, naləsi göylərə ucaldı...»(175, 5) 
Daha bir maraq doğuran fakt.  
Akademik Z.Bünyadov yazır: «Ərəb qoşunları İranda Rey və Qəzvin şəhərlərini işğal 
etdikdən sonra Azərbaycana soxuldular, lakin Azərbaycan qoşunlarının  şiddətli 
müqavimətinə rast gəldilər». (34, 79) 


 
 
27
S.Vurğun bu tarixi həqiqəti aşağıdakı misralarda vermişdir: 
 
Bir gün ərəblərin ac orduları 
Sağ əlində qılınc, solunda Quran  
Hücuma başladı cənuba sarı...  
Onun qarşısında əyildi İran. 
...Bu insan selinin qarşısında tək  
Dayandı Qafqazın mərd oğulları... (133, 197-198). 
 
Deməli, tariximizin öyrənilməsini tarixçilərdən israrla tələb edən S.Vurğun tarixi 
mövzuda əsərlər yazarkən tarixi mənbələrə müraciət edir, onları öyrənirdi. 
Azərbaycan Respublikası EA müxbir üzvü, xalq şairi B.Vahabzadə yazır: «Şair 
(S.Vurğun – A.B.) Babək hərəkatını, bu hərəkatın qayə  və  məqsədini, o zamankı 
tarixi şəraiti dərindən öyrənmədən Babək haqqında eşitdiklərini səthi olaraq qələmə 
almış, qəhrəmanın surətini ümumi sözlərlə yaratmaqla kifayətlənmişdir. «Dar ağacı» 
poemasında Babək, onun qəhrəmanlığı,  əməl və arzuları, düşüncələri konkret 
səhnələrdə göstərilməmişdir. Babək bir surət kimi yalnız dar ağacının altında 
görünür». (170, 113)
 
Filologiya elmləri doktoru, şair Atif Zeynallı isə belə hesab edir ki, Babək bir 
surət kimi heç dar ağacının altında da görünmür.(179, 149) Bununla birlikdə 
A.Zeynallının aşağıdakı fikrinə haqq qazandırırıq: «Əsər («Dar ağacı» – A.B.) şairin 
Xəzərə və Vətənə müraciəti ilə tamamlanırdı. Elə bil S.Vurğun bu günün fövqündən 
keçmişə boylanırdı, azadlığın, xoşbəxt həyatın izlərini tarixin dərin qatlarında 
axtarırdı,  ərəb işğalçılarına qarşı ölüm-dirim vuruşu ilə indiki dövr arasında körpü 
yaradırdı... Ona görə  də «Dar ağacı»nda sırf tarixi faktların, hadisələrin və 
şəxsiyyətlərin poetik təcəssümünü axtarmağa, müəllifdən dəqiqlik tələb etməyə 
lüzum yoxdur».(179, 150) 
Əlbəttə, S.Vurğun «Dar ağacı» poemasını qələmə alarkən  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə