Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

 
 
28
Babək dövrünün hadisələrini bütün cəhətləri ilə göstərməyi bir məqsəd kimi qarşısına 
qoymamışdı.  Şair altı-yeddi səhifəlik poemada Azərbaycanın  ərəblər tərəfindən 
işğalını və onun nəticələrini ön plana çəkmiş, Azərbaycan xalqının yadellilərə qarşı 
mübarizə apardığını Babəkin şəxsində göstərmişdir. Bunlarla yanaşı S.Vurğun burada 
sülh və müharibə,  əsarət və azadlıq barədə öz mülahizələrini də vermişdir. Bu 
dediklərimizi poemanın ilk əlyazma variantı da sübut edir. Məsələ burasındadır ki, 
şairin kitablarında oxuculara «Dar ağacı» adı ilə  təqdim olunan bu poema 
«Azərbaycan» epopeyasının  əlyazmasında iki müstəqil poema kimi verilmişdir. 
Əsərin Azərbaycanın təsviri və  ərəblərin istilasına aid hissəsi «Qılınç və Quran», 
Babəklə bağlı hissəsi isə «Dar ağacı» adlanır.(144)  Deməli,  şair Babək hərəkatını, 
onun mübarizəsini geniş  təsvir etməyi qarşısına qoymamışdı  və buna görə  də onun 
«yalnız dar ağacının altında görünməsi» təbiidir. Dar ağaçı altında Babəkin 
düşündüklərini şair sərkərdənin «Son sözü» kimi təqdim edir: 
 
Nədir həyatdakı bu ayrılıqlar 
Bir yanda göz yaşı, bir yanda sevda...  
Deyin, təbiətdə ayrılıqmı var?  
Günəşlə bir yerdə yaşardı dünya 
İnsanlar dost kimi əlbir olsaydı.  
Məhəbbət, etiqad, yol bir olsaydı. (133, 200-201) 
 
Babəkin dilindən deyilmiş bu sözlər S.Vurğunun özünü narahat edən problemlər 
idi və bu gün də öz həllini gözləyir. Bu isə «Dar ağacı»nın müasir bir əsər olduğunu, 
günümüzlə səsləşdiyini göstərir. 
Məlumdur ki, hər bir xalq tarixinin bir sıra məqamlarını öz folklorunda əks 
etdirir. S.Vurğun da xalq yaradıcılığından istifadə edərək tariximizin müəyyən 
səhifələrini canlandırmışdır. Şairin «Qız qayası», «Bulaq əfsanəsi» və qismən «Aslan 
qayası» po- 


 
 
29
emaları folklor motivləri əsasında qələmə alınmışdır. 
«Bulaq  əfsanəsi» poemasının mövzusu insanların «dirilik suyu» axtarması ilə 
bağlı  məşhur  əfsanədən götürülmüşdür.  Şair bu əfsanəni Azərbaycanla məharətlə 
əlaqələndirə bilmiş, məhz öz xalqının yaratdığı  əfsanəyə istinad edərək «dirilik 
suyu»nun Azərbaycanda olduğunu göstərmişdir: 
 
Deyirlər, Şirvanda bir bulaq varmış, 
Suyu almaz kimi par-par axarmış. 
Gözəlmiş bulağın yar-yaraşığı 
Oynarmış üstündə günün işığı... 
...Bulağın şöhrəti düşmüş dillərə, 
Yayılmış bu xəbər uzaq ellərə... (133, 190) 
 
Bu xəbər Makedoniyalı İsgəndərə də çatmış, o, bulağın sorağı ilə Azərbaycana 
gəlmişdir. Lakin axtarışları heç bir nəticə verməmiş  və qayıtmışdır. S.Vurğun 
İsgəndərin Azərbaycana səfərinin məqsədini poemanın sonuncu iki misrasında ifadə 
etmişdir: 
Həsrətli gözlərlə bizi tərk etmiş, 
Fəqət karvanını yükləyib getmiş... 
 
Deməli, digər fatehlər kimi, İsgəndər də Azərbaycana bu torpağın var-dövlətini 
aparmaq üçün gəlmişdi.  Şair «dirilik suyu»nun Azərbaycanda olmasını söyləməklə 
ölkənin var-dövlətinə  işarə etmişdir.  İsgəndəri bu yerlərə  gətirən də ölkənin sərvəti 
idi. 
«Qız qayası» poeması da xalq arasında yaşayan  əfsanə  əsasında yazılmışdır. 
Burada göstərilir ki, xan bir qıza vurulur və onu zorla öz hərəmxanasına apartdırır. 
Lakin qız zalım xana təslim olmur və gecə saraydan qaçır. Xanın adamları onu təqib 
edirlər. Buna görə  də  qız özünü qayadan atır. Külək onun donunu qabardır və 
nəticədə qız sağ-salamat yerə düşür. Bu xəbər hər yana yayılır və həmin qaya «Qız 
qayası» adını alır. 


 
 
30
Göründüyü kimi, şair əfsanəni olduğu kimi nəzmə çəkmişdir. Burada hadisənin 
baş verdiyi ərazinin təsvirinə daha çox yer ayrılmışdır. Xalq şairi Bəxtiyar Va-
habzadənin də qeyd etdiyi kimi, 104 misralıq poemanın yalnız 26 misrası  əfsanəni 
əhatə edir. 78 misrası isə şairin Şuşa şəhəri haqqındakı xatirələrinə, özünün gənclik 
illərinin təsvirinə  həsr olunmuşdur.(170, 119) Şair öz əsas fikirlərini həmin 
təsvirlərdə söyləmiş və bunu əsas hadisə ilə əlaqələndirə bilmişdir. 
Azərbaycanın gözəl guşələrindən biri - Qarabağ  təsvir olunur. Burada təbiət 
gülür, çiçəklərin ətri, quşların səsi könül oxşayır. Dağların döşündən gedən çığırlarda 
babalarımızın izi qalmışdır. 
 
Dağların döşündə durur Qarabağ, 
Xəyalı gəzdirir hər dərə, hər dağ... 
Züy tutur geçələr suların səsi, 
Burda çobanların zil şikəstəsi 
Hər keçən yolçunu saxlayır yoldan,  
Çatır qaşlarını heyrətlə insan.  
Ormanlar içində İsa bulağı,  
Ondan əksilməyir insan ayağı. (133, 165) 
 
Sonra şair öz gənclik illərini xatırlayır. O, Cıdır düzündə tar, qaval səsi eşitmiş, 
Bülbülün «Qarabağ  şikəstəsi»nə qulaq asmışdır. Burada «Qız qayası»na baxmış  və 
ixtiyar bir qocadan həmin əfsanəni eşitmişdir. 
Əsərdəki təbiət təsviri əfsanəni məhz Azərbaycanla bağlayır, çünki bu poemanın 
hər bir misrasında Azərbaycan hiss olunur, Şah dağı, Kəpəz, Göy göl, İsa bulağı, 
Cıdır düzü, nəhayət, Şuşa görünür. 
Şairin «sirli diyar» adı ilə  təqdim etdiyi ölkə  də Azərbaycandır. Bu diyar çox 
hadisələrin şahidi olmuş, onun üstündən acılı-şirinli günlər keçmişdir. İxtiyar qocanın 
söylədiyi əhvalat onlardan biridir. 
 


 
 
31
İxtiyar sözünü bitirən zaman  
Buludlar töküldü qaş-qabağından.  
Ey ana torpağı! Ey əziz Vətən!  
Bilirəm, dünyada gözlərinlə sən 
Nə odlar görmüsən, bu bir həqiqət,  
Lakin küsənməmiş sənə təbiət! 
 
Şair Qız qayasını «Vaqif» pyesində də yada salmışdır. 
S.Vurğunun 1935-ci ildə qələmə aldığı «Aslan qayası» poemasında təsvir olunan 
hadisələrin konkret tarixi məlumdur. Bu, ötən  əsrdə Azərbaycanın Rusiyaya 
birləşdirilməsi, o cümlədən Bakı  şəhərinin rus qoşunları  tərəfindən işğal olunması 
tarixidir. 
«Aslan qayası»  ədəbi tənqidin diqqətini o qədər də  çəkməmişdir.  Şairin təd-
qiqatçılarından bəziləri bu əsərin adını xatırlatmaqla kifayətlənmiş, bəziləri onu çox 
qısa  şəkildə  təhlil etmişlər.  Əsasən isə  şairin «mübahisəli  əsəri» kimi təqdim 
olunmuşdur. Tədqiqatçılardan C.Abdullayev və P.Əfəndiyev öz araşdırmalarının 
mövzusuna uyqun olaraq «Aslan qayası»nda folklorla bağlı məsələlərə toxunmuş (3, 
13-14; 67, 88), C.Quliyev əsərə cəmi 2-3 çümlə ayırmış (106, 100), H.Babayev isə 
poemanın adını belə  çəkməmişdir.(183)
 
Maraqlıdır ki, hələ 1947-ci ildə «Aslan 
qayası»nı «Səməd Vurğun poemalarının  ən gözəli,  ən mükəmməli» hesab edən
«əsərin mövzusunu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən 
işğal olunması təşkil edir»(73, 179-180) yazan O.Həsənov 1956-cı ildə nəşr olunmuş 
monoqrafiyasında (172) poema haqqında heç bir söz deməmişdir. B.Vahabzadə isə 
belə  qənaətə  gəlmişdir: «Ümumiyyətlə, bu poema («Aslan qayası» – A.B.)  şairin 
(S.Vurğunun  – A.B.) mübahisəli əsərlərindəndir».(170, 114) 
Filologiya elmləri doktoru Atif Zeynallı «Aslan qayası»nın tədqiqi ilə bağlı bu 
boşluğu doldurmağa çalışaraq ilk dəfə onu obyektiv təhlil etməyə  səy göstərmişdir. 
Şair-tədqiqatçının kitabından aşağıdakı parçanı olduğu kimi burada veririk: «...1948-
ci  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə