Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

 
 
32
ildə SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının növbəti iclasında S.Vurğunun rus 
dilində buraxılmış kitabının müzakirəsi zamanı  tənqidçi P.Q.Skosıryev «Aslan 
qayası»nı tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır. Heç şübhəsiz ki, poemada 
Azərbaycanın Rusiyanın tərkibinə daxil olması dövrünün hadisələri qələmə alındığı 
üçün burada çar Rusiyasına qarşı, onun işğalçılıq siyasətinə qarşı mübarizə motivləri 
vardı. Bu motivlər bədxah, vulqar-sosiologizm təsəvvürlərindən ayrılmamış ayrı-ayrı 
tənqidçi və  ədəbiyyatşünaslara xoş  gəlmirdi. Onlar böyük beynəlmiləlçi olan 
S.Vurğunun şair mövqeyini şübhə altına almaq istəyirdilər. P.Q.Skosıryev S.Vurğunu 
nəzərdə tutaraq deyirdi: «Millətçilik qalıqları elə adamların kitablarına daxil olur ki, 
onlar özlərini bu qalıqlara qarşı mübariz sayırlar».(179, 122) 
Beləliklə, «Aslan qayası»na 1948-ci ildə Moskvada, SSRİ Yazıçılar  İttifaqında 
göstərilən bu münasibət  əsərə Azərbaycan  ədəbiyyatşünaslarının da (əlbəttə, 
hamısının yox!) münasibətini müəyyənləşdirmişdir. 
Göründüyü kimi, bundan sonra ədəbiyyatşünaslarımız bu əsər barədə çox 
ehtiyatla danışmış, yaxud heç danışmamağı üstün tutmuşlar. Görəsən, hamının çox 
ehtiyatla davrandığı 1938-ci ildə çap olunmuş bu poemanın 1948-ci ildə hansı cəhəti 
tənqidçini narahat etmişdir? Əsər on ildən sonra niyə belə hücuma məruz qalmışdır? 
Görəsən, zərərli olan nə imiş? 
Poemanın məzmununu xatırlayaq: 1806-cı ilin fevral ayıdır. Keneral Sisyanovun 
başçılığı ilə çar Rusiyasının qoşunları Bakı  şəhərini mühasirəyə almışdır. Tələb 
aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi rus təəbəliyini qəbul 
etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər  əvvəl müsabiqədə qalib gələrək 
Bakı xanının qızı Manniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz 
üzərinə götürür və  həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri 
çəkilir... Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan 
düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniy- 


 
 
33
arla birlikdə Xəzər dənizinə atılır... 
Göründüyü kimi, əsər Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk illərindən 
bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Tənqidçini razı 
salmayan isə  məlum  şeydir: Bakının yadellilər tərəfindən işğalının və  işğalçı çar 
generalının qətlə yetirilməsinin qələmə alınması. Qeyd etmək lazımdır ki, «Aslan 
qayası» bu gün də rus dilinə  tərcümə olunmamışdır. Bəs Skosıryev nəyə istinad 
etmişdir? Əlbəttə, S.Vurğunun «qələm dostlarının» məlumatına. 
«Aslan qayası» poemasında hadisələr bir-biri ilə möhkəm əlaqədə olan iki xətt 
üzrə inkişaf etdirilir. Birinci xətt Bakının hakimi Hüseynqulu xanın yeganə övladı və 
vərəsəsi «bir elin yaraşığı», «saray qızı Mahniyar», ikinci xətt isə Bakının rus 
qoşunları tərəfindən işğalı ilə bağlıdır. Hər iki xəttdə Aslan əsas sima olaraq qalır. 
Xan qızı Mahniyar ölkədən uzaqlarda da tanınır. «Ağ  kələğay başında, Qız 
gəlinlik yaşında» olan Mahniyar «boynunda göz muncuğu, döşündə  zərli Quran» 
gəzdirir. Bu, Mahniyarı yaman gözdən qorumaq üçündür. 
Təbiidir ki, gözəl xan qızının pərəstişkarları da çoxdur. Lakin Mahniyar 
«Qarabağdan,  Şirvandan,  şahlar yurdu İrandan» gələn elçilərə  məhəl qoymur. 
Atasının istəyi isə budur ki, qızı elçi düşən xanlardan birin seçsin. O öz qızını - 
yeganə  vərəsəsini məhz xan nəslindən olan adama vermək istəyir. Bunun səbəbini 
Mahniyar da başa düşür. Mahniyar anlayır ki, yağılar onun atasının taxt-tacına göz 
dikmişlər. Lakin o, şöhrət, var-dövlət üçün hər adama könül verə bilməz. Onun da öz 
«qəlbi, arzuları var». Buna görə də Mahniyar belə bir şərt qoyur: 
 
Çox da güvənməsin güçünə xanlar, 
Mənim də qəlbim var, arzularım var:  
Əlimdə tikdiyim bax bu ağ çuxa 
Hansı bir igidin əyninə olsa,  


 
 
34
Bir də ağ atımı kim minə bilsə, 
O şah da deyilsə, xan da deyilsə, 
Olsa da adi bir qapı nökəri 
Onundur qəlbimin gizli telləri... (133, 175) 
 
Bu xəbəri eşidənlər müxtəlif yerlərdən, o cümlədən Azərbaycandan uzaqlardan 
Bakıya axışıb gəlirlər.  Əsərin  ən maraqlı yerlərindən biri Mahniyara sahib olmaq 
istəyənlərin müsabiqəsinin təsviridir. Bu səhnədə müsabiqənin canlılığı  və bir də 
şairin milli qürur hissi ön plandadır. Ağ at Mahniyara sahib olmaq istəyənlərin 
hamısını yerə çırpır: 
Cilovu dartaraq at 
Qulağını şəklədi, 
Əlilə təpiklədi  
Xanın qarnını birdən. 
Qışqırdılar dörd yerdən- 
O gəlmişdi İrandan. (133, 175) 
 
Bundan sonra daha bir neçə adam, o cümlədən Dağıstandan gələn xan Ağ atın 
ayaqları altına sərilir. 
Burada bir cəhəti qeyd etmək lazımdır.  Əsərin  əvvəlində bu müsabiqəyə  Şəki, 
Şirvan, Lənkəran, Qarabağ kimi Azərbaycan  əyalətlərindən gələnlərin olduğunu 
göstərən  şair onların məğlubiyyəti barədə heç bir söz demir. Bu da onun 
vətənpərvərliyindən, milli qürurundan irəli gəlir. 
Müsabiqənin  ən dramatik yeri Aslanın Ağ atla qarşılaşmasıdır.  Şair öz 
qəhrəmanını yarışa belə çağırır: 
 
Gəl, ey qaçaq Aslanım!  
Gəl, ey qoçaq Aslanım!  
Gəl ki, meydan sənindir,  
Tülək tərlan sənindir! (133, 176) 
 


 
 
35
Bu səhnədə şairin milli qürur hissi bariz şəkildə özünü göstərir. Mahniyara sahib 
olmaq istəyənlərin hamısını yerə  çırpan Ağ at Aslana mehribanlıq göstərir, çünki 
onun sahibi bu yurdun oğludur. Xan isə bundan çox mütəəssir olur, «çölün bir 
gədəsinin» onun gürəkəni olmasını istəmir. Bununla belə Aslanla Mahniyara xeyir-
dua verir. Beləliklə, yurdun öz oğlu yurdun qızına sahib olur. 
Qeyd etdiyimiz kimi, poemanın digər xətti çar Rusiyasının Azərbaycanı  işğal 
etməsi ilə baqaıdır. Şair burada Rusiyanı təmsil edən iki surət yaratmışdır. Bunlardan 
biri general Sisyanov, digəri sıravi rus əsgəridir. 
Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı  işğal etmiş rus 
qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı  şəhərində  qətlə yetirilmişdir. 
Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana 
yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general 
obrazı yaratmışdır. O, Hüseynqulu xana belə bir ultimatum göndərir: 
 
Bakının hakimi Hüseynqulu xan  
Səhər, yuxusundan ayılan zaman  
Bütün dövlətini, bütün varını, 
Şəhər qalasının öz açarını 
Knyaz Sisyanova təslim verməli!  
Yoxsa, ordumuzun dağıdan əli  
Sizin də ölkəni yandıraçaqdır, 
Yerdə padşahların dediyi haqdır. (133, 178-179) 
 
Göründüyü kimi, bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir. 
Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya 
tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır. 
Çar bütün bu talanları, qarətləri özünün «sədaqətli, yaxın nö- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə