Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
20
Şair bu barədə 1944-cü ildə Respublika Ali Sovetinin sessiyasında danışmış, öz 
irad və  təkliflərini bildirmişdir. O, yenidən üzünü Azərbaycan tarixinin öyrənilməsi 
üçün məsuliyyət daşıyan  şəxslərə tutmuşdur: «Bizim tarixçilərimiz, filosof və 
alimlərimiz Azərbaycan xalqının qədim bir dövlət quruluşuna sahib olmasını yeni 
nəslimizə bir daha xatırlatmaq üçün Azərbaycan xalqının dövlət tarixinə, müxtəlif 
əsrlərdə şöhrət qazanmış dövlət xadimlərimizin həyat və fəaliyyətinə, onların bizə irs 
qoyub getdikləri dövlət quruluşu ənənələrinə aid böyük elmi əsərlər yaratmalıdırlar. 
Bu sahədə bizim yazıçılarımızın da öhdəsinə böyük vəzifələr düşür. Biz, Azərbaycan 
yazıçıları öz bədii sözümüz vasitəsilə  tə-rəqqipərvər insanlar olmuş dövlət 
xadimlərimizin, sərkərdələrimizin, diplomatlarımızın surətini yenidən canlandırmalı 
və xalqımıza tanıtmalıyıq .(135,294) 
Göründüyü kimi, şair tariximizdə hansı səhifələrin ilk növbədə öyrənilməsi üçün 
təkliflər verir, tarixçilər qarşısında konkret vəzifələr qoyurdu. O, belə hesab edirdi ki, 
ilk növbədə Azərbaycan dövlətinin və dövlətçiliyinin tarixi, dövlət quruluşu 
ənənələri, habelə ayrı-ayrı dövlət xadimlərinin, görkəmli  şəxsiyyətlərin həyatı  və 
fəaliyyəti öyrənilməlidir.  Şair öz qələm dostlarını da bu istiqamətdə  fəaliyyət 
göstərməyə çağırırdı. 
Xüsusi qeyd olunmalıdır ki, tariximizin öyrənilməsi sahəsində mütəxəssislərin 
fəaliyyəti şairi heç cür razı salmırdı. O, «tarix cəbhəsinin geri qalmasını dözülməz» 
hesab edirdi. Şair Azərbaycanın elmi tarixini yaratmağı tarixçilərdən təkidlə  tələb 
edir və eyni zamanda bu sahədə mövcud olan boşluğu müəyyən qədər doldurmağa 
çalışır, bu məqsədlə tarixi mövzuda bədii  əsərlər yazırdı. Akademik Məmməd Arif 
onun fəaliyyətindəki bu cəhəti belə qiymətləndirmişdir: «Əgər Səməd Vurğun tarixçi 
olsaydı, yəqin ki, eyni məqsədi qarşısına qoyar, Azərbaycan xalqının tarixinə aid 
əsərlər yazar və bu xalqın tarix kitabında hələ heç kəs tərəfindən açılmamış bir çox 
parlaq səhifələr açardı. Çünki tarix elmi hələ o zaman (1930-cu illər nəzərdə tutulur – 
A.B.) lazımın- 


 
 
21
ca inkişaf etməmiş və xalqın qədim zamanlardan bu günə qədər davam edən zəngin 
tarixi yazılmamışdı».(111,27-28). 
Azərbaycan tarixinin lazımi səviyyədə öyrənilməməsi və yazılmaması problemi 
S.Vurğunun 1930-cu ildə qələmə aldığı, lakin sağlığında nəşr etdirmədiyi bir şerinin 
də mövzusudur. «Lənkəran  şerləri» ümumi başlıqlı  həmin  şeri  şairin qızı Aybəniz 
Vəkilova son illərdə üzə  çıxarmış  və özünün ön sözü ilə birlikdə  mətbuatda dərc 
etdirmişdir.(60,61) «Şer  əski  əlifba ilə yazıldığından və 1936-cı ildə  şairlə orden 
alması münasibətilə Ağdam və Lənkəranda görüşlər keçirildiyindən belə məlum olur 
ki, şer məhz həmin il Lənkəran səfəri ilə əlaqədar qələmə alınmışdır».(60)
 
Şerdə göstərilir ki, uzun illər Azərbaycanın başı üzərində qara yellər  əsmiş, 
neçə-neçə igidlər dara çəkilmişdir. Lakin xalqımız məhv olmamış, düşmən qarşısında 
mərdliklə dayanmış, ona layiqincə cavab vermişdir. Bunlar bizim tariximizdir, 
Azərbaycan xalqının yaşamış olduğu taledir. Bütün bunlar elmi əsaslarla öyrənilməli, 
qələmə alınmalıdır. Tariximiz elə öyrənilməlidir ki, bunun sayəsində dünya 
Azərbaycan adlı bir məmləkəti yaxından tanısın. 
Şerdə Azərbaycan tarixinin yazılması üçün məsuliyyət daşıyanlar, onun 
araşdırıcıları ciddi tənqid olunurlar: 
Bəzən olur yazıq şair  
Keçmiş günə, bizə dair 
Arxivləri axtararaq, 
Yığın-yığın, qalaq-qalaq  
Kitablara göz gəzdirir, 
Açır, baxır, seçir bir-bir.  
Bir parası əfsanədir, 
Baş çıxmayır bunlar nədir?  
Arif gərək məni qansın  
Tarixçilər qoy utansın!  


 
 
22
Yazılmamış tariximiz,  
Tarixsizmi yarandıq biz?! 
Şer Xəzər sahilində bitmiş «Qoca çinar»a xitabən yazılmışdır. Əslində bu çinar 
Azərbaycanın rəmzidir. Şair də məhz Azərbaycana müraciət edir. Bu çinar ölkəmizə 
qoşun çəkib gələnlərin, üzümüzə «dost kimi» gülənlərin üstünə kölgə salmalı olmuş, 
elə buna görə  də sonradan «pis günə» qalmış, öz müstəqilliyini itirmişdir. 
Azərbaycanın rus çarizmi tərəfindən istilasına aid misralar nisbətən yaxın 
keçmişimizin səhifələridir: 
Külək vurdu çinarlığı...  
Əsib coşan rus çarlığı  
Üzərinə ordu çəkdi, 
O, başında bostan əkdi... 
Bu çölləri, bu dağları 
Qapladı bir nalə səsi. 
Qanlı çarın təntənəsi  
Sevincindən göyə qalxdı,  
Bizə «tatar» deyib baxdı.  
Biz öldürdük generalı  
Tapdaladıq o medalı... 
Şair xalqımızın həyatında baş vermiş hadisələri xatırlatmaqla onları öyrənməyin 
gərəkliyini bildirir, bu işdə tarixçilərə istiqamət verir. 
S.Vurğun bunlarla yanaşı tarixi mövzuda əsərlər yazmış, tariximizin öyrənilməsi 
işində mövcud olan boşluqların doldurulmasına öz töhfələrini vermək istəmişdir. 
Onun tarixi mövzuda əsərləri məhz 1930-cu illərdə  qələmə alınmışdır.  Şair 
Azərbaycan xalqının tarixinə aid əsərlər yazarkən həm bir sıra elmi mənbələrdən 
faydalanmış, həm də folklorumuza müraciət etmişdir. 
O, 1935-ci ildə mətbuatda «Azərbaycan» poeması üzərində  


 
 
23
işlədiyi barədə məlumat vermişdi.(88). 1937-ci ildə isə belə yazmışdı: «Son zamanlar 
mən «Azərbaycan» adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki 
min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır»(135,73). Şair bu epopeyanın 
30 poemadan ibarət olacağını bildirirdi. 
S.Vurğunun  şəxsi arxivində  qırmızı cildli bir albom vardır. Albomun titul 
vərəqəsində yazılmışdır: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun. 
Bakı» Epopeyaya daxil edilmiş  əsərlər bunlardır: «Şairin türküsü» (S. Vurğunun 
«Azərbaycan» şeridir), «Torpağın tələbi», «Sərgüzəşt», «Zərdüştün xülyaları», «Ölən 
məhəbbət», «Bulaq əfsanəsi», «Qılınc və Quran», «Dar ağacı», «Füzulinin dərdi», 
«Qız qayası», «Şairin ölümü», «Aslan və Mahniyar» («Aslan qayası»)
 
«Acı 
xatirələr», «Ölməz qəhrəmanlar» («26-lar poeması»),  «Üsyan və Quran» («Üsyan» 
poeması), «Ordenli qəhrəman». 
Əlyazmadan görünür ki, şair otuz poemanın hamısını yazmamış və buna görə də 
«Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə  dərc etdirməmişdir. Bu poe-
malardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunmuşdur. 
Şair özünün məşhur «Azərbaycan»  şerini «Şairin türküsü» adı ilə epopeyanın 
proloqu kimi buraya daxil etmiş, daha sonra «Torpağın tələbi» adlandırdığı parçanı 
vermişdir. 
«Torpağın tələbi»ndə sanki şair xalqımızın tarixinin bəzi qaranlıqlarının 
işıqlandırılmasını öz öhdəsinə götürmüşdür. Burada «Torpağın tələbi» Vətənin, elin 
tələbi mənasında başa düşülməlidir. Şair özündən tələb edir ki, Azərbaycanın durna 
gözlü bulaqlarında yadların öz süngülərini yuduğunu,  başımızın üstündən fırlana-
fırlana yerə sancılmış oxları, xalqımızın yadellilərə bac verdiyini qələmə alsın: 
Şairim, bir yaz ki, məndə nələr var, məndə həqiqətlər, əfsanələr var. 
Deməli,  şairi narahat edən yenə  də xalqımızın tarixinin öyrənilməməsi prob-
lemidir. 
S.Vurğun bu epopeyaya daxil etdiyi «Dar ağacı» poemasını  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə