Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

 
 
50
da dindirilmə zamanı müstəntiqin «Sizə AK/b/P üzvü olmayan hansı burjua 
millətçiləri bəllidir?» sualına belə cavab vermişdir: «Çobanzadə, Salman Mümtaz
Yusif Vəzir, Seyid Hüseyn, Üzeyir Hacıbəyov, Sanılı, S.Vurğun, Müşfiq,  Əhməd 
Cavad, Hüseyn Cavid...»(167). 
1937-ci il repressiyasının qurbanlarından biri Gülara Köylü qızı fiziki 
işgəncələrə dözməyərək bu sözləri demişdir: «Düzdür, sayıqlığımı itirmişəm... 
Mədəniyyət sarayında xalq düşmənləri  Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd 
Vurğun kimilərilə...görüşlərə yol vermişəm». (37) 
Bəli, S.Vurğunun adı artıq istintaq sənədlərinə «xalq düşməni» kimi daxil 
edilmişdi. 
Şübhəsiz, hər dəfə bu cür ifadələrdən sonra şairi «lazımi yerə» çağırır, bəzən 
səhərədək saxlayır, «günanlarını» sübuta yetirməyə çalışırdılar. 1937-ci ilin payızında 
həmin «görüşlərin» birindən yalnız səhər qayıdan S.Vurğun öz qardaşına belə 
demişdir: «... onlar (NKVD – A.B.mənim «Azərbaycan» şerimdən bərk yapışıblar. 
Başa düşə bilmirlər ki, bu şer mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, 
rəmzidir... Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu 
yolda çalışıram. Lakin bütün bunlarla bərabər məndən ötrü ən müqəddəs torpaq 
Azərbaycandır.  Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və  şeri mənim 
vicdan səsimdir, o mənim doğma anamdır.  Əgər buna görə  məni millətçi etmək 
istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar». (173, 135) 
Xavər xanım şairin həmin vaxtlar dəfələrlə gecələr evə gəlməməsini, «Nə qəribə 
zamandı, nə ağlasığmaz dünyadı. Di gəl baş çıxar, ağı qaradan seç, yaxşını yamandan 
ayır» - deməsini də acı-acı xatırlamışdır. (35) 
S.Vurğun «Vaqif»i məhz belə bir şəraitdə  qələmə almışdır və  təbii ki, bütün 
bunlar  əsərin  ən dramatik səhnələrinin, misralarının yaranmasına, hadisələrin təbii 
axarına ciddi təsir göstərmişdir. 
Əsər belə başlayır: «XVIII əsr. Azərbaycan. Qazax mahalı.  


 
 
51
Vidadinin evi... Vidadi tək, ağac altında namaz qılır. Namazın arasında əllərini göyə 
qaldırıb, titrək və təsirli bir səslə: 
 
Xudaya! İnsanın halı yamandır,  
Nələr çəkdiyimiz sənə əyandır. 
Mənası varmıdır min təriqətin?  
Aç...aç qapısını sən həqiqətin. 
Nə olur, bir yeni işıq ver bizə, 
Bizim kor yaranmış gözlərimizə- 
Bəlkə də yaxşını seçək yamandan...  
Ta ki, cansız keçən bir güzərandan 
Biz də ilham alaq, sevinək barı.  
İşıqlat bu dibsiz qaranlıqları...  
Yazıqdır dünyanın əşrəfi insan,  
Böyüksən, adilsən, keç günahından.  
Qoyma ki, yerlərdə sürünsün bəşər,  
Dünyada qalmasın nə pislik, nə şər. 
Yaxşılıq insana bir sənət olsun
Dünya başdan-başa qoy cənnət olsun...» (134, 7) 
 
Vidadinin bu monoloqunun altı misrası ixtisar edilmiş  və  şairin kitablarına 
salınmamışdır. Həmin misralar bunlardır: 
 
İlahi! Bir gətir insanı yada  
Göz yaşı qalmasın qara dünyada.  
Sən ki iradənlə bizi yaratdın, 
Neçin qəlbimizi vaxtsız qanatdın?  
Söylə bir, insanın nədir günahı?  
Aciz bəndələrə qıyma, ilahi... (145). 
 
S.Vurğunun pak və xeyirxah bir obraz kimi yaratdığı Vidadinin bu sözlərində 
ümumən insan iztirabları ön plandadır. İnsan iztirablarına son qoyulması, «dünyanın 
başdan-başa cənnət  


 
 
52
olması» Vidadinin dualarının  əsasını  təşkil edir. Buna görə  də Vidadi məhz namaz 
üstündə üzünü yaradana böyük Allaha tutur. Bu parçada 1937-1938-ci illərdə baş 
verən insan müsibətlərini görməmək mümkün deyil. «...İnsanın halı yamandır», «Nə 
olur, bir yeni işıq ver bizə», «Yazıqdır, dünyanın  əşrəfi insan», «Söylə bir, insanın 
nədir günanı?» kimi misralarda bu müsibətlərə  aşkar işarələr vardır. Bütün bunlar 
barədə düşünəndə belə bir qənaətə  gəlmək olar ki, bu ürək ağrıdan və üsyankar 
şikayət Molla Vəli Vidadiyə  və 1797-ci ilə yox, Səməd Vurğuna və 1937-ci ilə 
aiddir... 
Yenə  əsərə müraciət edək: Vaqifi sözlə susdura bilməyən Qacar onun qətlinə 
fərman verir: 
 
Aparın, aparın onu zindana,  
Göz dağı çəkdirin Azərbaycana! (137, 91) 
 
Vidadi hökmdarı öz dəhşətli hökmündən daşınmağa çağırır: 
 
Hökmdar! Yerlərə, göylərə bir bax,  
Buludlar qaralır matəm tutaraq. 
Vaqif bir oğludur əbədiyyətin,  
Ölməz böyük dili şerin, sənətin... 
 Yalvarıram sana, onu ver mana,  
Əllərin batmasın günansız qana. (134, 112) 
 
Qacar-Vaqifə, hökmdar-şairə meydan oxuyur: 
 
Ha...ha...böyük şair 
(öz adamlarına)  
İndi bərk durun!  
Burda kəllələrdən bir qala qurun! 
Göylərə dayansın qoy onun başı! 
Dibindən çay kimi axsın göz yaşı. 


 
 
53
Onun zirvəsinə yalnız və yalnız  
Vaqifin başını qoymalısınız! (134, 112) 
 
Şairlərin kəsilmiş başlarından böyük bir qüllə yaranmışdı. Qüllənin zirvəsi 
hələlik boşdu... «Vaqif»i qələmə alan S.Vurğun istər-istəməz Vaqiflə yanaşı  qələm 
dostlarının və özünün də taleyini görür, acıyırdı: 
 
Bir tərlan xəyallı qəlbi xəstəyəm, 
Bir şeyda bülbüləm, daş qəfəsdəyəm... (134, 106) 
 
S.Vurğun  əsəri yazıb başa çatdırdıqdan sonra onun taleyindən çox narahat 
olmuşdur. O, «Vaqif»i bir müddət gizli saxlamış və qardaşına belə demişdir: «Əgər 
məni aparsalar, sən tez mənim  əsərimi götür və etibarlı yerdə gizlət.  Əsərin yerini 
Xavər (şairin həyat yoldaşı – A.B.bilir». (173, 136) 
Təsadüfi deyil ki, şair «Vaqif»i əvvəlcə  məhz faciə kimi qələmə almış, teatra 
«dörd pərdəli mənzum faciə» kimi təqdim etmişdir. (145) Əsərin qəhrəmanı Vaqifin 
ölümü hadisələrin təbii axarı ilə  bərabər həm də pyesin qələmə alındığı dövrün 
obyektiv gerçəkliyindən və tələbindən doğurdu. 
Pyesin Vaqifin qətli ilə bağlı hissəsini  əsərin C.Cabbarlı adına Azərbaycan 
Dövlət Teatr muzeyində saxlanılan və vaxtilə teatra təqdim olunmuş ilk nüsxələrinin 
birindən götürüb olduğu kimi burada veririk: 
 
«(...Vaqifi oğlu Əli bəylə gətirirlər) 
Şeyx 
Dayanın! 
Vaqif 
(kinayəli) 
Mümkünmü durub dayanmaq? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə