Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
13
G İ R İ Ş 
 
 
Müstəqilliyə nail olduğumuz indiki şəraitdə tariximizin və  mədənəiyyətimizin 
hələ öyrənilməmiş səhifələrinə tez-tez müraciət edilməsi, bəzi səhifələrin isə obyektiv 
şəkildə yenidən araşdırılması  təsadüfi deyil. Bu, milli həyatın və milli yaddaşın 
oyanması, milli şüurun inkişafı ilə  şərtlənir. Məhz bu şəraitdə soy-kökümüzün 
obyektiv dərki ilə yanaşı milli varlığımızın və milli özünəməxsusluğumuzun, habelə 
başqalarına münasibətimizin  əsas cəhətlərinin öyrənilməsi böyük əhəmiyyətə 
malikdir. 
Bu sıradan  ədəbiyyatda millilik və ümumbəşərilik problemlərinin  araş-
dırılmasına da ciddi ehtiyac duyulur. Əlbəttə, indiyədək bu sahə Azərbaycan 
ədəbiyyatşünaslığının diqqət mərkəzində olmuş, bu yöndə bir sıra tədqiqatlar mey-
dana çıxmışdır. Həmin tədqiqatların tarixi  və elmi əhəmiyyətinə  xələl gətirmədən 
qeyd etməliyik ki, bəzi hallarda bu araşdırmalar öz dövrünün tələblərinə uyğun olaraq 
birtərəfli aparılmış, bəzən milliliklə ümumbəşərililiyin qarşılıqlı nisbəti nəzərə alın-
mamış, ən yaxşı halda isə onların dialektik əlaqəsi ümumi sözlərlə səciyyələndirilmiş, 
beynəlmiləl tərbiyə  işi milli zəminə  əsaslanmamışdır. Azərbaycanlıların «bey-
nəlmiləlçi xalq» olduğu ümumi sözlərlə «sübuta yetirilmiş», milli ruha yaxınlıq, milli 
təəssübkeşlik, milli iftixar hissləri millətçilik kimi qiymətləndirilmiş, hətta təqiblərə 
məruz qalmışdır. Xalqımızın mənəviyyatı ilə  səsləşməyən bir sıra hərəkətlər 
«sosialist yeniliyi», «kommunizm quruculuğu prosesində formalaşan yeni adətlər» 
kimi təbliğ olunmuşdur. Milli özünəməxsusluq  əsasən ayrı-ayrı  fərdlərin 
vətənpərvərliyi ilə məhdudlaşdırılmış, beynəlmilləlik isə beynəlmiləlçilik, daha dəqiq 
desək, müxtəlif millətlərdən olan xalqların dostluğunun inikası kimi təqdim 
edilmişdir. 
Məhz bütün bunlara görə ədəbiyyatda millilik və ümumbəşərilik problemlərinin 
yeni baxımdan öyrənilməsi günün tələbi kimi  


 
 
14
qarşıda durur. Bu baxımdan Azərbaycanın xalq şairi Səməd Vurğunun yaradıcılığı 
xüsusi maraq doğurur. 
Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyət-
lərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan  ədəbiyyatının klassiki, böyük 
şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli 
illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək 
vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır. 
Şübhəsiz, Səməd Vurğun yaradıcılığının  əsas mövzusu mənsub olduğu xalqın 
keçmişi  və bu günü, gələcək taleyidir: 
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən. 
Anam, doğma vətənimsən. 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 
Professor Cəlal Abdullayev şairin yaradıcılığındakı bu xüsusiyyəti belə  səciy-
yələndirmişdir: «Səməd Vurğunun bütün yaradıcılığının bir məhvəri vardır – Azər-
baycan! Bütün səyyarələr, planetlər günəş ətrafında dövr etdiyi kimi, şairin də bütün 
poetik düşüncə silsiləsi, obrazlar aləmi, söz kəhkəşanı, bədii təsvir vasitələri, 
əsərlərinin koloriti, zahir və batili, nəyi varsa - hamısı bu məhvərin - ... Azərbaycanın 
başına dolanmaqdadır». (3, 7) 
Doğrudan da, Səməd Vurğun mənsub olduğu xalqın arzu və istəklərini poeziya 
dilinə çevirmiş, xalq ruhunun, xalq həyatının tərcümanı olmuşdur. Lakin şairin 
yaradıcılığı bununla məhdudlaşmamış, ümumbəşəri səviyyəyə yüksəlmişdir. 
Yaradıçılığına xas olan bu xüsusiyyətlər onun daha geniş miqyasda tanınmasına və 
sevilməsinə səbəb olmuşdur. Görkəmli rus yazıçısı A.Fadeyev öz sənət dostu Səməd 
Vurğuna belə yazmışdır: «Sənin vüsətli poeziyan bizim xalqların yaratdığı ən gözəl 
poeziya kəhkəşanından parlaq ulduz kimi şəfəq saçır. Müxtəlif millətlərdən olan 
milyonlarla...  


 
 
15
adam sənin poeziyanı sevir. Mən sənin şerlərinə çoxdan bəri məftunam». (208, 7) 
Səməd Vurğunun yaradıcılığı  həmişə  ədəbiyyatşünaslığın diqqət mərkəzində 
olmuş, bu mövzuda namizədlik (220; 222; 223; 225; 226; 227; 229; 230; 231; 232; 
233) və doktorluq (218; 221; 228) dissertasiyaları, monoqrafiyalar, (3; 4; 25; 32; 
67; 
69; 72; 78; 106; 111; 129; 170; 179; 182; 183; 189; 194; 198)
 məqalələr yazılmışdır. Bu 
araşdırmalarda şairin ümumi yaradıcılığı və onun müəyyən sahələri, konkret əsərləri, 
ədəbi-tənqidi və estetik görüşləri, ədəbi əlaqələrin inkişafında rolu, xalqlar dostluğu, 
sənətkarlıq xüsusiyyətləri və s. tədqiqat obyekti kimi götürülmüşdür.  Şairin 
yaradıcılığında millilik və ümumbəşərilik problemlərinə  həmin araşdırmalarda yeri 
gəldikcə toxunulsa da, müəlliflərdən heç biri bu mövzunu geniş  şərh etməyi bir 
məqsəd kimi öz qarşısına qoymamışdır. Filologiya elmləri doktoru, mərhum Qasım 
Qasımzadənin və filologiya elmləri doktoru Akif Hüseynovun tədqiqatlarında (103; 
76) Səməd Vurğun poeziyasında millilik və beynəlmiləllik məsələlərinə  də 
toxunulmuşdur. 
Ədəbiyyatda millilik və ümumbəşərilik probleminin görkəmli tədqiqatçılarından 
olan Georgi Lomidze də  şairin yaradıcılığına müraciət etmişdir. (195; 196; 197) 
Bütün bunlarla birlikdə Səməd Vurğunun yaradıcılığının öyrənilməsinə ciddi ehtiyac 
duyulur. Akademik Kamal Talıbzadənin sözləri ilə desək: «Səməd Vurğun 
poeziyasının daxili dünyasına yol tapmaq və onun bədii xüsusiyyətlərini hərtərəfli, 
bütünlüklə öyrənmək üçün şairi bir şəxsiyyət kimi tədqiq etməyin birinci dərəcəli 
əhəmiyyəti vardır. Səməd Vurğun şair və insan kimi nə qədər sadə və aydındırsa, bir 
o qədər mürəkkəb və  dərindir, sənətkar və  şəxsiyyət kimi nə  qədər böyük və 
bütövdürsə, bir o qədər də  qəribəliklərlə, özünəməxsusluqlarla doludur, o, bir şair 
kimi də, bir şəxsiyyət kimi də özündə hələ çox açılmamış yaradıcılıq sirləri gizlədir». 
(165, 10) 
Şairin yaradıcılığının indiki mərhələdə öyrənilməsinin gərəkliyi barədə mərhum 
professor  Əkbər Ağayevin mülahizələri də maraq doğurur: «...Səməd Vurğunun 
həyatı və yaradıcılığı hələ öz tədqi- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə