Fərhad cabbarov1 CÜmhuriYYƏTİN İQTİsadi SİyasəTİNİn bəZİ MƏSƏLƏLƏRİNƏ daiR



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68369


Azərbaycan  MEA-nın Xəbərləri. 

İctimai elmlər seriyası,  2018,  №1

221


FƏRHAD CABBAROV1

CÜMHURİYYƏTİN İQTİSADİ SİYASƏTİNİN BƏZİ MƏSƏLƏLƏRİNƏ DAİR

A çar sözlər: 

qadağa sistemi,  məruzə məktubu,  sahibkarlar,  H.Z.Tağıyev,  N. Yusifbəyli

Azərbaycan Cümhuriyyətinin elan edilməsi 

ölkənin siyasi həyatı ilə yanaşı, iqtisadi həyatın­

da  da  yeni  səhifəni  açmış  oldu.  Yüz  ilə  yaxın 

bir  dövr ərzində  Rusiya  imperiyasının müstəm­

ləkəsi  olan  Şimali  Azərbaycan  1918-ci  ildə  si­

yasi  və  iqtisadi  inkişaf istiqamətlərini  müstəqil 

şəkildə  müəyyənləşdirmək  hüququnu  əldə  etdi. 

Sənayenin,  kənd  təsərrüfatının,  nəqliyyatın 

böhrandan  çıxarılması,  gənc  dövlətin  iqtisadi 

potensialının gücləndirilməsi siyasi müstəqillik­

dən  heç  də  az  əhəmiyyət  daşımayan  vəzifələr 

idi.  Bununla  əlaqədar  1919-cu  il  aprelin  14-də 

parlamentdə  hökumətin  bəyannaməsi  ilə  çıxış 

edən  Baş  nazir Nəsib  bəy  Yusifbəyli  demişdir: 

“İstiqbalımızın təmini  üçün başqa tədbirlər  itti- 

xazı  da  lazımdır.  O  da  iaşə,  ticarət  və  maliyyə 

işlərini yoluna qoymaqdır” (2, s.  325).

Qeyd etmək lazımdır ki,  Cümhuriyyətin beş 

hökumət  kabinetlərinin  hamısının  siyasəti  bazar 

iqtisadiyyatı  prinsiplərinə  söykənməklə  yanaşı, 

eyni  zamanda  dövlətin  istehsal,  istehlak  və  mü­

badilə  sahələrinə  ciddi  müdaxiləsini  də  istisna 

etmirdi.  Şəxsi təşəbbüsü hərtərəfli təşviq  etmək­

lə bərabər,  hökumət özəl  mülkiyyətin hüdudları­

nı  da  müəyyənləşdirir,  onun  xüsusilə  fabrik-za­

vod istehsalında həddindən çox artmamasına ça­

lışır  və  çoxukladlı  iqtisadiyyatı  qurarkən  dövlət 

mülkiyyətinə xüsusi önəm verirdi (3, s.  57).

Yeni  tarixi  şəraitdə  Azərbaycan  milli  bur­

juaziyası  da öz  fəaliyyətini  davam  etdirir,  onun 

nümayəndələri  hakimiyyət  orqanlarında  fəal 

təmsil olunur, bəziləri parlament üzvü, digərləri 

isə nazir postlarını  tuturdu.  Müstəqil  cümhuriy­

yətin yaranması milli  sahibkarlara ilk dəfə  döv­

lət  strukturlarında təmsil  olunmaq  imkanım  ya­

ratdı  (1918-ci  ilə  qədər  onlar  yalnız  yerli  özü­

nüidarəetmə  orqanlarında  təmsil  olunurdular), 

bu  isə  öz  növbəsində  ölkə  iqtisadiyyatının

1AMEA  Milli Azərbaycan  Tarixi  Muzeyinin  elmi  katibi, 

tarix üzrə fəlsəfə doktoru.

bütün  sahələrində  aparılan  dövlət  siyasətinə 

müsbət  təsirini  göstərdi,  belə  ki,  hakimiyyət 

dairələri  milli  burjuaziyanın  çoxillik  təcrübə­

sindən yararlanmaq fürsətini əldə etdilər.

Milli  kapitalın  nümayəndələri  XX  əsrin  əv­

vəllərində hərbi-siyasi təlatümlər nəticəsində da­

ğıdılmış  təsərrüfat  sahələrinin  bərpası  prosesinə 

fəal  qoşuldular.  Ölkə  hökuməti  bolşeviklərin 

ləğv  etdiyi  özəl  mülkiyyəti  bərpa  etdi,  milliləş­

dirilən  müəssisələri  keçmiş  sahiblərinə  qaytardı, 

sahibkarlara kreditlər verdi.  Bu və digər tədbirlər 

burjuaziya tərəfindən rəğbətlə qarşılandı.

Eyni  zamanda,  milli  burjuaziyanın  höku­

mətin daxili  və xarici  siyasətinə münasibəti bir­

mənalı  olaraq  müsbət  dəyərləndirilə  bilməz. 

Müstəqilliyin  və  milli  dövlətçiliyin  möhkəm­

ləndirilməsinə  yönəlmiş  siyasi  kursu  dəstəklə­

yən  sahibkarlar digər tərəfdən,  maliyyə-iqtisadi 

və  sosial  məsələlərdə  hökumətə  qarşı  ciddi 

müxalifətdə  dururdular.  Bu  m üxalif mövqenin 

səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1)  Britaniya  komandanlığının  ehtiyacları 

üçün  neft  məhsullarının  əvəzi  ödənilmədən  da­

şınması neft sənayeçilərinə ciddi ziyan vururdu;

2)  dövlət  möhkəm  qiymətlər,  maksimal  is­

tehsal həcmini tətbiq etməklə  sənaye-ticarət fir­

malarının  və  müəssisələrinin  fəaliyyətinə  m ü­

daxilə edirdi;

3)  mütəmadi  həyata  keçirilən  pul  emissi­

yası  ölkədə  inflyasiya  proseslərinin  güclənmə­

sinə  gətirib  çıxarır  və  bu  da  öz  növbəsində  sa­

hibkarların gəlirlərinə təsirsiz ötüşmürdü;

4)  ölkədən ərzaq, metal, ipək, pambıq və di­

gər  məhsulların  çıxarılmasına  dair  hökumət 

tərəfindən tətbiq edilən məhdudiyyət və qadağa­

lar burjuaziyanın xüsusi  narazılığına səbəb  olur­

du.  Obyektiv  səbəblərdən,  xüsusilə  də  ölkədə 

həmin  məhsullara kəskin  ehtiyacm  olması  səbə­

bindən  irəli  gələn  hökumətin  bu  addımı  sahib­

karlar tərəfindən  azad ticarətə  və  özəl  təşəbbüsə 

vurulan  zərbə  kimi  qiymətləndirilirdi.  Məhz  bu



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


222

Известия  НАН Азербайджана. 

Серия общественных наук,  2018,  №1

məsələdə  buıjuaziya barışmaz mövqe  tutaraq  öz 

maraq və mənfəətlərini müdafiə edirdi;

5) 


hökumətin  iqtisadi  siyasət  kursunu  hə­

yata  keçirən  nazirlik  və  idarələrin,  xüsusən  də 

Ticarət və  Sənaye Nazirliyinin fəaliyyəti,  ixrac- 

idxal  əməliyyatlarına  icazələrin  verilməsi  za­

manı  üzə  çıxan  nöqsanlar,  bürokratik  əngəllər, 

limanlarda  və  gəmilərdə  malların  müsadirəsi 

və  s.  sahibkarlarda narazılıq  doğurur və  onlarla 

hökumət  arasında  ciddi  fikir  ayrılıqlarına  gə­

tirib çıxarırdı.

Ölkədəki  dərin  iqtisadi  problemlərin  təza­

hürü  olan  milli  burjuaziya  ilə  Azərbaycan  hö­

kuməti  arasındakı  mübahisələrə  N.Yusifbəyli- 

nin  aprel  bəyannaməsində  də  toxunulmuşdur. 

Millət  vəkilləri  qarşısında  çıxış  edən  baş  nazir 

etiraf etmişdir  ki,  Ərzaq  Nazirliyinin  ticarət  iş­

lərinə  müdaxiləsi  müsbət  nəticə  verməmiş  və 

hökumət bu üsuldan  imtina edərək ticarət  sahə­

sində köklü dəyişikliklər aparmaq niyyətindədir 

(2, s.  325-326).

Biznes  dairələri  bəyannamənin  bu  hissəsi­

nə  dərhal  reaksiya verərək  1919-cu  il  boyu  də­

fələrlə  hökumət  strukturlarına  ünvanlanan  m ü­

raciətlərdə  özəl  sektorda  tətbiq  olunan  qadağa­

lara  və  dövlət  tərəfindən  müdaxilələrə  dair  öz 

mövqelərini  bildirirdilər.  Buna  misal  olaraq 

“Qafqaz  və  Merkuri”  şirkəti  və  “Şərq  cəmiy­

yəti”  rəhbərlərinin  ticarət  və  sənaye  nazirinin 

müavininə  məktublarını,  Ticarət-sənaye  ittifaqı 

nümayəndələrinin  Ticarət  və  Sənaye  Nazirliyi 

yanında  Mal  Mübadiləsi  üzrə  Komitənin  icla­

sında  çıxışını,  nazirliklə  müqavilə  bağlamış 

şəxslərin  ümumi  yığıncağının  müvəkkilləri 

adından  hökumətə  ünvanlanan  xahişnaməni 

göstərmək olar (6, s.  145-149).

Lakin xronoloji baxımdan sahibkarlar adın­

dan hökumətə  ünvanlanan ilk sənəd məşhur  sə­

nayeçi,  tacir  Hacı  Zeynalabdin  Tağıyevin  Baş 

nazir N.Yusifbəyliyə  göndərdiyi  və  burjuaziya­

nın  “bütün  qayğı  və  narahatlıqları  ifadə  olun­

duğu” (6, s.  152) məruzə məktubu idi.

Məktub  1919-cu  il  iyunun  29-da  yazılıb. 

Görkəmli  rus  alimi  D.İ.M endeleyevin  təbi- 

rincə  desək,  “yerli  tərəqqinin  mühüm  hərəkət - 

vericisi”,  sahibkarlıq  fəaliyyəti  demək  olar  ki, 

iqtisadiyyatın  bütün  sahələrini  əhatə  edən 

H.Z.Tağıyevin  bu  zaman  artıq  81  yaşı  var  idi.

Özünün  əməlləri  və  xeyriyyəçiliyi  ilə  sağlığın­

da  “millət  atası”  adını  qazanan,  uzaqgörən  və 

uğurlu biznesmen kimi çoxillik təcrübəyə malik 

olan  H.Z.Tağıyev  həyatı  boyu  dəfələrlə  həm 

yazılı,  həm  şifahi  şəkildə  Rusiya  imperiyasının 

hakimiyyət  qurumlarına  təhsil  müəssisələrini 

açmaq,  evlər  tikmək  haqqında  xahişlər,  təşək­

kürlər  və  digər  m üxtəlif xarakterli  müraciətlər 

ünvanlamışdır.  Lakin  N.Yusifbəyliyə  yazılan 

məktub  bunlardan  fərqlənirdi.  Bu  həm  sahib­

karlar  arasında,  həm  də  bütövlüklə  cəmiyyətdə 

hədsiz  nüfuza  malik  olan  insanın  müstəqil 

Azərbaycanın  hökumət  başçısına  müraciəti  idi. 

Təsadüfi  deyil  ki,  artıq  ilk  cümlələrdə  H.Z.Ta- 

ğıyev qeyd edirdi:  “Çoxillik həyatımın sonunda 

Allah  mənə  sevimli  vətənim  üzərində  parlayan 

yeni  müstəqil  dövlətin  üfüqünü  görməyi  nəsib 

etdi.  Doğma  diyara  məhəbbətim,  onun  rufahını 

və  çiçəklənməsini  görmək  arzusu  məni  hazırkı 

məruzə  məktubu  ilə  Sizə  müraciət  etməyə 

vadar edir” (4, s. 251-252).

Daha  sonra  H.Z.Tağıyev  Cümhuriyyətin 

erkən tarixinə  kiçik  ekskurs  edir və  dərhal  özü­

nün  Azərbaycanın  iqtisadi  inkişafına  baxışım 

N.Yusifbəylinin diqqətinə çatdırır:  «Daxili qay­

da-qanunun  bərqərar  olduğu,  qonşu  və  Avropa 

dövlətləri  ilə  münasibətlərin  nizama  salındığı, 

gənc  cümhuriyyətin  sınaqlardan  qalibiyyətlə 

çıxdığı  və  onun  mədəni,  ictimai,  iqtisadi  inki­

şafı və tərəqqisi üçün azad yolun açıldığı  indiki 

vaxtı mühüm, lakin təxirəsalınmaz, təcili həllini 

gözləyən  vəzifələrlə  məşğul  olması  səbəbi  ilə 

indiyə  qədər  hökumətin  fəaliyyətindən  kənarda 

qalan  məsələlərə  Zati-alinizin  diqqətini  cəlb  et­

məyə  əlverişli  məqam  sayıram.  Mən,  bizim 

maliyyə  və  iqtisadi  siyasətimizdən  danışıram. 

Həm  mənim  vətənə  olan  məhəbbətim,  həm  də 

əsrin  dörddə  üçü  qədər  davam  edən  ictimai  və 

sənaye-ticarət  sahələrində  zəhmətim  dövründə 

qazandığım  təcrübə  nəinki  mənə  ixtiyar  verir, 

eyni  zamanda  üzərimə  mənəvi  vəzifə  qoyur  ki, 

Zati-alinizə  açıq  şəkildə belə bir qəti  əminliyimi 

bildirim ki, hökumətin maliyyə və ticarət-sənaye 

sahələrindəki  hazırkı  siyasəti  yanlış  yoldadır  və 

bu  kursun  dərhal  və  qəti  olaraq  dəyişdirilməsi 

bizim  gənc  cümhuriyyətimizi  iqtisadi  fəlakət 

təhlükəsindən xilas edə bilər” (4, s. 252).

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



Azərbaycan  MEA-nın Xəbərləri. 

İctimai elmlər seriyası,  2018,  №1

223


H.Z.Tağıyev  hökumətin  iqtisadi  kursunun 

üç əsas istiqamətini tənqid edirdi:  tez-tez həyata 

keçirilən pul  emissiyası,  ölkədən  mal  daşınma­

sına  qadağa  qoyan  sistem,  dövlətin  özəl  firma 

və  müəssisələrin  işlərinə  müdaxiləsi.  Birinci 

amilə  toxunaraq  o,  yazırdı:  “Zati-aliniz  bixəbər 

deyil  ki,  son  aylarda  bizim  pulun  kursu  xeyli 

aşağı  düşmüşdür.  İş  o  yerə  çatıb  ki,  bizim  no­

minal  manatımız  Qərbi  Avropa  bazarlarında 

dövlətin  bütün  varidatı  ilə  təmin  olunan  kredit 

biletlərindən  aşağı  dəyərləndirilir.  Aydındır  ki, 

kursun  aşağı  düşməsi  qismən  bizim  nəzarət  və 

idarəçiliyimizdən  asılı  olmayan  ümumi  səbəb­

lərlə  izah  edilir.  Lakin  dünya  bazarlarında  pu­

lun  dəyərsizləşdirilməsinə  gətirib  çıxaran  hə­

min  səbəblərdən başqa məsuliyyətin böyük his­

səsi bizim maliyyə siyasətinin də üzərmə düşür. 

Bu  siyasət  dövlət məsrəflərini  ödəməyə  yeganə 

vasitə  kimi  yeni  kağız  pulların  buraxılmasına 

əsaslanır,  alıcılıq  qabiliyyəti  aşağı  olan  bu  ka­

ğızların  yenidən  dövlət  kassalarına  qaytarmaq 

üçün heç bir əməli tədbirlərə söykənmir.  Ölkəni 

doldurmuş  bu  kağızları  əhali  özündə  saxlamaq 

istəmir,  onları  mümkün  qədər  tez  tədavülə  bu­

raxmağa  tələsir  ki,  pulun  davamlı  şəkildə  qiy­

mətdən  düşməsindən  yaranan  itkiləri  əlverişli 

alver hesabına ödəsin” (4, s. 252).

H.Z.Tağıyev  hökumətin  maliyyə  siyasətini 

tamamilə  doğru  qiymətləndirirdi.  1918-ci  ilin 

sentyabrından  başlayaraq  Azərbaycanda  mütə- 

madi  olaraq  pul  emissiyası  həyata  keçirilmiş, 

“Bakı bonları” tədavülə buraxılmışdı.  Vəziyyəti 

gərginləşdirən səbəblərdən biri də ölkə ərazisin­

də  həmçinin  keçmiş  çar  və  Müvəqqəti  höku­

mətlərinin pul əsginazlarımn,  Tiflisdə buraxılan 

Cənubi  Qafqaz  hökuməti  bonlarının  da  sərbəst 

dövriyyədə  olması idi.  Cənubi  Qafqaz hökumə­

tinin  bonları  müstəqil  Gürcüstanın  mövcud  ol­

duğu dövrdə  də  çap  olunurdu.  1919-cu il  fevra­

lın  12-də  Gürcüstanla Ermənistan arasında bağ­

lanan  320  mln.  Cənubi  Qafqaz  bonlarının bura­

xılması  haqqında  saziş  Azərbaycanın  narahatlı­

ğına səbəb olmuşdur.  İş o yerə çatmışdır ki, “Ba­

kı  bonları”  qonşu  ölkələrdə  qəbul  edilmədiyi 

halda,  Ermənistan  və  Gürcüstan  pulları  Azər­

baycanda  sərbəst  işlədilirdi.  Dövlətdə  müxtəlif 

dəyərə  malik  olan  dörd  pul  vahidinin  işlədildiyi 

bu  cür  qeyri-normal  vəziyyət,  həmçinin  tez-tez

keçirilən  emissiyalar maliyyə  sisteminin  çökmə­

sinə gətirib çıxara bilərdi (1, s. 231).

1919-ci  il  aprelin  14-də  parlamentdə  çıxışı 

zamanı  Baş  nazir  N.Yusifbəyli  Bakıda  və  Tif­

lisdə  pulun  tədavülə  buraxılmasında  paralelli- 

yin  aradan  qaldırılmasının  mümkünlüyünü  bil­

dirmişdir.  Onun  fikrincə,  Azərbaycan  pulunun 

kursunu  ixrac  hesabma  tənzimləmək  mümkün 

olduğu  təqdirdə  artıq  pulların  çapma  ehtiyac 

yaranmaz.  Pulun  dəyərini  qaldırmaq  üçün

N.  Yusifbəyli  neftin  satışını  yalnız  milli  valyuta 

ilə  aparmağı  təklif  edirdi.  O,  deyirdi:  “Əgər 

nefti  yalmz  kəndi  paramıza  satarsaq  şimdiyə 

qədər  buraxdığımız paranın  cümləsini  toplamış 

olacağımızdan  nəticədə  təbii  paramızın  etibarı 

yüksələr.  Mətavə  ərzağın  fiyəti  düşər,  həyat  və 

məişətimiz kəndi məcrayi əslisinə övdət edər.  O 

vaxt  ümuri  maliyyəmiz  dəxi  yoluna  girər.  Bu 

gün  olduğu  kimi  gərək  burada  da  Tiflisdə  he­

sabsız kağız paralar buraxmağa  artıq məcburiy­

yət  olmaz.  Hələ  bu  iki  “emissiya”  bu  artıq  tə- 

həmmül  ediləcək  hallardan  deyildir.  İki  yerdə 

para  çıxarmaq  heç  bir  zaman,  heç  bir  məmlə­

kətdə  görünməmiş  bir  işdir.  Hökumət  bu  halda 

bir an xitam verməyə təşəbbüs edəcəkdir”  (2,  s. 

326).  Qeyd  etmək  yerinə  düşər  ki,  həmin  addı­

mın  atılmasını  H.Z.Tağıyev  də  təklif etmişdir.

O,  məruzə  məktubunda  yazırdı  ki,  hökumət 

“daxili  istehlak üçün qeyd-şərtsiz lazım  olan və 

çatışmayan  məhsulların  Azərbaycandan  daşın­

masım  qadağan etməklə,  digər məhsulların satı­

şında  var-gücü  ilə  ixracatçıların  köməyinə  gəl­

məlidir,  lakin  bircə  şərtlə  ki,  satılan  malların 

dəyəri  mütləq Azərbaycan manatı  ilə  ödənilsin. 

Xalqın  əlindəki  artıq  qalan,  xırda və  iri  möhtə- 

kirliyə  səbəb  olan pulların  dövriyyədən  çıxarıl­

ması  ilə  bərabər  aparılan  bu  siyasət  bizim 

maliyyə  işimizi  möhkəmləndirər  və  onu  indiki 

çətin vəziyyətdən çıxara bilər” (4, s. 253).

Lakin  sonrakı  hadisələr  göstərdi  ki,  N.Yu­

sifbəyli  hökuməti  özünün  maliyyə  siyasətini 

əsasən  əvvəlki  prinsiplər  əsasında  qurmaqda 

davam edirdi.  H.Z.Tağıyevin məktubu yazıldığı 

tarixdən bir qədər əvvəl -   1919-cu il aprelin 24- 

də  Maliyyə Nazirliyi  emissiyanın 510  mln.  ma­

natadək  artırılması  haqqmda  qanun  layihəsini 

parlamentə təqdim etdi.  Mayın  5-də pulların tə­

davülə buraxılmasına icazə verildi və gələcəkdə



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


224

Известия  НАН Азербайджана. 

Серия общественных наук,  2018,  №1

parlamentin  icazəsi  olmadan  əlavə  emissiyala­

rın  keçirilməsi  qadağan  edildi.  Yeddi  aydan 

sonra hökumət yeni  emissiya (bu dəfə 600  mln. 

manat  həcmində)  haqqında  məsələ  qaldırdıqda 

məlum  olmuşdur  ki,  parlamentin  razılığı  olma­

dan  artıq  100  mln.  manat  tədavülə  buraxılmış­

dır (1, s. 203).

Göründüyü  kimi,  H.Z.Tağıyevin  N.Yusif- 

bəyliyə  ünvanlandığı  məktubda  qaldırılan  pul 

emissiyası  məsələsi  müstəqil  dövlətin  iqtisadi 

inkişafının  əsas  problemlərindən  biri  idi.  Eyni 

zamanda,  sonrakı  proseslər  göstərdi  ki,  höku­

mət pulların  dövriyyədən  çıxarılması  üçün baş­

qa  mənbə  və  üsullar  tapmaqda  aciz  qalmış  və 

yenidən  çap  dəzgahım  işə  salmağa  məcbur 

olmuşdur.

Cümhuriyyət  hökuməti  bu  məsələni  yalnız 

1920-ci  ilin  əvvəllərində  qismən  həll  etməyə 

müvəffəq  olmuşdur.  Belə  ki,  milli  valyutanın 

kursu  mal  ixracı  vasitəsilə  tənzimlənməyə  və 

neft yalnız Azərbaycan puluna  satılmağa başla­

mışdır.  1920-ci  il  fevralın  əvvəllərində  maliyyə 

naziri  R.Qaplanov  nazirliyin  Tiflisdəki  agent­

liyi  vasitəsilə  “Bakı  bonları”nın  Cənubi  Qafqaz 

bonlarına  dəyişdirilməsini  qadağan  etmişdir. 

Aprel  işğalı  ərəfəsində  nazir  Batııma  daşman 

neft  və  neft  məhsullarından  alınan  aksiz  vergi­

sinin  Azərbaycan  pulları  ilə  ödənilməsinə  dair 

sərəncam vermişdir (6, s.  203).

H.Z.Tağıyevin  tənqid  etdiyi  növbəti  sahə 

ümumilikdə  “qadağa  sistemi”  adlandırılmış  hö­

kumət  tədbirləri  idi.  Ölkə  daxilində  vəziyyəti 

sabitləşdirmək  ehtiyacından  doğan  həmin  təd­

birlər  əhalinin  ərzaq  və  mallarla  təminatım 

yaxşılaşdırmaq  məqsədini  görürdü.  Hökumətin

1918-ci  ilin  avqustunda  qəbul  etdiyi  qərara 

əsasən, Azərbaycan Cümhuriyyəti hüdudlarında 

bütün  növ  ərzaq  məhsullarının  sərbəst  alışına 

və  satışına  icazə  verilir,  ölkədən  kənara  daşın­

ma isə yalnız ticarət və  sənaye nazirinin icazəsi 

ilə  aparılmalı  idi.  1919-cu  ildə  təsdiq  olunmuş 

qaydalara  görə  isə  məhsulların  bir  qisminin  çı­

xarılması ümumiyyətlə  qadağan  edilmişdir (on­

ları  ölkədən  daşımaq  üçün  bilavasitə  ticarət  və 

sənaye  nazirindən  icazə  alınmalı  idi),  digər  qi­

sim  məhsullar  isə  mübadilə  əsasında  xaricə  çı­

xarıla bilərdi.  Birinci qrupa ərzaq məhsullarının 

əsas  çeşidləri,  ikinciyə  isə  onların  bir  hissəsi,

həmçinin  neft,  neft  məhsulları,  pambıq,  metal 

və s. daxil idi  (6, s.  136-137).

Adıçəkilən  qaydalar  mütəmadi  olaraq  də­

yişikliyə  məruz  qalmış,  onlara  əlavələr  edilmiş 

və  dövlət  tədricən  ixrac-idxal  əməliyyatlarının 

tənzimləyicisi  rolunda  çıxış  etməkdən  əlavə  bu 

prosesə  fəal  müdaxilə  etməyə,  mal  və  xidmət­

lərin  qiymətlərinə,  tədarüklərə  nəzarəti  həyata 

keçirməyə  başlamış,  xariclə  aparılan  bəzi  tica­

rət  əməliyyatlarım  qadağan,  digərlərini  isə  təş­

viq  etmişdir.  Bu  cür  siyasət  sahibkarlar tərəfin­

dən  özəl  təşəbbüsün  və  sərbəst  bazar  münasi­

bətlərinin  sıxışdınlması  kimi  qəbul  edilərək, 

onların  narazılığına  səbəb  olmuşdur.  H.Z.Ta- 

ğıyev də həmin sahibkarlar sırasında idi. N.Yu- 

sifbəyliyə  ünvanladığı  məktubda  o,  yazırdı: 

“Dövlətin iqtisadi müstəqilliyi üçün onun xarici 

ticarətinin aktiv balansının hansı  əhəmiyyət  da­

şıdığı  məlumdur.  Əslində  müvafiq  qurumların 

bütün  işi  əvvəlcədən  bu balansın yaradılmasına 

yönəlməli  idi.  Lakin bizdə  indiyədək bu sahədə 

qadağalar  sistemi  qalmaqda  davam  edir  və  hə­

min  sistem  dəfələrlə  özünün  tamamilə  yararsız 

olduğunu  sübut  etmişdir.  Təkcə  ərzaq  və  ilkin 

tələbat  məhsulları  ixrac  qadağasına  düşmürdü. 

Qadağa  Azərbaycan  daxilində  demək  olar  ki, 

emal  olunmayan  yuna  da  şamil  edilirdi.  Nəha­

yət, bizdə  artıqlaması ilə istehsal olunan və fir­

malarımızın anbarlarında yığılıb qalan neftin də 

daşınmasına  elə  bürokratik  əngəllər və  məhdu­

diyyətlər  (məsələn,  böyükhəcmli  zaminlər,  sa­

tılan  neftin  əvəzində  digər  yox,  məhz  bu  məh­

sulu  gətirmək öhdəliyi və  s.)  qoyulub ki,  ixraca 

icazə  almaq  alver  və  ajiotaj  predmetinə,  əmə­

liyyatın  özü  isə  riskli  möhtəkirliyə  çevrilib.  Bu 

cür vəziyyət dövlətin mənfəətinə ziddir.

Acınacaqlı  və  qeyri-təbii  vəziyyət  yaranıb: 

bildiyimiz  kimi,  əcnəbi  malların  geniş  axım  öl­

kədə  həmin  malları  almaq  üçün  xarici  valyu­

taya  tələbatı  artırmış,  bizim  valyuta  isə  xaricdə 

heç kimə lazım deyil, o, alıcısını tapa bilmir. Nə­

ticədə  bizim  valyutanın  sahibi,  əgər  o,  əcnəbi- 

dirsə,  Azərbaycanda  lazımlı  məhsulu  almaq  və 

özü ilə aparmaq iqtidarında deyil” (4, s. 253).

H.Z.Tağıyevin  hökumətin  siyasətini  tənqid 

etməsi  ilk  baxışdan  konyunkturaya,  burjuazi­

yanın  məhdud  maraqlara  xidmət  edən  mövqe 

kimi görünə bilər.  Lakin o zaman Azərbaycamn

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



Azərbaycan MEA-nın Xəbərləri. 

İctimai elmlər seriyası,  2018,

  A

tel

225


o  zamankı  mövcud  olan  vəziyyətinin  təhlili 

H.Z.Tağıyevin  sözlərinin  əsaslı  olduğunu  sübut 

edir.  Həqiqətən  də,  məmurlar  ixrac-idxal  əmə­

liyyatlarına  icazənin  verilməsi,  malların  xaricə 

satılması,  məhsulun  paylaşdırılması  məsələlə­

rində  sui-istifadə  hallarına  yol  verirdilər.  Belə 

faktlar o qədər tez-tez baş verirdi ki, parlament­

də  bununla bağlı  silsilə  müzakirələr keçirilmiş­

dir.  1919-cu  il  yanvarın  28-də  “İttihad”  fraksi­

yasının  lideri  Q.Qarabəyov  ölkədə  neft,  həm ­

çinin  Tağıyevin  toxuculuq  fabrikində  istehsal 

olunan bez möhtəkirliyi  ilə bağlı hökumətə  sor­

ğu göndərmişdir.  Qanunverici  orqamn iclasında 

çıxış  edərək  o,  demişdir:  “Azərbaycan  ən  zən­

gin  məmləkətlərdən  biridir.  Sərvətimizin  də 

birisi  neftdir  ki,  bütün  cahan  ona  möhtacdır. 

Fəqət, bu sərvətlə bərabər qonşumuz olan m əm­

ləkətlərdə Azərbaycandan çox ucuzluqdur. Neft 

ticarət və  ixracının məni haqqında çox qanunlar 

var.  Fəqət, bəzi xoşbəxtlər bilmirəm nüfuzlany- 

namı,  qohumluğamı  ya  xüsusi  himayəyə  görə 

lazım  olan  icazənaməni  alır  və  alış-verişlərini 

edirlər.  Bizim  ayn-ayrı  şəxslərlə  işimiz yoxdur, 

ancaq qaydamn pis götürüldüyünü  görmək istə­

yirik”  (2,  s.  149-150).  Bu  sorğu  ilə  əlaqədar 

parlamentin  dörd  iclası  keçirilmişdir.  Əksər 

parlament fraksiyalarının nümayəndələri  yaran­

mış  vəziyyəti  pisləmişlər.  1919-cu  il  9  fevral 

tarixli  iclasda  Baş  nazir  F.Xoyskinin  çıxışı 

maraqlı  olmuşdur.  O,  ittihadçıların  sorğusunu 

birmənalı  olaraq “hökumətə  badalaq vurma, biz 

soxmaq”  kimi  dəyərləndirdi.  Qəribədir  ki,  baş 

nazir  öz  çıxışında  möhtəkirlik  və  özbaşınalıqla 

hansı  üsullarla  mübarizə  aparacağına  dair  heç 

bir söz deməmişdir.  Bunun əvəzində o,  olduqca 

emosional  tərzdə  sorğudan  öz  hiddətini  ifadə 

etmişdir:  “Belə  sorğular  parlament  tərəfindən 

hökumətə  bir  köməkdir.  Heç  hökumət  belə 

sorğudan  inciməz.  Əgər  bir  əsas  doğru  deyilsə, 

parlament  sorğu  versin,  düzəlməsin  tələb  etsin. 

Biz  sorğuyu həmişə  artıq  dərəcə məmnuniyyət­

lə  qəbul  edəriz.  Amma,  möhtərəm  məbuslar, 

sorğu da var, sorğu da var.  Bir sorğu var ki, ata­

nın  oğluna  verdiyi  nəsihət.  Bir  sorğu  da var ki, 

zəhərli,  bədxahlıq  sorğusudur.  Zənn  edirəm,  bu 

ikinci kimi  sorğular ilə  iş  heç vaxt qabaqca get­

məz.  Belə  sorğu  parlament  ilə  hökumətə  ba­

dalaq  vurmaq,  biz  soxmaq  deməkdir.  Aya  bu

zamandır  ki,  hökumətə  badalaq  vurulsun?  Aya 

Azərbaycamn  halı  elədirmi  ki,  hökumət  ilə  sü- 

pürüşülsün.  Belə  də  sorğu  olar?  ...Bu  sorğu  de­

yil,  dalında  yumruq,  cibində  daş  gizlətməkdir 

ki,  hökuməti  qəflətən  vurasan,  belə  sorğuya  nə 

cavab vermək olar” (2,  s.  190-191).

Baş  nazirin  bu  cür  çıxışı  parlament  üzvlə­

rinə  təsirsiz  ötüşmədi.  Sorğu  ilə  bağlı  qərarın 

müzakirəsi  başlayanda,  sosialistlər  fraksiyası 

möhtəkirlik  və  özbaşınalıq  faktlarını  araşdır­

maq  məqsədilə  geniş  səlahiyyətlərə  malik  föv­

qəladə  parlament  komissiyasının,  habelə  vəzifə 

cinayətləri,  möhtəkirlik  və  əks-inqilab  üzrə  bü­

tün işlərə baxacaq  ali  tribunal  haqqında  əsasna­

mə  hazırlamaq  üçün  xüsusi  komissiyanın  yara­

dılmasım  təklif etdi.  “Müsavat”  partiyası  qəra­

rın  aşağıdakı  redaksiyada  qəbulunu  təklif etdi: 

hökumətin  sorğu  ilə  bağlı  izahatı  qənaətbəxş 

hesab  olunsun,  ölkədə  istehsal  olunan  məhsul­

ların  daha  səmərəli  istifadəsi  və  ərzaq  işinin 

tənzimlənməsi  istiqamətində  tədbirlər  hazırla­

maq üçün xüsusi  komissiya təsis  edilsin.  Sonda 

parlament  olduqca  mötədil  məzmunlu  qərar 

qəbul  etdi:  “Hökumətin sorğulara olan cavabını 

eşidərək  Məclisi-Məbusan  hökumət  rəisəsinin 

göstərmiş  olduğu  tədbirlərin  tezlik  ilə  görül­

məsi  arzusunu  izhar  edərək  və  hökumətin  bə­

yanatım  kafi  görərək  növbədəki  məsələyə  ke­

çir”.  Eyni  zamanda  “Müsavat”  partiyasının  xü­

susi komissiyanın təşkili haqqında təklifi  də qə­

rarda öz əksini tapdı (2, s.  193).

Beləliklə,  parlament  ölkənin  həyatında  ən 

kəskin  problemlərdən  birinə  vaxtında  və  doğru 

reaksiya  verə  bilmədi.  Çox  güman  ki,  deputat­

lar  qəti  mövqe  nümayiş  etdirsəydilər,  ərzaq  və 

malların  alış-verişində  neqativ  hallan  aradan 

qaldırmaq  mümkün  olardı.  Parlamentdə  aparı­

lan  müzakirələr  xronoloji  baxımdan  H.Z.Tağı- 

yevin  məktubu  ilə  üst-üstə  düşməsə  də,  qeyd 

etmək  lazımdır  ki,  1919-cu  ilin  əvvəlində  lazı­

mi  qərarın  qəbul  olunmaması  həm H.Z.Tağıye- 

vin  məktub yazdığı vaxtda, həm də  ondan son­

ra ticarətdə hərc-mərcliyin davam etməsi gətirib 

çıxarmışdır.

Yeri  gəlmişkən,  F.Xoyskini  əvəz  etmiş 

N. Yusifbəyli  parlamentdəki  14  aprel  1919-cu  il 

tarixli  çıxışında  hökumətin  ixrac-idxal  əməliy- 

yatlannda  məhdudiyyətlər  qoymasını  qeyri-



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


226

Известия  НАН Азербайджана. 

Серия общественных наук,  2018,  №1

effektiv tədbir kimi  qiymətləndirmiş,  onun göz­

lənilən  nəticə  vermədiyini  və  bu  sahədə  köklü 

dəyişikliklərin  vacibliyini  vurğulamışdır.  O, 

qiymətlərin aşağı salınması üçün hökumətin ba­

zara  lazımi  qədər  məhsul  çıxarmaq  niyyətində 

olduğunu,  daxili  ticarətin  tam  sərbəstliyi  şə­

raitində  xaricdən  məhsulların  gətirilməsinə  səy 

göstərəcəyini,  bununla da ölkədə  ərzaq məsələ­

sinin  tənzimlənəcəyini  bildirmişdir  (2,  s.  327). 

Lakin  sonrakı  hadisələr  göstərdi  ki,  Azərbay­

canın ticarət-sənaye dairələri  arasmda qeyri-po- 

pulyar olan qadağa tədbirləri davam edirdi.  On­

lardan  bəziləri  H.Z.Tağıyevin  özünün  də  m a­

raqlarına  toxunurdu.  Belə  ki,  dövlətin  iqtisadi 

və  müdafiə  maraqları  naminə  hökumət  ölkədən 

mal  daşınması  haqqında bəzi  vəsatətlərə  imtina 

cavabım  verirdi.  1919-cu  il  dekabrın 2-də  Bakı 

şəhər  rəisinin  H.Z.Tağıyev  fabrikində  istehsal 

olunan  parçanın  ölkə  daxilində  çörəklə  əmtəə 

mübadiləsinə  dair  vəsatəti  qəbul  olunmadı.  Bu 

imtina  Hərbi  Nazirliyin  fabrik  məhsullarına 

kəskin  ehtiyac  duyması  ilə  izah  olunurdu.  Hə­

min  gün  Tağıyev  fabrikindən  iplik  çıxarmağa 

icazəsi  olan  Davidyants  soyadlı  bir  nəfərin  və­

satəti də təmin edilmədi (6, s.  140).

Baş  nazirə  yazdığı  məktubda  H.Z.Tağıyev 

əsas  diqqəti  ona məxsus  “Qafqaz lifli  maddələr 

istehsal  edən  səhmdar  cəmiyyəti”nin toxuculuq 

fabrikinin problemlərinə yönəltdi.  0 ,1 9 0 1 -ci  il­

də  açılan  və  Cənubi  Qafqazın  yeganə  olan  bu 

müəssisənin əhəmiyyətini belə xarakterizə edir­

di:  “Mən,  çoxlu  qurbanlar və  zəhmətlər hesabı­

na  doğma  diyarda  yeni  sənaye  sahəsini  yarat­

dım,  minlərlə  yerli  sakinə  etibarlı  qazanc  ver­

dim,  Azərbaycanda  yeni  kənd  təsərrüfatı  sahə­

sinin  -   pambıqçılığın  inkişafına  güclü  təkan 

verdim,  əhaliyə  ucuz  ilkin  tələbat  məhsulunu 

verdim, bizim ixracatımız üçün yeni məhsul bu­

raxdım  və  dövlətin  rifah  və  gəlirin  yeni  m ən­

bəyi ilə zənginləşdirdim” (4, s. 254).

H.Z.Tağıyevin  sözlərinə  görə,  Azərbayca­

nın müstəqillik qazanması belə bir ümid yaratdı 

ki,  “qanuni  hakimiyyət  dövlətin rifahı  üçün  sə­

nayenin vacibliyini  diqqətə  alaraq,  onun sərbəst 

inkişafına  imkan  yaradacaq.  Lakin  əksinə,  Ba­

kıda  qanuni  dövlət  quruluşunun bərqərar  olma­

sından  indiyədək  fabrikə  qarşı  işi  əngəlləyən, 

müəssisəni  çoxmilyonlu  itkilərlə  üz-üzə  qoyan

qadağa  və  məhdudiyyət  sistemi  tətbiq  edilir. 

Həmin  sistem  davam  edərsə,  o,  real  dəyəri  400 

min  qızıl  funt  sterlinq,  indiki  kursla  isə  280 

milyon  manat  olan  fabriki  müflisləşməyə  və 

ləğvə gətirib çıxaracaq” (4, s. 254).

H.Z.Tağıyev  tərəfindən  bu  cür  kəskin  tən­

qidin səbəbi nə idi? Məsələ burasındadır ki,  hö­

kumətin qoyduğu qaydaya görə, toxuculuq fab­

rikinin məhsulları yalnız Ticarət və  Sənaye N a­

zirliyinin icazəsindən sonra satışa çıxanla bilər­

di.  Bunun  nəticələrini  H.Z.Tağıyev  öz  məktu­

bunda belə təsvir edirdi: “ ...  icazələrin verilməsi 

ən biabırçı möhtəkirliyə  səbəb olmuşdur.  İcazə­

lər  ticarət  predmetinə  çevrilir,  əldən-ələ  keçir, 

fabrik  anbarının  kassası  qarşısında  dərhal  üstü­

nə  əlavə  qiymət  qoyulmaqla bir  neçə  dəfə  satın 

-  almırdı. Nəticədə nazirliyin bir və ya bir qrup 

şəxsə icarə verdiyi məhsul pərakəndə  satıcıların 

əlinə  keçir,  onlar  isə  öz  xərclərini  istehlakçının 

üzərinə  qoymaqla  artıqlaması  ilə  mənfəət  götü­

rürdülər.  Beləliklə,  məhsul  istehsalçıya  bir  növ 

qaçaqmalçılıq yolu  ilə  gəlib  çıxırdı.  Şəhərdə  və 

bütün  ölkədə  malların  qıtlığı  hiss  olunur,  fa­

brikin  anbarlarında  isə  onlar  yığılıb  qalırdı, 

çünki icazə vermə prosedurunda ləngimə və na­

zirliyin  icazələrin  verilməsində  göstərdiyi  ehti­

yatlılıq  əhalini  istismardan  qorumur  və  bazar­

lara  aylıq  çıxarılan  məhsulun  həcminin  süni 

surətdə  azaldılmasına  gətirib  çıxarırdı.  İcazə 

sistemi  vasitəsilə  ümumi  istifadəyə  buraxılan 

məhsulu  əhali  üçqat  bahasına  aldığı  bir  vaxtda 

nəhəng  mal  ehtiyatları  ölü  kapital  kimi  yığılıb 

qalır,  nə  faizlər,  nə  də  kommersiya  mənfəəti 

gətirir, korlanma və yanğın təhlükəsi  ilə üzləşir, 

ağır  yük  kimi  müəssisənin  balansında  qalırdı. 

Bu zaman müəssisənin özü isə fəhlələrlə hesab­

laşma  və  satınalma  əməliyyatlarım  aparmaq 

üçün nağd pullara ehtiyac  duyurdu.  Hal-hazırda 

həmin  ehtiyatların  dəyəri  6-7  mln.  manat təşkil 

edir” (4, s. 254-255).

H.Z.Tağıyev  məktubda  hökumətin  digər 

tədbirini  -   fabrik  məhsullarına  möhkəm  sabit 

qiymətlər  qoymasını  da  tənqid  etmişdir.  Onun 

sözlərinə görə, həmin qiymətlər bazar qiymətlə­

rinə  uyğun  deyil,  onlar  firmalar  üçün  ziyanlı, 

əhali üçün isə əlverişsizdir. Hökumətin bez üzə­

rinə qoyduğu 5  manat 50  qəpik sabit qiymətdən 

sonra  Tağıyev  fabriki  m üxtəlif  şəxslərə  və

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



Azərbaycan  MEA-nın Xəbərləri. 

İctimai elmlər seriyası,  2018,  №1

227

qurumlara  ümumi  dəyəri  535  mln.  manatlıq 

937  min  arşın  bez  satmışdır.  Alverçilərin  əlinə 

düşən  bez  bazarlarda  11-20  manat  civannda 

satılırdı.  Beləliklə,  H.Z.Tağıyevin  təbirincə  de­

sək,  “...müxtəlif  vasitəçilər  hər  arşın  bezdən 

orta  hesabla  ən  azı  7  manat,  ümumiyyətlə  isə 

6,8 mln. manat gəlir götürdülər, əhali bu pullara 

qənaət  edə  bilmədi,  fabrikə  isə  onlar  gəlib  çıx­

madı...” (4, s. 256).

H.Z.Tağıyev  bu  problemlər  haqqında  baş 

nazirə  1919-cu  ilin  iyun  ayında  yazırdı,  hal­

buki,  yuxanda deyildiyi kimi,  hələ  ilin əvvəlin­

də  “İttihad”  fraksiyası  Tağıyev  fabrikində  qa­

nunsuz bez satışı ilə bağlı F.Xoyski hökumətinə 

sorğu  ünvanlanmışdır.  “İttihad”ın  lideri  Q.Qa- 

rabəyov  öz  çıxışında  deyirdi  ki,  əhali  bezin  ar­

şınını  5  manata  buraxan  fabrik  ola-ola  bazarda 

onu  17 manata almağa məcburdu.  Həmin fabrik 

ətrafında  da  bir  sıra  maneələr  yaradılıb  ki,  on­

ları  yalnız  az  sayda  seçilmişlər  d əf  edə  bilir. 

Bez üçün  icazə  alan  şəxs  onu  artıq  fabrikin  qa­

pılarında  12 manata satır.” (2, s.  140).

H.Z.Tağıyevin 

N.Yusifbəyliyə 

yazdığı 


məktubda  fabrikin  bağlanmasının  mümkünlü­

yünə  işarə  verilir.  Müəssisənin  ölkə  təsərrüfatı­

nın  inkişafına  töhfəsini,  3  min  fəhlənin  işlə  tə­

min olunduğunu,  fabrikin parça istehsalım  ayda 

300  min  arşından  1  mln.  arşına  qədər  qaldır­

mağa imkanı olduğunu və s.  sadaladıqdan sonra 

H.Z.Tağıyev  belə  bir  qənaətə  gəlir:  “Və  bu 

müəssisə  ticarət  və  sənaye  qurumunun  səhv  və 

uğursuz  tədbirləri  ucbatından  fəhlələrin  məva­

cibini  ödəməkdə  çətinlik  çəkir,  təchizatçılar 

qarşısında  öz  öhdəliklərini  yerinə  yetirə  bilmir 

və  elə  bir  acınacaqlı  vəziyyətdədir  ki,  ya  ləğv- 

etmə,  ya  da  fabrikin  indiki  real  qiymətə  satıla­

raq  xəzinənin  ixtiyarına  keçməsi  haqqında  hö­

kumət  qarşısında  vəsatət  qaldırmağa  hazırdır” 

(4, s. 257).

Qeyd  olunmalıdır  ki,  məktubdan  sonra  hö­

kumət müəyyən güzəştə  gedərək bir arşın bezin 

qiymətini  10  manata  qaldırdı.  Bu  addım  təkcə 

anbarda  yığılıb  qalan  məhsulun  satışından 

H.Z.Tağıyevə  1  mln.  manata  qədər  mənfəət 

gətirirdi (5,  s.  154).  Lakin yeni qiymətlər fabrik 

sahibini  qane  etmədi  və  o,  Ticarət  və  Sənaye 

Nazirliyi  qarşısında  qaldırdığı  vəsatətdə  müəs­

sisənin  texniki  avadanlığının  pis  vəziyyətdə

olduğunu  səbəb  gətirərək,  istehsalın  azaldılma­

sına  icazə  istəmişdir.  Bəzən  Hərbi  Nazirlikdən 

başqa  bütün  digər  şəxslərə  və  qurumlara  bezin 

verilməsinin  dayandırılacağı  haqqmda  hədələr 

də  səsləndirilirdi.  Lifli  maddələr  istehsal  edən 

səhmdar  cəmiyyət  hətta  Ticarət  və  Sənaye  N a­

zirliyinin  ipliyin  buraxılma  normasının  artırıl­

ması  haqqında  tələbinin  icrasından  imtina  et­

mişdir (5, s.  154).

1919- 

cu  ilin  iyununda  hökumət  nazirliyin 



müfəttişini  fabrikə  göndərərək  ona  müəssisə- 

dəki  işlərə  müşahidə  və  uçot  aparmağı,  istehsa­

lın  azaldılması  və  ya  buraxılan  məhsulun  key­

fiyyətinin  aşağı  düşməsi  hallan  haqqında  mə­

lumat  verməyi  tapşırdı.  Fabrikin  direktoru  mü­

fəttişə hər gün dəzgahlarm  işə  salınması,  parça, 

iplik,  pambıq  buraxılması  haqqında  texniki  ra­

portlar verməyə  borclu  idi.  1919-cu  ilin  dekab- 

nnda  nazirlik  hökumətin  sərəncamına  verilən 

parçaların  məcbur  aylıq  istehsal  normalanm 

təsdiq  etmişdir.  Hökumət  isə  öz  növbəsində 

fabriki xam pambıqla təchiz etməli idi, lakin bu 

öhdəlik  demək  olar ki,  yerinə  yetirilmirdi  (5,  s. 

155).


1920- 

ci  il  yanvann  1-də  hökumətin  fabrik 

məhsullanna  tətbiq  etdiyi  möhkəm  qiymətlərin 

müddəti  başa  çatdı  və  H.Z.Tağıyev  hökumətlə 

səhmdar  cəmiyyəti  arasında  yeni  müqavilənin 

bağlanması  məsələsini  müzakirə  etmək haqqın­

da təklifi Ticarət və  Sənaye Nazirliyinə göndər­

di.  Onun  fikrincə,  bu  qarşılıqlı  razılaşma  “işin 

rəhbərlərinə  (fabrikin rəhbərliyi  nəzərdə tutulur 

-  


F. C.)

  əzmkarlığı  və  azad təşəbbüskarlığı  inki­

şaf etdirməyə  imkan yaradacaq ki,  bunlarsız hər 

bir müəssisə  durğunluğa  və  çökməyə  düçar  ola­

caq...  Bu  yolla  hökumət  həmçinin  müəssisənin 

sahibi  və  sərəncamvericisi  kimi  səhmdar cəmiy­

yətinin  hüquq  və  vəzifələrini  bərpa  etmiş  olar­

dı...”.  Lakin  bir  sıra  müəssisələrdə  fikir  ayrılığı 

səbəbindən razılıq əldə olunmamışdı (5, s.  155).

N.Yusifbəyliyə  yazdığı  məktubda  H.Z.Ta- 

ğıyev  təkcə  hökumət  siyasətinin  tənqidi  ilə  ki­

fayətlənməmiş,  eyni  zamanda  böhrandan  çıx­

maq  üçün  öz  təkliflərini  də  irəli  sürmüşdür.  O, 

ilk növbədə  sənayeçiyə  dövlətin  və  cəmiyyətin 

düşməni, yalnız öz şəxsi mənfəətini güdən, üzə­

rində  ciddi  nəzarət  olmalı  cinayətkar  kimi  bax­

maqdan  imtina  etməyin  vacibliyini  göstərirdi

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



228

Известия  НАН Азербайджана. 

Серия общественных наук,  2018,  №1

(4,  s.  256).  Əlbəttə,  hökumətin  sahibkarlara 

münasibətin  məhz  bu  cür  qiymətləndirilməsi 

həddindən artıq  şişirdilmişdi və əslində, reallığı 

əks  etdirmirdi.  Lakin  H.Z.Tağıyev  mənsub 

olduğu  sosial  təbəqənin  maraqlarım  ifadə  edir 

və  bu  səbəbdən  də  hökumətin  iqtisadiyyatın 

dövlət  tərəfindən  tənzimlənməsi  sahəsində 

məcburiyyət  qarşısında  gördüyü  tədbirləri  sa­

hibkarlara  qarşı  yönəlmiş  siyasət  kimi  səciy­

yələndirirdi.  Görünür, mülahizələrinin müəyyən 

dərəcədə  kəskinliyini  anlayan  H.Z.Tağıyev 

məktubun  sonunda  baş  nazirə  nəzakətlə  izah 

edirdi:  “Zati-alinizin  mənim  səmimiyyətimə 

şübhə  ilə yanaşmayacağına əmin  olub  ümid  et­

mək  istərdim  ki,  Siz  mənim  ola  bilsin,  həddin­

dən artıq cəsarətli fikirlərimə mənfi yanaşmaya­

caqsınız,  çünki  həmin  mülahizələrim  hər  iki­

mizə  doğma  olan  Vətənimizə  yalnız  xeyir  və 

fayda vermək istəyindən irəli gəlir” (4, s. 257).

H.Z.Tağıyevin  fikrincə,  iqtisadi  böhrandan 

yeganə  düzgün çıxış yolu qadağa sisteminin,  sa­

bit  qiymətlərin  ləğvindən  və  azad  rəqabətin  tə­

min  olunmasından  keçir.  Məruzə  məktubunun 

sonunda  H.Z.Tağıyev  bir  növ  milli  buıjuazi- 

yanın  platformasım,  kredosunu  ifadə  etmişdir: 

“Sonda  bir  daha  Zati-alinizi  əmin  etmək  istə­

yirəm  ki,  mən heç  vaxt  Sizin  dəyərli  diqqətinizi 

hazırkı məktubla pozmağa cürət etməzdim,  əgər 

dərindən  anlamasaydım  ki,  mənim  Sizə  müra­

ciətim  kommersant  və  sənayeçinin  şəxsi  ma­

raqlan  ilə  deyil,  səmimi  vətənpərvərlik  hisslə­

rindən  irəli  gəlir.  Mən  qəti  əminəm  ki,  dövlətin 

siyasi müstəqilliyi yalnız onun maliyyə və iqtisa­

di  müstəqilliyinə  əsaslanır,  bunsuz  siyasi  cəhət­

dən  azad  vətəndaşlar  özlərindən  sənaye  və  tica­

rət  baxımından  daha  güclü  qonşulann  qullan 

olacaqlar.  Gənc  Azərbaycan  Cümhuriyyəti  üçün 

bu  cür  maddi  müstəqilliyin  təməlini  qurmağa 

can  atmağım  məni  ticarət  və  sənayenin  azad  ol­

mağı naminə çıxış etməyə vadar edir, çünki qada­

ğaların  dar  çərçivəsində  onların  sağlam,  düzgün 

inkişafı və tərəqqisi mümkün deyil...” (4, s. 257).

Beləliklə,  H.Z.Tağıyevin  N.Yusifbəyliyə 

məruzə  məktubu  Azərbaycanda  mövcud  iqtisa­

di durumu, həmçinin müəllifin özünün vətəndaş 

mövqeyini  əks  etdirən  mühüm  tarixi  mənbədir. 

Sözsüz ki,  H.Z.Tağıyev məktubda həm özünün, 

həm  də  əksər  sahibkarların maraqlarından  çıxış 

edirdi.  Bəzi  mülahizələrdə  H.Z.Tağıyev  olduq­

ca  kəskin  idi  və  şişirtmələrə  yol  verirdi.  Onun 

arqumentləri  heç  də  həmişə  əsaslı  olmamış, 

çünki  məktubda təqdim  olunan tədbirləri  höku­

mət  yalnız  bir  məqsədlə  həyata  keçirirdi:  ölkə­

nin  iqtisadi  həyatım  sabitləşdirmək,  əhalinin 

ərzaq  və  tələbat  malları  ilə təminatındakı  prob­

lemləri  aradan  qaldırmaq.  H.Z.Tağıyev  məruzə 

məktubunda hökumətin bu tədbirləri hansı çətin 

daxili  və  xarici  şəraitdə  tətbiq  etməsi  məsələsi­

nə toxunmamışdır.  Halbuki,  bu amil  həm  qada­

ğalar  sisteminə,  həm  də  firma  və  müəssisələr 

üzərində  sərt nəzarətə xeyli  dərəcədə bəraət qa­

zandırdı.  Bu  cür  addımlar  atmağa  məcbur  olan 

Cümhuriyyətin  hökumət  kabinetləri  onların 

qeyri-effektivliyini  anlamış,  lakin  cəmiyyətdə 

qeyri-populyar  olan  həmin  tədbirlərə  tezliklə 

alternativ tapmaqda gücsüz olmuşdur.

istifadə olunmuş  ədəbiyyatın siyahısı:

1. Azərbaycan Cümhuriyyəti.  Bakı,  1998.

2.  Azərbaycan  Xalq  Cümhuriyyəti.  1918- 

1920.  Parlament.  Stenoqrafik  hesabatlar.  Bakı, 

1998.

3.  Azərbaycan Xalq Cümhuriyyəti  Ensiklo­



pediyası:  2 cilddə, I cild, Bakı, 2004.

4.  Азербайджанская  Республика.  Доку­

менты  и  материалы  //  под  ред.  Дж.Б.Гу- 

лиева.  Баку,  1998.

5.  Алиева  Л.  Рабочие-текстилыцики  Ба­

ку в начале XX в. Баку,  1969.

6.  Рустамова Дж.  Национальная буржуа­

зия  в  период  Азербайджанской  Демократи­

ческой Республики. Баку, 2007.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



Azərbaycan  MEA-nın Xəbərləri. 

İctimai elmlər seriyası,  2018,  №1

229


Summary 

Farhad Jabbarov

On the certain  economic policy of First Azerbaijan Republic

Key words: 

ban system,  report letter,  entrepreneurs,  H Z.  Taghiyev,  N.  Yusifbayli

Article  was  dedicated  to  the  analysis  o f  the  measures  taken  by  the  government  for  the 

economical  development  o f the  country  and  the  role  o f the  state  in  the  economical  processes.  The 

letter  o f Haji  Zeynalabdin  Taghiyev,  well-known  entrepreneur-philanthropist,  to  Nasib  bay  Yusi­

fbayli,  the prime  minister,  written in  1919  have  been used  as the  initial  source  in the  research.  The 

problem  tackled  in  the  letter  was  reflected  on  the  background  o f  the  social-economic  situation 

existed in that period.

Резюме

Фархад Джаббаров

К некоторым вопросам экономической политики 

Первой Азербайджанской Республики

Ключевые  слова: 

система  запретов,  докладная  записка,  предприниматели,  Г.З.Тагиев, 

Н.Юсифбейли

Статья  посвящена  анализу  мероприятий  правительства  Первой  Азербайджанской  Рес­

публики по экономическому развитию страны, роли государства в экономических процессах. 

В  качестве  первоисточника  привлечена  докладная  записка  известного  предпринимателя- 

благотворителя Гаджи Зейналабдина Тагиева премьер-министру Насиб  беку Усуббекову,  со­

ставленная  в  1919  г.  Поднятые  в  записке  вопросы  освещены  на  фоне  социально-экономи­



ческого положения того периода.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə