A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   2   3   4   5   6   7   8   9   ...   13

Maykl Valzer 

 

Maykl Valzer Prinstonda, Nyu Cersi ştatında Müasir Elmlər İnstitutunda Sosial elmlər məktəbinin 

fəxri professorudur.  

O, “Yeni Respublika” nəşrinin yardımçı redaktoru, “Dissent” nəşrinin həmredaktoru və son 

zamanlarda çıxmış “Siyasi düşünərək” kitabının müəllifidir. 

 

Əlbəttə, korlayır... 

 

 



Bazarda rəqabət sadə müsbət davranış qaydalarını pozmaq və sonra davam etməyə ciddi əsaslar 

yaratmaq üçün insanları böyük təzyiq altında qoyur. Bu səmərələşdirmələr- yekun nəticəyə nail omaq 

üçün zəruri olan sonsuz özünü aldatma və yenə də bunun normal olduğunu düşünmək mənəvi xarakteri 

korlayır.   

  

Ancaq bu özlüyündə azad bazara qarşı arqument deyil. Demokratik siyasət yolları haqqında düşünmək 



də mənəvi xarakteri korlayır. Siyasi hakimiyyət üçün rəqabət  insanları böyük təzyiq altında qoyur. 

İctimai görüşlərdə yalanlar qışqırmaq, yerinə yetirilə bilməyən vədlər vermək, kölgə xarakterlərdən pul 

götürmək, prinsipləri güzəştə getmək bağışlana bilməz. Bütün bunlar hansı yollasa müdafiə 

edilməlidir. Mənəvi xarakter isə müdafiə üçün çıxış yolu deyil, ən azı o, bunu tam şəkildə edə bilməz.  

Amma bu açıq çatışmazlıqlar demokratiyaya qarşı arqument hesab olunmamalıdır. Şübhəsiz, iqtisadi 

və siyasi rəqabət də müxtəlif cür əməkdaşlıq layihələri yaradır-tərəfdaşlıq, şirkətlər, partiyalar, 

ittifaqlar.  

 

Bu layihələr çərçivəsində qayğıkeşlik, qarşılıqlı hörmət, dostluq və həmrəylik inkişaf etmiş və 



möhkəmlənmişdir. İnsanlar kollektiv müzakirə alış-verişini öyrənir. Onlar mövqelərini qurban verir, 

riskə gedir və ittifaqlarını möhkəmləndirirlər. Bütün bu proseslər xarakteri formalaşdırır. 

 

Amma ortaya qoyulan pullar böyük olduğuna görə, iştirakçılar bu fəaliyyətlərdə  müşahidə etməyi və 



bir-birinə inamsız yanaşmağı, öz planlarını gizlətməyi, dostlarına xəyanət etməyi və bizim 

Vaterqeytdən Enrona  qədər bildiyimiz başqa şeyləri də  öyrənirlər.  

 

Onlar korporativ korrupsiya, siyasi qalmaqal, aldadılan səhmdarlar və yanılan seçicilərdən bəhs edən  



tanış hekayələrdə “xarakterlər”ə çevrilirlər. Alıcıya xilas olmaq imkanı verin! Seçiciyə xilas olmaq 

imkanı verin! 

 

Mənəvi dəyərlərə malik insanlar üçün siyasi və iqtisadi rəqabəti təhlükəsiz etməyin yolu varmı? 



Şübhəsiz, tam təhlükəsizlik təmin edilə bilməz. Azad bazarlar və azad seçkilər bütün iştirakçılar üçün 

xüsusi olaraq təhlükəlidir. Yalnız ona görə yox ki, yanlış adamlar, məhsullar və siyasətlər qalib gələ 

bilərlər, həm də ona görə ki, qələbənin qiyməti düzgün insanlar, məhsullar və siyasətlər üçün 

həddindən artıq yüksək ola bilər.   

 

Buna baxmayaraq, biz bazar və seçki təhlükələri ilə eyni cür davranmırıq. Biz siyasi rəqabətdə hədləri 



təyin etmək və siyasəti çox və ya az mənəvi itkiyə məhkum olanların üzünə açmaq üçün gərgin 

işləyirik. 

 

Bu gün siyasətçilər geniş miqyasda mənəvi örnəklər kimi tanınmırlar, müəyyən mənada ona görə ki,  



onlar daha çox medianın gözü önündə yaşayır, dünyaya da hər cür günah və  nöqsan sahibləri kimi 

tanıdılırlar. Hər halda, konstitusional demokratiyalar siyasi korrupsiyanın ən pis formalarını 

dayandırmağa müvəffəq olmuşdur. 

 

Biz tiranların şıltaqlıqlarından, aristokratik lovğalıqdan, repressiyadan, əsassız həbsdən, senzuradan, 



dəyişməz məhkəmə zallarından və şou məhkəmələrdən azadıq. Elə azad deyilik ki, öz azadlığımızı 

sayıqlıqla müdafiə etməyə ehtiyac duymayaq, elə azadıq ki, müdafiəni kifayət səviyyədə təşkil edə 

bilək.  

 



Tez-tez yalan danışan və ya vədlərinin çoxunu pozan siyasətçilər seçkilərdə uduzmağa meylli olur. 

Xeyr, bizim ictimai həyatımızın ən pis korrupsiyaları siyasətdən deyil, iqtisadiyyatdan gəlir və ona 

görə gəlir ki, bizim bazar davranışımızda bənzər konstitusiya limitlərimiz yoxdur. Bəlkə də, 

konstitusional demokratiyanın ən vacib nailiyyəti siyasətdən ümidsizliyi kənarlaşdırmaq olmuşdur. 

Hakimiyyəti itirmək güllələnmək anlamına gəlmir. Uduşsuz tərəfin tərəfdarları kölə və ya sürgün 

edilmir.  

  

Hakimiyyət uğrunda mübarizədə ortaya qoyulan pullar sərf olunandan azdır, hansı ki, bu, mənəvi 



davranış üçün seçimləri xeyli yaxşılaşdırır. Müasir rifah dövləti iqtisadiyyat üçün eyni şeyi etmək 

məqsədi güdür: o, itirilə bilən şeylər üzrə limitlər müəyyən etməklə bazarı konstitusionallaşdırır. 

Ancaq əslində, ən azı Birləşmiş Ştatlarda bizim konstitusiyalı idarəetmə sisteminə malik bazar yolunda 

olanlar çox deyil. Çox insan üçün rəqabətə davamlı mübarizə ümidsizliyə kifayət qədər yaxındır. 

Təhlükədə olan şey ailənin xilası, uşaqlar üçün səhiyyə qayğısı, ədəbli təhsil, qocalıqda ləyaqət 

məsələsidir.  

 

Və onlar kimi risklər də mənəviyyat üçün çox yer qoymur. Əxlaqlı insanlar ləyaqətlə hərəkət edəcək 



və çox insan da mümkün olduğu zaman əxlaqlıdır. Hələ də mübarizə effektləri sarsılmaz korroziya 

gücünə malikdir. İdarəetmənin konstitusiya sisteminin başqa nailiyyəti güclü insanların siyasi 

hakimiyyətində limitləri müəyyən etmək məqsədinə xidmət etmişdir. Onlar kompensasiya olunan 

hakimiyyətlər, müxalifət partiyaları, hərəkatlar, vaxtaşırı seçkilər, azad və bəzən tənqidçi mətbuatla 

yaşamalıdırlar.  

 

Bu məhdudiyyətlərin əsas nöqtəsi artıq korlanmış xarakterlərin vura bilcəyi zərəri minimuma 



endirməkdir. Ancaq bizim siyasətçilərimizin bəziləri faktiki olaraq məhdudiyyətləri mənimsəyir ki, bu, 

vacib xarakter formalaşdırma prosesidir. Konstitusiyalı idarəetmə sisteminə malik bazar ən varlı 

adamların iqtisadi hakimiyyətində oxşar limitləri müəyyən etdi.  

 

Ancaq yenə də, açıq-aşkar bizim çoxumuzun bazar konstitusiyamız yoxdur. İqtisadi sistemdə 



məhdudiyyətlərin gücü çox zəifdir; həmkarlar ittifaqlarının kompensasiya gücü xeyli azaldılmışdır; 

vergi sistemi getdikcə daha çox geriləyir; bank işinin, sərmayənin, qiymət siyasətinin və pensiya 

fondlarının tənzimləmələri faktik olaraq mövcud deyil. İqtisadi elitanın lovğalığı bu keçən bir neçə 

onillik ərzində heyrətləndirici dərəcədə olmuşdur. Və bu onların istədikləri hər şeyi edə biləcəkləri 

haqqında gözüaçıq baxışlarından irəli gəlir.  

 

Bu cür güc, Lord Aktonun uzun illər öncə yazdığı kimi, dərin korrupsiyaya uğramaqdır.  



 

Korrupsiya siyasətə qədər uzanır, burada məhdudiyyətsiz bazarda məhdudiyyət olmadan qazanılan 

pulun təsiri siyasi konstitusiyanı dağıdır. Deyək ki, siz siyasi kampaniya aparmaq üçün (yaxşı namizəd 

və ya yaxşı tərəf olmaq üçün) pula ehtiyac duyursunuz və burada hər hansı çoxlu pulu olan və onu öz 

bazar mövqeyini yaxşılaşdıracaq qiymət, siyasət və ya qanunvericilik üçün təklif edən bir bankir, bir 

korporativ güc var. 

 

Başqa tərəf  buna bənzər vəziyyətdə bacardığı qədər pul götürür. İndi kimin xarakteri korroziyaya 



dözümlüdür? 

 

Bəziləri mübahisə edə bilər: bu xarakteri yoxlamaq üsulu deyilmi? Əgər bazarın konstitusiyalı 



idarəetmə sistemi sərvətin gücünü məhdudlaşdırırsa və rifah dövləti yoxsulluq qorxusunu azaldırsa, biz 

daha asanlıqla xeyirxahlıq etmiş olmuruqmu? Daha asan olanı etmək, ola bilsin, heç vaxt çox asan 

olmaya da bilər. Siyasi analogiyanı yenidən nəzərdən keçirək: biz Prezidentlərin tiran hakimiyyətindən 

imtina edən və  gücsüzləri təqibdən qoruyan zaman, çox asanlıqla xeyirxahlıq edə bilərikmi? Seçki 

rəqabətinin dağıdıcı təzyiqləri bitib tükənmir. Biz insan zəifliyinə münasibətdə o təzyiqlərə limitlər 

qoyuruq. Və əgər biz hökumətlərə münasibətdə bunu etməyə ehtiyac duyuruqsa, şübhəsiz, bazarlara 

münasibətdə də etməyə ehtiyac duyuruq. 

 

 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə