Azərbaycan Respublikasının



Yüklə 53,28 Kb.
tarix08.12.2017
ölçüsü53,28 Kb.
#14674



Azərbaycan Respublikasının

Mineral Ehtiyatların Hasilatı ilə

Məşğul olan Sənaye Sahələrində

Şəffaflıq Təşəbbüsü Komissiyası

Müstəqil Mühasiblərin Rəyi
30 iyun 2005-ci il tarixdə bitən altı ay üzrə

AZƏRBAYCAN RESPUBLİKASININ MİNERAL EHTİYATLARIN

HASİLATI İLƏ MƏŞĞUL OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ

TƏŞƏBBÜSÜ KOMİSSİYASI

MÜNDƏRİCAT Səhifə
Müstəqil mühasiblərin rəyi 2 - 3
Mühasiblərin apardığı yoxlamaların əsas nəticələri 4 -5
ƏLAVƏ 1. Azərbaycan Respublikasinin mineral ehtiyatlarin

hasilati ilə məşğul olan sənaye sahələrində şəffafliq

təşəbbüsü komissiyasinin bəyannaməsi 6
ƏLAVƏ 2. Mineral ehtiyatlarin hasilati ilə məşğul olan,

anlaşma memorandumuna tərəf olan və tərəf olmayan

şirkətlərin siyahisi 7
ƏLAVƏ 3. Anlaşma memorandumuna tərəf olan qeyri-hökumət

təşkilatlarinin siyahisi 8






017990. « 20 » Dekabr 2005




MÜSTƏQİL MÜHASİBLƏRİN RƏYİ
Azərbaycan Respublikasının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye

Sahələrində Şəffaflıq Təşəbbüsü (“MHŞT”) Komissiyasına

Biz, 1 saylı Əlavədə qeyd olunan Azərbaycan Respublikasının MHŞT Komissiyasının (bundan sonra “Komissiya”) Bəyannaməsinin yoxlamasını həyata keçirərək müəyyən etdik ki, 30 iyun 2005-cİ il tarixdə bitən altı ay üzrə Azərbaycan Respublikası hökumətinin (bundan sonra “Hökumət”) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Şirkətlərdən (bundan sonra “Şirkətlər”) aldığı ödəniş/daxilolmaların cədvəli MHŞT Komissiyası, 2 saylı Əlavədə qeyd olunan Azərbaycan Respublikasında Mineral Ehtiyatların Hasilatı sahəsində çalışan yerli və xarici şirkətlər və 3 saylı Əlavədə göstərilən qeyri-hökumət təşkilatları

arasında 24 noyabr 2004-cü il tarixdə imzalanmış Anlaşma Memorandumuna (“AM”) uyğun olaraq hazırlanmışdır.
Rəhbərliyin və Mühasiblərin məsuliyyəti
Azərbaycan Respublikasının MHŞT Komissiyası və Şirkətlər (2 saylı Əlavəyə əsasən) bəyannaməyə görə cavabdehdir.

Bizim məsuliyyətimiz, apardığımız yoxlamaya əsaslanaraq Bəyannaməyə dair rəy bildirməkdən ibarətdir.


Rəyin əsası
Növbəti bənddə qeyd olunanlar istisna olmaqla, biz yoxlamamızı Əminlik Yoxlamaları Üzrə Beynəlxalq Standarta uyğun olaraq həyata keçirdik. Həmin Standartlara uyğun olaraq Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsindəki kəmiyyətləri və açıqlamaları təsdiq edən sübutların və müvafiq cədvəllərin test üsulu ilə yoxlanması və müəyyən hallarda zəruri hesab etdiyimiz bu növ digər prosedurlar yerinə yetirilmişdir. Hesab edirik ki, apardığımız yoxlama nəticəsində rəy vermək üçün kifayət qədər əsas toplamışıq.
Komissiyanın Bəyannaməsini yoxlamaq üçün əldə etdiyimiz məlumatlar Anlaşma Memorandumuna tərəf olan Şirkətlərin təqdim etdiyi məlumatlardan və Komissiya vasitəsilə Hökumət tərəfindən alınmış bütün ödənişlərə/daxilolmalara dair təfsilatlı məlumatlardan ibarət idi.

Yoxlamamız hökumət tərəfindən qəbul edilmiş bütün ödənişlərin/daxilolmaların və Şirkətlər tərəfindən aparılan bütün ödəniş/daxilolmaların yoxlanılmasını əhatə etmirdi. Əgər Şirkətlər tərəfindən ödənişlər/daxilolmalar həyata keçirilibsə, lakin həm Hökumətin həm də Şirkətlərin təqdim etdiyi sənədlərdə bu öz əksini tapmayıbsa, bu halda bizim işimiz onları aşkar etmək üçün kifayət olmazdı.



Rəy
Bizim rəyimizcə, əlavə olunmuş nəticələrdə göstərilmiş yoxlama nəticələrinə əsaslanaraq və Hökumət tərəfindən qəbul edilmiş bütün ödənişlərin/daxilolmarın yoxlamasını apardığımız təqdirdə tələb edilə bilən hər hansı düzəlişlər (əgər olarsa) istisna olmaqla hər hansı düzəlişlər istisna olmaqla,

30 iyun 2005-ci il tarixdə bitən altı ay ərzində qəbul olunmuş ödənişlərin/daxilolmarın cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış, bütün əhəmiyyətli hallarda düzgün əks olunmuşdur.


Bu hesabat AM-nu imzalayan tərəflərin istifadəsi üçün nəzərdə tutulmuşdur və hesabat AMda

qeyd olunmayan məqsədlər və ya digər tərəflər üçün istifadə edilməməlidir.

20 dekabr 2005-ci il
AGN MAK Azərbaycan Ltd

Ü. Hacıbəyov küçəsi, 13, m. 13

Bakı, AZ 1000

Azərbaycan Respublikası

www.agnmak.com

MÜHASIBLƏRIN APARDIĞI YOXLAMALARIN ƏSAS NƏTICƏLƏRI
Azərbaycan Respublikasının MHŞT Komissiyasının Bəyannaməsini (Əlavə 1) yoxlamaq üçün, biz, 30 iyun 2005-cİ il tarixdə bitən altı ay üzrə Hökumət tərəfindən qəbul edilmiş ödənişlər/daxilolmalar cədvəlini (bundan sonra “Hökumətin cədvəli”) və 2 saylı Əlavədə göstərilən (AM tərəfi olan) Şirkətlərin hazırladığı cədvəllər ilə (“Şirkətlərin cədvəli”) müqayisə etdik. Yuxarıda qeyd olunan cədvəllər arasındakı fərqləri müəyyənləşdirmək məqsədilə şəraitdən asılı olaraq zəruri hesab etdiyimiz prosedurları həyata keçirtdik. Əldə etdiyimiz nəticələr aşağıda təqdim olunmuşdur:
Mineral Ehtiyatların hasilatı sənayesində çalışan xarici şirkətlərin hasilatındakı dövlət payı (xam neft)
Hökumətin cədvəli 4.3 milyon barel

Şirkətlərin cədvəli 5.7 milyon barel


Hökumətin cədvəlinə daxil olmayan 1.033 milyon barel xam neft hasilat sənayesində çalışan xarici şirkətlər tərəfindən Hökumətə ötürülmüş neftin həcmini əks etdirir. Həmin neft 12 iyun 2005-ci ildə hasilat sənayesində çalışan xarici şirkətlər tərəfindən təhvil verilmiş və 2005-ci ilin iyul ayında satılmışdır.
Hökumətin cədvəlinə daxil olmayan 0.325 milyon barel xam neft hasilat sənayesində çalışan xarici şirkətlər tərəfindən Hökumətə ayrılmış və 2005-ci ilin may və iyun aylarında BTC əsas ixrac boru kəmərinin doldurulması üçün istifadə olunmuş neftin həcmini əks etdirir.
Hökumətin cədvəlinə daxil olmayan 0.017 milyon barel xam neft hasilat sənayesində çalışan xarici şirkət tərəfindən HPBS-nə uyğun olaraq ARDNŞ-ə əvəzsiz ötürülmüş neftin həcmini əks etdirir.
AÇG neft yatağında əməliyyat şirkəti olan Azərbaycan Beynəlxalq Əməliyyat

Şirkətinin (“ABƏŞ”) (“BP”) və digər əməliyyat şirkətinin təsdiqini almaqla biz Hökumətə ayrılan ümumi gəliri təsdiq etdik.


Mineral Ehtiyatların hasilatı sənayesində çalışan xarici şirkətlərin hasilatındakı dövlət payı (qaz)
Hökumətin cədvəli 628,168 min kub metr

Şirkətlərin cədvəli 581,867 min kub metr


Yuxarıdakı cədvələ 34,419 min kub metr həcmində daxil edilən qaz mineral ehtiyatların hasilatı sənayesində çalışan şirkətlər və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən müxtəlif ölçü vahidlərinin istifadə olunması ilə izah edilir (normal kub metr və standart kub metr).
Biz bu şirkətlərdən təhvil verilmiş və qəbul olunmuş qazın həcmlərinin təsdiqini əldə etdik və ARDNŞ 628,168 min kub metr həcmində qazın bu şirkətlər tərəfindən ARDNŞ-nə ötürüldüyünü təsdiqlədi.

Hökumətə mineral ehtiyatların hasilatı sahəsində çalışan şirkətlərdən digər daxilolmalar
Nəqletmə rüsumları
Hökumətin cədvəli 8.8 milyon ABŞ Dolları

Şirkətlərin cədvəli 8.3 milyon ABŞ Dolları

Hökumətin cədvəlinə daxil olmayan 0.8 milyon ABŞ Dolları məbləğində Şimal Marşrutu üzrə nəqletmə rüsumu Şirkətlər tərəfindən bəyan edilmişdir. Biz ABƏŞ-dən və ARDNŞ-dən Şimal Marşrutu üzrə nəqletmə rüsumu barəsində ətraflı açıqlama almaqla bu məbləğləri təsdiq etdik. Bu məbləğ Hökumətin cədvəlinə ona görə daxil olunmamışdır ki, həmin nəqletmə rüsumları ARDNŞ-nə onun kommersiya fəaliyyətinin bir hissəsi kimi ödənilmişdir və AM-nun şərtlərinə uyğun olaraq bəyan olunmamalıdır.
Hökumətin cədvəlinə daxil edilmiş 1.3 milyon ABŞ Dolları məbləğində Qərb Marşrutu üzrə nəqletmə rüsumu Şirkətlər tərəfindən bəyan edilməmişdir. Lakin həmin məbləğ 2004-cü ildə hesablanmış və Şirkətlər tərəfindən 2004-cü ildə bəyan edilmişdir. Hökumət bu məbləği öz cədvəlinə AM şərtlərinə görə faktiki məlumat əsasında hazırlanan hesabat kimi daxil etmişdir. Beləliklə, hesabatlar arasında fərq 31 dekabr 2004-cü il tarixə yaranmış vaxta görə fərq kimi izah olunur.
Biz bu ödənişləri bank və mühasibat sənədləri əsasında təsdiq etdik.
Mineral Ehtiyatların hasilatı sənayesində çalışan yerli şirkətlərin hasilatındakı dövlət payı (xam neft)
Hökumətin cədvəli Sıfır

Şirkətlərin cədvəli 0.1 milyon barel


Mineral ehtiyatların hasilatı sənayesindəki yerli şirkətin bazar qiymətləri ilə ARDNŞ-nə satdıqları 0.1 milyon barel həcmində neft AM-un mineral ehtiyatların hasilatı sahəsində çalışan yerli şirkətlər üçün müəyyənləşdiyi tələblərə uyğun olmayaraq, səhvən bəyan edilmişdir.
Yerli şirkətlərdən hökumətə digər daxilolmalar
Mənfəətdən vergi
Hökumətin cədvəli 42.8 mlrd manat

Şirkətlərin cədvəli 42.7 mlrd manat


Hökumətin cədvəli 0.1 mlrd manat məbləğində mənfəətdən vergini əks etdirir ki, bu də yuvarlaqlaşdırma fərqi kimi izah olunur.
Royalti (hasilatdan vergi)
Hökumətin cədvəli 195.9 mlrd manat

Şirkətlərin cədvəli 195.9 mlrd manat


Sair vergilər
Hökumətin cədvəli 356.7 mlrd manat

Şirkətlərin cədvəli 356.5 mlrd manat


Hökumətin cədvəli 0.2 mlrd manat məbləğində sair vergiləri əks etdirir ki, bu də yuvarlaqlaşdırma fərqi kimi izah olunur.


ƏLAVƏ 1. AZƏRBAYCAN RESPUBLİKASININ MİNERAL EHTİYATLARIN HASİLATI İLƏ MƏŞĞUL OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ

KOMİSSİYASININ BƏYANNAMƏSİ
AZƏRBAYCAN RESPUBLİKASININ MİNERAL EHTİYATLARIN HASİLATI İLƏ MƏŞĞUL

OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ KOMİSSİYASININ (“MHŞT”)

BƏYANNAMƏSİ
30 iyun 2004-cü il tarixdə bitən altı ay üzrə Azərbaycan Respublikası hökumətinin (bundan sonra

“Hökumət”) Mineral Ehtiyatların Hasilatı sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən (birlikdə

“Şirkətlər” adlanacaq) aldığı ödəniş və daxilolmaların cədvəli MHŞT Komissiyası, 2 saylı Əlavədə qeyd

olunan Azərbaycan Respublikasında Mineral Ehtiyatların Hasilatı sahəsində çalışan yerli və xarici

şirkətlər və 3 saylı Əlavədə göstərilən qeyri-hökumət təşkilatları arasında 24 noyabr 2004-cü il tarixdə

imzalanmış Anlaşma Memorandumuna (“AM”) uyğun olaraq hazırlanmışdır.


__________________________

MHŞT Komissiyasının Sədri

ƏLAVƏ 2. MİNERAL EHTİYATLARIN HASİLATI İLƏ MƏŞĞUL OLAN, ANLAŞMA

MEMORANDUMUNA TƏRƏF OLAN VƏ TƏRƏF OLMAYAN ŞİRKƏTLƏRİN SİYAHISI
Anlaşma Memorandumuna tərəf olan şirkətlər

BP Exploreyşn (Kaspian Sea) Limited

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”)

Total E&P Azerbaijan B.V

ITOCHU Oil Exploration (Azerbaijan) Inc.

Statoyl


Turkish Petroleum A.O.

Komonvels Neft və Qaz

Ekson Azərbaycan Limited

KonokoFilips

Amerada Hess (ACG) Limited

Devon Energy Caspian Corporation

Lukoyl Oversis

Unocal Xəzər

Şengli Oyl

Salyan Oyl Limited

Qarasu Əməliyyat Şirkəti

Shell Azerbaijan Exploration and Production

Middle East Petroleum

Ənşad Petrol BM

Şirvan Oyl BM

Azgerneft BM

Inpex,
Anlaşma Memorandumuna tərəf olmayan şirkətlər

Chevron Overseas Petroleum Azerbaijan Limited,

Agip,

Yaponiya Azərbaycan Neft Şirkəti. Ltd (“JANŞ”),



Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (“ABƏŞ”)1

1ABƏŞ AŞG yatağında əməliyyat aparan şirkətdir. ABƏŞ-nin partnyorları BP Exploration (Caspian Sea) Limired, Exxon Azerbaijan Limited,

Statoil, İnpex, ARDNŞ, Devon Energy Caspian Corporation, İtochu Oyl Exploration (Azerbaijan) İnc, Amerada Hess (AÇG) Limited, Turkish

Petroleum A.O, Unokal Xəzərdir.



ƏLAVƏ 3. ANLAŞMA MEMORANDUMUNA TƏRƏF OLAN QEYRİ-HÖKUMƏT

TƏŞKİLATLARININ SİYAHISI
Gənc Hüquqşünaslar Birliyi

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Milli Qrupu

Gəncə Kəpəz Bələdiyyəsi

Beynəlxalq Ekoenerji Akademiyası

İctimai Maliyyə Monitorinq Mərkəzi

Vətəndaş Təşəbbüsləri Mərkəzi

Humanitar Tədqiqatlar Mərkəzi

Aqroeco Konsaltinq Mərkəzi

Yaşıllar hərəkatı

İqtisadi Tədqiqatlar Mərkəzi

“Buta” Humanitar Uşaq Fondu

Ekoleks Təşkilatı

“Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyi

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi

Multimedia İnformasiya və Texnologiya Mərkəzi

“Ekspert” ekonomik jurnalı

“Bilik” Gəncə

Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası

Gəncə Uşaq Fondu

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Sabunçu şöbəsi

Demokratik İslahatlar uğrunda Cəmiyyət

Tacirlər və İstehsalçılar Birliyi

“Himayədar”

Vençur layihələri iştirakçıları Assosiasiyası

IHQMB


HVA Regional bölməsi (Gəncə)

İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu



Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi



Yüklə 53,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə