A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   2   3   4   5   6   7   8   9   ...   13

Harri Kasparov 

 

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov demokratiya yönümlü “Başqa Rusiya” 

koalisiyasının rəhbəridir. O, qərar qəbul etmə haqqında “Həyat şahmatı necə 

yamsılayır” kitabının müəllifidir və dünyada biznes auditoriyalarına mühazirələr deyir. 

O, Moskvada yaşayır. 

 

Bəli, amma…  

 

başqa sistemlər daha pisdir. Azad bazar insan təbiətində üzə çıxa bilən əsaslı rəqabətin sərt sınağıdır. 



Rəqabət sərtdir və sağ qalmaq məsələsi təhlükə altında olanda, mənəviyyata heç bir yer yoxdur.  

Ancaq Çörçilin azad bazarın bütün çatışmazlıqları üçün iafdə etdiyi sözlərlə desək, azad bazar hələ də 

sınaqdan çıxmış bütün başqa iqtisadi sazişlərdən üstündür. 

 

İlk baxışda aşkar görünür ki, tamamilə şəxsi marağa əsaslanan sistem fərdin mənəvi tənəzzülünə 



gətirər. 

 

Əgər siz zirvəyə yetişmək - rəqiblərinizi keçmək, qazancınızı maksimumua çatdırmaq, daha böyük ev 



almaq üçün apardığınız mübarizə ərzində qardaşınıza kömək etmək məqsədilə bir anlığa ara 

verirsinizsə,  belə çaşqınlıqlar olmadan onlar tərəfindən üstələnəcəksiniz. 

 

Həqiqətən, azad bazarda kiminsə yoldaşının mənfəətinə hesablanmış fikrinə necə yer ola bilər? 



Tənzimlənməyən bazar güclərinin görünən qəddar təbiətinə baxmayaraq, orada cəmiyyətin rifahını 

yaxşılaşdıra bilən iki mühüm yol var ki, Darvinin görünməyən qanunları kimi, həyatın ən yaxşı tətbiq 

olunan formalarını yaradır. Birincisi, əgər mənəvi xarakter cəmiyyət tərəfindən qiymətləndirilirsə, o, 

təcrübədən keçirilmək və mənəvi davranışa vaizlik etmək üçün kiminsə şəxsi marağında ola bilər. 

 

Bu, bir şirkətə öz qazancından rəqabətə davamlı mövqeyini yaxşılaşdırmaq üçün xərclənə bilən pulun 



xeyriyyə məqsədiylə pay verilməsi hissinin yaranması kimi görünə bilər. Ancaq biz bilirik ki, belə 

töhfə şirkətin rəqabətə davamlı mövqeyini yaxşılaşdırmaq yolları ilə onun imicini artıra bilər. Azad 

bazarda nüfuz geniş rəyə və maddi mənfəət mənasına gələn anlayışa əsaslanır.  

İkincisi, əgər cəmiyyət (və ya ən azı cəmiyyətdə çoxluq) bizim izafi məhsul dövləti adlandıra 

biləcəyimiz məqsədə nail olursa, sağ qalma məsələsi artıq şübhəli deyildir, fərdlər öz mənəvi 

xarakterlərinə göz yummaq rahatlığına malikdir. Bu halda heç kim ümidsiz halda qidanı öz uşağının 

ağzından götürüb başqasının uşağına verməyə ehtiyac duymaz. Bizim verdiyimiz töhfə mənəvi 

instinktlər doğurur, ancaq onlar qəti çiçəklənmək üçün ikinci dərəcəlidir. Səxavət xeyriyyəçiliyə imkan 

açır. Əlbəttə, bu qaydaların hər ikisinə istisnalar var, baxmayaraq ki, onlar yalnız azad bazar üçün 

ümumi prosesi gücləndirirlər. Real rəqabət olmadığı halda, mənəvi davranış üçün heç bir kommersiya 

imkanı yoxdur. 

 

Bu hazırda Rusiyada hakimiyyətdə olan dövlət tərəfindən dəstəklənən oliqarxiyanın tamahkar 



davranışı ilə çox açıq şəkildə nümayiş etdirilir. Hakim  güruh sadəcə öz nüfuzu haqqında düşünmür. 

 

 Səudiyyə Ərəbistanı və (getdikcə daha çox və təəssüf ki) Rusiya kimi resursla zəngin dövlətlər idarə 



olunan iqtisadiyyata və epik korrupsiyaya baxmayaraq, əlavə sərvət yarada bilərlər.  

Ancaq işçilərə, səhmdarlara və istehlakçılara (və ya seçicilər, başqaları) məsuliyyətsiz şəkildə gələn 

artıq sərvət  hər növ korrupsiyaya aparıb çıxarır. Təxminən bugünkü rekord enerji qiymətlərindən ən 

çox qazanc götürən dövlətlərin hamısı bu hazır qazanılmamış sərvətlərdən müxalif fikirləri əzmək və 

dünyanın ən repressiv rejimlərini saxlamaq üçün istifadə edir.  

 

Qonşularının xeyirxahlığına güvənən şəxslər əxlaqi fəaliyyət göstərməyə meyllidir. Beləliklə, şirkətlər 



işçilərin loyallığından, istehlakçıların xeyirxahlığından və sərmayədarların (əgər əxlaqi baxımdan onlar 

kimi vicdanlı olmalıdırsa) dəstəyindən asılı olan bir quruma çevrilir. Eyni zamanda, hökumətlər də öz 

vətəndaşlarının iştirakından və vergidən asılı bir duruma gəlir. 

 

Baxmayaraq ki, şəxsi maraq daimi işi korlaya bilər, amma azad bazar şübhəsiz mənəvi davranış üçün 



stimullar yaradır. Başqa sistemlər bu konkret stimullar baxımından çatışmazlıq hiss edir.19-cu əsrin 


utopik mütəfəkkirləri əmin idi ki, qlobal sosialist cənnəti qaçılmazdır. Onlar sənaye inqilabının qəddar 

ifratçılığını nəzərdən keçirərək (xüsusilə Birləşmiş Krallıqda və Birləşmiş Ştatlarda), amansız rəqabəti 

mübarizə və fədakar əməkdaşlığın əvəz edəcəyi harmoniyada olan bir gələcək qurmağı xəyal etdilər. 

Bu hələ də kütləvi miqdarda izafi sərvət istehsal edən qarşısıalınmaz azad bazar güclərinin səbəb 

olduğu əzaba anlaşılan rəğbətli reaksiya idi.  

 

(Kimsə bu gün dünyanın yoxsullaşan milyardlarını göstərə bilər və israr edə bilər ki, öz rifahımızı azad 



bazara etibar etmək üçün biz hələ kifayət qədər zəngin deyilik). Əlbəttə, onlar fikirləşdilər ki, daha 

işıqlı gələcək üçün daha yaxşı bir yol olmalıdır. Bu sosialist arzusu kapitalist status-kvosu ilə əkslikdə 

yalnız qismən əsaslandırıldı. Bu həmçinin insanın əsaslı mənəvi təbiətində inamın bir hissəsi idi. 

  

İdealistlər güman edirdi ki, imkan və zəruri təhsil verilən insan ən böyük yaxşılıq üçün öz şəxsi 



marağını qurban verər. Bu da öz növbəsində, nəhayət, hamı üçün rahat izafi sərvət yaradar və böyük 

miqyasda insanların əziyyətinə son qoyulardı. 

 

Ehtimal edilə bilər ki, insanın rəqabət və nailiyyətdən çox, harmoniya və məmnunluq arzuladığı bir 



dünyada əziyyət çəkənlər daha az olacaq. Ancaq belə bir dünya mövcud deyil. Biz sağ qalmaq uğrunda 

öz qədim mübarizəmizin məhsuluyuq. Və biz böyük təhlükə zamanı öz instinktlərimizi inkar edirik. 

Əgər bazar azad deyilsə, idarə olunmalı və ona bir şəxs və ya  qrup tərəfindən nəzarət edilməlidir.  

  

Nə zaman ki, bizim təbii insani istəklərimizlə qazanmaqda ziddiyyət yaranır, bərabərlik üçün 



maariflənmiş meyl tezliklə məcburi tətbiq edilən bərabərliyə dönür. Mənəvi davranış üçün öz-özünə 

yaranan stimullar qərar və cəzalar ilə əvəz edilir. Köklər yerini çubuqlara verir. Mən SSRİ-də 

həyatımın yarısını belə rejim altında yaşamaqla keçirdim. Orada hər kəsin arzuları əzildi və nəzərdə 

tutulan vahid böyük vətənin taleyində əridildi. Ancaq əhalinin könüllü iştirakı olmadan, mənəvi 

xarakter mandata verilə bilməz və ya azad iradə özü dağılmadan buna məcbur edilə bilməzdi. 

 

Sovet İttifaqı başqa kommunist dövlətləri kimi sürətlə totalitarizm və terror meydanına çevrildi.   



Alternativ anarxiya demək deyildir; bir cəmiyyət azlıqlar, siyasi, dini və biznes qrupları üçün hüquq 

norması və müdafiə olmadan yaşamağa dəyməz. Əksinə, alternativ sistem fərdi azadlıqların əxlaqi 

hərəkət stimulları ilə birləşdiyi bir sistemdir.  

 

Azad bazar iqtisadiyyatı, azad bazar ideyalarını əks etdirən demokratiya ilə birlikdə bizim ən yaxın 



gəldiyimiz məqamdır. 

Beləliklə, bəli, azad bazar mənəvi xarakterin korlanmasına aparıb çıxara bilər. Hər zaman ən çoxunu 

istəmək insanın təbiətindən irəli gəlir və azad bazar uğur qazanmağa müvəffəq olmayanlar üçün 

müəyyən müdafiə təmin etməklə bu istəklərə imkan yaradır.  

 

Ancaq insanın bu əsas ehtiyaclarını və istəklərini məhdudlaşdırmağa cəhd etmək daha böyük bəlalara 



gətirib çıxarır. Bütün bu zəruri dəlillər keçən əsr boyunca çarlardan sovetlərə, ordan da Putinin 

bugünkü oliqarxiya rejiminə qədərki Rusiyada tapıla bilər. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə