A zad bazar məNƏvi xarakteri korlayir


GİRİŞ    Caqdiş Baqvati



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   2   3   4   5   6   7   8   9   ...   13

GİRİŞ 

 

Caqdiş Baqvati 

 

Caqdiş Baqvati Kolumbiya Universitetində iqtisadiyyat və hüquq professoru, Xarici Əlqələr Şurasının 

beynəlxalq iqtisadiyyat üzrə aparıcı əməkdaşı, “Qloballaşmanın müdafiəsində” əsərinin müəllifidir. 

O, geniş şəkildə dövlət siyasəti və beynəlxalq ticarət mövzusunda yazan müəlliflərdən biridir. 

   

 

Əksinə…  

 

Mən şəxsi təcrübəmdən təsdiq edə bilərəm ki, əgər siz bugünkü universitet şəhərciklərində azad bazar 



haqqında danışmağa cəhd etsəniz, qloballaşmanın tənqid atəşinə məruz qalacaqsınız.  

Fakültə və tələbələrin əksinə, beynəlxalq bazarların genişlənməsi daha çox altruizm düşüncəsindən 

əmələ gəlir. Bu, onların sosial və mənəvi problemlər barədə narahatlığından yaranır. 

 

 Sadəcə desək, onlar güman edirlər ki, qloballaşma insanı simasızlaşdırır. Mən əks mövqeyi 



götürürəm. Mənim bəhs edəcəyim qloballaşma yalnız sərvət yaradılması və yayılması istiqamətinə 

deyil, həm də öz iştirakçıları arasında etik nəticələrə və daha yaxşı mənəvi xarakterə doğru aparır. 

Bir çox tənqidçilər güman edir ki, qloballaşma sosial və etik mövzuları, uşaq əməyinin və kasıb 

ölkələrdə yoxsulluğun azaldılması, o cümlədən istənilən yerdə gender bərabərliyi və ətraf mühit 

mühafizəsinin təşviq etdirilməsi məsələlərini arxa plana keçirir.  

 

Mən hələ bunları və başqa məsələləri “Qloballaşmanın müdafiəsində” adlı kitabımda tədqiq edən 



zaman əsaslandırdım ki, real nəticələr onların qorxularının əksinədir. 

 

Məsələn, çoxları güman edirdi ki, kasıb kəndlilər qloballaşmanın gətirdiyi daha böyük iqtisadi 



imkanlara öz uşaqlarını məktəbdən götürərək onları işə qoymaqla cavab verəcək. Beləliklə, nəzərdə 

tutulan azad bazarın genişlənməsi çox zərərli qüvvə kimi hərəkət edəcək. 

 

Ancaq mən əsaslandırdım ki, əks mövqe doğrudur. Aydın oldu ki, çox hallarda daha yüksək gəlirlər 



qloballaşmanın nəticəsi olaraq gerçəkləşir. Məsələn,Vyetnamda düyü becərənlərin artan gəlirləri  

onları öz uşaqlarını məktəbdə saxlamağa həvəsləndirdi. Nəhayət, daha onların əlavə uşaq əməyinin 

təmin etdiyi cüzi gəlirə də ehtiyac qalmadı. Və ya gender bərabərliyini nəzərdən keçirək. Qloballaşma 

nəticəsində satış malları və xidmətlər istehsal edən sənaye sahələri güclü beynəlxalq rəqabətlə üzləşir. 

 

Bu rəqabət bir çox inkişaf etmiş ölkələrdə bərabər ixtisas dərəcəsi olan kişi və qadın işçilərə ödənən 



kompensasiya arasındakı dərin fərqi azaltmışdır. Niyə?  Çünki qlobal şəkildə rəqabət aparan firmalar 

tezliklə görürlər ki, onların kişilərin lehinə olan yanlış fikirlərinə göz yummağa imkan verilə bilməz.  

 

Təzyiq altında xərcləri azaltmaq və daha səmərəli işləmək üçün onlar artan daha bahalı kişi əməyini 



daha ucuz qadın əməyi ilə əvəz edirlər, beləliklə, qadınların əmək haqqı artır, kişilərin əmək haqqı 

azalır.  Qloballaşma hələ əmək haqqı bərabərliyi yaratmayıb, ancaq əlbəttə ki, fərqi azaldıb. 

 

Nəhəng yoxsulluq problemləri olan iki ölkənin- Hindistan və Çinin təcrübəsinə dair bir çox dəlillər var 



ki, onlar ticarət və xarici sərmayədən istifadə etməklə sürətlə inkişaf etmək imkanı qazanıblar. Bunu 

etməklə də, onlar yoxsulluğu kəskin şəkildə aşağı salmağa müvəffəq olublar.    

 

Onların qarşıda hələ qət ediləcək uzun bir yolu var, ancaq qloballaşma onlara yüz milyonlarla insanın 



maddi şəraitini yaxşılaşdırmaq imkanı vermişdir. Bəzi tənqidçilər mühafizəkar "aşağı sızma"(“trickle-

down”) strategiyası kimi iqtisadi artım yolu ilə yoxsulluğa qarşı mübarizə ideyasını ittiham etdirdilər.  

Onlar stolun altındakı qullar və itlər  süfrənin qalıq və qırıntıları ilə qidalandığı halda, şişman, acgöz 

zadəganların və qoyun ayaqları yeyən burjuaziyanın obrazlarını istehzayla təsvir edirlər.  

 

Həqiqətən, diqqəti inkişafa yönəltməklə "gözlənilməz dayanacaq" strategiyası aktivist kimi daha yaxşı 



təsvir edilir.  İqtisadiyyatları inkişaf etdirmək kasıbları gəlirli işə çəkir və yoxsulluğu azaldır. 


Onlar qloballaşmanın ümumilikdə müəyyən sosial məqsədlərin uğuruna kömək etdiyini 

qiymətləndirsələr də, bəzi tənqidçilər hələ də israr edir ki, o, mənəvi xarakteri korlayır.  

 

Onlar deyir ki, mənfəət güdən və asan qazanca əsaslanan geniş azad bazar hökmranlığını artırmaqla 



insanları eqoist və əxlaqsız edir. Ancaq bu, həqiqətə uyğun deyil. Niderlandın tarixində Saymon 

Skama tərəfindən təsvir edilən Kalvinist bürgerləri nəzərdən keçirin. Onlar beynəlxalq ticarətdən 

özlərinə var-dövlət yığdılar, ancaq Skamanın dəqiq ifadə etdiyi kimi, "sərvətdən gözləri dörd olaraq" 

öz şəxsi iştahalarını cilovlamaq əvəzinə, altruizmlərinə göz yumdular.  

 

Bənzər özünü azadlıqdan məhrum etməni Mahatma Qandinin doğulduğu Hindistanın Gujerat 



ştatındakı Caynlarda da görmək olar.  Caynların öz kommersiya fəaliyyətlərindən qazandıqları sərvət 

başqa yolla deyil, onların dəyərlərinə görə istifadə edildi. Qloballaşmanın mənəvi xarakterə göstərdiyi 

təsirin davam etməsinə gəldikdə, gəlin, mən Con Stüart Milin çox gözəl fikirlərindən sitatlar gətirim. 

Belə  ki, o, “Siyasi İqtisadiyyatın Prinsipləri” əsərində yazırdı: 

 

 “Ticarətin iqtisadi faydaları əhəmiyyətlilik dərəcəsinə görə onun intellektual və mənəvi təsirlərindən 



artıq olur. İndiki insan inkişafının aşağı vəziyyətində,  insanları onların özlərinə bənzəməyən, fərqli 

fikir və  hərəkət tərzinə malik,  azad bazarı olmayan, başqalarından almağa ehtiyac duymayan xalqı 

təmsil edən,  özünəməxsus incəsənət və təcrübələri olmayan, ancaq xarakterin mühüm nöqtələri öz 

tipinə uyğun olan şəxslərlə əlaqəli bir mövqedə yerləşdirməklə dəyəri yenidən qiymətləndirmək 

çətindir…   

 

Mübaliğəsiz deyilə bilər ki, beynəlxalq ticarətdə böyük və sürətli artım dünyada sülhün əsas təminatı 



olmaqla, ideyaların, institutların və insan irqi xarakterinin arasıkəsilməz inkişafı üçün mühüm daimi 

təhlükəsizlikdir”. 

 

Bugünkü dünya iqtisadiyyatında biz Milin təsvir etdiyi fenomenin əlamətlərini davamlı olaraq 



görürük. 1980-ci illərdə Yapon transmilli korporasiyaları yayılmağa başladığı zaman onların kişi 

rəhbərləri öz həyat yoldaşlarını da Nyu Yorka, London və Parisə gətirdi.  Bu ənənələrə bağlı Yapon 

qadınları Qərbdə qadınlarla necə rəftar olunduğunu görəndə, qadınların hüquq və bərabərliyi haqqında 

ideyalar barədə suallar verməyə başladılar. Onlar Yaponiyaya qayıdan zaman sosial islahat agentləri 

oldular.  

 

Bizim öz həyatımızda televiziya və internet sosial və mənəvi şüurun cəmiyyət və milli dövlətlərimizin 



sərhədləri boyunca genişlənməsində mühüm rol oynamışdır. 

 

Adam Smit “Avropada insanlığın adamı” ifadəsiylə gözəl yazırdı ki, kim “gündüz 



öz çeçələ barmağını itirsə” “gecə yuxulaya” bilməz,   ancaq onun yüz milyon  

Çinli qardaşı “bir zəlzələ nəticəsində qəfildən udulsa”, “lap tam sakitlik içində  xoruldayar”,  “çünki o 

heç vaxt həmin insanları görməmişdir”.  

 

Bizim üçün çinlilər artıq Deyvid Hyumun dediyi qayğıkeşlik hissinin konsentrik dairələrindən uzaq 



kənarda yaşayan gözəgörünməz insanlar deyillər. Çində keçən yay baş verən zəlzələnin faciəvi  

nəticələri dərhal bizim ekranlarımıza ötürüldü və bu faciə dünyanın qalan hissəsi tərəfindən  

laqeydliklə deyil,   

Çin qurbanlarına qayğıkeşlik və dərin mənəvi borc hissi ilə qarşılandı. Bu qloballaşmanın ən incə 

anları idi. 

 

 



 

 

 

 

 

 

 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə