A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   ...   5   6   7   8   9   10   11   12   13

ədalətli görünməsinə baxmayaraq,  o, qurban vermək bacarıqsızlığını və hissini təşviq edir, fərqlənmək 

istəyənlərə əngəl törədir. 

 

Azad bazar cəmiyyətləri bu gün planetin məhv olacağını düşünən ətraf mühit mühafizəçilərinin atəşi 



altındadır. Ancaq qlobal istiləşmə və tullantı və çirklənmənin mənəvi təsirləri haqqında qızğın 

müzakirə yalnız siyasi baxımdam azad cəmiyyətlərdə meydana çıxmışdır. Bundan başqa, hökumətlər 

qlobal istiləşmənin həqiqətənmi süni şəkildə yaradıldığını müzakirə etdiyinə görə, iqtisadi iştirakçılar 

öz fəaliyyətlərində və sərmayə işlərində bu narahatlıqları nəzərə almağa başlayıblar.   

 

Onlar yanacaq sarıdan daha səmərəli maşınlar və alternativ enerji mənbələri təmin edəcək sistemlər 



yaratmaq üçün tədbirlər görməyə başlamışlar. 

 

“Sənin yerinə yaşıl” (greener-than-thou) marketinqi istehlakçıların müəyyən sektoru arasında güclü 



qüvvədir. Korporasiyalar və firmalar bunu edirlər, çünki onlar rasional iqtisadi iştirakçılardır. 

Həqiqətən, ətraf mühit tələblərinə əməl edən şirkətlər ekoloji mənəviyyatı rədd edənlərdən daha çox 

gəlir qazanır. Zənginlər həmişə tamahkar olurlarmı?  

 

Amerikada çox varlı, dekadent və bayağı insan var. Ancaq burada həmçinin çox fəal xeyriyyəçilər var 



və həqiqətən ölkədə müəyyən ən varlı adamlar sayəsində müxtəlif epidemiyalara qarşı mübarizə üzrə 

ictimai məlumatlanmada  nəzərəçarpan irəliləyiş var. Məsələn, malyariyanın kökünü kəsmək 

məqsədinə dövlətlər və ya BMT bürokratlarındansa, özəl investorlar tərəfindən daha tez nail oluna 

bilərdi. 

 

Bu uğurlu insanlar öz töhfələrini kitabxana, konsert, muzey kimi mədəni sahələrə və son zamanlar 



daha təmiz planetə sərf etməkdən qürur duyurlar. Amerikanı səciyyələndirən çox fəal fərdi 

xeyriyyəçilik vergi kodeksinin funksiyası ola bilər, ancaq o, öz- özlüyündə maraqlıdır: yaxşı qurulan 

azad bazar hökumətlər tərəfindən şişirdilən beynəlxalq bürokratiyadansa, ictimai faydanı 

yaxşılaşdırmaqda daha effektiv ola bilər. 

 

Mənəvi təkmilləşdirmə və mükəmməl cəmiyyət axtaranlar üçün azad bazar cavab deyildir.  



Tarixin gedişində mükəmməl cəmiyyət axtarışı, demək olar, insan natamamlığını etiraf etmək 

yanlışlığıdır ki, həmişə teokratiyanın, avtoritarizmin və ya zorakı anarxiyanın bu və ya başqa forması 

ilə nəticələnir. Ancaq hər cür insan qüsurları ilə işləməyə, fərdi xoşbəxtliyin ümumi nəticələrini 

artırmağa can atanlar üçün siyasi azadlıqla birləşmiş azad bazar ən yaxşı yoldur. 

 

Amerika qeyri-mükəmməl, xaotik, bəzən dekadent və adətən zəifin yanında sərtdir. Ancaq onun 



mənəvi standartları tarixdəki başqa böyük hakimiyyətlərdən daha yüksəkdir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Con C. Boqle 

 

Con C. Boqle “Avanqard” mərkəzinin banisi və keçmiş icraçı direktoru, Boqle Maliyyə bazarları 

Tədqiqatı mərkəzinin prezidentidir. Onun bir çox kitabları sırasında “Sağlam fikir kifayət qədər 

investisiya qoyur: Pulun həqiqi ölçüləri, Biznes və həyat” kitabçası bu payız nəşr olunmuşdur. 

 

Bütün bunlar asılıdır…  

 

Cavab tamamilə bizim haqqında danışdığımız bazarın tipindən və “mənəvi xarakter” dedikdə, nə 



düşündüyümüzdən asılıdır. Bugünkü “azad bazar” düşüncəsi “buxovlanan” bazar kimi daha dəqiq 

təsvir edilə bilər. Bizim maliyyə və korporativ rejimlər mükəmməl strukturun, mükəmməl rəqabətin və 

mükəmməl informasiyanın klassik ehtimallarının qüsurlarını gözəl dağıdır.  

 

Mənim 1948-ci ildə Prinstonda ikinci kurs tələbəsi olduğum zaman oxuduğum “İqtisadiyyat: Təqdimat 



analizi” dərsliyinin ilk nəşrində Nobel mükafatı laureatı Pol Samuelson problemi dəqiq belə 

ümumiləşdirmişdi: “mükəmməl rəqabət problemi, Corc Bernard Şounun xristianlıq haqqında dediyi 

kimidir: “Onunla bağlı tək narahatlıq odur ki, o heç vaxt sınaqdan keşirilməyib“. 

 

Başqa Nobel mükafatı laureatı Cozef E. Stiqlitz azad bazarın ən son uğursuzluqları barədə daha sərt 



mövqedə olmuşdur. Dünya Bankının keçmiş baş iqtisadçısı Stiqlitz qeyd edir ki, keçən bir neçə ilin 

korporativ qalmaqalları faktiki olaraq bizim bütün mühasibat firmalarını, əsas banklarımızın, qarşılıqlı 

fondlarımızın çoxunu və nəhəng korporasiyalarımızın böyük hissəsini əhatə etdi”. 

  

Onun nəticəsi: “Sosial ədalətə uyğun gələn nəticələri kənara qoysaq, bazarlar effektiv nəticələrə 



gətirmir”. Mən israr edərdim ki, effektin səbəbləri nəticədən daha azdır. Axının tükənməz maliyyə 

böhranının, bizim maliyyə və kapital qurumlarının xarakterindəki struktur dəyişikliklərinə nisbətdə 

bazarların və ya insanların əsas xarakteri ilə daha az münasibəti var. 

 

Biz yarım yüzildən bir qədər çox ədalətli hesab edilə bilən mülkiyyət cəmiyyətində yaşadıq, korporativ 



payların xeyli dərəcədə fərdi investorlara aid olduğu mülkiyyət cəmiyyətində. Bu cəmiyyətdə 

18-ci əsrdə Adam Smit tərəfindən təsvir edilən “görünməz əl” vacib faktor olaraq qaldı.  

Bu sistem yalnız cəmiyyətin qabaqcıl maraqlarını deyil, həm də göstərilmiş sayıqlıq, təşəbbüs və 

özünə arxayınlıq kimi belə müsbət xarakter xüsusiyyətləri ilə öz şəxsi maraqlarını yürüdən fərdi 

investorların hakimiyyəti altındadır. 

 

 Ancaq son onilliklərdə biz korporasiya menecerlərinin əhəmiyyətli mülkiyyət paylarına malik 



olmadan bizim ictimai yönümlü biznes müəssisələrinə nəzarəti ələ keçirdiyi agentlik cəmiyyətləri 

olmuşuq. Bunu menecerlərin kapitalizmi adlandıraq. Bənzər şəkildə, indi Amerika korporasiyalarına 

nəzarət üzərində həlledici səsə malik maliyyə vasitəçiləri fərdi investorların böyük əksəriyyəti üçün 

agentlərdir. 1950-ci illərin əvvəllərində bütünlükdə ABŞ səhmlərinin 92 faizi fərdlərə, sadəcə 8 faizi 

müəssisələrə aid idi. 

 

 Bu gün fərdlər yalnız 25 faizə sahibkən, müəssisələr- böyük səviyyəli qarşılıqlı fondlar və pensiya 



fondlarının payı 75 faizdir. Ancaq bu yeni agentlər agent kimi davranmamışlar. Lap tez-tez 

korporasiyalar, təqaüd menecerləri və investisiya fondu menecerləri öz maliyyə maraqlarını rəhbər 

şəxslərin maraqlarından önə çıxarmışlar. O rəhbər şəxslərin ki, onlar bizim investisiya fondlarının 

sahibi olan 100 milyon ailəni və pensiya proqramı fondlarının benefisiarları olan şəxsləri təmsil 

etməyə borcludurlar.  

 

Bu müvəffəqiyyətsizlik çətin ki, təəccüb doğursun. Adam Smitin müdrikliklə qeyd etdiyi kimi, 



“başqa insanlara məxsus pulun menecerləri(nadir hallarda) onu özlərinə məxsus pulu qoruduqları kimi 

eyni sayıqlıqla qoruyurlar… Onlar çox asanlıqla özlərinə bölüşdürmə imkanı yaradırlar. Etinasızlıq və 

bolluq həmişə üstünlük təşkil edir”. 

 

Bundan əlavə, azad bazar sistemi alt-üst olmuşdur, çünki bizim yeni institusional agentlərimiz yalnız 



öz investor rəhbərlərinin maraqlarını rədd etməyi düşünmür, onlar həmçinin öz  investisiya 

prinsiplərini  rədd etməyi düşünürlər. 20-ci əsrin sonlarında institusional sərmayə strategiyası üzərinə 




yönəlmiş diqqət uzunmüddətli sərmayə qoyma müdrikliyindən qısamüddətli fərziyyə ağılsızlığına 

çevrildi. 



 

Səhmlərin uzunmüddətli sahibləri səhmlərin qısamüddətli icarədarları olanda və səhmin ani qiyməti 

 korporasiyanın özünün zəruri dəyəri üzərində üstünlük təşkil edəndə, korporativ idarəetmə haqqında 

narahatlıq ilk zərərdir. Korporasiya direktorunun yeganə ən önəmli işi idarəetmənin səhmdarlar üçün 

dəyər yaradacağına təminat verməsidir; hələ o məqsəd bizim yeni agent/ investorlarımız üçün ikinci 

dərəcəlidir. 

 

Mənəvi xarakterə gəldikdə, bu mütləq anlayışdır. Bu, birində var, o birində yoxdur. Beləliklə, əgər bu 



gün bizim cəmiyyətdə mənəvi xarakter dağılırsa (mən güman edirəm ki, bu belədir), o yalnız ondan 

irəli gələ bilər ki, bizim az sayda insanımız möhkəm xarakterə malikdir, çox sayda insanımız isə yox.  

 

Azad bazardan “buxovlanan” bazara olan dəyişiklik bu inkişafa yardım etmişdirmi? Əlbəttə. Bizim 



maliyyə və korporasiya rəhbərlərimizin dəyərləri pisləşmişdir. Yaxın onilliklər bundan əvvəl, 

idarəetmə elə görünürdü ki, “bəzi şeylər var, o sadəcə işləmir”. 

 

Gəlin bunu mənəvi mütləqiyyət adlandıraq. Bu gün ümumi qayda “əgər hər kəs bunu edirsə, mən də 



edə bilərəm” formuluna əsaslanır. Bu baxışın  mənəvi relyativizmdən(nisbilik) başqa adı ola bilməz. 

Bu dəyişiklik azad bazarda bəzi son azmaları izah etməyə kömək göstərir. Biz satdığımız malların və 

xidmətlərin qiymətlərini idarə etmək cəhdlərini görmüşük; rəhbər heyətin maaş fondunda düşüncəsiz 

artım (30 il əvvəl orta korporasiyanın baş icraçı direktoru orta işçinin maaşından 40 dəfə artıq 

qazanırdı; bu gün həmin rəqəm 500 dəfəyə daha yaxındır); davamlı gəlirlərin artımı barədə plan 

təqdim etmək məqsədilə firmaların təftiş edilən hesabatlarında  maliyyə işlənməsi; zənginlərin və 

güclülərin xeyrinə qanun fomalaşdırmaq üçün tutulan lobbiçilərə ödənən qalmaqallı pul məbləğləri; 

bizim bank sistemimiz tərəfindən artıq risk götürülməsi və bahalı maliyyə innovasiyası. 

 

İndi o maliyyə böhranı bizim üzərimizdədir, lakin, yük əsasən onu yaradan bir neçə məsuliyyətsizin 



üzərinə düşmür, həm də ənənəvi ehtiyatlılığın və sayıqlığın məsləhətinə qarşı olan, ona aldanan 

çoxlarının, yəni, yüksək qiymətləndirilən girova əsaslanan istiqrazlarda olan investorların və rekord 

səviyyələrdə evinin istifadə hüququndan məhrum olan borc alanların üzərinə düşür.  

 

“Buxovlanan” kapitalizm bazarın qazancını özəlləşdirməklə və onun risklərini ictimailəşdirməklə 



bizim mənəvi xarakterimizi həqiqətən korlamışdır (federal xilasetmə formasında). Hər ikisi azad bazar 

və onun spesifik məziyyətlərinin əlamətləridir. Bizim cəmiyyətimizin daha az buxovlanan bazar 

sistemində daha yüksək mənəvi dəyərlər tələb etməkdə böyük payı var.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Rik Santorum 

 

Rik Santorum 1991-ci ildən 2007-ci ilə qədər ABŞ (Pensilvaniya ştatı) senatoru, 1991-1995-ci 

illərdə ABŞ  Nümayəndələr palatasının üzvü olub. O, ayda iki dəfə Filadelfiya “Inquirer” nəşrində 

köşə yazır. Vaşinqtondakı  Etika və Dövlət Siyasəti Mərkəzinin aparıcı əməkdaşıdır. 

                                            

Yox… 

 

Əslində, əgər onlar həqiqətən azad və azad bazar olmalıdırsa, bazarlar mənəvi xarakter tələb edir və öz 



növbəsində də, mənəvi xarakteri təşviq edir. Ancaq azad bazarlar heç də mənəvi xarakterin təminatı 

deyildir.  Bugünkü mədəni ətraf mühit nümayişləri kimi, azad bazar müəyyən mənəvi riskləri 

artırmağa meyllidir 

 

Siyasətçi kimi, bu suala cavab vermək üçün mən iqtisadçıdan  səriştəsiz görünə bilərəm. 



Ancaq siyasətçi kimi, mən uzun illər minlərlə Amerikalı ilə azadlıq, mənəviyyat və iqtisadiyyat 

haqqında apardığım müzakirələrdə çox şey öyrənmişəm. Bu təcrübələr məni öyrətmişdir ki, “azad 

bazarda” ən vacib söz “azad” sözüdür və azad bazar iqtisadi olmaqdan daha çox siyasi və mənəvi 

reallıqdır. 

 

Azad bazar asılıdır və bir çox insan məziyyətlərini dəyərləndirir. Məsələn, bazar 



iştirakçıları xüsusi vəziyyətdə ümumi qaydanı tətbiq etmək üçün ən yaxşı yol haqqında  

sayıqlıq, qayğıkeşlik, ehtiyatlılıq və yaxşı mühakimə məziyyətlərini inkişaf etdirməlidirlər. 

 

Bazar iştirakçıları vədlər verməli və ona əməl etməlidirlər, hətta mühakimə anlamında yanlış sayılan 



xüsusi vədə əməl etmək sərfəli olmasa belə. Bu vərdişlər azad bazar mexanizmi üçün ən yaxşı sürtkü 

materialı olan sosial kapitalın artması ilə nəticələnir.  

 

Azad bazarda uğur sənayedən və çalışqanlıqdan asılıdır. Tənbəl və diqqətsiz iştirakçılar biznesdə uzun 



müddət davam edə bilməz. Bundan başqa, azad bazar iqtisadiyyatında birbaşa iştirak özünə güvənmək 

hissini və sağlam fərdiyyətçiliyi təşviq edir. 

 

İştirakçılar problemləri imkanlar kimi görmək və onları öz səyləri ilə həll etmək vərdişini inkişaf 



etdirir. 

 

Ancaq burada biz birinci yoxlamamız ilə rastlaşırıq. Tənqidçilər tez-tez ittiham irəli sürürlər ki, azad 



bazarlar və gəlir motivləri qeyri-sağlam, eqoist fərdiyyətçiliyi təşviq edir ki, bu, hər şeydən öncə şəxsi 

marağı artırır  və sosial öhdəliklərə etinasızlıq yaradır. Ancaq fərdiyyətçilik başqalarına münasibətdə 

sosial həmrəylik və mərhəmət hissi ilə mükəmməl uyğunlaşandır.  

 

Əslində, sağlam fərdiyyətçilik, bir fərdin özünü və öz ailəsini təmin etmək, ehtiyac duyulan sosial 



dəyişikliyə gətirib çıxarmaq üçün öz gücünə olan inamı, başqalarının ehtiyacları istiqamətində 

həmkarları və xeyriyyəçilərlə həmrəyliyin ilkin zəruri şərtidir. Həqiqətən, Corc Gilderin məharətlə 

ifadə etdiyi kimi, bazar iqtisadiyyatında iştirakçılar məxsusi olaraq başqalarına xidmət istiqamətində 

yönləndirilmişlər: onlar digər uyğun ehtiyacları aşkar edir və onları faydalı mallar və xidmətlərlə təmin 

edirlər. 

 

Baxmayaraq ki, bazar iqtisadiyyatı bir çox məziyyəti təşviq etmək və dəyərləndirməyə meyllidir, biz 



azad bazar iqtisadiyyatını ləyaqət və mənəviyyatla bərabərləşdirməməliyik. Birincisi, bazarlar mənəvi 

normalar, hüquqlar və şəxsi mülkiyyət və dinc mübadilə kimi öhdəliklərə əsaslanmadan mövcud ola 

bilməz. Bir çox iqtisadçılar mülkiyyət, oğurluğun və hətta köləliyin qanunsuzluğu kimi, belə 

normaların güman edilən "effektivliyi" baxımından əsas mənəvi sualları izah edir. 

 

Onlar bunu alqışlayırlar. Ancaq azad bazar prinsiplərinin özlərindən azad bazarları mümkün edən əsas 



normaları müəyyənləşdirmək qeyri-mümkündür. 

 



Səbəb: "effektivlik" analizi könüllü və dinc mübadilədən, o da sosial və ya əvvəldən mövcud olan 

mənəvi qaydanın hüquqi tətbiqindən asılıdır. İkincisi, azad bazarlar ləyaqət və mənəviyyata öz 

töhfəsini versə də, qətiyyən onların təminatçısı deyildir. 

 

Gəlir motivi kimi, bazar faktorları tamahkarlığa və eqoizmə aparan balanslaşdırılmamış və yüksək 



prioritetləşdirilmiş səviyyədə ola bilər.  

 

Həll yolu bazar iqtisadiyyatını ittiham etmək deyildir, əksinə onun iştirakçılarını diqqəti daxildə 



başqalarına xidmətə, xaricdə iqtisadi mübadilələrə diqqət yönəltməyi öyrətmək və ailə,  

cəmiyyətin ehtiyacları, inam  və başqa sosial məhsullar ilə balansda gəliri və şəxsi marağı saxlamaqdır.  

 

Həmçinin mənfəət gətirən əsas bazar prinsipi başqalarının ehtiyaclarına xidmət etməklə problemlərə 



gətirə bilər, əgər bu "ehtiyaclar" qarşılanan çatışmazlıqlardırsa.  Baxmayaraq ki, bazar iştirakçıları öz 

müştərilərinə və sifarişçilərinə dar Puritanizmi qəbul etdirməkdə ehtiyatlı olmalıdırlar, orada gəlir 

güdmənin də aydın mənəvi sərhədləri keçə bildiyi nöqtələr var. 

Bu gərginlik azad bazarlardan kənar daha geniş bir sual qoyur: azadlıq özü mənəvi xarakteri 

korlayırmı? Müasir Amerikan mədəniyyətinin sıxıcı vəziyyətinə baxan biri "bəli" cavab verməyi 

həvəslənə bilər. 

 

Biz daima mənəvi tənəzzül vəziyyəti haqqında tutqun statistika ilə bombardman edilirik, bu 



fəaliyyətlər pornoqrafiyadan və nigah sədaqətsizliyindən tutmuş narkotikdən istifadəni və cinayəti 

əhatə edir.  

 

Bu tənəzzül müstəqillikdə məsuliyyət azadlığı kimi ən yaxşı şəkildə müəyyən edilmiş azadlığın 



ötürülməsi nəticəsində baş vermişdir, o azadlıq ki, siz onu başqalarına təsirindən asılı olmayaraq 

istəyirsiniz. 

 

Amerikan banilərinin özündən daha çox mühüm olan şeyə istiqamətlənmiş aydın məqsədli azadlıq 



konsepsiyası, azadlığın bugünkü pop-mədəniyyət baxışından, şəxsi istəklər və arzular üzərində hər 

hansı məhdudiyyət azadlığı kimi kəskin şəkildə kənara çıxır. 

 

Roma papası II İohan Pavel sizin fərqli situasiya və bacarıqlarınızla nə etməli olduğunuz  həqiqi 



azadlıqla, vasitələr azadlığı-  sizin istədiyinizi etmək kimi, məqsəd və arzunun əsası olan saxta azadlıq-

nəticələr azadlığı arasında ədalətli fərq qoyurdu. 

 

Bizə təbiətimizlə verilən insan nəticələri və məhsulları bizim sərbəst şəkildə müəyyən etdiyimiz və 



təkrar müəyyən edəcəyimiz şeylər deyildir.  

 

Biz anında ixtiyari olanı edəndə deyil, yaxşı malları və uzunmüddətli məqsədləri seçəndə inkişaf 



edirik. Bu cür insan inkişafı şəxsi intizam və yaradıcılıq potensialı tələb edir. Son nəticədə, bizim bu 

gün Birləşmiş Ştatlarda tez-tez gördüyümüz kimi, azadlığın pozğun təsviri mənəvi və qanuni 

etinasızlığa gətirir.  

 

Bu tendensiya faktiki olaraq məhdud azadlığa aparıb çıxarır, çünki insanlar öz ehtiraslarına kölə edilir, 



hüquqlara hörmətlə yanaşmaya son qoyur və başqalarının azadlığına zərbə vurur. Azadlığın bu pozğun 

anlamı azad bazarların ədalət, inam, məsuliyyət, özünə arxalanmadan asılı olan, uzunmüddətli 

məqsədlərə müəyyənləşmiş və təsbit olunmuş müvafiq funksiyasını dağıdır. 

 

Azad bazarlar mənəvi xarakteri korlamır, baxmayaraq ki, onlar müəyyən növ mənəvi problemlərin 



riskini artıra bilərlər. Və azad bazarlar ləyaqəti, güclü ailələri və cəmiyyətləri təşviq etməkdə şübhəsiz 

rol oynadığı halda, fərdi ləyaqətin və bu ləyaqətə imkan yaradan azadlığın inkişafına kömək 

göstərilməsini tələb edir. Azad və ədalətli cəmiyyətin başqa aspektləri kimi, azad bazarlar da fərdi 

mənəviyyatdan –bizim ram edilən eqoist ehtiras və impulslarımızdan, təbiət və Təbiətin Sahibi 

tərəfindən bizə bəxş edilən məqsəd seçimindən asılıdır. 

 

 



 


Rick Santorum 

300 Conshohocken State Road, Suite 500 

West Conshohocken, PA 19428 

Telefon: 610.941.2828| Faks: 610.825.1730 

www.templeton.org 

 

 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə