A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   2   3   4   5   6   7   8   9   ...   13

Con Qrey 

 

 

Con Qrey London İqtisadiyyat məktəbinin fəxri professorudur.Onun son kitabları sırasına bunları 

aid etmək olar: “Yalan sabah”, “ Qlobal kapitalizmin (Granta) xülyaları və qara kütlə”, 

“Apokalipsis din və utopiyanın ölümü”(Penguin). 

 

O asılıdır… 



  

 

Azad bazarlar xarakterin müəyyən aspektlərini gücləndirdiyi halda, bəzi aspektlərini də korlayır.  



Nəticənin yaxşı olması balanslaşmada bunlardan hansının gözəl həyatı ifadə etməsindən asılıdır. Çox 

şey həm də kiminsə başqa iqtisadi sistemlərin daha böyük uğur qazana biləcəyinə inanıb-

inanmamasından asılıdır. Suala yalnız realist alternativləri müqayisə etməklə və müxtəlif sistemlərin 

insan xarakterinin fərqli tiplərini necə təşviq etdiyini  anlamaqla cavab verilə bilər. 

İdeal modellər əsasında düşünməkdən qaçmaq lazımdır. Son illər düşünmək üçün belə bir tendensiya 

yarandı ki, dövlət iqtisadiyyatda müdaxiləni aradan qaldıran zaman azad bazarlar öz-özünə meydana 

çıxır. Ancaq azad bazarlar sadəcə hökumətin iştirakının olmaması demək deyil. Bazarlar  əmtəə olaraq 

nəyin satıla biləcəyinə, nəyin satıla bilməyəcəyinə qərar verən qanun sistemlərindən asılıdır.  

 

Müasir bazar iqtisadiyyatında köləlik qadağan edilir; bənzər şeylərə şantaj və uşaq pornoqrafiyasını da 



daxil etmək olar. Azad bazarlar hər zaman hökumətlər tərəfindən nəzarət olunan müəyyən  növ 

məhdudiyyətlərə malikdir.  Daha ümumi desək, azad bazarlar eyni zamanda hökumət tərəfindən 

sərəncam verilən və çox halda təsdiq olunan mülkiyyət hüquqlarına arxalanır. 

 

 İngiltərədə Kraliça Viktoriya dövrünün ortalarında (XIX əsr) mövcud olan azad bazar ona görə 



meydana çıxmadı ki, dövlət iqtisadiyyatdan əlini çəkdi. Ona görə meydana çıxdı ki, dövlət hakimiyyəti 

ümumi mülkiyyətin müxtəlif formalarında olan və ya heç olmayan torpağı özəlləşdirmək üçün istifadə 

edildi. 

 

19-cu əsrdə bir neçə onillik ərzində İngiltərədə mövcud olmuş azad rəqabət iqtisadiyyatını Hasarlama 



Aktları(icma torpaqlarının hasarlanması) sayəsində həyata keçirmək mümkün olmuşdu.  

Parlament tərəfindən təsdiq edilən bu qanunlar 18-ci əsrin ikinci yarısından başlayaraq kənd 

yerlərindən olan kənd təsərrüfatı işçilərini əvəzlədi və azad bazarın insan bazası olan sənaye fəhlə 

sinfini yaratdı.  

 

Ancaq 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində demokratik səsvermə hüquqlarının genişlənməsi ilə  



bu işçilər tələb etməyə başladılar ki, iqtisadi fəaliyyət tənzimləmənin müxtəlif növləri üzrə təsnif 

olunmalıdır. Yekun nəticə bu gün Britaniyada və bir çox başqa ölkələrdə mövcud olan idarə edilən 

bazar iqtisadiyyatıdır.  Tarixi perspektiv faydalıdır, çünki o bizə imkan verir ki, iqtisadi sistemlərin 

canlı varlıqlar olduğunu görə bilək.  

 

Real vaxtda, azad bazarlar nadir hallarda iqtisadçılar tərəfindən qurulan modellərə uyğun işləyir. 



Burada bumlar, qabarmalar, dağılmalar və qəzalar var. O yalnız iqtisadi dərsliklərdədir ki, bazarlar öz-

özünə nizamlanır. Bu tarixi sualın əksinə, iqtisadiyyat və etika arasındakı əlaqəni daha aydın görmək 

olar.  

 

Azad bazarlar tərəfindən daha çox dəyərləndirilən xarakterin xüsusiyyətləri sahibkarlıq cəsarəti, alverə 



və riskli işə hazır olmaq, o cümlədən yeni imkanlar qazanmaq və ya yaratmaq bacarığıdır.  

Onu da qeyd etməyə dəyər ki, bunlar mühafizəkar moralistlər tərəfindən daha çox təqdir olunan 

xüsusiyyətlər deyildir. Sayıqlıq, ehtiyatlılıq və tanış həyat modelinə səbrlə təzyiq göstərmək 

qabiliyyəti, ola bilsin, çox gözəl keyfiyyətlərdir, ancaq onlar adətən azad bazarda müvəffəqiyyətə 

aparıb çıxarmır. 

 

Əslində, bazarlar yüksək dərəcədə dəyişkən olanda, bu mühafizəkar xüsusiyyətlər məhvə aparan yolu 



tam açmış olur.  Kiminsə bacarıqlarını yenidən təchiz edərkən, iş yerini, karyerasını dəyişərkən-belə 

riskli addımlar azad bazar iqtisadiyyatlarında insanlara sağ qalmağa və inkişaf etməyə yardım göstərir.  




 

Ancaq bu cür riskli davranış, davamlı insan bağlılığının dəyərini nəzərdə tutan ənənəvi dəyərlərlə 

mütləq mənada uyğun deyildir. Azad bazar iqtisadiyyatının yaradıcılarından biri Adam Smit həm də  

biznes cəmiyyətinin ağıllı tənqidçisi idi. Smit qorxurdu ki, onun vaxtında meydana çıxan bazar 

iqtisadiyyatı əlaqəli cəmiyyətlərin olmadığı şəhərlərdə işçiləri axınla işsiz qoyar.  O düşündüyü kimi, 

bazarın pozucu dinamizmi bazar meydanına daxil edilə bilməz. Azad bazarlar artıq mənfəət 

gətirməyən əlaqələrə son qoymaq üçün yüksək dərəcədə mütəhərriklik və köklü hazırlıq tələb edir. 

İnsanların daim hərəkətdə olduğu cəmiyyət çətin ki, möhkəm ailələrin və ya qanuna çox yaxşı əməl 

edənlərin cəmiyyəti olsun. 

 

Sonda bu sualın cavabı ondan asılıdır ki, onlardan hansı yaxşı həyatı nəzərdə tutur. Ailənin dağılması 



kimi ənənəvi moralist baxışlar bir liberal tərəfindən şəxsi müstəqillik məsələsi kimi görülə bilər. Bir 

liberal üçün şəxsi seçim yaxşı həyatın ən önəmli komponentidir, mühafizəkarlar isə qiymətli 

institutların qorunmasının daha vacib olduğunu düşünürlər. Qərb cəmiyyətlərinin əksinə olaraq, mən 

liberal baxışlara meylliyəm. Ancaq vacib nöqtə o deyildir ki, bu konsepsiyalardan daha çoxu birini 

qəbul edir.  Əksinə, bu o anlama gəlir: azad bazarlar bəzi mənəvi xüsusiyyətləri qiymətləndirsə də, 

başqa xüsusiyyətləri dağıdırlar. Onlar fərdi seçimi azad etsələr də, eyni zamanda ənənəvi 

xüsusiyyətləri sıradan çıxarırlar. Biri hər şeyə malik ola biməz. Azad bazarların mənəvi təhlükələri onu 

göstərmir ki, başqa iqtisadi sistemlər daha yaxşıdır. Mərkəzdən planlaşdırılan sistemlər xarakteri daha 

çox zərərlə, səmərəlilik və məhsuldarlıq baxımından daha az fayda ilə korlamışdır. 

 

Keçmiş Sovet ittifaqının planlı iqtisadiyyatları yalnız tam mövcud olduqları səviyyəyə uyğun fəaliyyət 



göstərirdi- çünki onlar qara və boz bazarlarla dəlik-deşik olmuşdular. Korrupsiya hər yeri bürümüşdü.  

Marksist modeldə bazarın tamahkarlıqla təchiz olunmuş anarxiyası altruizmə əsaslanan planlaşdırma 

ilə əvəz edilir.  Ancaq Sovet cəmiyyətlərində real həyat azad rəqabət kapitalizminin dəqiq karikaturası 

ilə daha oxşar idi və elə bil bu xaotik və israfçı  mühitdə hər kəs var gücü ilə suyun üzərində qalmağa 

cəhd edirdi. Homohomini lupus-insan insanın canavarıdır-qayda idi və yalnız altruizm istisna təşkil 

edirdi. Bu şərtlərdə insanlar ən yüksək inkişaf etmiş müdafiə bacarıqları və azacıq  mənəvi tərəddüdləri 

ilə ən yaxşı olanı etdi. Heç bir iqtisadi sistem mənəvi xarakterin bütün aspektlərini gücləndirə bilməz. 

Hamı  mənəvi baxımdan şübhə doğuran motivlərə müəyyən dərəcəyə qədər güvənir. Ola bilsin ki, 

tamahkarlıq və paxıllıq qüsurludur, ancaq onlar eyni zamanda iqtisadi stimul vasitələridir. İqtisadi 

sistem insanın qüsurlarını insanın rifahına xidmət üçün istifadə etdiyi dərəcədə yaxşıdır 

Bu azad bazar və mərkəzi planlaşdırma kimi mücərrəd modellər arasındakı seçim deyildir.   

 

Gerçək dünya tarixində bunların heç biri nə vaxtsa onların müdafiəçiləri tərəfindən güman edilən 



formada mövcud olmamışdır.  Xeyr, doğru seçim bazarlar və qaydaların müxtəlif qarışığı arasındadır, 

hansı ki, heç biri nə vaxtsa öz təsirləri baxımından mənən tamamilə faydalı olmayacaq. 

 

Ağıllı birləşməyə iqtisadiyyatın necə işlədiyini göstərən ideal model tətbiq etməklə nail oluna bilməz,  



Müxtəlif birləşmələr müxtəlif tarixi kontekstlərdə ən yaxşı olacaq. Ancaq bir şey aydındır: müasir 

bazar 


iqtisadiyyatı mənəvi korroziya dərəcəsi olmadan keçinə bilmir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə