A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   2   3   4   5   6   7   8   9   ...   13

Qinqlian Hi 

 

(Qinglian He)Qinqlian Hi Çin iqtisadçısı və “Shenzhen Legal Daily” nəşrinin 

sabiq baş redaktorudur. O, aşağıdakı kitabların  müəllifidir:“Modernləşmənin tələləri”,  

Müasir Çinin iqtisadi sosial problemləri və senzura dumanı”, “Çində mediaya nəzarət” 

 

Yox… 

 

 



Keçən bir neçə əsr boyunca, dünya bir çox yollardan keçərək şahid olmuşdur ki, fəal azad bazar maddi 

və sosial inkişafı təşviq edir və eyni zamanda mənəvi xarakteri gücləndirir.  Bundan fərqli olaraq, azad 

bazarın əsas müasir rəqibi, sosializm dövlətinin ideoloji baxımdan idarə olunan planlı iqtisadiyyatı 

sistemində yaşayan insanlar iqtisadi fəaliyyətin durğunluğundan, vətəndaş cəmiyyətinin ətalətindən, 

mənəviyyatın korlanmasından  əziyyət çəkmişlər.  

 

Son onilliklərdə planlı iqtisadiyyatlar öz ziddiyyətləri üzündən çökdükcə, bu utopik təcrübə sistemli 



uğursuzluğunu sübut etmişdir. Uzun illər iqtisadi, mənəvi və siyasi fəlakətlərə dözmüş vətəndaşlar 

onlardan qurtulmağa can atdı. Əlbəttə, bazar iqtisadiyyatı mükəmməl bir sistem deyildir. Ancaq 

bazarın qüsurları onun quruluşundan deyil, orada iştirak edən insanların hərəkətlərindən və 

stimullarından törəyir. 

 

Təcrübə bizə azad bazarın azad cəmiyyətlə sıx bağlı olduğunu öyrətmişdir. Və azad cəmiyyətlərdə 



insanlar öz həyatlarını yaxşılaşmaq üçün sazişlərdə iştirak etməyi daha yaxşı bacarırlar.   

 

Azad cəmiyyətlər insanlara öz siyasi və sosial sistemlərini daha ədalətli qurmaq imkanı verir. 



Ümumiyyətlə, bu fəaliyyətlər mənəviyyatı korlamır, əksinə ona yardım edir. Müqayisəli tarixi 

perspektivdən, biz azad bazarı iqtisadi institutları, sosial əlaqələri və mədəniyyəti əhatə edən ətraflı 

sosial-iqtisadi sistem kimi müəyyən etməyə meylliyik. 

 

Ancaq biz bazar və mənəviyyat arasında əlaqəni analiz edəndə, o, iqtisadi fəaliyyətləri əlaqələndirən 



qaydalar kimi, bazarın daha məhdud tərifini istifadə etmək düşüncəsi yaradır. 

 

 Bazar və ya mənəviyyat bizim analizimizdə daha çox ehtimal olunan səbəb faktorudurmu? Biz etiraf 



etməliyik ki, spesifik sosial-iqtisadi fəaliyyətlər haqqında mənəvi mühakimələr  bazar qaydaları 

haqqında mənəvi mühakimələrdən fərqlənir. Dəyərlər və biznes etikası iqtisadi fəaliyyətlə məşğul olan 

şəxslərin davranışını formalaşdırır. Əgər onların fəaliyyətləri arzuolunmaz və ya düşünülməmiş 

nəticələrə gətirərsə, biz hər şeydən əvvəl, izahı o sosial institutlarda  axtarmalıyıq ki, onlar bazar 

qaydaları əsasında özlərindənsə, bazarı bəsləyirlər. 

 

“Bazarın mənəviyyatlaşdırılması” haqqında müzakirələr, təxminən inkişafın bəzi nəticələrin 



yumşaldılması və ya bazarın qlobal genişlənməsindən ibarətdir ki, bu da ən yaxşı şəkildə iqtisadi 

fəaliyyətlə məşğul olanların sosiomədəni prioritetlərinə hesablanmışdır. Dövlətlər, beynəlxalq 

təşkilatlar, mülki qruplar və ya hərəkatlar, bazar qaydalarını formalaşdırmaq və daha arzu olunan 

davranışı görmək istəyindən əvvəl, yeni dəyərləri və mənəvi müəssisələri formalaşdırmağa kömək 

etməlidirlər. 

 

 Bütün iqtisadi fəaliyyətlər sosiomədəni vəziyyətə uyğun tətbiq olunur. 10-cu əsr Çinindən 21-ci əsr   



Avropasına qədər istehlak və istehsal mənəvi dəyərlərin üstünlük təşkil etməsinə uyğun fəaliyyət 

göstərmişdir. Həmçinin bütün tarixi kontekstlər, mənəvi baxışlar həmişə dini inanca əlaqəli olmuşdur.  

 

Məsələn, bu gün Şərqi Asiya ölkələrindəki din adamlarının biznesdə dürüst olmağa meylli olduğu 



anlayışı var. Bundan fərqli olaraq, dinin bir dəfə qadağan edildiyi və hələ də ciddi şəkildə dövlət 

tərəfindən idarə edildiyi Çində, bazar iqtisadiyyatı kök salan kimi, zəif biznes etikası sürətlə inkişaf 

etdi. 

 



Mənəvi baxışa başqa faktorlar da təsir göstərir. Son onilliklərin iqtisadi və mədəni qloballaşması 

inkişaf etməkdə olan ölkələri yalnız yeni iqtisadi institutlara deyil, həmçinin dəyişiklikləri özləri 

aparan Qərb normalarına və dəyərlərinə təqdim etdi.   

 

Son zamanların ən qaynar meylləri ekoloji baxımdan saf istehlak malları və beynəlxalq standartlar 



səviyyəsində iş yeri şəraitinə malik təşkilatla bağlı olmuşdur. Bunlar keçən onillik üçün tərtib olunan 

Sosial Məsuliyyət üzrə 8000 Standart sənədində əksini tapmışdır. Bunların hər ikisi ənənələrin 

dəyişməsinə parlaq nümunədir, amma sonuncu Çin kimi ölkələrdə daha böyük təsirə malik olmuşdur, 

o çoxlu ağır əmək rejiminə əsaslanan fabriklərdə iş şəraitini  yaxşılaşdırmışdır. 

 

Bugünkü keçid cəmiyyətlərində mənəvi dəyərlərin dramatik tənzimlənməsi baş verir, çünki bir dəfə 



təcrid edilmiş planlı iqtisadiyyatlar əlaqələndirilmiş bazar sistemlərinə çevirilir. 

 

Şübhəsiz, statistika təşkilatlarının mirası və hakim elitaların rolu tənzimləməni ləngidə və ona mane 



ola bilər. Avropada əvvəlki Sovet ittifaqı ölkələrinin qitənin azad bazar ticarət sisteminə 

inteqrasiyasının çoxlu mənfi mənəvi nəticələr gətirəcəyi düşüncəsi yoxdur. Ancaq Çində, hər hansı 

şəxs asanlıqla həm mənəvi vəziyyət, həm də biznes etikası sahəsində tənəzzülə aid  dəlil tapa bilər. 

Siyasi nüfuz və hökumət müəssisələri pula görə satılır, rüşvət insanları cinayət cəzasından azad edir, 

uşaq əməyindən istifadə edən sahibkarlar  nadir hallarda cəzalandırılır, qanın və insan orqanlarının 

satışı ümumi təcrübəyə çevrilib. 

  

Bu fəaliyyətlərin hamısı Çində qeyri-qanuni sayılır, ancaq hökumət onlara dözümlülük göstərir. Açıq-



aydın, ölkə hələ də hüquq normalarından çox uzaqdır. Həqiqətən də, bunlar qanunda yuxarıda dayanan  

bir siyasi qrup tərəfindən idarə edilir.  

 

Qeyri-hökumət təşkilatları (QHT-lər) bu narahatlıq doğuran problemlərə qarşı var gücləri ilə mübarizə 



aparmağa cəhd edir, ancaq onların fəaliyyətləri ciddi nəzarətdə saxlanır və hər bir təşkilata hökumət 

idarəsi tərəfindən nəzarət edilməlidir. Həlledici addım atmaqdan daha çox nominal olaraq bu “qeyri-

qanuni” fəaliyyətləri qadağan etmək üçün hökumət belə "rejimin imicinə zərbə vuran mənfi xəbərlər" 

haqqında media məlumatlarını və internet müzakirələrini nəzarətə götürməyə böyük səy göstərir. 

Beləliklə, Çində inkişafın pozulması üçün hansı günahkardır- azad bazar özü, yoxsa dövlətin və onun 

xüsusi idarəçi elitalarının uğursuzluqları?  

 

 Hər bir bazar üçün qaydaları hazırlayan və tətbiq edən insanlar önəmli rola malikdir. Bu, Çində 



xüsusilə özünü doğruldur, orada qanunları hökumət və partiya rəsmiləri hazırlayır, hətta özləri gəlir 

əldə etməyi nəzərdə tutduqları iqtisadi fəaliyyətlərə də onlar nəzarər edirlər.   

Bu onların azad bazarın inkişafına deyil, əxlaqsız fəaliyyətlərə tolerant münasibətləridir ki,  Çin 

cəmiyyətinin mənəvi durumunu korlamışdır.  

 

Çinin son təcrübəsinə əsaslanaraq, mən yazını üç vacib dərs ilə yekunlaşdırmaq istəyirəm. Birincisi, 



beynəlxalq mətbuatın bütün nümayişkar üz qapaqlarına baxmayaraq, bazarda Çin hökumətinin təsiri 

qeyd-şərtsiz müsbət olmamışdır. İkincisi,  davamlı və güclü bazar demokratik siyasi quruluş tələb edir. 

Üçüncüsü, mənəvi inkişafı təqib etmək Çin üçün iqtisadi inkişafı dəstəkləməkdən heç də az önəmli 

məsələ deyildir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə