A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Maykl Novak 

Amerika Sahibkarlar İnstitutunda Din, fəlsəfə və dövlət siyasəti üzrə Corc Frederik Jevett 

təqaüdçüsüdür. O, iyirmidən artıq kitabın müəllifidir ki, bunların arasında “Demokratik 

kapitalizmin ruhu” və son zamanlar çapdan çıxmış “Heç kəs Tanrını görmür” də var. 

 

 

Yox! Və həm də, bəli…  

 

 



Amerikanın yaranması zamanı əksər cəmiyyətlər torpaq sahibkarları aristokratiyası və ya güclü hərbi 

təşkilat əsasında təşkil olunmuşdu.  

 

Amerikanın baniləri bu modelləri rədd etdilər və qəti şəkildə yeni cəmiyyətin azad ticarət əsasında 



qurulmasını israr etdilər. Bunların hər ikisi gözəl dəyərlərin daha yüksək toplusunu doğurur və hüquqi 

norma üçün daha təhlükəsiz və daha etibarlı olduğunu sübut edir. Belə cəmiyyət hakimiyyətin təqibinə 

deyil, ancaq bolluğun yaradılmasına həsr ediləcək 

 

Aleksandr Hamiltonun “Federalist #12-də” qeyd etdiyi kimi"Ticarətin tərəqqisi indi hiss olunur və 



təhsilli siyasət adamları tərəfindən etiraf edilir ki, bu, milli sərvətin ən faydalı və ən məhsuldar 

mənbəyi olmalı, həmçinin uyğun şəkildə onların siyasi diqqətinin əsas obyektinə çevrilməlidir”.  

 

Ticarət insanları bölünmə və fraksiyanın əvvəlki mənbələrindən yayındırdı. 



Onların ehtirasları siyasi səbəblərdən bazar fəaliyyətinə və azad bazarlar üçün zəruri əməkdaşlıq 

ruhuna, öz loyallıqlarını tədricən daha böyük respublikaya bağlamaq istiqamətinə yönəldi.  

Kommersiya cəmiyyəti yoxsullar üçün də daha yaxşı olacaq, ictimai və şəxsi mənəviyyata faydalı təsir 

göstərəcək. Onların dəqiq tarixi tədqiqatı vasitəsilə yaradıcılar öyrəndilər ki, hərbi hakimiyyətə 

əsaslanan cəmiyyət tez-tez zədələnmiş qürurun müharibələrinə qarşı mübarizədə, yoxsullara böyük və 

fasiləsiz xərclər eilməsində  həssas və davamsız olur.  

 

Şotland filosofu Deyvid Hyum təsdiq etdi ki, nəsildən-nəsilə yoxsulluqdan irəli doğru cüzi inkişaf 



göründü. İmperatorlar, monarxlar və baronlar arasında şərəf və qisas müharibələri, münaqişələr 

yoxsullar tərəfindən atılan hər hansı inkişaf addımlarını dəfələrlə silib atdı.Torpaq sahibi olan 

aristokratiyalara gəldikdə, onların maraq və zövqləri daha çox yayındırmalara, əyləncələrə, 

şirnikləndirmələrə, düşkünlüyə yönəlmişdi. Hətta bir çox nəzakətli baron və qrafların yaxşı əsgərlər 

olmasına və özlərinə ordu saxlamasına baxmayaraq, onların həyatları bütövlükdə boş idi. Onlar öz 

geniş mülkiyyətləri sayəsində piylənmə və kəndlilərin əməyi sayəsində asanlıqla yaşayırdılar.  

 

Onlar öz izafi kənd təsərrüfatı məhsullarını qaydasında sərf etməyi ordulara öyrətdilər, beləliklə,  



primitiv yollar və hüquq normasının olmaması(böyük şəhərlərdən kənar) ilə onun məhsuldar ticarətin 

mənbəyi olmasının qarşısını aldılar. 

 

Amerikanın baniləri belə nəticə çıxardılar ki, aristokratiya və ya hərbi qüvvələr əsasında yeni 



cəmiyyəti təşkil etmək respublika üçün təhlükəsiz olmayacaq. 

 

Respublika müstəqilliyə, öz iqtisadi gücünə, yaradıcılığa, istedadlı insanlara ehtiyac duyar, qorxmadan 



onların çirkli əllərini tutar, öz işgüzar insanlarıyla qürur duyar, işləri daha çox yeniliyə əsaslanmaqla

daha yaxşı yollar tapmaq (əsasən daha az əziyyətlə) üçün qətiyyətlə həyata keçirərdi.  

 

Müstəqillik və yenilik ictimai faydanın daim yaxşılaşdırılmasına aparmaqla, kommersiya cəmiyyətinin 



meyvələrinə çevrilir, ən azı  yeni Birləşmiş Ştatlar kimi azad respublika üçün. 

 

Bundan başqa, banilər fikirləşdi ki, ticarət əsasında qurulan cəmiyyət gərək qanun qarşısında şəxsi 



məsuliyyət yaratsın. Qanuna itaət edən cəmiyyət olmadan, müqavilələri tətbiq etmək üçün 

məhkəmələrə güvənməklə, ticarətə qoşulan insanlar hətta öz səyləri üçün tam ödəniş almadan əvvəl 

necə böyük risk götürə bilər?  

 

  




Asiyadan  çay gətirmək üçün Yeni İngiltərədən göndərilən gəmilər geri dönməmiş və öz yükünü 

satmamışdan əvvəl ödəniş etməli idilər. O zaman piratlarla yalnız yazılan qanunla deyil, qanuna 

müvafiq tətbiq edilən qaydada açıq dənizdə silah atəşi ilə ( Barbary piratlarına qarşı Ceffersonun 

kampaniyaları kimi) mübarizə aparılmağa ehtiyac duyulacaqdı.  

 

 O zaman dünyanın ən böyük ticarət paytaxtlarından biri və banilərin heyranlıq obyekti olan 



Amsterdamın şüarı təəccüblü deyildi ki, “Ticarət sülhə imkan açır”(Commercium et Pax) kimi ifadə 

olunurdu. Ticarət sadəcə qonşuların müharibədə daha artıq qazanması deyil, bir-biri ilə dinc şəkildə 

mübadilə etməsidir. 

  

Bizim ulu babalarımız güman edirdi ki, kommersiya cəmiyyəti öz üzvlərini ağır işdə müntəzəm və 



yeniliklə təlimatlandırır. O  həmçinin Amerikanlara macərada cəsarətli, qazanc gözləntilərində 

təvazökar və qazanclarından gələcək tərəfdaşlıqlar üçün təkrar kapital qoymaqda qənaətli  olmağı 

öyrədirdi(Yeni İngiltərə dənizi kapitanları kimi). 

 

Bu fəaliyyətlər keçmiş torpaq sahibi aristokratiyasının gözə çarpan istehlakına alternativ olacaq. 



Kommersiya cəmiyyəti vicdanlı, məsul, öz maraqlarını qurban verən və gələcəyə istiqamətlənmiş 

vətəndaşları həvəsləndirdi. Belə vətəndaşlara xüsusilə qanuna itaət edən və çiçəklənən azad respublika 

qurmaq üçün ehtiyac duyulur. Çünki kommersiya cəmiyyətinin kökləri innovasiya, ixtira və ağır iş 

məmnunluğu vərdişləri, gələcəyə diqqət, Yəhudi və Xristian dinlərində imperativlərdən sıçramaq 

kommersiya instinktlərinin cilovlanmasında, onları sərhədlər çərçivəsində  saxlayaraq və öz-özünü 

məhv etmədən çəkindirərək, din və mənəviyyatın mühüm rolunu müəyyənləşdirməkdə Amerika 

baniləri üçün uzun məsafə deyildi. 

 

 “Çox şey var ki, qanun vətəndaşları onları etməkdən çəkindirə bilmir, amma din Amerikanları onları 



etməkdən çəkindirir," Toskavelli (Tocqueville) təqdirlə qeyd edirdi. Digər tərəfdən, kommersiya 

respublikasının uğurları da uzun müddət ərzində cəmiyyətlərin mənəvi qüvvəsini korlayan müxtəlif 

zəiflədici təsirlər yaradır.  

 

Daha gənc nəsillər ulu babalarının qurbanları ilə qazanılan bağışlanmış tərəqqini qəbul etdi.  Bəziləri 



kommersiya respublikasının nizam-intizam qaydalarından qaçmaq istəyir və bəziləri öz əcdadlarının 

təmkinli davranış tərzləri və adət-ənənələrinə nifrət edirlər.  

Nəsillər ağır işə və şəxsi intizama alışdı ki, külək üfürən pəncərədən başqa musiqini dinləyən  

və üsyana susayan, qara işdə çalışmaqdansa, avaraçılıqdan zövq almağı üstün tutan yeni nəsillərə yol 

aça bilsin. Sabah üçün qənaət etməyə sadiq bir nəsil, bu gün sadəcə ehtiyatsız yaşayan bir nəsillə əvəz 

edilir. 


 

Bu yolla, kommersiya respublikasının çox uğurları gənclərin mənəvi möhkəmliyini dağıtmağa 

meyllidir. Sosioloq Daniel Bell təkərin bu dövri çevrilmələrini “kapitalizmin mədəni ziddiyyətləri” 

adlandırırdı. 

 

  

Başqa sözlə: güclü mənəviyyatlar gəlir, ancaq zamanla pozulmuş mənəviyyatlarla çıxıb gedir. 



Biz mənəvi tənəzzülü sürətləndirmək imkanlarını hər yanımızda görə bilərik. Ancaq belə mənəvi 

tənəzzül zəruri deyil, yalnız mümkün nəticədir.  

 

Amma biz onun qarşısını almaqla, cazibədarlıqlarına üstün gəlmək üçün xüsusi cəhdlər edə bilərik. 



Beləliklə, kommersiya cəmiyyətinin ən böyük məsələsi mənəviyyat və mədəni dərinləşmə, 

mənəvi köklərə qayıtma olur, hansı ki, bizim ulu babalarımız onu “Böyük Oyanış” adlandırıblar.  

Nobel Mükafatçısı iqtisadçı Robert Foqelin hesabı ilə, Birləşmiş Ştatlar indi 

Dördüncü Böyük Oyanışın tədrici yüksəlişindədir.  

 

 Bu, köklərə, ailənin önəminə qayıtmaq- güclü xarakterin ən yaxşı təminatları olan arzu və düşüncənin 



bəsləyici vərdişlərini inkişaf etdirmək üçün gənclərə dəvətlə səciyyələndirilir.  

 

Belə gənc insanlar bizim respublikanın azadlıq və kommersiya yaradıcılığının gələcək aktuallığının ən 



böyük ümididir. 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə