A zad bazar məNƏvi xarakteri korlayir



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix25.07.2018
ölçüsü0,53 Mb.
#58795
1   ...   5   6   7   8   9   10   11   12   13

Bernard Henri Leyvi 

 

Bernard Henri Leyvi(Lйvy),Fransız filosofu, otuzdan çox kitabın müəllifidir. Bunlara “Nyu York 

Tayms” bestselleri  “Amerikan başgicəllənməsi”(2006), “Qaranlıq vaxtlarda tərk edilmə” 

“Yeni barbarlığa qarşı dayanma” (2008) nümunə gətirmək olar. Hər iki kitabı ”Random House” 

tərəfindən nəşr edilib. 

 

Əlbəttə. Yaxud korlayırmı?..  

 

 



Aydındır ki, maraqların, ehtirasların qəddar rəqabəti, pulun amansız hökmranlığı, o cümlədən hər 

şeyin ölçüsü olaraq materializm – bir sözlə, bütün qaydalardan azad olan və yalnız ən güclünün 

tamahkarlığı ilə idarə edilən azad bazar bizim ruhumuzu ölümcül dərəcədə yaralayır. Bu, böyük 

Aleksandr Soljenitsinin həyatının sonunda fikirləşdiyi şeydir.  

 

Bu baxış 1930-cu illərdə “non-konformistlər” adlandırılan Fransız mütəfəkkirləri qrupu tərəfindən 



bölüşüldü ki, bura Çarlz Peyqi (Pйguy) və bəzi başqaları daxil idi. Onlar depersonalizasiyanın mənbəyi 

kimi məhsul mübadiləsini gördülər. Bu həmçinin mənəvi dəyərlərin məhvi, insan inamının sonu və 

mütləqə canatma səyini “azad bazar” ideyasında görən bütün Xristian (və ya sadəcə spiritualist) 

mütəfəkkirlər qrupunun tezisi idi.  

 

Bu həmçinin –və bu bizi daim sayıq saxlamalıdır- faşizmin əsas mövzularından və onun azdırdığı xalq 



kütlələrinin səbəblərindən biri idi. Bu, “Materializmi dayandırın!” formasında bəyan edildi:  

 

“Faşizm öz yaxşı, təhlükəsiz, üzvi və təbii cəmiyyətlərini təqdim edir-fikri əleyhinə- dağıdıcı 



fərdiyyətçiliyə və sosial parçalanmaya son qoymaq”. 

 

Xülasə, insan dəyərləri(başqa terminlə “bazar” üçün) arasında “ümumiləşdirilən ekvivalentliyin” 



hökmranlığından qorunmaq lazımdır, çünki faşizmlər hər yaşda anafemanı tapmışdır.    

Bəs sonra? 

 

Əslində, problem faktiki olaraq göründüyündən daha çox mürəkkəbləşdirilir. Biz bəyan edə bilmərik-



bəyan etməməliyik ki, bu qəti həqiqət idisə, bazar sadəcə və yalnız korlayır. Üç nəticə 

bu aşkar  görünən sağlam düşüncəyə əlavə edilməlidir. 

 

Birinci, əgər bazar korlayırsa, bazarın müxtəlif inkarları tamamilə korlayır. Faşizmə baxın.  



 

Və bazarın  əvvəl gələn və onun arxasınca gedən başqa bir nifrət hədəfinə də baxın: kommunizm. Mən 

kiminsə kommunizmin qurbanları və hərəkətverici qüvvələrinə xarakter və qəlbin icrası kimi 

inanmasına şübhə edirəm. İkincisi, əgər seçmək zəruridirsə, əgər bu korrupsiyalar 

qiymətləndirilməlidirsə, tam aydındır ki, bazarın inkarı vasitəsilə kommunist və ya faşist korrupsiya 

birincidən daha dərin, daha öldürücü və daha çarəsizdir.  

 

O başlanğıcdan faşizm üçün aydın idi və nəticədə kommunizm üçün də belə oldu. 



 Mən Berlin divarının yıxılmasından sonra Mərkəzi və Şərqi Avropaya etdiyim uzun səfəri 

xatırlayıram. 

 

Mən hələ də çex, polyak, bolqar, macar və şərqi Almaniyadakı dostlarımdan kommunist erası barədə 



söhbətlər eşidirəm. Heç bir bazar qaydaları ilə idarə olunmayan cəmiyyətdə uzun onilliklər boyunca 

bəlli sayda pislik və nöqsanların inkişafı üçün onlara, onların qəlbinə və ruhuna hökm edilmişdi.  Və 

onlar özləri də bilmirdi ki, həmin  bəlalardan xilas olmaq nə qədər vaxt aparacaq. 

 

Hesab edin ki, məsələn, məsuliyyətsiz hərəkət etmək vərdişi risk etmək, hətta qərar vermək 



bacarıqsızlığıdır. Mən tam normal görünən, qəlbən demokrat və uzun illər dissident olan Şərqi 

Almaniyalı  mühəndisi yaxşı xatırlayıram. Mən ondan birlikdə dolaşacağımız bir gün üçün marşrut 

planı xahiş edən zaman o, hönkür-hönkür ağlamışdı. 

 



 “Onlar mənə qərar verməyi öyrətməyiblər,” o, göz yaşları içində dedi. “Bu, amputasiyaya, kəsib 

atmağa bənzəyir, sanki, onlar fiziki şəkildə mənim beyinimin bir hissəsinə daxil olmuş və onu sıradan 

çıxarmışlar”.  

 

Heç bir zəriflik və hazırcavablılıq olmadan, bazar cəmiyyətlərinin şəxsi marağından daha radikal dərin 



eqoizm təsəvvür edin. Sağ qalanların baxış nöqtəsindən, bunlar kommunizmin əsl mühasibat 

balansıdır.  

Bunlar azad bazarın faktiki yoxluğundan şərtlənən korrupsiyanın, xarakterin korroziyasının dəlilləridir. 

 

Nəhayət, üçüncü nəticə: çünki o, təşəbbüs göstərmək və qərar qəbulunun keyfiyyətlərini inkişaf etdirir, 



çünki o, şəxsləri bir-biri ilə əlaqələndirir, çünki o, yalnız onun əlamətləri başqa birinə aid olanda, məna 

verən bir rejimdir. Azad bazar tamamilə milliləşdirməni təşviq edən faktor, insanları əlaqələndirən, 

hətta qardaşlıq yaradan vasitə və ya ixtiyari halda qarşılıqlı tanınma olaraq qalır. 

 

Beləliklə, bu korrupsiyanın əksidir. Biz müasir düşüncənin inkişafında Hegelin tanınma dialektikası 



barədə mətnlərini oxumalıyıq. Biz pul (mənim öz ölkəmdə hiyləgər, hardasa bəlalı məsələdir) məsələsi 

üzrə Emmanuel Levinası oxumalıyıq. O sübut etdi ki, ayıran  və parçalayan şəxslərdən uzaqda, 

pul, faktiki olaraq, onların mübadilə vasitəsidir.  

 

Beləliklə, nəhayət o nəticəyə gəlmək lazımdır ki, bir halda, bu, hər kəsin hər kəsə qarşı ümumi 



müharibəsində insanların müqavimət göstərmək üçün tapdığı vasitələrdən biridir, o zaman bazar üçün 

yaxşı faydalar var. Bu, əvvəl Hobbes, sonra da Freyd tərəfindən aşkar olunan bir nəticə idi. 

 

Azad bazar mənəvi xarakteri  korlayırmı? Şübhəsiz ki, yox. O hətta bizim mənəvi müdafiə 



vasitələrimizi möhkəmləndirir, bizə “yox” demək və razılaşmamaq bacarığı verir. Təbii ki, bu, bizim 

qaydalara həvəslə tətbiq etdiyimiz, cəngəllik və vəhşi kapitalizmin nəfsindən imtina olunan bir 

şəraitdir.  Vinston Çörçilin demokratiya haqqında məşhur ifadəsini tətbiq etsək, bazar, bütün başqaları 

istisna olmaqla, ən pis həll yoludur. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə