A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

işlər  görmüşdür.  Bu da həmin  dövrdə  milli  hərəkatın  vo 
milli  mənlik  şüurunun  inkişafında  ən  yüksək  m ərhələ 
olduğuna bariz nümunədir.
Tarixdən  məlum  olduğu kimi,  təxminən  iki  il yaşamış 
və  fəaliyyət  göstərmiş  Azərbaycan  Xalq  Cümhuriyyəti 
1920-ci  ilin  yazmda-aprel  ayının  28-də  Rusiya  Federasi­
yası tərəfindən yenidən işğal olundu. (Bu Rusiyanın Azər­
baycam  işğal  etmək məqsədilə  19-cu hücumu  idi).  Belə­
liklə  də,  Azərbaycan  öz  müstəqilliyini  və  dövlətçiliyini 
itirdi.  Bunun  əvəzində  Rusiya  tərəfindən  Azərbaycana 
əvvəlcə  Mədəni  muxtariyyət  verilmiş,  sonra  isə  1936-cı 
ilin  5  dekabrından  SSRİ  tərkibində  bir  subyekt,  guya 
"müstəqil  Müttəfiq  Respublika"  hüququ  verilmiş,  onun 
özünün  "Konstitusiyası"  olmuşdur.  Buna  baxmayaraq, 
inzibati dövlət idarələrində,  əsas etibarı  ilə, rus dili dövlət 
dili  funksiyasına  malik  idi.  SSRİ-nin  tərkibinə  daxil  olan 
respublikalar özlərinin yeni  "Konstitusiya"larım  qəbul et­
diyi  zaman  "Azərbaycan  SSR  də  1978-ci  il  aprelin  21-də 
özünün  yeni  Konstitusiyası"nı  qəbul  etdi.  Həmin  Kon­
stitusiyada  deyilirdi:  "Azərbaycan  SSR-in  dövlət  dili 
Azərbaycan  dilidir".  Lakin  bu  ifadə  əslində  "gözdən pər­
də  asmaq"  kimi  idi.  Əslində  isə,  Azərbaycan  dili  mədəni 
muxtariyyətə  malik  danışıq  dili  kimi  fəaliyyət  göstərirdi. 
Elmin,  sosial  həyatın  bir  çox  sahələrində  Azərbaycan 
dilindən istifadə olunmurdu. Məsələn, hərbi məktəblərdə, 
hərbidə,  yuxarı səviyyəli inzibati-dövlət orqanlarında bü­
tün işlər rus dilində aparılırdı.  Həmçinin  Respublika miq­
64
yaslı  bir  qərar  qəbul  edilərsə,  həmin  qərar  əvvəlcə  rus 
dilində hazırlanmalı  və  sonra  Azərbaycan  dilinə  tərcümə 
edilməli idi. Hətta, Ali Sovetin sesiyaları, Kommunist par­
tiyasının  qurultayları  öz  işini  daim  rus  dilində  aparırdı... 
Bütün bunlara baxmayaraq, Azərbaycan-türk dili get-gedə 
zənginləşir və  inkişaf edirdi.
Nəhayət,  70  il  dünyaya  meydan  oxuyan  keçmiş  SSRİ 
imperiyası  1991-ci ildə birdəfəlik dağıldı və onun yerində 
15  müstəqil  dövlət  meydana  gəldi.  Həmin  dövlətlərdən 
biri də müstəqil, suveren Azərbaycan Respublikasıdır. Elə 
ilk  günlərdən  öz  dövlətçiliyini  yenidən  bərpa  etmiş 
xalqımız  və  onun  hökuməti  həyatın  müxtəlif  sahələrinə 
dair müstəqil islahatlar keçirir və yeni-yeni qanunlar verir. 
Belə  qanunlardan  biri  də  "Azərbaycan  Respublikasının 
Konstitusiyası"nm  qəbul  olunmasıdır.  "Azərbaycan  Res­
publikasının  Konstitusi-  yası"  1995-ci  il  noyabrın  12-də 
keçirilən Azərbaycan Respublikası referendumunda qəbul 
olunmuşdur. Həmin Konstitusiyanın "Dövlət dili" adlanan 
2 1-ci  maddəsində  deyilir:  "Azərbaycan  Respublikasının 
dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan  Respublikası 
Azərbaycan  dilinin  inkişafını  təmin  edir".
Yuxarıda qeyd olunanlardan  göründüyü  kimi,  XVI  əsr­
dən  bəri  fasilələrlə  olsa  da,  Azərbaycan-türk  dili  dövlət 
statusuna  malik  olmuşdur.  Şübhəsiz  ki,  dillər  tarixinin 
təcrübəsindən  göründüyü  kimi,  hər  bir  dilin  sürətli 
inkihafı,  səlisləşməsi  və təkmilləşməsi  üçün  o  dilin  rəsmi 
dövlət  dili  hüququna  malik  olması  başlıca  şərtlərdəndir. 
Çünki  dil  rəsmi  dövlət  dili  olduqda,  o  dilin  istər  rəsmi,
65


ictimai-siyasi,  elmi  və  bədii  üslubları  da  sürətlə  inkişaf 
edir,  onun  əsas  lüğət  fondu  zənginləşir,  işlənmə  sferası 
daha  da genişlənir.  Bu amillər də, heç  şübhəsiz ki,  Azər­
baycan-türk  dilinin  tarixən  inkişafına  səbəb  olmuş  və 
onun  Altay  dilləri  arasında  xüsusi  mövqeyə  malik  olma­
sını  şərtləndirmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan-türk 
dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra 
ədəbi  dilimizin  istər  şifahi,  istərsə  də  yazılı  qollarının 
inkişaf etdirilməsi üçün xüsusi  şərait yaradılmış,  həyat və 
məişətin bütün  sahələrində  onun  işlənmə  sferası  daha da 
genişləndirilmişdir.  Artıq,  Azərbaycan-türk  dilindən 
ölkənin ali məclislərində, tədris və elmi  müəssisələrində 
fəal  şəkildə  işlədildiyi  kimi,  bir  sıra  Beynəlxalq  məclis­
lərdə və diplomatik danışıqlarda istifadə olunur.
66
"Tatarca  (Azərbaycan  türkcəsi) 
öyrənməyə  başlamışam.  Avropada 
fransız  dilini  bilmək  nə  qədər  zə- 
ruridirsə,  burada da  və ümumiyyətlə, 
Asiyada  da  bu  dili  bilmək  o  qədər 
vacibdir".
M .Y  Lermontov.
5.  AZƏRBAYCAN-TÜRK DİLİNİN 
TƏSİR DAİRƏSİ
Azərbaycan-türk  dili  hələ  orta  əsrlərdən  Qafqazda  və 
ümumiyyətlə,  Yaxın  Şərqdə kütləvi  ünsiyyət  vasitəsi  ki­
mi böyük şöhrət tapmış, bir növ, xalqlararası dil funksiyası 
rolunu  oynaması  ilə  şərtlənir.  Tarixi  materiallar  və  həm ­
çinin  salnamələr,  bədii  əsərlərin  nümunələrinin  məzmu­
nundan  aydın  olur ki,  artıq,  XIII  əsrdən  Azərbaycan-türk 
dili  Şərqin  etiraf  olunan,  xalqlararası  geniş  ünsiyyət 
imkanına malik olan əsas dillərdən biri idi. Bu da, hər şey­
dən  əvvəl,  Azərbaycan-türk dilinin  sadəliyi,  ahəngdarlığı 
və  erkən  orta  əsrlərdən  ümumxalq  dili kimi  təşəkkül  tap­
ınası və geniş ünsiyyət dairəsinə malik olması ilə bağlı idi.
Bu  münasibətlə prof.  M.Rəhimov qeyd  etmişdir ki,  ar­
tıq,  bizim eranın  V-VI  əsrlərində  ümumxalq  Azərbaycan- 
(türk.-M.Ç.)  danışıq  dili  o  dövrdə  bu  ərazidə  (Azərbay- 
canda-M.Ç.)  yaşayan  çoxlu  qəbilə  və  tayfaların  ünsiyyət 
vasitəsinə  çevrilmişdir  ("Sovetskaya  türkologiya,  Baku, 
1971, N2,  səh.58).
67


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə