A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   2   3   4   5   6   7   8   9   ...   64

yətindən  ayrılmış,  öz  soykökündən sün'i yolla uzaqlaşdırıl­
mış, adət-on'ənələri və dini inamları eyni olan xalqlarımızın 
bir-bir ilə yenidən ünsiyyət tapmasına geniş imkanlar yarana 
bilər.  Şübhəsiz  İd,  bu  istiqamədə  apanlan  işlər  sahəsində 
orta  ixtisas  və  ali  məktəblərarası  tələbə  mübadiləsinin  də 
mühüm əhəmiyyəti olacağı şəksizdir...
9.  ELMİ  ƏLAQƏLƏNDİRMƏ  -  TÜRKOLOGİYA 
MƏRKƏZİNİN  YARADILMASI  HAQQINDA.  Türk 
ədəbi  dillərinin  birliyinə  doğru  gedilən  yolda  ən  mühüm 
əhəmiyyət  kəsb  edən  amillərdən  birini  do  türk  ölkələri 
arasında  humanitar  elmlər üzrə  vahid  Elmi  Əlaqələndirmə 
Mərkəzinin  yaradılması  təşkil  edir.  Əgər  belə  bir  M ərkəz 
yaradılarsa  və  həmin  Mərkəzin  idarə  olunmasına  ayrı-ayrı 
türk  ölkələrinin  tanınmış  alimləri  cəlb  olunarsa,  onda  istər 
türk  xalqlarının,  istərsə  də  türk  ədəbi  dillərinin  birliyinin 
yaradılması  yaxm  bir  neçə  on  il  ərzində  həyata  keçirilə 
bilər...  Əlbəttə,  Elmi  Əlaqələndirmə  Mərkəzi  əvvəlcədən 
tərtib və təsdiq olunmuş "Əsasnamə" və elmi tədqiqat planı" 
üzrə  fəaliyyət göstərməlidir...
10.  ÜMUMTÜRK  ENSİKLOPEDİYASI  VƏ  LÜĞƏT­
LƏRİN  YARADILMASI  HAQQINDA.  Türk  xalqlarının 
soykökünə  qayıtması  və  onların  tarixi  birliyinin  bərpası 
üçün  ən  vacib  sahələrdən  birini  do  "Böyük  Ümumtürk  en­
siklopediyası",  "Ümumtürk dilinin izahlı  lüğəti" və  "Müasir 
Türk  dillərinin  qarşılıqlı  lüğəti"ııin  və  "Türk  dillərinin 
ümumterminoloji  lüğəti"  nin  və  s.  lüğətlərin  hazırlanması 
təşkil edir. "Ümumtürk dilinin izahlı lüğəti" XVI əsrə qədər-
20
ki  qədim  türk  yazılı  kitabələrinin,  tarixi  sənədlərinin  və 
digər  mənbələrin  materialları  üzərində  hazırlanmalıdır. 
Doğrudur, bu sahədə  ayn-ayn türkdilli  xalqların  filologiya­
sımda  müəyyən  işlər görülmüşdür,  lakin onlar əsasən  fərdi 
xarakter daşıyır. Odur ki, müasir elmi-texniki tərəqqi və türk 
xalqlarının  birliyi,  ümumi  mənafeyi  "Ümumtürk  dilinin 
izahlı lüğoti"nin, "Toponimlər lüğəti"nin və "Antroponimlər 
lüğəti"nin hazırlanmasının vacibliyini tələb edir.
Bütün yuxanda deyilən mülahizələr həm türk xalqlannm
həm  də  türk  ədəbi  dillərinin  birliyinə  doğru  getməyin  ən 
mühüm və ən əsas şərtlərini təşkil edir. Burada Ş.İ.Xətainin 
bir  kəlamını  xatırlamaq  da  yerinə  düşərdi.  Xətai  gənclərə 
vəsiyyətində  demişdir  "ATALAR  SİZƏ  ÜÇ  ƏMANƏT 
QOYUBLAR  DİLİMİZ.  QEYRƏTİMİZ.  VƏTƏNİMİZ"". 
Deməli,  türk xalqlarının və onların ədəbi  dillərinin birliyini 
reallaşdırmaq  üçiin yuxarıda  qeyd  olunan  problemlərin  həll 
edilməsi  məqsədilə  müvafiq tədbirlər planının hazırlanması 
və  həyata  keçirilməsi  dövrümüzün  ən  aktual  məsələlə­
rindən  ibarət olmalıdır...
Qeyd:  1.  Bıı  mövzu  IV  Uluslar Arası  Türk Dil Qurultayında 
Plenar İclasda moruzo olunub.  (İzmir, 20-25  sentyabr, 2000).
2.  Bu araşdırma ilk dəfə müəllifin ‘Türk odobi dillərinin bir­
liyinə doğnı” kitabında nəşr olunub. (Bakı, 2000,  soh.  3-15).
21


"Dilimiz  çox  zəngin  və  ahəngdar  dillir,  dərin  tarixi 
köklərə malikdir. Şəxsən mən ö z ana dilim i çox sevir və bu 
dildə damşmağımla fəxr edirəm ."
H. ƏLİYEV.
2 . 
A L T A Y   D İL L Ə R İ  A İ L Ə S İ N D Ə  
AZƏRBAYCAN-TÜRK DİLİNİN MÖVQEYİ
B İR   N E Ç Ə   S Ö Z
Aii məktəblərimizin filologiya fakültələrinin tədris pla­
nında ixtisas  fənləri ilə yanaşı, seçmə ixtisas kurslarına da 
müəyyən dərəcədə əhəmiyyət verilir.  Mə'lumdur ki,  filo­
logiya fakültələrində seçmə ixtisas kursları həm Azərbay­
can  dilçiliyi,  həm  də  Azərbaycan  ədəbiyyatı  tarixi  proq­
ramlarına uyğun olaraq  seçilir və  bir semestr  ərzində  təd­
ris  olunur.  Kursun  mahiyyəti  və  məqsədi,  hər şeydən  əv­
vəl,  dilimizin  bütün  incə  çalarlarına  və  ədəbiyyatımızın 
öyrənilməsi  vacib  olan  sahələrini  tələbələrə  ətraflı  şəkil­
də  tədris  etmək  və  onları  öz ixtisasları  ilə  bilavasitə bağlı 
olan elmi tədqiqat işlərinə maraqlandırmaqdan ibarət olur. 
Belə  seçmə  ixtisas  kursları  proqramlarda  öz  geniş  əksini 
tapmayan,  lakin  tədqiq  edilməsi  və  dərindən  öyrənilməsi
22
vacib  olan  mövzulara  həsr  olunur...  Azərbaycan  dilçili­
yində  ədəbi  dilimizin tarixinə dair bir neçə cildlik "Azər­
baycan  ədəbi  dilinin  tarixi"  dərslikləri  olsa  da,  həmin 
dərsliklərdə  də  ədəbi  dilimizin  tarixi  və  digər  problem­
lərlə  bağlı  bə'zi  məsələlərə  ya  heç  toxunulmamış,  ya  da 
çox  səthi  mə’lumat  verilmişdir.  Bütün  bunları  nəzərə 
alaraq,  filologiya  fakültələri  üçün  yeni  bir  seçmə  ixtisas 
kursu  hazırlamağı  planlaşdırdıq.  "Dilçilikdən xüsusi kurs" 
proqramı  əsasında hazırlanmış bu kurs  "Altay  dilləri  ailə­
sində  Azərbaycan-türk  dilinin  mövqeyi"  adlanır.  Bu  kur­
sun  tədrisi  zamanı  tələblər  Altay  dilləri  arasında  Azər­
baycan-türk  dilinin  mövqeyi,  yayılma  arealı,  təşəkkülü 
tarixi,  dilimizin təşəkkülündə  dildaxili  və dilxarici  faktor­
ların rolu, dövlət statusu,  tə’sir dairəsi, tədqiq olunma tari­
xi,  əlifbamız  və  repressiyalar;  türk  ədəbi  dillərinin  birli­
yinə  doğru  problemləri;  ədəbi  dilimizin  xalqımızın  milli 
sərvəti  olması  problemləri  və  ona  münasibət  məsələləri, 
mətbuat  və  efir  verilişlərinin  dili  haqqında  qeydlər  və  s. 
ilə  geniş  və  ətraflı  tanış  olacaqlar.  Əsər  bu  sahədə 
yazılmış  ilk addım  olduğu üçün şübhəsiz ki, nöqsanlardan 
xali  deyildir.  Bu  barədə  dəyərli  məsləhət  verən  həm­
karlarıma  qabaqcadan öz minnətdarlığımı bildirirəm.
23


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə