A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   2   3   4   5   6   7   8   9   ...   64

ədəbi  dillərinin  birliyinə  doğru  irəliləm ənin  keçid 
dövründə bütün türk xalqlarının radio və televiziya veriliş­
lərinin proqramlarında  da  "Soy kökümüzü  öyrənirik"  adlı 
müntəzəm və  səmərəli fəaliyyət göstərən verilişlərin təş­
kil edilməsi;  həmçinin, türk ölkələrinin radio və televiziya 
verilişləri  proqramlarının  bir-birinə  transliasiya  olunması 
da  müsbət  nəticələr verə bilər.  Çünki  radio  və  televiziya 
verilişləri  proqramının  auditoriyası,  demək  olar  ki,  əha­
linin  bütün  təbəqələrini  əhatə  edir,  bir  növ,  xalqın  gün­
dəlik məişətinə  daxil olmuşdur...
6. 
TÜRK XALQLARI ÜÇÜN VAHİD MƏDƏNİYYƏT 
MƏRKƏZİNİN  YARADILMASI.  Türk  ədəbi  dillərinin 
birliyinə doğru inamla addımlamağın əsas vasitələrindən bi­
rini də hər bir xalqm milli mənəvi zəmində yaradılmış dram, 
opera və  balet teatrları  və  onların  səmərəli  fəaliyyəti  təşkil 
edir.  Çünki hər bir teatr, hər bir səhnə əsəri  tamaşaçının və 
dinləyicinin  həm nümunəvi  ünsiyyət vasitəsi olan dilin  öy­
rənilməsində, həmdəmə'nəvi cəhətdən qidalanmasında baş­
lıca  mənbələrdən  biridir.  Bunu  nəzərə  alaraq,  türkdilli  hər 
bir  ölkənin  teatrlarının  daimi  fəaliyyət  göstərən  repertuar­
larında həm özlərinin,  həm  do  digər qardaş türk xalqlarının 
dram,  opera və balet əsərlərinin tamaşaya qoyulması da va­
hid  bir  mərkəzdən  tənzimlənsə,  türk  xalqları  üçün  çox  bö­
yük  mənəvi  qida  mənbəyi  yaradılmış  olar...  Tək-tək  istis­
naları  nəzərə  almasaq,  demək  olar ki,  bu  vaxta  qədər  türk 
xalqlarının hamısı  bir-birinin  mədəniyyət  sahəsində  qazan­
dıqları  nailiyyətlər  haqqında  lazımi  səviyyədə  mə'Iumata 
malik  deyillər...
16
Qarşıya qoyulan problemlərin həll olunmasında, heç şüb­
həsiz ki, ayrı-ayrı türkdilli  ölkələrdə istehsal olunmuş kino- 
fılmlərin  (həmçinin  televiziya mikro  filmlərinin)  mübadilə 
edilməsi,  bir  ölkədə  istehsal  olunmuş  kino-filmlərin  (əl­
bəttə, türk dilində olanlar) digər qardaş türk Ölkələrinin  ek­
ranlarında  tamaşaya  qoyulması  da  qardaş  xalqların  öz 
tarixinə, keçmişinə,  dil birliyinə qayıtması baxımdan böyük 
əhəmiyyət qəsb edə bilər.
7. 
TÜRK  XALQLARININ  BƏDİİ  İRSİ  VƏ  ONUN 
NƏŞRİ HAQQINDA.  Türk ədəbi  dillərinin birliyinə  doğru 
getməyin  ən  önəmli  yollarından  biri  də  qədim  və  zəngin 
tarixə  malik  olan  türk  xalqlarının  folklor yaradıcılığının  və 
bədii  ədəbiyyatının  vahid  bir  əlifba  ilə  nəşr  olunub,  xalqa 
çatdırılması  və  təbliği  işinin  canlandınlmasıdır.  Çünki  biz 
türk dillərinin qədim  mənbələrini və  qaynaqlarını  dərindən 
bilmədən hər hansı bir türk xalqının yaratmış olduğu folklor 
nümunələrinin  və ya bədii ədəbiyyatının mahiyyətini, məz­
mununu və mündərəcəsiııi dərindən araşdıra bilmərik. Yal­
nız  hərtərəfli  tədqiqat  zamanı  türk  xalqlarının  bədii  irsi, 
bədii  ədəbiyyatı  milli  ədəbi-bədii  təfəkkürün  mahiyyətcə 
yeni  məhsulu  kimi  öz  həqiqi  keyfiyyətində  meydana  çıxa 
bilər.  Buna görə də, hər bir türkdilli ədəbiyyat öz mənbiyini 
"Alp  Ər  Tonqa",  Oğuz  kağan",  Gög  türk",  "Kitabi-Dədəm 
Qorqud",  "Manas",  "Maaday  Kara""  və  digər dastanlardan, 
nağıllardan,  bayatılardan,  lətifələrdən  və  öz  məzmunu 
e'tibarı  ilə  fəlsəfi  mahiyyət  kəsb  edən  atalar  sözləri  və 
məsəllərdən götürməlidir.  Həmçinin, türk xalqları  özlərinin
17


ədəbiyyat  tarixini  yaradarkən  Sibir,  Mərkəzi  Asiya,  Kiçik 
Asiya,  Qafqaz və  Şərqi Avropada yayılmış  türk xalqlarının 
ədəbiyyatının  qədim  və  son  məşhur  nümunələrinə 
söykənməlidir.  Həmin  nümunələrə  Yusif Balasaqunlunun 
"Kudatqu  biliq",  Əhməd  Yüqneginin  "Atibət  ül-həqayiq", 
Əhməd  Yasəvinin  "Divani  Hikmət"  əsərlərini  və  s.  daxil 
etmək olar.  Bu  da,  hər şeydən  əvvəl,  türk xalqları  arasında 
əlaqələrin  artırılması  və  türk  birliyi  zəmnində  fasiləsiz 
fəaliyyət  göstərməklə  mümkündür...  Bu  sahədə  görüləsi 
çox işlər vardır.  Məlumdur ki,  iki  əsrdən çox türk xalqları­
nın  əksəryyəti  əvvəlcə  "xalqlar  həbsxanası"  adlanan  Çar 
Rusiyasının,  sonralar  isə  70  il  keçmiş  SSRİ  imperiyasının 
’’beynəlmiləlçiliyi"  ruhunda  "milli  ruhsuz"  ruhunda tərbiyə 
olmuş,  başımıza  dəhşətli  müsibətlər  gətirilmiş,  milli 
ədəbiyyatlar yeri  gəldi-gəlmədi  rus  ədəbiyyatının  tə'siri  ilə 
əlaqələndirilmiş,  "milli  məhdudluq"  baş  alıb  getmiş,  türk 
xalqlarının  "türk  ruhu",  "müsəlman  inamı"  təhrif olunmuş, 
uətta,  onların  yada  salınması  repressiyalarla  qarşılanmış, 
milli  ruhlu  ziyalılar  "pantürkizm"  və  "panislamizm"  dam­
ğaları  ilə damğalanmış,  minlərlə günahsız yazıçı,  şair,  incə­
sənət xadimi, alim, hərbçi, ictimai xadim repressiya qurbanı 
olmuşdur.  1920-1940-cı  illər arasında  Azərbaycan  ziyalıla­
rının 29 min nəfəri, həmçinin 2 min nəfərə yaxın generalları 
və  ali  rütbəli  zabitləri  Sovet  imperiyasının  repressiya  qur­
bam olmuşdur...
Onu da qeyd etmək yerinə düşərdi  ki,  türk ədəbi  dilləri­
nin birliyinə doğru getməyin başlıca amillərindən birini türk
18
xalqlarının milli məktəblərinin yaradılması və öz milli  məz­
mununu  əks  etirən  dərsliklər  (əlbəttə,  ədəbiyyat  və  dəgər 
humanitar  elmlər  sahəsində)  yazılması  və  bir  sözlə,  milli 
məzmuna qayıdılması üçün  ən aktual problem kimi  qarşıda 
durmalıdır. Milli ədəbiyyat yaratmağın əsas istiqaməti məhz 
yeni  ruhlu  məktəblərdən-tərbiyə  ocaqlanndan  başlanma­
lıdır... Əlbəttə, hal-hazırda Rusiya Federasiyasının tabeliyin­
də  olan onlarla türkdilli  xalqlann  ədəbiyyatının rus təsirin­
dən  çıxması  və  ruslaşdınnanm  qarşısını  almaq üçün  onlara 
hərtərəfli köməklik göstərmək  lazımdır...
8. 
ALİ MƏKTƏBLƏRDƏ TÜRK FİLOLOGİYASI VƏ 
TARİXİ  FAKÜLTƏLƏRİNİN  TƏ’SİS  EDİLMƏSİ.  Türk 
xalqlarının,  eləcə  də,  türk  ədəbi  dillərinin  birliyinə  doğru 
getməyin  ən  mühüm  amillərindən birini  də  ayrı-ayrı  türk­
dilli  ölkələrin  ali  məktəblərində  türk  filologiyası  və  tarixi 
fakültələrinin  tə’sis  edilməsi  və  bu  sahədə  elmi-pedaqoji 
kadrların hazırlanması təşkil edir. Əlbəttə, bu tipli fakültələr 
vahid  tədris  planları  və  tədris  proqramları  həmçinin,  Azər­
baycan  türkcəsi  və  Türkiyə  türkcəsinin  ümumi  qovşağına 
əsaslanan  Türk  dillərindən  vahid  dərsliklər,  dərs  vəsaitləri 
və metodik göstərişlər hazırlanmalı və onların əsasında  fəa­
liyyət göstərməlidir.  Tədris işlərinin müasir tələblərə cavab 
vennəsi  üçün ali  məktəblərarası  professor-müəllim  kadrla­
rının  mübadiləsi  də  ön  plana çəkilməlidir.  Bizim mülahizə­
mizə  görə,  "Tiirk  filologiyası  və  tarixi"  faldiltəsi"nin  tə’sis 
olunması  vaxtı  da  çoxdan  çatmışdır.  Bu,  hətta,  vacibdir. 
Beləliklə  də,  əsrlər  boyu  bir-birinin  dilindən  və  mədəniy­
19


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə