A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   2   3   4   5   6   7   8   9   ...   64

Ü M U M İ M Ə L  U M A T
Müasir  dilçilik  elminin  müəyyənləşdirdiyinə  görə, 
dünyada  3  minə  yaxm  müxtəlif dillər mövcuddur.  Həmin 
dillər  tədqiqata  cəlb  olunarkən  iki  yolla  təsnif  olunur: 
geneoloji təsnif,tipoloji təsnif.
Azərbaycan-türk  dili  də  diger  türk  dilləri  kimi  ge­
neoloji  təsnifə görə Altay dilləri ailəsinin  Türk budağının 
Oğuz-səlcuq  yarımqrupunun  Oğuz  qrupuna;  tipoloji 
təsnifə  görə  isə,  aqqlütinativ (iltisaqi) dillər tipinə aiddir.
Türkologiya yarandığı  ilk günlərdən bəri  onun  tədqiqat 
problemləri  arasında türk dillərinin təsnifi  də daim diqqət 
mərkəzində  olmuşdur.  XIX-XX  əsrlərdə  türk  dillərinin 
təsnifi  ilə  V.V.Radlov, F.E.Korş,  A.Samayloviç,  S.Y.Ma- 
lov,  N.A.Baskakov  və  başqaları  məşğul  olmuşlar.  Türk 
dillərinin  sonuncu  və  həm  də  daha  elmi  xarakter  daşıyan 
təsnifi  N.A.Baskakovun  adı  ilə  bağlıdır.  O,  türk  dillərini 
təsnif  edərkən,  hər  şeydən  əvvəl,  türk  dillərinin  inkişaf 
tarixini həmin dillərin ünsiyyət vasitəsi kimi xidmət etdiyi 
türk  xalqlarının  tarixi  ilə  tam  təmasda  və  əlaqədə  tədqiq 
etmişdir.  Başqa  sözlə  desək,  bu  təsnifdə  ilk  dəfə  türk 
dilləri ailəsinə daxil olan hər bir dilin mənşəcə ona qohum 
dillərlə  əlaqəsi,  yayılma  bölgəsi,  yeri,  inkişaf  tarixi  və 
həmçinin  dil  faktları  (səs  və  lüğət  tərkibi,  qrammatik 
quruluşu)  nəzərə  alınmışdır.
Altay  dilləri  özünün  inkişafında  bir  neçə  mərhələ 
keçmişdir:
24
1. Altay epoxası - b.e.ə. və bizim eranm III əsrinə kimi.
2. Hun epoxası  -  bizim eranın - III - V əsrləri.
3.  Qədim türk epoxası  - V - X əsrlər.
4.  Orta türk epoxası  - XI - XV əsrlər.
5.  Yeni türk epoxası  - XVI - XX əsrlər.
Altay  dilləri  ailəsinin  təsnifindən  aydm  olur ki,  bu dil 
ailəsinə  daxil  olan  bütün  türk  dilləri  mənşəcə  bir-birinə 
qohum olduğu kimi,  onların dil  əsası  da (yəni  əsas və ya 
ulu  dili),  dilçilik  əsası  da  (səs  tərkibi,  əsas  lüğət  fondu, 
qrammatik 
quruluşu) 
bir-birinə 
daha 
yaxındır. 
Əlbəttə,bütün  bunlar Altay  dilləri  ailəsinə  daxil  olan  bir 
neçə  dilin,o  cümlədən  Azərbaycan-türk  və  Osmanlı  türk 
dillərinin  tarixin  müəyyən  mərhələsində  digər  dillərə 
nisbətən  sürətlə  inkişafına  və  həmin  dillərdən  özünün 
işləkliyinə, sabitliyinə və zənginliyinə görə fərqlənmiş və 
xüsisi  mövqeyə malik ola bilmişdir.
Bu  dillərin belə  sürətlə  inkişaf etməsində,  şübhəsiz ki, 
türk  xalqlarının  əsrlər  boyu  istifadə  etdiyi  yazı  mədəniy­
yətinin,  o cümlədən əlifbanın da az rolu olmamışdır.  Mə­
lumdur  ki,  bütün  türk  xalqları  təxminən  1200-1300  il  öz 
mədəniyyətlərini  ərəb  əlifbasından  istifadə  etməklə  in­
kişaf etdirmişdir.  Tarixən  ərəb  əlifbasından  istifadə  edən 
Azərbaycan  türkləri  dünya  elm  və  mədəniyyəti  xəzinə­
sinə  Bəhmənyar,  Nəsrəddin  Tusi,  Xaqani, Nizami,  N əsi­
mi, Füzuli, Xətai,  Vaqif, M.F..Axundov kimi  elm və ədə­
biyyat korifeylərini bəxş etmişdir.
25


Şübhəsiz  ki,  xalqımızın  lap  qədimdən  inkişaf edə-edə 
gələn  elm  və  mədəniyyəti  də  Azərbaycan-türk  dilinin 
xüsusi  mövqeyə  malik  olmasında  müəyyən  dərəcədə  rol 
oynamasına  səbəb  olmuşdur.
Azərbaycan-türk  dili  sait  səslərin  çoxluğu  və  ahəng­
darlığı  ilə  musiqi;  məcazların qədimiliyi  və zənginliyi  ilə 
poeziya;  sözlərin  məna  çaları  və  məzmun  ifadəliliyi  ilə 
nəsr;  ifadə  tərzinin yığcam və  lakonikliyi  ilə  dram;  ümu­
mi şlək sözlərin zənginliyi, rəngarəngliyi  və kütləviliyi ilə 
jurnalistika;  termin  və  termin  səciyyəli  sözlərin  sabitliyi 
ilə elmi; ictimai-siyasi terminlərin zənginliyi ilə siyasət və 
diplomatiya  dili  kimi  insan  təfəkkürünün  bütün  fikir  və 
düşüncələrini,  ehtimal və mülahizələrini əks etdirmək qa­
biliyyətinə  malik  ən  ahəngdar,  on  qədim  və  ən  zəngin 
dillərdən biridir. Bu dil öz sadəliyi,  səlisliyi, ahəngdarlığı, 
musiqiliyi,  yığcamlığı  və  cəlbediciliyi  ilə  dünyanın  digər 
dillərindən  əsaslı  şəkildə  fərqlənir.  Bu  dildə  insan təfək­
kürünün  ən  incə  mətləblərindən-ülvi  m əhəbbət  hisslə­
rindən  tutmuş  düşmənə  bəslənilən  kin-küdurət  və  nifrət 
hisslərinə;  dostla  dost,  düşmənlə  düşmən  dilində  da­
nışmaq  imkanı  olan;  sadə  məişət  fikirlərindən  tutmuş  ən 
mürəkkəb,  ən  mücərrəd  elmi  və  ictimai-siyasi  mülahi­
zələri  sərbəst  şəkildə  ifadə  etmək  olur.  Məhz  buna  görə 
də,  Qafqazda  yaşayan  bir  sıra  etnik  qruplar və  ya  xalqlar 
orta  əsrlərdən  üzü  bəri  Azərbaycan-türk  dilindən  öz  ana 
dilləri  kimi  istifadə  etmiş,  indi  də  istifadə  edir  və  gələ­
cəkdə  də  istifadə  edəcəklər.  Başqa  sözlə  desək,  tarixi 
mənbələrin  verdiyi  məlumatlara  görə,  Azərbaycan-türk
26
dilindən Qafqazda və Yaxın Şərqdə bir növ beynəlxalq dil 
kimi  istifadə olunmuşdur.
AZƏRBAYCAN-TÜRK  DİLİNİN 
YAYILMA AREALLARI
Dünya  xalqları  planetimizin  m üxtəlif  bölgələrində 
məskənləşib  yaşadığı  kimi,  həmin  xalqlara  ünsiyyət  va­
sitəsi  kimi xidmət  edən  dillər də  müxtəlif bölgələrdə  ya­
yılmışdır.  O  cümlədən  də,  Altay  dilləri  ailəsinə  mənsub 
olan  Azərbaycan-türk  dili  də  lap  qədim  zamanlardan  qə­
dim  və  tarixi  Azərbaycanda və  ona qonşu  olan  ölkələrdə 
yayılmışdır.
Azərbaycan-türk dili  Azərbaycan Respublikasının döv­
lət dilidir. Bu  dildə 48 milyona yaxm adam danışır.  Azər­
baycan türkləri  dünyanın  70-ə yaxm  ölkəsində yaşayır və 
onlar,  demək  olar  ki,  hər  bir  ölkədə  ana  dilinin  ruhunu 
qoruyub  saxlayır,  nəsildən-nəslə  ötürürlər.  Hazırda Azər­
baycan  türkləri  yığcam  halda  Azərbaycan  Respublika­
sında,  tarixi  Azərbaycanın  üçdə  iki  hissəsini  təşkil  edən 
Güney  Azərbaycanında  (İranda),  tarixi  Borçalıda  (Bor- 
çalının  bir  hissəsi  hazırda  Gürcüstan  Respublikasının  tər­
kibindədir;  Dağ Borçalısı isə  Ermənistanın tərkibində idi. 
Məlum  hadisələrdən  sonra  ennənilər  qədim  yerli  sa­
kinləri  - Azərbaycan  türklərini  deportasiya etdilər).  Qərbi 
Azərbaycanda  (indiki  Ermənistan  Respublikasında  yaşa­
yırdılar,  indi köçürülüblər),  sabiq Dərbənd xanlığının əra­
zisində  (Rusiya  Federasiyasının  tərkibində  qalmışdır), 
İraqda, Əfqanıstanda yığcam halda yaşayır.
27


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə