A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   2   3   4   5   6   7   8   9   10   ...   64

Azərbaycan XIX əsrin birinci rübündə tarixi düşmənlə­
rimiz - Rusiya və İran dövlətləri tərəfindən iki işğal zona­
sına bölünmüş, Quzey Azərbaycanı (130 min kv.km.ərazi) 
Rusiyanın,  Güney  Azərbaycanı  isə  (280  min  kv.  km.  əra­
zi)  İranın  müstəmləkəsinə  çevrilmişdir.  Bundan  sonra, 
Quzey  Azərbaycanın  Qərb  torpaqlarında  yaşayan  türklər 
"xalqlar  həbsxanası"  Çar  Rusiyası,  sonra  isə  onun  varisi 
olan  bədnam  Sovet  imperiyası  tərəfindən  repressiyalara 
məniz  qalmış,  mərhələ-mərhələ  öz  dədə-baba  yurdların­
dan  qovulmuşlar.  Artıq,  on  ildən  çoxdur  ki,  Qərbi  Azər­
baycan  torpağı  özünün  tarixi  övladlarından-Azərbaycan 
türklərindən aralı düşmüş, onlarsız qəribsəyir...  Ümid edi­
rəm ki,  tarixi həqiqətlər bir zaman öz yerini tapacaq, tarixi 
Azərbaycan  torpağı  özünün  doğma  sakinlərini  yenidən 
qəbul  edəcəkdir.  Hazırkı  Ermənistan deyilən ölkənin  əra­
zisinin  82%-dən çoxu tarixən  Oğuz türklərinin torpağı  ol­
muş,  oradakı  bütün  tikililərin,  maddi  mədəniyyət  abidə­
lərinin  80%-dən  çoxu  da  türklərin  əməyi  və  əli  ilə  yara­
dılmış, toponimik adların  (yer adlarının) 86%-dən çoxu da 
türk mənşəli  olmuşdur...
Həmçinin  Azərbaycan  türkləri  dağınıq  halda  Türkiyə­
də,  Rusiya  Federasiyasında,  Özbəkistanda,  Türkmənis­
tanda,  Qırğızıstanda,  Tacikistanda,  Almaniyada,  ABŞ-da, 
Hindistanda,  Pakistanda,  Kanadada,  Misirdə  və  digər 
ölkələrdə  do  yaşayırlar...
Təsadüfi  deyil  ki,  dünyanın  ondan çox ölkəsində Azər­
baycan  türkcəsində  müxtəlif  qəzet  və  jurnallar,  kitablar 
nəşr  olunur,  radio  və  televiziya  verilişləri  aparılır,  Həm­
28
çinin  bəzi  ölkələrin  ali  məktəblərində  Azərbaycan-türk 
dili  öyrənilir və  elmi müəssisələrdə  tədqiq olunur.
Azərbaycan-türk  dili  bir  sıra  qonşu  ölkələrin  müxtəlif 
ali  məktəblərinin  auditoriyalarında  səsləndiyi  kimi,  bir 
sıra uzaq xarici  ölkələrin  ali  məktəblərində  də  tələbələrə 
öyrədilir.  Ayrı-ayrı  ölkələrdə  Azərbaycan-türk  dilinə  aid 
tədqiqatlar  aparılır  və  müxtəlif  səviyyəli  dərs  vəsaitləri, 
dərsliklər,  monoqrafiyalar,  məqalələr  hazırlanıb  çap  edi­
lir.  Məsələn,  İngiltərənin  Oksford Universitetinin profes­
soru  S.K.Simpson  ingilis  tələbələrinə  Azərbaycan-türk 
dilini  öyrətmək  məqsədilə  1957-ci  ildə  Azərbaycan-türk 
dilinə  dair dərslik  hazırlayıb  çap  etdirmişdir.  Son zaman­
larda  Azərbaycan-türk  dili  və  ədəbiyyatının  tədqiqinə 
olan  maraq  başqa  ölkələrdə  də  artmışdır.  Bu  sahədə  Al­
maniyada  Hans  Peter  Əhməd  Şmidenin,  Polşada  Mariya 
Zayonçkovskayanm,  Çexoslovakiyada  Nadya  Bednaro- 
vanm,  Gürcüstanda  Serqey  Çikiyanm,  Venera  Cangidzc- 
nin,  Leyla Eradzenin  və  başqalarının  fəaliyyətini xüsusilə 
qeyd  etmək  olar.  Onlar Azərbaycan-türk  dili,  folkloru  və 
ədəbiyyatının  müxtəlif  sahələrinə  dair  maraqlı  tədqiqat 
işləri  yaratmışlar.  Hazırda  dünyanın  bir  sıra  ölkələrində 
Azərbaycan-türk  dilinin  tədqiqinə  və  öyrənilməsinə 
əhəmiyyətli  dərəcədə  yer  verilmişdir.  O  cümlədən,  Gü­
ney  Azərbaycanında  (İranda),  Türkiyədə,  Avstriyada, 
Fransada  və  digər  ölkələrdə  onlarla  alimlər  Azərbaycan- 
türk  dilinin,  ədəbiyyatının  və  mədəniyyətinin  araşdırıl­
ması  və onun  tədrisi  ilə məşğul  olurlar.
29


ALTAY DİLLƏRİ AİLƏSİNDƏ AZƏRBAYCAN- 
TÜRK DİLİNİN XÜSUSİ MÖVQEYİNİN 
TƏŞƏKKÜL TAPMASININ ƏSAS 
ŞƏRTLƏRİ
Dünyanın digər dil ailələrində müəyyən səviyyədə apa­
rıcı dillər olduğu kimi, Altay dilləri ailəsinə daxil olan dillər 
arasında da Azərbaycan-türk və Osmanlı türkcəsinin tarixin 
müəyyən  mərhələlərində  aparıcı  rolu  və  xüsusi  mövqeyi 
olmuşdur.  Bu  sahədə  Azərbaycan-türk  dilinin  xüsusi 
mövqeyi  erkən  orta əsrlərdən etibarən bariz şəkildə  özünü 
büruzə  vermişdir.  Bu isə,  hər şeydən  əvvəl,  bir sıra  tarixi- 
siyasi  və  ictimai  hadisələrlə  bağlı  olmuş  və  Azərbaycan- 
türk  dilinin  xüsusi  mövqeyinin  təşəkkül  tapmasına  geniş 
şərait  yaratmışdır.  Bu  şərait  bir  sıra  obyektiv  və  bəzən  də 
subyektiv  səbəblərlə  bağlı  olmuşdur.  Bizim mülahizəmizə 
görə  homiıı  səbəblər aşağıdakılardan  ibarətdir:
1. 
Altay  dilləri  ailəsində  Azərbaycan-türk  dilinin  xü­
susi  mövqeyinin  təşəkkül  tapmasının  ilkin  və  bəlkə  də, 
başlıca  səbəblərindən  birincisini  Azərbaycan  türkcəsinin 
etiogenezisini  təşkil  edən  tayfaların  və  tayfa birliklərinin 
hələ  eramızdan  bir neçə min  il  əvvəl  geniş,  vahid bir böl­
gədə  və  ya  ərazidə  məskonləşməsi,  vahid  ictimai-siyasi 
qurum  kimi  fəaliyyət  göstərməsi  və  ən  nəhayət,  III  -V 
əsrlərdən  ümumxalq  halında  birləşməsi,  özlərinin  qədim 
dövlətçiliyini,  dövlətçilik  ənənələrini  yaratması  ilə  bağlı
30
olmuşdur.  Tarixi  sənədlərin  verdiyi  məlumatlara  görə, 
"İskit  (Skif)  çarlığı  (Turan  imperiyası),  Midiya  (Mada), 
Sak-Massaket,  Atropatena  və.b.  dövlətlər  Azərbaycan- 
türk  xalqının  e.ə.  yaratdığı  möhtəşəm  dövlətləridir"  (El- 
məddin Əlibəyzadə,  İqrar Əliyevin  əleyhinə  9  məqalə və 
ona 3  əlavə,  Bakı, 2000,  səh. 16).
2.  Digər  səbəbi  isə,  Azərbaycanın  əlverişli  geostrateji 
mövqeyi-Şərqlə  Qərb,  Şimalla  Cənub  arasında  böyük 
körpü  rolunu oynaması, həmçinin Qədim İpək yolunun və 
digər  ticarət  yollarının  bu  ərazidən  keçməsi  ilə  bağlı  ol­
muşdur.  Şübhəsiz ki, bu da bir tərəfdən ölkənin iqtisadiy­
yatının  və  mədəniyyətinin  inkişaf etməsinə,  digər  tərəf­
dən  də  Azərbaycan-türk  dilinin  xalqlararası  ünsiyyət 
vasitəsinə  çevrilməsinə  şərait  yaratmışdır.  Başqa  sözlə 
desək,  ulu  babalarımızın  tarixin  qədim  dövrlərində 
özlərinin  tayfa  birliklərini  və  dövlətlərini  yaratması, 
onlara  ünsiyyət vasitəsi  kimi xidmət edən  dilin  də sürətlə 
inkişaf etməsinə  və sabitləşməsinə səbəb olmuşdur.
3.  Azərbaycan  türklərinin  tarixin  lap  qədim  zaman­
larından  geniş  bir  ərazidə  yayılması  və  demək  olar  ki, 
tarixin  bütün  mərhələlərində  sayca  çoxluq  təşkil  etməsi 
də  digər türk  dillərinə nisbətən bu  dilin  mövqeyinin güc­
lənməsinə  və  artmasına  geniş  şərait  yaratmışdır.Əlbəttə, 
bu  da  təsadüfi  deyil.  Çünki  Azərbaycan-türk ədəbi  dilinin 
şifahi  qolunun  sabitləşməsi  dövründən  təxminən  15 
əsrdən  çox  vaxt  keçmişdir.  Onun  ən  klassik  nümunələ­
rindən  biri  olan  "Kitabi-  Dədə  Qorqud"  dastanlarını,  yüz-
31


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə