A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   56   57   58   59   60   61   62   63   64

respublikaların  "ali  dövlət  orqanları"  qərara  aldılar  ki, 
1940-cı il yanvar ayının  1-dən e'tibarən kiril qrafikası əsa­
sında tərtib  olunmuş yeni əlifbaya keçilsin.  Nəhayət, təb ­
liğat  öz  "bəhrəsini"  verdi.  Qərar  yerinə  yetirildi.  B eləcə 
də,  əlifbamızın  tarixində  ikinci  repressiya  öz  işini  gördü. 
Bütün  türk  xalqları  bir-birindən  tamamilə  fərqlənən  kiril 
qrafikalı  əlifbaya keçdi.  Burada yeri  gəlmişkən,  bir  "gizli 
ştrixi"  də  qeyd etmək yerinə  düşərdi,  "Yeni  əlifbaya"  ke­
çid  ərəfəsində  hər bir türk xalqı  üçün  ayrıca  əlifba  hazır­
lanmış  və  "Mərkəzin"  göstərişi  ilə  mənşəcə  və  m ədə- 
niyyətcə  qardaş  olan  türkdilli  xalqların  hərəsi  bir  əlifba 
qəbul  etmişdir.  Beləliklə  də,  şifahi  ünsiyyət  zamanı  bir- 
birini açıq-aydm başa düşən Azərbaycan türkləri m ənşəcə 
və  dilcə  bir-birinə  qardaş  olan  türk  (Osmanlı  türkcəsi), 
türkmən,  Krım  tatar,  qaqauz,  qaraçay  və  digər  dillərin 
əlifbalarını  oxumaq  imkanından  tamamilə  məhrum  oldu­
lar.  Eləcə  də,  keçmiş  Sovet  məkanında  yaşayan  digər 
qardaş  türk  xalqları  bir-birinin  yazılı  mədəniyyətindən 
uzaqlaşdırıldı...  türk  xalqları  bir-birindən  ayrı  salındı, 
parçalandı...  Bax,  budur  keçmiş  Sovet  imperiyasının 
"beynəlmiləlçilik"  siyasətinin nəticələri!..
Burada  türk  xalqlarının  dil  və  mədəniyyət problemləri 
ilə  yanaşı  bir  məqamı  da  qeyd  etmək  yerinə  düşərdi. 
1917-Ci  ildə  Sovet  imperiyası  tarix  səhnəsnə  gəldikdən 
sonra Böyük Türk Dünyası iki yerə bölündü. Keçmiş SSRİ 
imperiyası  məkanında  yaşayan  türk  xalqları  ilə  Balkan 
türkləri, Anadolu türkləri,  İranın  müstəmləkəsi  altında in­
ləyən  Azərbaycan  türkləri,  tarixən  İraqda  yaşayan  kər-
260
küklər,  Əfqanıstanda yaşayan əfşarlar,  Çində yaşayan sarı 
uyqurlarla  min  illər  boyu  mövcud  olan  bütün  siyasi, 
iqtisadi,  mədəni  və  hətta,  qohumluq  əlaqələri  kəsildi. 
Tarixin hökmü  və  tarixi  düşmənlərimiz  Rusiya çarlığı  və 
İran  şahlığı  tərəfindən  iki  yerə  bölünmüş,  iki  işğal  zo- 
nasma-iki müstəmləkəyə çevrilmiş, Azərbaycanın Quzey- 
dəki  əhalisi  ilə  Güneydəki  əhalisi  arasında  da  bütün  əla­
qələr  kəsilmiş,  hətta,  bir  atanın  və  ananın  övladları  olan, 
qardaş  və  bacılar  Araz  çayının  bu  tayından  o  tayına  həs­
rətlə  baxa-baza  qalmışlar...  Bu  proses  XX  əsrin  son  onil­
liyinə yə'ni,  1991-ci ilə qədər beləcə də davam etmişdir...
XX  əsrin  sonlarına  yaxın  keçmiş  Sovet  imperiyasının 
hakimiyyəti  laxladı  və  nəhayət,  1991-ci  ilin  ikinci  yan- 
sında 70  il  dünyaya meydan oxuyan,  "qan  çanağı"  üzərin­
də  qurulan,  XX  əsrdə  "represiyaların  müəllifi  və  təşki­
latçısı"  kimi  tanınan  Sovet  imperiyası  həmişəlik  süqut 
etdi.  Onun  məkanında  15  yeni  müstəqil  və  suveren dövlət 
yarandı.  Bu dövlətlər arasında özünün  tarixi  dövlətçiliyini 
yenidən  bərpa  etmiş  türkdilli  Azərbaycan,  Özbəkistan, 
Qazaxıstan,  Türkmənistan  və  Qırğızıstan  dövlətləri  də 
vardır.  Bu  da,  hər  şeydən  əvvəl,  türk  xalqlarının  özünün 
milli  dillərini  və  milli  mədəniyyətlərini  müstəqil  şəkildə 
inkişaf etdirmək üçün  geniş və  parlaq səhifələr açdı...
Türk  xalqları  XX  əsrin  birinci  yarısında  qısa  müddət 
ərzində  istifadə  etdikləri  latın  qrafikası  əsasında  yaradıl­
mış  əlifbanı  yenidən  bərpa  etmək  üçün  bir  sıra  tədbirlər 
gördülər.  O  cümlədən,  1991-ci  ilin  noyabr  ayında  İstam-
261


bulda  "Çağdaş  türk  əlifbaları""  mövzusunda  geniş  sim­
pozium  keçirildi.  Həmin  simpoziumda bütün türk  xalqları 
üçün  34  hərfdən  ibarət  latın  qrafikası  əsaslı  vahid  əlifba 
qəbul  edildi.  Bu  əlifbanın  qəbul  edilməsini  bütün  türk 
xalqlarının həyatında böyük dönüş adlandırmaq olar.  Çün­
ki məhz vahid əlifba vasitəsilə türk xalqları öz soy kökünə 
qayıtmaq və türk birliyinə doğru getmək üçün yeni imkan­
lar  əldə  etmişlər...  Türk xalqlarının yenidən birliyə  doğru 
getməsindən  başqa heç bir çarəsi  yoxdur...
Artıq,  Azərbaycan-türk xalqı  1992-ci  ilin  1  sentyabrın­
dan  e'tibarən  latın qrafikalı  əlifbasını  yenidən bərpa  etmiş 
və bu əlifbanın həyatın bütün sahələrində tətbiqi başa çat­
maq  üzrədir...  Güman  ki,  digər türk xalqları  da,  birlik na­
minə, yaxın gələcəkdə belə bir yolla irəliləməyə başlaya­
caqdır.  Çünki  bu  yol  tarixi-strateci  əhəmiyyət  kəsb  edən 
yeganə yoldur-birlik yoludur,  güc və  qüdrət yoludur.
(Bax: Prof. M.Çobanov, A ltay dilləri ailəsində 
Azərbaycan-türk dilinin mövqeyi, Bakı, 2001, səb.3-52).
262
Filologiya elmləri  doktoru, 
professor
MƏDƏD  NAMAZ  OĞLU 
ÇOBANOVun 
elmi-pedaqoji  fəaliyyəti 
haqqında 
ümumi  məlumat
M.N.Çobanov  1937-ci  ildə  Gürcüstan  Respublikası­
nın  Bolnisi  rayonunun  Darbaz  kəndində  anadan  olmuş­
dur.  O,  1955—ci  ildə  Darbaz  orta  məktəbini  bitirib,  elə 
həmin  ildə  A.S.Puşkin  adma  Tbilisi  Dövlət  Pedaqoji 
İnstitutunun  tarix-filologiya  fakültəsinin  Azərbaycan  böl­
məsinə  qəbul  olunmuş  və  həmin  fakültəni  1960-cı  ildə 
müvəffəqiyyətlə  bitirib.  (Diplom  №  H  №673260);  rus, 
gürcü  və  türk  dillərini  bilir.
0,1960-cı  ilin  sentyabr-oktyabr  aylarında  Darbaz  orta 
məktəbində  müəllim  işləmiş:  1960-cı  ilin  oktyabr-1962- 
ci  ilin  noyabrında  sabiq  SSRİ  Silahlı  Qüvvələrinin  Za­
qafqaziya  Hərbi  dairəsində  hərbi  xidmətdə  olmuşdur.
1962-1963-cü  illərdə  Darbaz  orta  məktəbində  müəl­
lim,  1963-cü- 1966-cı  illərdə  Gürcüstan  LKGİ-nin  Bolni­
si  rayonu  komitəsində  Məktəb  şöbəsinin  müdiri,  Gür­
cüstan  KP-nin  Bolnisi  rayonu  komitəsində  təlimatçı  iş­
ləmişdir.
763


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə