A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

2004-ci  il  tarixli  verilişində  rəsmi  olaraq  Nizaminin  admı 
daşıyan parkm rəsmi adı qaldı arxivdə, "Lunapark"a gəlin!", 
-  deyə,  - nə  ki,  var parkı  reklam etdilər...  Bakı  şəhərindəki 
ən gözəl parklardan biri "Lunapark"dır.  "Lunapark"da sanki 
göyün  yeddi  qatma uçmaq olar.  "Lunapark"da  20-yə  yaxın 
atraksion vardır.  Onların bir neçəsi uşaqlar üçündür.  "Luna- 
park"m  xidmətindən razı  qalırlar".  Bakı  şəhərinin  əhalisini 
"Lunapark"a dəvət edirəm" - deyə apancı "fəxrlə" danışırdı.
Görəsən  bu  televiziya  əməkdaşına  parkm  dövlət  tərə­
findən  verilmiş  rəsmi  adının  əvəzinə  onun  uydurma 
"Lunapark" adı ilə çıxış etməsinə kim səlahiyyət verib?
Görəsən,  bəzi  "jurnalistlər" Azərbaycan jurnalistlərinin 
adma hansı əsasa görə kölgə salırlar? Bu sahədə onlar kimə 
xidm ət etdiklərini,  kimin dəyirmanma su tökdüklərini başa 
düşürlərmi? Yəqin ki, yox. Başa düşsələr onlar dünya poezi- 
yasımn sərkərdəsinin və onun ən uca rütbəsinin üstünə qara 
kölgə salmazdılar...
Başqa  bir  misal:  Televiziya  və  radio  verilişlərində 
aparıcının  nitqində  tez-tez  "Vətəndaşların  Konstitusiyon 
hüquqları"  ifadəsini  də  eşidirik.  Məlum  deyil,  bu  aparıcılar 
və ya diktorlar dilimizə "-yon" sonluğunu haradan gətiriblər. 
Bu  şəkilçi  dilimiz  üçün  tamamilə  yad  ünsürdür.  Odur  ki, 
həmin  ifadə  dilimizin  daxili  qanunauyğunluğuna  görə  belə 
olmalıdır:  "Vətəndaşların Konstitusiya hüququ".
Bu  barədə  jurnalistlərimiz  yaxşı-yaxşı  düşünüb-daşın­
malıdır.  Əlbəttə, televiziya və radio verilişlərinin rəhbərliyi 
də, əlaqədar təşkilatların rəhbərləri də bu barədə düşünməli 
və öz işlərini yenidən qurmalıdır...
188
Adı qeyd olunan məqaləmizdə şəhər, kənd və qəsəbələ­
rimizin  adlannı  bildirən  toponimlərimizə  olan  münasibət­
lərdən  bəhs  edərək yazmışdıq;  "Məsələn,  qədim  Zığ kən­
dinin yaxmlığıqdakı Bakı Ali Hərbi  Dənizçilik məktəbi  şə­
hərciyinin ətrafındakı qəsəbəni (Xətai rayonu) Naximov qə­
səbəsi  adlandırırlar.  Kimdir Naximov?  Naximov  türklərin, 
eləcə  də,  azərbaycanlıların  qatı  düşməni  olan  ms  admiralı- 
dır... 
Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?..!'
Təəssüf ki,  təxminən  6  il əvvəl  "Azərbaycan"  qəzetində 
qaldırılan  bu  məsələni  həll  etmək  üçün  Bakı  şəhərinin 
əlaqədar təşkilatları  hələ  də  macal  tapmayıblar...  Görəsən, 
Naximov qəsəbəsinin adını dəyişmək, onu ya Zığ qəsəbəsi, 
ya  admiral  Aslanbəyovun  şərəfinə  Aslanbəyov  qəsəbəsi 
adlandırmaq  üçün bundan  sonra neçə il lazım olacaqdır? Bu 
sualın dəqiq cavabını söyləyən oxucularımıza "Azərbaycan" 
qəzeti vasitəsilə təşəkkürümüzü bildirəcəyik...
Məlumdur ki,  "mətbuat orqanları  xalqı  -  gənc  nəsli  həm 
mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda 
tərbiyə etməli, həm də müasir təhsilin, elmin və mədəniyyə­
tin son nailiyyətlərini, ictimai-siyasi həyatda baş verən hadi­
sələrin əsas məğzini şərh etməklə maarifləndirməyə müəy­
yən  dərəcədə  köməklik  göstərməlidir.  Lakin  biz,  bunları 
qeyri-dövlət  qəzetlərinin  səhifələrində  görmürük.  Həmin 
qəzetlərin dil baxımdan savadsız nəşr olunması bir yana, qə­
dim və zəngin tarixə malik olan mənəviyyatımıza, adət-ənə­
nələrimizə vurduğu zərbələrlə barışmaq qeyri-mümkündür".
Son  illərdə  istər  mətbuatımızda,  xüsusilə  özəl  mətbuat 
orqanlarında  və  radio-televiziya  verilişlərində  yerli-yersiz
189


rus  və  digər  dillərdən  alınma  sözlər  baş  alıb  gedir  Hətta 
həmin  sözlərin  dilimizdə  işlənməsinə  heç  bir  lüzum 
olmadığı  hallarda da. Məsələn,  "prioritet mövzu",  "prioritet 
mövqe  ,  prioritet  məsələ",  "prioritet  proqram",  "prioritet 
müəyyənləşdirilir"  və s...
Görəsən,  bu  sözləri  müasir  ədəbi  dilimizdə  işlənən 
umumışlək  və yaxud  vətəndaşlıq  hüququ  qazanmış  söz- 
lənm ızlə  əvəz  etmək mümkün  deyilmi?
  Əlbəttə,  mum­
undur.  Sadəcə olaraq, yalnız arzu və istək, xalqımızın min­
illiklərin  dərinliklərindən  bəri  inkişaf edə-edə,  təkmilləşə- 
təkmilləşə, sabitləşə-sabitləşə gələn ana dilimizə - milli sər­
vətimizə  ümumxalq  mövqeyindən,  ümumxalq  mənafeyi 
baxımından  yanaşmaq,  dilimizin  gələcək  inkişafı  qeydinə 
qalmaq lazımdır. Bu isə, hamımızın, ilk növbədə, ziyalıların 
və jurnalistlərin ən müqəddəs vəzifəsi olmalıdır.  Çünki ana 
dilimiz xalqımızın ən müqəddəs milli sərvətidir. Ümumxalq 
sərvətinə isə xor baxmaq, onu korlamaq, mənası dəqiq başa 
düşülməyən alınma sözlərlə  "zibilləmək"  olmaz.
İndi  də yuxarıda qeyd olunan  sözlərin dilimizdə işlənmə 
məqamlanna və onların şərhinə nəzər salaq: Birincisi,  "pri­
oritet  sözü dilimizin tələffüz normalarına çox çətin uyğun­
laşır,  ifadə  etdiyi  məzmun  isə  tam  və  dəqiqliyi  ilə  aydın 
o mur.  Prioritet" sözü rus  dilində hər yerdə cəm halında iş­
lənir, kişi cinsini bildirir, onun ifadə etdiyi məna elmdə kəşf 
VƏ 
ixtira sahələrinə aid olub, ədəbi dilimizdə isə "birincilik" 
mənasını  bildirir.  Azərbaycan  dilinin  mətnlərində  isə,  bu 
ifadələrin heç biri  elm sahələri  ilə əlaqədar işlənməyibdir.
190
İkincisi,  yuxanda  "prioritet"  sözü  ilə bağlı  olan ifadələri 
ana dilimizə tərcümə etsək birinci ifadə  "birincilik mövzu", 
ikinci  ifadə  "birincilik  istiqamət",  üçüncü  ifadə  "birincilik 
mövqe",  dördüncü  ifadə  "birincilik  məsələ",  beşinci  ifadə 
"birincilik  proqram",  altıncı  ifadə  "birincilik  müəyyənləş­
dirilib" kimi məzmunsuz və gülünc mənalar kəsb etmiş olar. 
Bu  ifadələrdən  ilk  beş  ifadə  ədəbi  dilimizin  leksik,  üslubi 
norma! an na uyğun olmadığı üçün kəsb etdiyi məna və məz­
mun  da  oxucuya  və  dinləyiciyə  tam  mənası  ilə  çatmır... 
Altıncı  ifadənin  ana dilimizdəki  məzmunu isə,  anlaşıqlı  və 
dilimizin  qaydalanna  uyğundur.  Odur  ki,  dilimizdə  "birin­
cilik müəyyənləşdirilib"  ifadəsi  ola-ola  "prioritet müəyyən­
ləşdirilib"  ifadəsinin işlədilməsinə heç bir lüzum yoxdur.
Yaxud,  istər  televiziya  və  radio  verilişlərinin  mətnlə­
rində, istərsə də özəl mətbuat orqanlannın səhifələrində tez- 
tez özünə yer tapan  "kritik"  sözü mətnin məzmununa uyğun 
olmayan yerlərdə işlədilir. Məlumdur ki, rus dilində  "kritik" 
tənqidçi  mənasını,  "kritiçeskiy"  sözü  isə  insanın  hal-vəziy­
yəti  ilə  bağlı  olan  "çox  çətin,  ağır,  qorxulu,  böhranlı"  m ə­
nalarını  bildirir.  Televiziya  verilişlərində  isə  tez-tez  "Sənin 
vəziyyətin  kritikdir"  kimi  sadə  cümlələri  çox  aludəçiliklə 
təkrar edirlər.  Bu  cümlədə  isə,  üslub  və  məntiqi  baxımdan 
"kritik"  sözü yersiz işlədilmişdir. Həmin cümləni ədəbi dili­
mizə çevirsək, onda "Sənin vəziyyətin tənqidçidir" kimi çox 
gülünc  bir ifadə  almış olarıq.  Deməli,  həmin cümlədə  "kri­
tik"  sözündən yox, rus dilində sifət bildirən "kritiçeskiy" sö­
zündən  istifadə  etmək  lazımdır.  Məhz  buna görə  də, yuxa­
nda  qeyd  olunan  cümlə  "Sənin  vəziyyətin  kritikdir"  kimi
191


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə