A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

bir  yaşlı  nəslin  nümayəndəsi  bu  sahədə  gənc  nəsilimizə 
nümunə olmalıdır.  Bu mənada, hamı  ana dilimizi  sevməli 
və  onun  qayğısına  qalmalıdır.  Güman  edirəm  ki,  türk 
xalqları  ümumtürk  dilinə  belə  münasibət  bəsləməklə 
onun  yad  ünsürlərdən  təmizlənməsi,  saflaşması,  zəngin­
ləşməsi və  sabitləşməsi üçün yenidən dirçələcəkdir.
Əlbəttə,  türk  dillərinin  birliyi  uğrunda,  o  cümlədən 
Azərbaycan - türk dilinin XIX -XX əsrlərdəki taleyinə və 
inkişaf  etdirilməsi  yönümündə  dövrün  qabaqcıl  ziyalı­
larının - maarifçilərin, şairlərin, yazıçıların, jurnalistlərin, 
məktəb  müəllimlərinin  apardığı  mübarizə  tarixinə  qısa 
ekskursiya  etmək  də  yerinə  düşərdi.  Bu  mənada,  ədəbi 
dilimizin şifahi qolunun milliləşməsi prosesini-şifahi xalq 
ədəbiyyatının,  həmçinin,  dastanlarımızın,  musiqimizin  və 
rəqslərimizin  ölkəmizin hüdudlarından kənara çıxması  və 
bölgə  xalqları  arasında  da  geniş  yayılması,  hətta,  qonşu 
xalqların ərəb və fars, gürcü,  erməni  və digər xalqların şi­
fahi  xalq ədəbiyyatına  və  dilinə  təsiri  məsələlərini  nəzə­
rə  almaq lazımdır.
Həmçinin,  XIX-XX  əsrlərdə  Azərbaycan-türk  dilinin 
təm izliyi,  səlisliyi,  zənginliyi  və  sabitliyi  uğrunda 
M.F.Axundovun,  Q.B.Zakirin,  A.Bakıxanovun,  M.Şəfi­
nin, 
N.Vəzirovun,  H.Zərdabinin,  N.Nərimanovun, 
M.Ə.Sabirin,  Mirzə  Cəlilin,  B.Çobanzadənin,  M.Müş­
fiqin,  Ə.Cavadm,  H.Cavidin,  C.Cabbarlmın,  S.Vurğunun, 
M.İbrahimovun,  Xəlil  Rzanın  mübarizəsim,  həmçinin, 
dünya  mədəniyyəti  xəzinəsinin  incisi  olan  "Kitabi-Dədə 
Qorqud"  boylarının dilinin Azərbaycan-türk dili olması və
122
boylardakı  hadisələrin  tarixi  Azərbaycan  ərazisində 
cərəyan etməsi və boyların Azərbaycan türklərinə məxsus 
olması uğrunda tanınmış alimlərimizdən prof. H.Araslınm 
və  prof.  Ə.Dəmirçizadənin  apardığı  elmi  və  linqvistik 
aspektli  mübarizələrini  xatırlamaq məqsədəyönlü olardı.
“TÜRK ƏDƏBİ DİLLƏRİNİN BİRLİYİNƏ DOĞRU 
GEDİŞ TÜRKLÜYÜMÜZƏ VƏ MİLLİ 
MƏNLİYİMİZƏ QAYIDIŞ DEMƏKDİR"
Müasir türk  ədəbi  dilləri  birliyinin yenidən yaradılma­
sı,  təşəkkül  tapması  yolları,  hər  şeydən  əvvəl,  türklüyü­
müzə  və  milli  mənliyimizə  qayıdışdan  başlanır.  Bu  yol 
türk xalqlarının gələcəkdə özünün keçmişdə malik olduğu 
nüfuzunu  yenidən  bərpa  etməklə  beynəlxalq  miqyasda 
istər siyasi,  istər iqtisadi,  imtərsə  də  mədəni-mənəviyyat 
sahəsində  söz demək  iqtidarına,  söz sahibi  olmasına geniş 
imkan  və  səlahiyyət  verəcəkdir.  Bu  imkanlar,  bir  sözlə, 
"türk”  sözünün  "törəmək",  "qanun-qayda  sahibi  olan 
(cəmiyyət)",  "güclü-qüdrətli"-mənalarının  yenidən  türk 
dillərinə  qayıtmasına  və  ünsiyyət prosesində  fəal  şəkildə 
işlənməsinə  imkan  verəcəkdir.
Beləliklə  do,  iki-üç  minillik  və  daha  çox  qədim  tarixə 
malik olan  türklər geniş  bir coğrafi  ərazilərdə  öz  varlığını 
saxlamasına və  inkişafına  yeni  yollar açılacaqdır.  "Və  hə­
min coğrafiyanın ilk “nağıllarını” (M.Ç), dastanlarını  türk­
lər  söylədiyi  kimi,  ilk  nəğmələrini  də  (bayatılarını  da, 
laylalarını  da, ağılarını da,- M.Ç) türklər oxumuş,  ilk yazı­
larını  da  məhz  türklər  (ilk  dövlətçiliyi  də,  dövləti  idarə
123


etmək  üsullarını  da,  ordu  quruculuğunu  da.  -  M.Ç)  yaz­
mışlar"  (Bax:  N.Cəfərov,  Qədim  türk  ədəbiyyatı,  Bakı, 
2004,səh.4)  Bu mənada,  "Qədim türk  şeirinin  həm  məz­
mun,  həm  də  forma  xüsusiyyətlərini  əks  etdirən  ən  eti­
barlı  mənbə,  heç  şübhəsiz  ki,  M.Kaşğarlmın  "Divani-lü­
ğət-i t-türk"üdür”  (Bax:  N.Cəfərov,  Qədim  türk  ədə­
biyyatı,  Bakı,  2004,  səh53).
Deməli,  müasir  qloballaşma  mühitinə  daxil  olmazdan 
əvvəl,  türk  xalqları  öz  aralarında  siyasi,  iqtisadi,  mədəni 
və  dil  baxımından,  qloballaşmalı və  bir qlobal vahid kimi 
dünya  qloballaşmasına  qoşulmalıdır.  Çünki  dünyəvi 
qloballaşmanın  "pərdə  arxası"  mahiyyəti  və  onun  əsas 
ideyası, hər şeydən əvvəl, böyük və güclü xalqlar (dövlət­
lər)  kiçik  xalqları  (kiçik  və  zəif dövlətləri)  "qloballaşma 
pərdəsi"  altında  tarixi  və  milli  dövlətçilik  ənənələrindən 
uzaqlaşdırmağı və tədricən onları öz aralarında əridib, yox 
etməyə  yönəldilibdir.  (Başqa  sözlə  desək,  qloballaşma 
müstəmləkəçiliyin  ən  yeni  və  ən  mədəni  formasıdır). 
Məhz buna görə də, ayrı-ayrı türk xalqlan müasir dünyanı 
bürüyən  "qloballaşma qurbanı"  olmaması  üçün, türk xalq­
ları  ləngimədən,  ilk növbədə,  öz  aralaranda qloballaşmalı 
və  beləliklə  də,  böyük  bir  güc  kimi  öz  milli  mənliyini, 
mənəviyyatını,  tarixi  varlığını  "gələcəyin  tufanından" 
qoruyub  saxlamalıdır...
Qloballaşmaya  gedən  yol,  hər  şeydən  əvvəl,  XI  əsrin 
görkəmli  filoloq-alimi  M.Kaşğarlmın  qeyd  etdiyi  kimi, 
"ən açıq və doğru dil" yolundan keçir. İndiki şəraitdə dün­
yada  cərəyan  edən  ictimai-siyasi  hadisələrin  gedişi,  bey­
124
nəlxalq  təşkilatlardakı  və  dünyanın  apancı  dövlətlərinin 
yeritdiyi  "pərdə arxası"  xarici  siyasəti,  dünyanın ayrı-ayrı 
ölkələrində  illərlə  davam  edən  ədalətsiz  münaqişələrə 
"göz  yumması",  təcavüzə  məruz  qalana  da,  təcavüzkara 
da  eyni  siyasət  prizmasından  baxması,  ədalət  prizmasını 
unutması,  ikili  siyasət  yeritməsi,  artıq,  dünyanın  bütün 
xalqlarına,o cümlədən azərbaycanlıların,qaqauzların, gür­
cülərin, fələstinlilərin, Kipr türklərinin, çeçenlərin düşdü­
yü  müasir  ictimai-siyasi  vəziyyəti  hamıya  yaxşı  məlum­
dur...  Lakin  dünyanın  güc  mərkəzlərini  yuxarıda  adları 
qeyd  olunan  xalqların  ictimai-siyasi  vəziyyəti  yox,  onları 
qloballaşdırma (öz təsirləri altına almaq) maraqlandırır...
Bəs, türklüyümüzə və milli mənliyimizə doğru yeni  isti­
qamət  götürmək,  qayıtmaq  üçün  hansı  problemlər  həll 
edilməlidir.  Bu problemlərin həll  edilməsi  üçün,  hər şey­
dən əvvəl, milli kökümüzə qayıtmaq, turk dillərinin ortaq- 
lı  qədim  yazılı  abidələrini  linqvistik  yönümdə  dərindən 
araşdırmaq,  öyrənmək  və  həmçinin,  türk  xalqlarının  tari­
xini,  ədəbiyyatını,  mədəniyyətini,  incəsənətini  və  digər 
humanitar  elmləri  və  xalqın  fəlsəfi  görüşlərini  tarixi  yö­
nündə  yuxarıda  qeyd  olunan  qaynaqlar  üzrə  lap  qədim 
dövrlərdən  üzü  bəri  ünıumtürkoloji  baxımdan,  vahid 
tədris  planı  və  vahid  fənn  proqramları  əsasında  dərindən 
öyrənmək  günün  ən  vacib  məsələlərindən  olmalıdır.  Bu 
məqsədlə  də,  Türk  dünyası  ölkələrinin  hamısının  univer­
sitetlərindən  birində  Ümumtürkoloji  xarakterli  tarix- 
filologiya  fakültəsinin təsis  edilməsi  məqsədyönlü olardı.
125


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə