A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

Yuxarıda deyilənlərdən aydın olur ki, ölkəmizin ali 
m əktəblərində,  o  cümlədən  Təhsil  Nazirliyinə  tabe 
olmayan  və  digər  nazirliklərin  tabeliyində  fəaliyyət 
göstərən  ali  məktəblərdə də kafedralar ölkəmizin  "Təhsil 
Qanunu"  və  ali  təhsillə  bilavasitə  bağlı  olan  normativ 
sənədlər,  aktlar,  qətnamələr,  metodik  göstərişlər  və  s. 
əsasında  təsis  olunmalı  və  fəaliyyət göstərməlidir.  Çünki 
tabeliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq, 
ölkənin  bütün  ali  məktəblərinin  tədris  planları,  ayrı-ayn 
fənlər üzrə tədris proqramları, dərsliklər və dərs vəsaitləri 
Təhsil  Nazirliyində  təsdiq  olunur  və  ali  məktəbləri 
bitirənlərə  Təhsil Nazirliyinin  diplomu verilir...
160
"Ana 
dilim iz  xalqımızın  tarixi  m ilii 
sərvəti,  biz isə onun keşikçiləriyik".
M.N. Çobanov.
10.  A N A  DİLİMİZ  -  MİLLİ  QEYRƏTİMİZ
"Ana  dili"  deyəndə  "Ana  Vətən"  yada  düşür.  Bu  da 
təsadüfi  deyil,  çünki  "Ana dili"  xalqımızın  varlığı,  Xal­
qımızın  həyatı,  Xalqımızın  tarixləşmiş  və  əbədiləşm iş 
ünvanıdır.  Ana  dilimiz  xalqım ızın  rəm zi  simvolu, 
Dövlət Himni, Dövlət gerbi, Dövlət bayrağı və Müstəqil 
Suveren  dövlətimizin rəsmi  dövlət dilidir.
Vətənimiz  -  "Ana  dili"mizin  ilk  səslərinin,  ilk  söz­
lərinin,  ilk  cümlələrinin,  ilk  layla  və  ağılarının,  ilk  ba­
yatı  və  nağıllarının  yaranıb,  dalğa-dalğa yayıldığı  tarixi 
torpaqlarımız  və ucsuz-bucaqsız geniş  ərazilərimizdir.
"Tarix"imiz  deyəndə  isə,  ilk  növbədə  tarixi  tərcü­
meyi-halı  və  ya  həyatnaməsi  başa  düşülür.  Həyatnamə- 
də  isə,  dilimizin  varlığı  da,  təşəkkülü  və  inkişaf tarixi 
də;  vətənim iz  də,  vətənimizin  ayrı-ayrı  bölgələri  də; 
xalqımızın  qələbələrlə  dolu  qəhrəmanlıq  səhifələri, 
şam-şöhrəti;  dünya  xalqları  arasında  tutduğu  ictimai- 
siyasi  mövqeyi,  iqtisadi  inkişafı  və  dünya  m ədəniyyəti 
xəzinəsinə bəxş  etdiyi  mədəni-mənəvi  nailiyyətlərimiz 
yada  düşür.  Bütün  bunlar isə,  hər şeydən  əvvəl,  ulu ba-
161


balarımızdan bizə  miras qalmış  doğma ana dilimizdə  öz 
əksini tapır.
Ana  dilimiz  xalqımızın  tarixən  təşəkkül  tapmış  adət- 
ənənələri,  inamı,  inancı,  etiqadı və əqidəsidir.  Bu dilə  ana 
dili  və  vətən  dili  deyilir.  Bu  dillə  fikir,  düşüncə  və  müla­
hizələrimizi başqalarına çatdırırıq, başqalan ilə ünsiyyətdə 
oluruq,  bir-birimizə  ülvi  sevgi  və  məhəbbət  hissləri  gös­
təririk.
Ana  dilimiz  xalqımızın  mənəvi  birliyi,  həyatı,  varlığı 
və  mübarizəsinin  qüdrətli  silahıdır,  gələcəyidir.  Ana  dili 
olmayan heç bir xalqın gələcəyi yoxdur.
Ana  dilimiz  xalqımızın  tarixən  təşəkkül  tapmış  milli 
vətəni, milli dövləti və siyasi istiqlaliyyətidir,  azadlığıdır, 
müstəqilliyidir, tərəqqisidir, həyat yoludur, canlı tarixidir, 
mənəvi  dövləti,  şan-şöhrəti və iftixarıdır...
Bu mənada, xalqımızın hər bir övladı doğma "Ana dili" 
ilə tərbiyələndirilməli,  ana dilində təhsil almalı, ana dilin­
də  yazıb-yaratmalı,  mədəniyyətimizi,  ədəbiyyatımızı, 
incəsənətimizi,  mənəviyyatımızı  dərindən  bilməlidir.  Bu 
münasibətlə  dünya  poeziyasının  korifeylərindən  biri 
M.Füzulinin  həyat və  yaradıcılığının  bir səhifəsinə  nəzər 
salmaq məqsədə  uyğun  olardı.
M.Füzuli  türk,  fars  və  ərəb  dillərində  divanlar  yarat­
mışdır.  O,  doğma  ana  dili  türk  dilində  divan  yaratmış, 
məşhur "Leyli və  Məcnun"  poemasını  və  s.  ilə  əlaqədar 
olaraq  yazmışdır:
...Bəzən  türkcə  şer  meydanında  at  çapdım  və  türk 
zəfərlərinə türkcə şerin gözəlliyi  ilə zövq verdim.  Bu da
162
məni  o  qədər  təşvişə  salmadı,  çünki  türkcə  şer  mənim 
əslimin  səliqəsinə uyğundur...”.  Deməli, xalqımızın  hər 
bir  nüm ayəndəsi,  ilk  növbədə,  öz  övladlarına  ana 
dilində  təhsil  verməli  və  ana  dilinin  şirinliyi  və  gözəl­
liyi  ilə  layla deyə-deyə  övladını  tərbiyyə  etməlidir.
Ana  dili  xalqın  varlığı,  xalqların  birini  digərindən 
fərqləndirən  emblem  və  gerbdir,  dövlət  bayrağıdır, 
xalqın  varlığıdır,  xalqın  həyatıdır,  xalqın  keçmişi  və 
gələcək  ünvanıdır.  Bu  ünvan  isə,  hər  bir  adama  hələ 
körpəliyindən,  beşikdə  olduğu  dövrdən,  ananın  südü, 
ananın  ruhu,  ananın  laylası  ilə  körpə  uşağın  canına, 
qanma  ve  ruhuna  hopdurulur.  M əhz  bunun  nəticəsidir 
ki,  yenicə  dil  açan  körpə  uşağın  ilk  sözü  də  "Ana" 
kəlməsi  olur.  Şair  Bəxtiyar Vahabzadə demişkən:
"Dil açanda ilk dəfə  "Ana " söyləyirik biz,
"Ana d ili” adlanır bizim ilk  dərsliyim iz.
İlk mahnımız laylam anamız Öz südüylə,
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil-bizim  ruhumuz,  eşqimiz,  canımızdır.
Bu dil-bir-birim izlə əhdi peymanımızdır.
Bu dil-tanıtm ış bizə bu dünyanı, hər şeyi,
Bu dil-əcdadımızm bizə miras verdiyi 
Q iym ətli xəzinədir... gözlərim iz tək 
Qoruyub, nəsillərə biz də hədiyyə  verək."
Deməli,  ana  əzizdir.  Ana  əziz  olduğu  kimi,  ananın 
dili  də,  danışığı  da,  hər  kəlməsi  də,  ana-bala  ünsiyyəti 
də  gündən-günə  mülayimləşir,  istiləşir,  həyatımızın,
163


varlığımızın qoruyucusu kimi  oda-alova çevrilir,  bir ailə 
çərçivəsindən  çıxaraq,  qəbilə,  tayfa,  xalq  və  m illi 
dillərə  çevrilərək sabitləşir.
Ana  dilimiz  qədim  tarixə  malik  olan  ilk  nəfəsindən, 
çal-çağır  sədalarından,  dünyagörmüş  müdrik,  ağsaqqal 
babalarımızın  dünya  kimi  dərin  və  dalğalı  ağıl  və  ka­
malından,  ağıllı  və  uzaqgörən  məsləhət  və  vəsiyyətlə­
rindən,  ağbirçək  nənələrim izin  laylalarından,  ağıların­
dan,  bayatılarından,  tükənm ək  bilməyən  qış  nağılların­
dan  güc  və  qüvvət  almışdır...
Ana  dilimiz  Dədə  Qorqud  qopuzunun,  Aşıq  Qurbani, 
Aşıq  Alı  və  Aşıq  Ələsgər  sazının  "Ruhani"sindən,  Aşıq 
Hüseyn  Saraclının  "Koroğlu"  cəngisindən,  Aşıq  Kaman­
darın  "Yanıq  Kərəmi"sindən,  Aşıq  Xındı  Məmmədin 
"Mənsurə"sindən  (“Zanncı"sından),  xanəndə  və  müğən­
nilərimizin  insan  ruhunu  titrədən,  şövqə  gətirən,  elin 
canından,  qanından  və  bağrından  qopan  həzin  səsli  nəğ­
mələrindən gur olmuşdur...
Ana dilimiz  tarixən  qədim  ənginliklərindən  bu  günə 
kimi,  xalqımızın  sevinc  dolu  xoşbəxt  günlərinin  alqışla­
rından  əmələ  gəlmiş,  inkişaf etmiş  və  günümüzə  qədər 
uzun  bir  tarixi  yol  keçmişdir.  Lakin  ana  dilimizin  inkişaf 
yolu  hamar,  cilalanmış  olmamış,  onun  gələcək  inkişaf 
yolu  daşlı-kəsəkli,  dərəli-təpəli,  həmçinin,  dostlu  düş- 
mənli  olmuşdur.  Ana  dilimiz  anamızın halal  südü  ilə  ma­
yalandığı  üçün  tarixin  bütün  mərhələlərində  düşmənləri 
ilə mübarizədə daim qələbə çalmış,  düşmən xislətli  fars-
164
çılığı  da,  ərəbçiliyi  də,  rusçuluğu  da öz  gücü,  öz  qüdrəti 
ilə pərən-pərən salmış, öz varlığını və həyatçılığmı  qoru­
yub  saxlaya bilmişdir.  Hətta, bu mübarizə  şəraitində  fars 
dilinə də, ərəb  dilinə də, rus dilinə də və digər dillərə  də 
güclü  təsir  etmiş  və  onları  doğma  ana  dilimizin  sözlərini 
qəbul  edib işlətməyə məruz qoymuşdur.
Ana  dilimiz  xalqımızın  tarixi  qəhrəmanlıq  və  rəşa­
dətindən,  vətənimizin  azadlığı  uğrunda  gedən  döyüş­
lərin  qılınc  səsinin  cingiltisindən  güc  almış,  bu  gücü, 
qüdrəti  ilə  hamını  heyran  qoymuş  və  xalqlararası  dilə 
çevrilmişdir.  Beləliklə,  Şah  İsmayıl  Xətainin,  Koroğlu­
nun,  Qaçaq  Nəbinin,  Cavad  xanın  döyüş  cəngisinin 
qəhrəmanlıq və şücaət sədalarından,  Qıratm ayaq səsin­
dən  güc  almış  və bundan  sonra  daha  da güclənmişdir...
Ana  dilimiz  doğma  vətənimizin  başının  üstünü  qara 
duman bürüyəndə  həzinli  günlərimizin zümzüməsindən 
güc  və  qüvvət  almış,  xalqımızı  daim  birliyə  və  vətənin 
müdafiəsi  üçün  ayağa  qaldırmağa  səsləmişdir.  Əlbəttə, 
bu çağırış,  bu  sədalar hər zaman  öz bəhrəsini  vermişdir.
Ana  dilimiz  başı  ağ  çalmalı  uca  dağlarımızın-Sava- 
lanın,  Kəpəzin,  Qoşqarın,  Murovdağın  əzəm ətindən, 
büllur  bulaqlarımızın  şır-şır  axan  gur  səsindən,  çayları­
mızın  öz  m əcarasm a  sığmayan  hiddətindən,  X əzər 
dənizinin  tufanlı,  dalğalı  ləpələrindən,  bahar  fəslində 
hər  tərəfə  ətir  saçan  təzə-tər  güllərin  al-əlvan  ləçək­
lərindən  və  insanın  ruhuna  hopan  xoş  ətrindən,  doğma 
A zərbaycanım ızın  qədim liyindən  və  genişliyindəıı,
165


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə