A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

Məlumunuz  olduğu  kimi,  hələ  Altay  epoxasından  üzü 
bəri tarixən türklər Avrasiyanın geniş ərazisində yayılmış 
və  m üxtəlif  xalqlarla,  o  cümlədən  skiflər-quzlar  yunan­
larla, Orta Asiya və Qafqaz türkləri farslarla, Qərbi hunlar 
avropalılarla,  Şərqi  hunlar çinlilərlə  ünsiyyətdə  və  müx­
təlif əlaqələrdə  olmuşlar.
Qədim türklər ilk yazmı yaratsalar da, nə qədim heroq- 
liflərini, nə Orxon-Yenisey, Uyqur yazılarını qoruyub sax­
laya  bilməmişlər.  Bu  da,  şübhəsiz  ki,  türklərin  tarix  bo­
yunca  milli  düşüncələrinin  və  ana  dillərinin  saflığını  və 
şəffaflığını  qoruyub  saxlamağa imkan  verməmişdir.  Tari­
xin  m üxtəlif mərhələlərində  müxtəlif əlifbalardan  (ərəb, 
latın,  kiril  və  s.)  istifadə  etmələrinə  gətirib  çıxarmış  və 
beləliklə  də,  başqa  dillərdən  yerli-yersiz  müxtəlif sözlər 
almasına  və  özlərinin  doğma  ana  dillərinin  bir  çox 
sözlərinin unudulmasına geniş şərait yaratmışdır.
Tarixdən  məlum  olduğu  kimi,  indi  türklər  dünyanın  bir 
çox ölkələrində yayılıb və oniann bir neçə dövlət qurumları 
vardır.  Buna  görə  də,  vahid  güclü,  qüdrəti  türklüyümüzü 
yaratmaq  üçün  onların  hamısının  ünsiyyət  vasitəsi  kimi 
istifadə  etmələrinə  imkan  verə  bilən  vahid  türk  dili  və 
mədəniyyəti  sistemini  yaratmaq barədə düşünmək,  oniann 
həmrəyliyini  gücləndinnək ən vacib  şərtlərdən biridir.
M əhz  buna  görə  də,  türklüyümüzə  və  türk  dillərinin 
birliyinə doğru getmək üçün, hər şeydən əvvəl, türk dillə­
rinin  türkəsilli  sözlərinin  vahid  orfoqrafıya  və  orfoepiya 
lüğətləri,  sahə terminləri  lüğətləri,  izahlı lüğətlər, təkmə-
114
nalı  sözlər,  çoxmənalı  sözlər,  omonimlər,  sinonimlər  və 
antonimlər  lüğətləri,  həmçinin,  qarşılıqlı  qrammatik  ka­
teqoriyalar  (şəkilçilər  və  köməkçi  sözlər)  lüğəti  hazırla­
malı; həmçinin, türk dillərinin mövcud lüğətləri, o cümlə­
dən Mahmud Kaşğarlmın ("Divani lüğət-ti- türk"), R.Rad- 
lovun, Sevortyanın, ayrı-ayrı türk dillərinin izahlı lüğətləri 
və  s.  üzərində  ətraflı  araşdırmalar  aparmalı  və  türkəsilli 
sözlərin  tarixi  yönümlü  lüğətləri  hazırlanıb  çap  edilməli­
dir.  Bu  da,  hər  şeydən  əvvəl,  ayrı-ayrı  türk  dilinin  zəruri 
olduqda  bir-birindən  söz  və  ya  termin  almasına  geniş 
imkanlar verər.
Əlbəttə,  bunlardan  əlavə  türkəsilli  sözlərin  qeyri-türk 
dillərinə  təsirini  də  tarixi  yönümdə  araşdırmalı  və  başqa 
dillərə  keçən  türk  sözlərinin  də  lüğətini  çap  etmək  də 
milli  düşüncələrimizin  inkişafı  və  genişlənməsi  baxımın­
dan, böyük rol  oynaya bilir.  Heç şübhəsiz ki, bütün bünlar 
milli  düşüncəmizin  və  milli  təfəkkürümüzün  təşəkkül 
tapmasında  başlıca rol  oynaya bilər və oynayacaqdır.
Bu  mənada,  dilimizin  milli  kökdə  yenidən  inkişaf et­
məsində,  milli  düşüncəmizin  özünə  qayıdışında  və  yeni­
dən  təşəkkül  tapmasında  və  milliləşməsində  tarixin  qə­
dim  laylarında  türk  dillərində,  o  cümlədən  Azərbaycan 
türk  dilinin  lüğət tərkibində  fəal  şəkildə  işlənmiş və  son­
radan  fəaliyyətdən  qallmiş  sözlərimizin,  o  cümlədən  boy 
(dastan),  ozan(aşıq),oxuma  (qiraət),  dilmanc  (sinxron 
tərcümə),  dilmanehq  (sinxron  tərcüməçilik),  soy  (tayfa, 
nəsil,  xalq,  millət),  çağdaş  (müasir),  ölçü  (meyar),  və  s.
115


sözlərin  yenidən  dilimizin  lüğət  tərkibinə  qayıtarılması 
milliləşmə-türkləşmə  baxımından  daha  güclü  təsiredici, 
həm  də  tariximizə,  milli  mədəniyyətimizə,  milli  m ənə­
viyyatımıza  qaydış  üçün  daha  cəlbedici  rol  oynaya  bilər 
və  az vaxt ərzində  özünün müsbət təsirini  göstərər.
Yaxud  dilimizin  "Kitabi-Dədə  Qorqud”  mərhələsində 
qadının  öz  ərinə  müraciəti  məqamında  işlənmiş  "Mənim 
görklüm!"  kimi və s. incə, səmimi və ahəngdar məzmunlu 
ifadələrin dilimizə qaytarılması da dilimizin lüğət və ifadə 
xəzinəsinin zənginləşməsinə  imkan verərdi.
Burada  yeri  gəlmişkən,  tarixə  bir  ekskursiya  etmək 
yerinə  düşərdi.  Türk  dili  və  ya  Azərbaycan-türk  dili  de­
dikdə, hər şeydən əvvəl,  eramızdan əvvəl  1 minilliyin or­
talarında yaşayıb-yaratmış  olan  və  tarixdə  "Tarixin  atası" 
kimi  şöhrət  tapmış  Heredotun  əsərlərində  qeyd  olunan 
quzların  dili,  qədim  Çin  və  qədim  türk  heroqliflərinin 
yazıldığı  mətinlərin  dili,  yəni  qədim  ümumtürk  və  ya 
Azərbaycan-türk  dilinin  varlığı,  onun  zəngin  və  ən  qiy­
mətli  incisi  sayılan,  milli  düşüncəmizin  şah  əsəri  "Kitabi- 
Dədə-Qorqud"  boylarının,  Orxon-Yenisey  və  qədim  uy­
ğur  yazılarının;  XI  əsrin  görkəmli  filoloq-alimi  Mahmud 
Kaşğarlının  "Divani-lüğət-it-Türk"  adlanan  məşhur  lüğə­
tinin,  XI  əsrdə  yaşayıb-yaratmış  Yusif  Balasaqunlunun 
"Qutadqu  bilig"  (Xoşbəxtliyə  aparan  elm),  XII  əsrdə 
yaşayıb-  yaratmış  Seyid  Əhməd  Yasəvinin  türkdilli  ədə­
biyyatın  şah  əsəri  sayılan  "Divani-hikmət",  XV  əsrin 
görkəmli  şair-alimi  Əlişir Nəvainin  "Müqayisəli  lüğəfni,
116
XII  əsrdə  yaşamış  Rəşidəddinin  "Oğuzların  tarixi".  XV- 
XVI  əsrlərdə  yaşayıb-yaratmış  Ş.İ.Xətainin  Azərbaycan 
türkcəsində  yaratdığı  "Divanı"  və  digər  əsərlər  Türklü­
yümüzə  qayıdışın  ən yaxşı  nümunələridir.  Həmçinin, Al- 
tayların  "Maday  Qara",  qırğızların  "Manas",  özbəklərin 
"Alpamış"  dastanları;  XIII  - XIV əsrlərdə  yaşamış  Həsə­
noğlunun qəzəllərinin, "Divani- Əhməd Hərami"nin, Əlinin 
"Qiseyyi-Yusif",  Qazi  Bürhanoddinin,  Yunis  Əmrənin; 
İ.Nəsiminin  divanının,  Ş.İ.Xətainin  və  M.Füzulinin  əsər­
lərinin  dili  və  onların  qədim  daşıyıcılarının  -  türklərin  dili 
(ümumi  türki)  nəzərdə  tutulur.  Belə  demək  mümkündürsə, 
müasir  dövrdə  dünyanın  ən  geniş  ərazilərində  yayılmış 
çağdaş türk dillərinin  hamısı yuxanda adlan sadalanan  türk 
dilli mənbələrin daşıyıcılanna tarixən ünsiyyət vasitəsi kimi 
xidmət  etmiş  ümumtürk  dilinə  qayıdış,  yəni  türk  ədəbi 
dillərinin  birliyinə  doğru  istiqamət  götürmək  indiki  halda 
(dünya  ölkələrinin  müxtəlif  bölgələr  üzrə  müəyyən 
ittifaqlar yaratdığı  mərhələdə) ön planda olmalıdır.
Burada  yeri  gəlmişkən  M.  Kaşğarlının  lüğətindən  bir 
nümunə gətirmək də  yerinə düşərdi:
"Haçan gör so,  o türkdür",
X alq ona deyəcəkdir 
"Buna  ululuq yaraşır",
Onda h ər şey bitəcəkdir.
Bu  mənada,  türklüyümüzü  qorumaq,  saxlamaq  və  onu 
tarixi  köklərimiz  üzərində  kökləmək  bütün  türk  xalqla­
rının  ən  önəmli  borcu  olmalıdır.  Çünki  tariximizə,  milli
117


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə