A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

tərəqqi yoludur... Bu mənada, hər bir dilin, o cümlədən də 
ana  dilimizin  əbədiliyi,  inkişafı  və  tərəqqisi  -  xalqımızın 
inkişafı və tərəqqisi  deməkdir.  Məhz buna görə  də,  tarixi 
düşmənlərimiz  olan  İran  şahlığı da,  Ərəb  xilafəti  də,  Çar 
Rusiyası  da  və  sonralar  Sovet  imperiyası  da  ölkəmizin 
geniş  və  zəngin  torpaqlarına  göz  dikmiş  və  ona  sahib 
olmaq üçün öncə xalqımızı öz ana dilindən, doğma m ədə­
niyyətindən, soykökündən mərhum etməyi planlaşdırmış­
lar.  Bu  məqsədlə,  dünyəvi  dövlətlər  və  imperiyalar 
yaradan farslar da eramızdan  əvvəl birinci minilliyin  orta­
larından bu günə qədər; VII-IX əsrlərdə ərəblər də, X-XX 
əsrlərdə ruslar da belə etmişlər. Çünki hər hansı bir ölkəni 
özününkü  etmək  istəyən  imperiya  iddialı  dövlətlər,  hər 
şeydən əvvəl, həmin  ölkənin xalqını məhv  etmək,  tarixin 
səhifələrindən silmək üçün öncə onun  dilini  və mədəniy­
yətini  məhv  etməkdən,  soykökündən  ayırmaqdan  başla­
yır.  Bütün  bunlara  baxmayaraq,  xalqımız  öz  doğma  ana 
dilini  və  mədəniyyətini  məkrli  düşmənlərdən  qorumaq 
üçün  tarixin  bütün  m ərhələlərində  qəhrəm ancasına 
mübarizə  aparmışlar.  Bu  mənada,  XX  əsrin  görkəmli 
alimi Cavad Heyətin bir beytini xatırlamaq yerinə düşərdi:
"Qədim  və m əşhur məsəldir,  deyirlər,
Fars d ili şəkərdir,  Türk d ili hünərdir. "
M əhz  bunun  nəticəsidir  ki,  tarixin  ayrı-ayrı  m ər­
hələlərində  xalqımız  öz  doğma  Vətəninin  azadlığı  və 
müstəqilliyi  uğrunda  qəhrəmancasına  mübarizə  aparıb
136
hünər göstərdiyi kimi, yazıçı və alimlərimiz fars,  ərəb və 
rus  dillərində  yazıb-yaratmağa  məhkum  edilsələr  də, 
onlar  öz  doğma  ana  dilini  və  mədəniyyətini  unutmamış, 
hansı  dildə  yazdıqlarından  asılı  olmayaraq,  onlar  həmin 
əsərlərini  türk  təfəkkürü  ilə  düşünmüş,  sonra  isə,  həmin 
fikirlərini ya fars, ya ərəb, ya da rus dillərində qeyd etmiş­
lər.  Onlar hansı  dildə  yazırdılarsa,  həmin dilə  doğma ana 
dilinin  və  mədəniyyətinin  şirinliyini,  insanda  xoş  təəs­
sürat  və  əhval-ruhiyyə  yaradan  ətrini  və  ruhunu  hopdu­
rurdular.  Məhz  bunun  nəticəsidir  ki,  Azərbaycan-türk 
dilinin minlərlə sözləri, ifadələri və hətta, atalar sözləri və 
zərbül-məsəlləri  lap  qədim  dövrlərdən  fars,  ərəb  və  rus 
dillərinin lüğət tərkibinə keçmiş və indi də həmin dillərdə 
fəal  şəkildə  işlənməkdədir.  Bir  sözlə,  Azərbaycan-türk 
dili öz varlığını  saxlamaq və  əbədiləşdirmək üçün tarixin 
müəyyən  mərhələlərində  hakim  ərəb  və  fars,  eləcə  də, 
rus  dili  ilə  mübarizə  aparmış  və  bu  mübarizədən  qalib 
çıxmış  və  dövrünün  inkişaf etmiş  ədəbi  dili  olaraq  geniş 
dairələrdə  işlənmiş  və  hətta,  XI  əsrdən  sonra  Güney 
Qafqazda  və  Yaxın  Şərqdə  xalqlararası  ünsiyyət  vasitəsi 
olmuş  və  beynəlxalq  dil  kimi  istifadə  olunmuşdur.  Bu 
mülahizəni  ayrı-ayrı  xalqların müxtəlif dövrlərdə yaşamış 
klassik  alimləri  və yazıçıları  da təsdiq edirlər.
Tarixən  doğma  ana  dilimizdə  dünya  mədəniyyətinin 
şah  əsərləri  və  incəsənət  inciləri  yaranmışdır.  O  cümlə­
dən,  V-V1I  əsrlərdə  məşhur  "Kitabi-Dədə  Qorqud" 
dastanları,  XIV  əsrdə  Həsənoğlunun  və  Nəsiminin  şer
137


sənətinin  ən  qiymətli  inciləri,  XVI  əsrdə  dünya poeziya­
mın  korifeylərindən  Ş.İ.Xətai  və  M.Füzuli  dünyanın 
klassik ədəbiyyatı  səviyyəsində  eyni  sırada  özünə  layiqli 
yer tuta  bilən yetkin,  kamil,  qüdrətli,  əbədiyaşar poeziya 
inciləri yaratmışlar.
Azərbaycan-türk  dili  qədim  tarixə  və  dörd  min  ildən 
çox  dövlətçilik  ənənəsinə  və  500  min  kv.km-lik  əraziyə 
malik olan tarixi Azərbaycanda  məskunlaşmış  xalqımızın 
ana dilidir. Bu dildə 50 milyondan çox adam danışır. Onun 
42  milyonu öz tarixi ərazisində - Azərbaycan Respublika­
sında,  Güney  Azərbaycanında  (İranda),  Borçalıda  (Gür­
cüstanda),  Dərbənddə  (Rusiya  Federasiyasında),  yerdə 
qalam  isə  dünyanın 70-dən çox  ölkəsində yaşayır.  Qüzey 
Azərbaycanının  şimal-qərb  ərazisində  (indiki  Ermənis­
tanda) yaşayan Azərbaycan  türkləri  isə  XIX-XX  əsrlərdə 
əvvəlcə "xalqlar həbsxanası" adlanan Çar Rusiyası, sonra- 
lar  isə  onun  varisi  kimi  çıxış  edən  Sovetlər  imperiyası 
tərəfindən  hissə-hissə  parçalanmış, bu torpaqlar yeri-yur­
du  olmayan  ermənilərlə  məskunlaşdırılmışdır.  XIX  əsrin 
ortalarından  isə  üstüörtülü  siyasətlə  xırda-xırda  erməni 
inzibati  idarələri  yaradılmış  və  biləliklə  də,  ermənilərin 
gizlin  strateji  planlarının  tədricən  reallaşması  üçün  "yol­
lar"  açılmışdır.
1917-ci ildə üç əsrdən çox hökmranlıq edən Romanov - 
lar sülaləsinin hakimiyyətinə  son qoyuldu və  1918-ci ildə 
imperiyanın  ağalıq  etdiyi  ölkələrin  əksəriyyəti  öz 
müstəqilliyini  və  dövlətçiliyini  bərpa  etdi.  Belə  bir
138
zamanda  1918-ci  ilin  28 mayında Azərbaycan türkləri  də 
öz müstəqilliyini  elan etdi və cəmisi  23  ay yaşamış Azər­
baycan  Xalq  Cümhuriyyətini  yaratdı.  Bu  dövrdə  Azər­
baycan  Xalq  Cümhuriyyəti  Vətənin  bolşevik  və  daşnak 
təcavüzündən  müdafiəsi  üçün  zəruri  tədbirlər  gördüyü 
kimi,  ölkənin  mədəni  həyatının  inkişafı  üçün,  də  həyati 
xarakterli  bir  sıra  tədbirlər,  planlar  hazırlayıb  həyata 
keçirməyə  başladı,  o  cümlədən  maarif və  mədəniyyətin 
inkişaf etdirilməsi  problemlərini  ön  plana  çəkdi,  ölkədə 
Bakı  Dövlət  Universitetini  təsis  etdi,  ana  dilimizi- 
Azərbaycan-türk  dilini  rəsmi  dövlət dili elan etdi.
AZƏRBAYCAN - TÜRK ƏDƏBİ DİLİNİN 
TƏŞƏKKÜLÜ TARİXİ
Şifahi  xalq  ədəbiyyatının  verdiyi  məlumatlara  görə, 
artıq, VII-IX əsrlərdə Azərbaycan-türk ədəbi dilinin şifahi 
qolu tam mənası  ilə  formalaşmışdır.  Bunu ayrı-ayrı  şifahi 
xalq ədəbiyyatı nümunələri açıq-aydın şəkildə təstiqləyir.
Azərbaycan-türk  ədəbi  dilinin  yazılı  qolu  isə,  IX-XII 
əsrlərdə tam şəkildə təşəkkül  tapmış və sonrakı dövrlərdə 
də  get-gedə  sabitləşmiş,  səlisləşmiş,  zənginləşmiş  və 
daha  da  dəqiqləşmiş  qaydada  inkişaf yoluna qədəm   qoy­
muşdur.  Bu  dildə  dünya mədəniyyəti  xəzinəsinin  inciləri 
və şah əsərləri  yaradılmışdır.
Azərbaycan-türk ədəbi dilinin inkişaf tarixini aşağıdakı 
mərhələlərə bölmək  olar  :
139


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə