A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

kökümüzə  baxışlarımız,  düşüncəmiz,  amalımız,  əqidə  və 
inamımıza  qayıdışımız  milliləşməsə,  dilimiz  və  türklü­
yümüz türklük yönümündə köklənə bilməz.
Deməli, milli özünü dərk etmədən, milli dəyərlərə söy­
kənmədən,  milli  düşüncə  tərzini  və  şəraitini  yaratmadan, 
nə  xalqlarımızın  türklüyündən,  nə  də  ana  dilimizin  milli 
kökdə  inkişaf  etməsindən,  səlisləşməsindən,  zənginləş­
məsindən  və  sabitləşməsindən  bəhs  etmək məqbul  sayıla 
bilməz.  Çünki  dil  milli  düşüncə,  milli  adət-ənənələri  ilə 
xalq və ya ayrı-ayrı sosial-qurum vasitəsi ilə yaranır və be­
ləliklə də, milli düşüncə sisteminə çevrilir. Bu da, şübhəsiz 
ki,  milli  düşüncə  tərzinə,  türk  xalqlarının  hamısı  üçün 
vahid türk dili birliyinə qayıdışımız üçün əsas amildir.
Mahmud Kaşğarlı  demişkən,  türk dilini bilmədən  dün­
ya  idarə  oluna  bilməz.  Bu  mülahizə,  sanki,  bizim-  türk 
xalqlarının hazırkı durumu ilə  bağlı deyilmişdir.  İndi dün­
yanın  üç  qitəsində  parəkəndə  halda  məskunlaşmış  türk 
xalqlan  arasında  siyasi,  iqtisadi,  mədəni  və  s.  əlaqələrin 
gücləndirilməsi,  milli  düşüncə  tərzinə  qayıdışımız  üçün 
vahid  türk  dili  birliyini  yaratmadan  türk  dünyası  idarə 
oluna bilməz.
Onu da  qeyd  etmək  lazımdır ki,  dünya  elmində  Altay 
dilləri  ailəsi  və  onun  təsnifı  qəbul  olunmuşdur.  Altay 
dilləri  ailəsinin  ən  böyük  budağını,  bəzi  dilçilərin  dediyi 
kimi,  "Türk  dilləri  ailəsi"  təşkil  edir.  Deməli,bir  ailənin 
bir  dili  olduğu  kimi,  "Turk  dilləri  ailəsi"nin  də  (türk 
xalqlarının  da)  hamısı  üçün  vahid  bir  türk  dili  olmalı­
118
dır.Yəni,  Türk  dilləri  ailəsinə  məxsus  olan  bütün  dillər o, 
cümlədən türk (Türkiyə), türk (Azərbaycan), özbək, qazax, 
qırğız, türkmən, tatar (Krım), tatar( Kazan), başqırd, çuvaş, 
balkar, qaraçay, tuva,  tuvin, uyğur,  qaqauz,  karaim, kumık, 
noqay, qara-qalpaq, balkan, truxmen, karakas, yaqut, xakas, 
kamasin, şor, çulun, altay, san uyğurlann dili, əfşar, kərkük 
və  s.  dillər üçün vahid türki yaradılmalıdır.
Bizim  mülahizəmizə  görə  yuxarıda  adları  çəkilən  bü­
tün  türk  xalqları  hansı  ölkədə  yaşamasından,  müstəqil 
dövlət  qurumunun  olub-olmamasından  asılı  olmayaraq, 
geneoloji  baxımdan  bir-birinə  qohum olan, bir kökün  bu­
daqları  olan  bütün  türk  xalqlan  arasında  bu  və  ya  digər 
qarşılıqlı  əlaqələrin  yaradılması,  milli  kökümüzə  qayıdış 
məqsədi ilə onların hamısı üçün anlaşıqlı, başa düşülən bir 
ünsiyyət  vasitəsinin-kök  və  ya  ulu  türk  dilinin  birliyinə 
doğru  istiqamət  götürmək  üçün  tarixi  etnomədəniy- 
yətimizin  gələcək  inkişaf perspektivlərinə  yenidən  baxıl­
malı  və  vahid  bir  məqsəd-  hamı  üçün  vahid  türk  dilinin 
yaradılınası  yönündə  (Azərbaycan-  türk  və  Türkiyə-  türk 
dillərinin  bazası  əsasında)  hər bir türk  xalqı  öz ölkəsində 
bu  istiqamətdə  qabaqcadan  düşünülmüş  vahid  tədbirlər 
planı  üzrə  fəaliyyət göstənnəlidir.
Bizim  mülahizələrimizə  görə,  çağdaş  türk  xalqları 
arasında  vahid  türk  dili  yaradılması,  onları  yenidən  bir- 
birilə  qırılmaz  tellərilə  bağlayan,  qovuşdura  bilən  m ənə­
vi-psixoloji  və  mədəni  mühitin  geniş  halda  yaradılması 
üçün,  ilk  növbədə,  müstəqil  fəaliyyət  göstərən  hər  bir
119


Türk dövlətində, həmçinin, müstəqilliyi olmayıb ayrı-ayrı 
ölkələrdə yığcam halda yaşayan Türk xalqları arasında da 
yuxarıda  adlarını  qeyd  etdiyimiz  kitablarda  irəli  sürülən 
və  IV  Uluslararası  Türk  dili  Qurultayında  maraqla 
qarşılanan  təkliflərin  geniş  mənada həyatda vüsət alması 
məqsədi  ilə  hər  bir  Türk  ölkəsində  və  türklərin  yığcam 
halda  yaşadıqları  məkanda,  geniş  mənada,  türk  dillərinin 
birliyi,  həmçinin,  genoloji  tarixi  kökləri  bir  olan,  vahid 
m ənəviyyat  bulağından  qidalanan  xalqların  mənəvi- 
psixoloji  və  m ədəni  fəaliyyətini  bir  amal  və  ideya 
uğrunda  mübarizəyə  yönəltm ək  üçün  hamı  birləşməli, 
birgə  fəaliyyət göstərməlidir.
Türk xalqlarının yuxarıda qeyd olunduğu kimi, mənəvi- 
psixoloji  və  mədəni  birliyinin  gələcək  yolu  "Dil  birliyi" 
körpüsündən  keçməlidir.  Bu  körpü  Bilgə  xanın  dediyi 
kimi  "Ey  türk!  Titrə  və  özünə  dön!  Sən  özünə  dönəndə 
güclü  və  basılmaz olarsan!"  Bu həyati  kəlamı  sanki,  türk 
xalqlarının  bu  günü  üçün deyilmişdir.
Deməli,  çağdaş  dünyamızda  baş  verən  bütün  ictimai- 
siyasi hadisələr də,  hətta, ölkələrin və xalqların bir-birinə 
inteqrasiyası  da,  qloballaşma  da,  bir  sözlə,  türk  xalqları­
nın,  ilk  növbədə,  öz  arasında  qloballaşması  gündəmə 
gətirilməli  və  bu  sahədə  Türk  dünyasının  hər  bir  guşə­
sində sürətli iş aparılmaldır.  Hər bir fikir və düşüncə milli 
mənəvi  və  mədəni  birliyə  xidmət etməlidir.
Burada  yeri  gəlmişkən,  XIX  əsrin  dördüncü  rübündə 
tarixən Azərbaycan-türk xalqlarının mədəni  mərkəzlərin­
120
dən  biri  olan  Tiflis  şəhərində  nəşr  olunan  "Kəşkül"  qə­
zetində çap olunmuş bir kəlamı  qeyd etmək yerinə düşər­
di. Həmin kəlamda deyilir:
"Öz millətini əbədi saxlamaq istəyənlər öz ana dillərini 
saxlamağa  çalışmalıdırlar və  o dildə  elm və  fənni  övladi- 
miüetə  verməlidirlər".  Bu  mənada,  türk  xalqlan  da,  ilk 
növbədə,  öz  millətini  əbədi  saxlamağa  can  atmalı  və 
məktəblərdə  elm və  fənləri  də öz övladlarına ana dilində 
(ümumi  türk  dilində)  tədris  etməlidirlər.  Belə  olduqda, 
xalqlarımız  kök  qohumluğundan  uzaqlaşmaz  və  yadlaş­
maz.  Xalqların,  o  cümlədən  də  Türk  xalqlarının  yadlaş- 
ması  onun  zəiflənməsinə  və  xırdalanaraq parçalanmasına 
aparıb  çıxara  bilər.  Bizə  isə,  birləşmək,  güclənmək,  qüd­
rətlənmək  və  dünya  miqyasında  öz  sözümüzü  deyə  bil­
mək  üçün vahidləşməyə, Türk dünyasının  birliyinə  doğru 
irəliləmək daim diqqət mərkəzində olmalıdır...
Yuxanda  qeyd  olunanlara  elmi  və  məntiqi  baxımdan 
yanaşdıqda  belə  qənaətə  gəlmək  olur  ki,  yaradılması  nə­
zərdə tutulan vahid ümumtlirk dili daşıyıcısı olan xalqların 
dünənini,  bu gününü  və gələcəyini, həmçinin,  xalqlarımı­
zın  qohumluq  və  daxili  hisslərini,  həyat  tərzini  vo  məi­
şətini, mənəvi-etik və psixoloji görüşlərini,  tarixi  və müa­
sir  mədəni  -  mənəvi  dəyərlərini,  adət-ənənələrini  müa­
sirlik  baxımdan  əks  etdirməlidir.  Bir  sözlə,  dilimiz  milli 
mənafeyimizin  və  varlığımızın  qorunub  saxlanılması,  saf 
və  təbii  halda  gələcək  nəslə  ötürülməsinə  xidm ət 
göstərilməli  və  milli  dillərinə  daim sadiq  qalmalıdır.  Hər
121


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə