A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

I  MƏRHƏLƏ  IX  -  XII  əsrlər  -  "Kitabi-Dədə  Qorqııd" 
dövrü.
II  MƏRHƏLƏ  XII - XV əsrlər - Həsənoğlu və Nəsimi 
dövrü.
III MƏRHƏLƏ  XV - XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli 
dövrü.
IV  MƏRHƏLƏ  XVII  -  XVIII  əsrlər -  M.Əmani,  Fədai,
S.Təbrizi, M.Şirvani, M.V.Vidadi və M.P.Vaqif dövrü.
V  MƏRHƏLƏ XIX əsr - Q.Zakir, Ə.Nəbati, M.F.Axundov 
və  ilk  milli  mətbuatın,  milli  teatrın yaranması  və  fəaliyyəti 
dövrü.
VI  MƏRHƏLƏ 
XX  əsr  -  N.Nərimanov,  C.Məmməd- 
quluzadə,  Ə.Sabir.  S.Vurğun  və  milli  mədəniyyətimizin və 
mətbuatımızın sürətlə inkişafı dövrü.
TARİXİ ÜNVANIMIZ - 
DOĞMA AZƏRBAYCANIMIZ
Böyük vo  qədim Vətənimiz  - tarixi  Azərbaycan xalqı­
mızın  tarixləşmiş  və  əbədiləşmiş  tarixi  ünvanıdır.  Məhz 
bu  ünvanda  "Ana  dili’’mizin  ük  səslərinin,  ilk  sözlərinin, 
ilk  cümlələrinin,  ilk  danışıq  dilinin  mətnlərinin,  anaları­
mızın  -  ağbirçək nənələrimizin  ilk  laylaları  və  ilk  ağıları, 
bayatı  və nağıllarının,  qışın uzun  gecələrində  səhərə kimi 
danışılıb-qurtarmayan  ibrətamiz  dastanları  bu  dildə  və  bu 
ərazilərdə  yaranıb,  yaşayıb  və  yazılıb,  bu  ərazilərə  öz 
tarixləşmiş  ətrini  və ruhunu hopdurmuşdur.  Deməli,  milli 
sərvətimizin  də,  milli  ünvanımızın  da,  tarixi  torpaqları-
140
mızm  da,  ucsuz-bucaqsız  ərazilərimizin  də  tarixi  məkanı 
Doğma Azərbaycandır.
Tarixi  ünvanımız dedikdə  isə,  ilk növbədə,  xalqımızın 
tarixən məskunlaşdığı  500 min kv.km-lik böyük bir ərazi, 
həmin ərazilərdə təxminən  4500  illik qədim tarixə malik 
olan  minlərlə  yaşayış  məntəqələri  -  şəhərlər,  kəndlər, 
qəsəbələr  salınmış  və  beləliklə  də,  xalqımızın  ünvanı 
əbədiləşdirilmişdir.  Bir sözlə, bu böyük ərazi Vətənimizə 
çevrilmiş və bizim üçün doğmalaşmış, şanımız-şöhrətimiz 
Vətən  olmuşdur.  Bu  ərazinin  ayrı-ayrı  bölgələri  də,  başı 
ağ çalmalı  uca və  məğrur dağlan da,  sıldırım qayalan  da, 
keçilməz  dərələri  də,  at  işləməz  yolları  da,  daim  bərq 
vuran  dənizi  də,  gölü də,  çayı  da, büllur bulaqları  da,  bol 
nemətli  zəmiləri  də,  meşələri  də,  kol-kosları  da,  dağların 
döşündə  dəniz  kimi  dalğalanan  gül-çiçəyi  də,  hətta,  gül- 
çiçəyin  ayn-ayrt  ləçəkləri də, bağ-bostanları da,  odu-oca­
ğı da, hətta, ocaqdakı daşı da Vətəndir. Odur ki, tarixi tale­
yimizlə  bizə  yoldaşlıq  edən,  bizi böyüdüb boya-başa  çat­
dıran, müqəddəs Vətənimizin ən kiçik xırdaca bir daşı da, 
gül-çiçəyin bir ləçəyi də,  ağacların bir yarpağı  da  sərhəd­
lərimizdən  kənara  düşməməlidir.  Çünki  V ətən  mü­
qəddəsdir!  Vətən  anadır!  Vətəndən,  torpaqdan  pay  veril­
məz.  Bu  mənada  Vətənimizin  ərazi  bütövlüyünün  təmin 
edilməsi,  əbədi  qorunması,  müdafiə  edilməsi  bizim  ən 
müqəddəs  vəzifəmiz olmalıdır.
Tarixi  Azərbaycan  şimal-şərqdən  Dəmirqapı  Dərbənd 
və şimal-qərbdən Qafqaz (indi Vladiqafqaz), şərqdən  Xə­
141


zər  dənizi  və  İran,  qərbdən  Gürcüstan  və  Osmanlı  impe­
riyası,  cənubdan  isə  təxminən  Kərkükə  qədər  uzanan 
böyük bir  ərazini  əhatə  edirdi.  Odur ki,  Azərbaycan-türk 
dili  həm  öz  tarixi  Vətənimizdə,  həm  də  Yaxm  və  Orta 
Şərqdə,  Güney  Qafqazda hələ  XI əsrdən  bəri  beynəlxalq 
ünsiyyət  vasitəsi  kimi  geniş  şöhrət  tapmış  və  həmin 
xalqların dillərinə  güclü təsir etmişdir.
TARİXİ TƏRCÜMEYİ - HALIMIZ - 
MİLLİ - ETNİK TARİXİMİZ
Tarixi tərcümeyi - halımız və ya həyatnaməmiz dedikdə, 
hər şeydən əvvəl, xalqımızın etnik milli tarixi yada düşür.
Bu həyatnamədə isə, dilimizin və xalqımızın varlığı da, 
təşəkkülü  və  inkişaf tarixi  də;  Vətənimizdə  tarixən  baş 
vermiş  ictimai-siyasi hadisələr də, xalqımızın qələbələrlə 
dolu  qəhrəmanlıq  səhifələri  də,  şan-şöhrəti  də,  dünya 
xalqları  arasındakı  ictimai-siyasi  mövqeyi  də,  iqtisadi 
inkişafı da, dünya mədəniyyəti tarixinə bəxş etdiyi maddi- 
mənəvi  mədəniyyət  abidələrimiz  də,  bu  sahədə  qazan­
dığımız  tarixi  nailiyyətlərimiz  də  yada düşür.  Bütün  bun­
lar  isə,  hər  şeydən  əvvəl,  ulu  babalarımızdan  bizə  miras 
qalmış  doğma milli  tariximizdə  əbədiləşmişdir.
Xalqımızın tərcüıueyi-halı və ya həyatnaməsi dünyanın 
digər xalqlarının tarixi  ilə müqayisədə  dövlətçilik ənənə­
ləri  həm çox  qədim,  həm  də  müxtəlif dövlət  qurumların­
dan  ibarət  olmuşdur.  Tarixin  ən  qədim  dövrlərindən  üzü
142
bəri  tarixi  Azərbaycan  ərazisində  yüzdən  çox  müxtəlif 
dövlət  qurumları  yaranmış,  mövcud  olmuş,  fəaliyyət 
göstərmiş və müəyyən ictimai-siyasi hadisələrlə əlaqədar 
olaraq,  ya  süqut  etmiş,  ya  parçalanmış,  müəyyən  bir 
dövlət  tərəfindən  işğal  olunmuş,  ya  da  onun  ərazisində 
yeni  bir  dövlət  qurumu  yaranmışdır.  Tarixi  Azərbaycan 
ərazisində  eramızdan  əvvəl  III  minilliyin  birinci 
yarısından  bu  günə  qədər  105  dövlət  qurumu  yaradılmış 
vo fəaliyyət göstərmişdir.  Onlardan  55  müstəqil dövlət,  4 
bəylərbəylik,  21  xanlıq,  6  sultanlıq,  5  ərəblərdən  asılı 
knyazlıq,  6  məliklik,  4  müvəqqəti  oyuncaq  dövlətlər,  4 
müvəqqəti xırda respublikalar olmuşdur.
Azərbaycan  ərazisində  yaranmış  ilk  dövlət  qurumu 
Aratta  eramızdan  əvvəl  III  minilliyin  birinci  yarısında 
yaranmış  və  ikinci  yarısında  süqut  etmişdir.  Azərbaycan 
ərazisində  mövcud  olmuş  ən  böyük  və  ən  qüdrətli 
dövlətlərdən  Manna  (e.ə.IX-VII  əsrlər),  Midiya  (e.ə.VII 
əsrin  sonlarından  e.ə.  550-ci  illərə  qədər),  Atropatena 
(e.ə.  IV  əsrin  20-ci  illərində  yaranmış  və  bizim  eranın  I 
əsrində  süqut etmişdir),  Albaniya (e.ə.  IV  əsrdə yaranmış 
və bizim eranın  VIII əsrində süqut etmişdir), Şirvanşahlar 
(510-1538-ci  illər),  Atabəylər  (1136-1225),  Elxanilər 
(1258-1357),  Qaraqoyunlu  (1410-1468),  Ağqoyuıılu 
(1468-1501),  Səfəvilər dövləti  (1501-1736);  xanlıqlardan 
Gəncə, Bakı, Qarabağ,  İrəvan, Naxçıvan, Təbriz, Ərdəbil, 
Marağa və  s.  qeyd  etmək olar.
143


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə