A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

M.Y.LERMONTOV:  XIX  əsrin  görkəmli  rus  şairi 
M.Y.Lermontov Qafqazda,  o cümlədən  Azərbaycanda ol­
muş  və  1837-ci  ildə  S.A.Rayevskiyə  göndərdiyi  mək­
tubunda  yazmışdır:  "Tatarca  (Azərbaycan-türk  dilin­
də. M.Ç.)  öyrənməyə başlamışam. Avropada fransız dilini 
bilmək  nə  qədər  zəruridirsə,  burada  və  ümumiyyətlə, 
Asiyada da bu dili bilmək bir o  qədər vacibdir".
L.BIJDAQOV:  XIX  əsrin  görkəmli  türkoloqu  L.Bu- 
daqov  1857-ci ildə çap etdirdiyi kitabında "...bütün Qafqaz 
ölkəsində  və  İranda  işlənən  Azərbaycan  ləhcəsi" 
(Azərbaycan-türk  dili.-M.Ç.),-  deyə  Azərbaycan-türk 
dilinin ümumişlək əhəmiyyətini xüsusi qeyd etmişdir.
L.M.LAZARYEV:  XIX  əsrin  tanınmış  rus  türko­
loqlarından  L.M.Lazaryev  Azərbaycan-türk  dilinin  geniş 
bir  bölgədə  xalqlararası  ünsiyyətə  xidmət  etməsi  ilə 
əlaqədar  olaraq  yazmışdır:  "...  Azərbaycan-(türk.-M.Ç.) 
dili bütün Asiyada, fransız dilinin Avropada işləndiyindən 
daha  çox  işlənir;  zira  sonuncunu  (fransız  dilini.-M.Ç.) 
Fransadan  kənarda  ali  zümrə  və  orta  təbəqənin  az  qismi 
danışdığı  halda,  Asiyada  əhalinin  bütün  təbəqələri 
uşaqlıqdan  türk  dilində  danışırlar;  eləcə  də,  bu  dilin 
köməyi  ilə bütün  Asiyam  və  Avropa  Türkiyəsini  gəzmək 
mümkündür".
QRUBER:  Zaqafqaziya  məktəblər  direktoru  Qruber 
1883-cü  ildə  Rusiya  Xalq  Maarifi  Departamentino 
göndərdiyi  məktublarından  birində  yazmışdır:  "...bu  dil 
(Azərbaycan-türk dili.-M.Ç.)  Zaqafqaziya əyalətlərindəki 
yerli dillərdən ən mühümüdür". Bu fikirdən ay dm olur ki,
76
Zaqafqaziyada ən geniş yayılmış və xalqlararası ünsiyyətə 
xidmət edən dil  Azərbaycan-türk dili olmuşdur.
M.Q.BELTADZE:  Gürcü  əlifbası  ilə  yazıya  alınmış 
XVIII  əsr  abidələrindən  (mətn  Azərbaycan-türk  dilindo- 
dir.-M.Ç.)  bəhs  edən  gürcü  alimi  M.Q.Beltadze  də,  yeri 
gələndə,  Azərbaycan-türk  dilinin  əhəmiyyətini  qeyd 
etmiş və  onu  o dövrdə Zaqafqaziyada işlənən beynəlxalq 
dil adlandırmışdır.
Yuxarıda qeyd olunan mülahizələrdən göründüyü kimi, 
Azərbaycan-türk  dili  hələ  orta  əsrlərdən  xalqlararası 
ünsiyyət  vasitəsi  kimi  geniş  dairədə  işlənmə  imkanlarına 
malik  olmuşdur.  Bu  fikri  xalqımızın  dostları  da,  hətta,  ta­
rixi  düşmənləri olan erməni xalqının  tanınmış  alimləri  və 
yazıçıları da təsdiq və etiraf etmişlər.
X.ABOVYAN:  Azərbaycan-türk  dilinin  beynəlxalq 
rolunu,  hətta,  düşmənlərimiz  do  etiraf  etmişlər.  "Azər­
baycan-(türk.-M. Ç.)  dilinin  ...  geniş  yayılma  səbəblərin­
dən"  bəhs edərkən, xalqımızın tarixi  düşməni  ermənilərin 
ədibi  X.Abovyan  yazmışdır:  "Özünün  səlisliyinə,  ahəng­
darlığına,  lətifliyinə,  şcriyyətliyinə  görə,  tatar  (Azərbay­
can-türk.-M.Ç.)  dili  qrammatik  cəhətdən  başqa  dillər 
arasında, demək olar ki, yeganədir". X.Abovyan Azərbay­
can-türk  dilinin  "hətta,  qadınların  və  uşaqların  belə  başa 
düşdüyünü",  onun  "xalqın  bəzi  hissələri  üçün  tam  bir 
zərurətə"  çevrildiyini,  Azərbaycan-türk  dili  sözlərinin 
"erməni  dilinin  əsas  hissəini  təşkil  etdiyini"  göstərirdi, 
"...yeni  erməni  dili  isə  türk  (Azərbaycan-türk.-M.Ç.)  dili­
nə bənzəyir",-deyə qeyd etmişdir.
77


X.Abovyan  davam  edərək  yazmışdır:  "Ona  görə  də, 
istedadlı  erməni  şair  və  aşıqlarının  improvizatorlarınm 
türk  (Azərbaycan-türk.-M.Ç.)  dilində  mahnı-şer  qoşması 
və  bədahətən  onları  ifa etmələri  tamamilə  adi haldır".  O, 
öz  mülahizələrini  onunla  izah  edirdi  ki,  Azərbaycan-türk 
dili  özünün  ahəngdarlığı,  şairanəliyi  (təsadüfi  deyil  ki, 
Azərbaycan-türk  xalqını  şair  xalq  adlandırırlar.-M.Ç.)  və 
qrammatik  quruluşunun  sadəliyi  ilə  digər  Zaqafqaziya 
dillərindən fərqlənir. X.Abovyan Azərbaycan-türk dilinin 
bütün  Zaqafqaziya  ölkəsində,  Azərbaycanda  və  bütöv­
lükdə  İranda danışıq dili  olmasından  da bəhs  etmişdir.
X.Abovyan Azərbaycan-türlc dilinin ermənilər arasında 
geniş  yayıldığından  bəhs  edərək  yazmışdır:  "Yeni  dili­
mizin (XIX əsr erməni ədəbi dilinin lüğət tərkibi nəzərdə 
tutulur.-M.Ç.)  yarısı  Azərbaycan-(türk.-M.Ç-)  və  farsca 
kəlmələrdir.  O,  dillərin  adı  (sözləri.-M.Ç.)  bizim  millətin 
dilinə  o  qədər  düşübdür  ki,  öz  dillərini  buraxıb,  məsəl, 
nağıl,  hekayə  və  lətifələri  azərbaycanca  (Azərbaycan 
tiirkcəsincə.-M.Ç.)  demişlər".
Məhz  bunun  nəticəsidir  ki,  X.Abovyanm  əsərlərində 
də  500-ə  qədər  Azərbaycan-türk  söz  və  ifadələri  işlən­
mişdir.
Q. ANTON YAN:  X.Abovyanm  irsini  dərindən  tədqiq 
edən  düşmən  xislətli  erməni  professoru  Q.Antonyan 
yazmışdır:  "X.Abovyan  yeni  ədəbi  dilin  yaradılmasında 
çoxsaylı  Azərbaycaıı-(türk.-M.Ç.)  sözləri  ilə  yanaşı,  elə 
xarici  sözlərdən  do  istifadə  etmişdir  ki,  bunlar  Azərbay- 
can-(türlc.-M.Ç.)  dili  vasitəsilə  müvəffəqiyyətlə  erməni 
danışıq dilinə keçmişdir".
78
M.ABECYAN:  Məlumdur ki,  erməni  dilinin  lüğət  tər­
kibində zəngin və rəngarəng semantik mənaya malik olan 
yüzlərlə Azərbaycan-türk söz və ifadələri  işlənmişdir.  Bu 
münasibətlə  M.Abecyan yazmışdır:  "Qarşımızda müxtəlif 
variantlı  1700-ə  qədər  bayatı  vardır.  Təəssüf  ki,  bizim 
dilimizdə  çoxmənalı  sözlər,  eyni  məna  daşıyan  ifadələr 
çox az miqdardadır.  Buna görə də,  bizə tanış  olan türkcə­
yə  (Azərbaycan türkcəsinə.-M.Ç.) müraciət edirik".
M.ŞAGİNYAN:  Azərbaycan  ədəbiyyatından  bəhs 
edən  bədxah  erməni  xalqının  nümayəndəsi  M.Şaginyan 
XX  əsrin  30-cu  illərində  "Azərbaycan  nəsri  haqqında" 
adlı  məqaləsində yazmışdır:  "Şərq  dilləri  ailəsində  Azər­
baycan  dili  ən  çox  imkanlara və yayılma perspektivlərinə 
malik olan dillərdən biridir. Ecazkar dərəcədə  aydın,  asan 
və  lakonik  olan  bu  dil  şərq  nitq  mədəniyyətinin  bütün 
gözəlliklərini  özündə  cəmləşdirmişdir,  bu  dili  öyrənmək 
o  qədər  də  çətin  deyildir.  Onu  öyrəndikdən  sonra  isə, 
demək olar ki,  bütün  Şərq  dillərini  başa  düşmək olar".
Azərbaycan-türk  dilinin  tarixən genişişlək  bir  ünsiyyət 
vasitəsi  olmasını  m əşhur  şəxslərin  mülahizələri  ilə 
yanaşı, həmin illərin rəsmi dövlət sənədləri də təsdiq edir. 
Həmin  sənədlərdən bir neçəsinə nəzər salaq.
"Qafqaz  xalqları  Azərbaycan  (türk.-M.Ç.)  dilindən 
vaxtı  ilə yazılı  ədəbi  dil-idarə,  dəftərxana və  şəxsi  yazış­
ma  vasitəsi,  bəzən  də  döviətlərarası  diplomatiya dili  kimi 
də  istifadə etmişlər".  Bu mülahizəni arxivlərdə  saxlanılan 
bir  sıra  rəsmi  sənədlər  də  təsdiq  edir.  XV111  əsrin  80-ci 
illərində  Şimali  Qafqazdan  Rusiya çarına  və  onun yüksək
79


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə