A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

Məsələn,  Azərbaycan-türk  dili  ermənilər  üçün  poeziya 
dili  olmuş,  hətta,  erməni  dilində  sevgi  və  məhəbbət 
mövzusunda  yazılmış  ilk  poetik  nümunələr  Azərbaycan- 
türk  dilində  yazılmış,  erm əni  danışıq  dilində  isə 
Azərbaycan atalar sözləri və məsəllərindən  geniş şəkildə 
istifadə edilmişdir.
Yuxanda  qeyd  olunan  mülahizələrdə  deyildiyi  kimi, 
Azərbaycan-türk  dilinin  xalqlararası  ünsiyyət  vasitəsi 
olması  və  digər  dillərə  təsir etməsi,  onun  öz  varlığını bir 
daha sübut edir.  Məhz buna görə də,  Azərbaycan-türk dili 
hələ  orta  əsrlərdən  bir  sıra  görkəmli  şəxsiyyətlərin- 
səyyahlann,  alimlərin,  yazıçıların  nəzər-diqqətini  özünə 
cəlb  etmişdir.  Bu  barədə  onların  çox  qiymətli  fikir  və 
mülahizələri  vardır.
X.TƏBRİZİ:  XI  əsr  Azərbaycan  şairi  və  alimi X.Təb- 
rizi  Azərbaycan-türk  dilinin  İranda  yüksək  mövqedə 
durduğunu belə  ifadə etmişdir:
Ərəb n itq i tutulmuşdur dilindən,
S ən i kim dir deyən kim ,  türkmansan.
Tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə,  Xl-XV 
əsrlərdə  Azərbaycanda  yaşayan  yerli  türklərlə  yaxından 
əlaqədar  olan  etnik  qruplar  və  ya  digər  xalqların  nüma­
yəndələri  arasında  da  Azərbaycan-türk  dili  "xalqlararası 
ünsiyyət  vasitəsi  kimi  də  istifadə  olunur",  bu  dilin  təsir 
dairəsi  genişlənir.
Azərbaycan-türk  dilindən  iqtisadi-mədəni  əlaqələr za­
manı "qonşu xalqlar arasında da ümumi  ünsiyyət vasitəsi" 
kimi istifadə olunma faktlarım XIX əsrin birinci yarısında
72
Qafqazda  olmuş  ayrı-ayn  şair  və  yazıçıların,  alim  və 
səyyahların əsərlərində də aydın görmək olur.
F.KÖÇƏRLİ:  Görkəmli  ədəbiyyatşünas  alim  və  pe- 
daqoq  F.Köçərli  Azərbaycan-türk  dilini  "...bütün  müsəl­
man  Şərqinin  ən  gözəl  vo  ən  çox  işlənən  bir  dili"  kimi 
qiymətləndirmişdir.
N.NƏRİMANOV:  Görkəmli  yazıçı-publisist,  dövlət 
xadimi  N.Nərimanov  Azərbaycan-türk  dili  haqqında  de­
mişdir:  "...  Firəng  dili  Avropada  nə  məqamı  haiz  isə, 
bizim ana dilimiz Asiyada o məqamı  haizdir".
Z.BUDAQOVA:  Görkəmli  filoloq  alim  Z.Budaqova 
dilimizin müasir səviyyəsindən və dünyanın bir sıra ölkə­
lərinin  ali  məktəblərində  tədris  olunmasından  və  tədqi­
qata  cəlb  edilməsindən  bəhs  edərək  yazmışdır:  "Dilimiz 
artıq  beynəlxalq  nüfuz  qazanmışdır.Bu  gün,  demək  olar 
ki, bütün inkişaf etmiş mədəni ölkələrin ali məktəb və elm 
araşdırma  ocaqlarında  Azərbaycan-(türk.-M.Ç-)  dilinin 
tədrisi  və  öyrənilməsinə  yer  ayrılmışdır.  Nümunə  üçün 
təkcə  onu  deyək  ki,  ABŞ-m  universitetlərinin  (altısında: 
Çikaqo, Los-Ancelos,  Vaşinqton, Nyu-York,  San-Fransis­
ko,  Harvard)  proqramlarında  Azərbaycan-(türk.-M.Ç) 
dilinin  öyrənilməsinə xüsusi yer verilir".
F.ZEYNALOV:  Tanınmış  türkoloq-alim  F.Zeynalov 
ana dilimizin təsir dairəsinə malik olması ilə əlaqədar ola­
raq  yazmışdır:  "Məlum  olduğu  kimi,  Azərbaycan-(türk.- 
M.Ç.)  dili  Zaqafqaziyada  (Güney  Qafqazda.-M.Ç.)  bey­
nəlxalq  dil rolunu  oynamışdır".
73


İBN  HÖVQƏL: X  əsr ərəb dilçisi İbn Hövqəl  Qafqaza 
səyahətindən  sonra  Azərbaycan-türk  dilini  nəzərdə 
tutaraq  yazmışdır:  "...Buradakı  (Azərbaycandakı,-  M.Ç.) 
hər  bir  şəhərin  Azərbaycan  və  fars  dillərindən  əlavə  öz 
dili  də  vardır".  Bu  ifadədən  aydın  olur  ki,  Azərbaycan- 
türk  dili  hələ  X  əsrdən  əvvəl  bütün  bölgələrdə  və 
şəhərlərdə ümumişlək dil  kimi  geniş  yayılmışdır.
ŞARDEN:  XVII  əsrdə  Azərbaycana  və  İrana  səyahət 
edən  fransız  səyyahı  Şarden  Azərbaycan  dilinin  Qəz- 
vinde, Əbhərdə və bütün "Qərbi İranda" yayıldığı, böyük­
lərin  (dövlət  və  hökumət  rəhbərlərinin  .-M.Ç.)  yaşadığı 
evlərdə  danışıldığını  göstərirdi.  Səyyah  qeyd  edirdi  ki, 
şahların  İsfahandakı  saraylarında  farscadan  çox  Azərbay- 
can-(türk.-M.Ç.)  dilindən  istifadə  olunur.
F.BODENŞTED:  XIX  əsrdə  yaşamış  alman  şairi  və 
tərcüməçisi  F.Bodenşted  Azərbaycan-türk  dilinin  o  dövr­
dəki  işlənmə  dairəsi,  rolu  və  əhəmiyyəti  ilə  tanış  olduq­
dan  sonra  yazmışdır:  "Qafqazda  yaşayan  camaatla  ünsiy­
yətdə  olmaq  üçün  bu  dili  (Azərbaycan-türk  dilini.-M.Ç.) 
bilmək kifayət edərdi".
Y.VEYDENBAUM:  Güney  Qafqazda  olmuş  Y.Vey- 
denbaum  Azərbaycan-türk  dilinin  xalqlararası  ünsiyyət 
vasitəsi  rolu  oynaması  ilə  əlaqədar olaraq,  XIX  əsrin  80- 
ci  illərində  yazmışdır:  "Öyrənmək  üçün  sadə  və  əlverişli 
olması  Azərbaycan-(türk.-M .Ç.)  dilini  bütün  Şərqi 
Zaqafqaziya üçün beynəlxalq  dilə  çevirmişdir".
AVQUST  FON-QA KSTQAUZEN:  XIX  əsr  alman 
səyyahı  Avqust  Fon-Qakstqauzcn  1843-1844-cü  illərdə 
Qafqaza  səyahət  etmiş,  Azərbaycanla  və  onun  m ədə­
74
niyyəti  ilə yaxından tanış olmuş  və sonralar xatirələrində 
Azərbaycan-(türk.-M.Ç-)  dilinin  geniş  bir  bölgədə  xalq- 
lararası  ünsiyyət  vasitəsi  olması  barədə  özünün  qiymətli 
qeydlərini  yazmışdır.  Həmin  qeydlərdə  deyilir:  "Ermə­
nilər  erməni  dilində  yox,  tatar  (Azərbaycan-türk.-M.Ç.) 
danışıq  dilində  mahnı  qoşurlar, zira bu dil Qafqazın  cənu­
bundakı xalqlar arasında ünsiyyət,  ticarət və  qarşılıqlı  an­
laşma  dilidir.  Bu  cəhətdən  onu  Avropada  fransız  dili  ilə 
müqayisə  etmək  olar,  həm  də  o,  xüsusilə  poeziya  dilidir, 
bu  da  çox  güman  ki,  erməni  dilində  şerlərin  az  yazılması 
səbəblərindən  biridir;  ən  məşhur  erməni  şairləri  öz  əsər­
lərini  daha geniş yaymaq  üçün həmişə tatar-(Azərbaycan- 
türk.-M.Ç.)  dilində yazırlar".
B.MEN YAR:  XIX  əsrin  80-ci  illərində  fransız  şərqşü­
nası  Baronye  dc  Meynar  Azərbaycan-türk  dilinin  geniş 
yayılması  ilə  əlaqədar  olaraq  yazmışdır:  "Təbrizdən  Tif­
lisə  qədər,  Ermənistan  sərhədlərindən  Kaspi  dənizi  sər­
hədlərinə  qədər"  geniş  bir regionda yayılmış,  böyük  əhə­
miyyəti  olan  bir dildir.
A.A.BESTUJYEV-MARLİNSKİ:  Rusiyanın  görkəmli 
inqilabçı-demokratı,  tənqidçisi  A.A.Bestujyev-Marlinski 
Qafqazda  olmuş,  Qafqaz xalqlarının həyatı  və  mədəniyyti 
ilə yaxından  tanış olduqdan  sonra Azərbaycan-türk dilinin 
geniş  ünsiyyət  dairəsinə  malik  olmasından  bəhs  edərək 
yazmışdır:  "Zaqafqaziya  tatarlarının  (Azərbaycan  türklə­
rinin.-M.Ç.)  dili  türk  (Osmanlı.-M.Ç.)  dilindən  az  fərq­
lənir və onunla,  Avropada fransız dili ilə olduğu kimi,  bü­
tün  Asiyanı  başdan-başa gəzib dolaşmaq  olar".
75


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə