6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


XIV əsrdə şair İmadəddin Nəsimi



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə23/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   19   20   21   22   23   24   25   26   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

XIV əsrdə şair İmadəddin Nəsimi ədəbi dilin forma-
laşmasında xüsusi rol oynamışdır. Nəsimi öz əsərlərində 
Həsənoğluya nisbətən ərəb və fars sözləri əvəzinə Azər-
baycan söz və ifadələrinə daha çox yer vermişdir. Beləlik-
lə, o, ədəbi, dilə xalis Azərbaycan sözlərinin daxil olması 
üçün xüsusi səy göstərmişdir.
XV əsrdə Azərbaycan dili sarayda işlənmiş və onun 
tə sir dairəsi tədricən genişlənmişdir. Bu əsrdə ədəbi dili-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
41
mizin formalaşması və inkişafında Şah İsmayıl Xətainin bö-
yük xidməti olmuşdur. O, Azərbaycan dilinin hətta dövlət 
dili səviyyəsinə qədər yüksəlməsində xüsusi səy göstərmiş-
dir. Bu dilin həmin dövrdə yüksək nüfuz qazanması onun 
gələcək inkişafı tarixində böyük əhəmiyyət kəsb etmişdir.
XVI əsrdə Azərbaycan ədəbi dilinin inkişafında bö-
yük şair Məhəmməd Füzulinin xüsusi rolu olmuşdur. 
Məlum olduğu üzrə, XVI əsrdə də Azərbaycan dilində 
əsər yazmaq dəb deyildi (bu dövrdə ərəb və fars dillərində 
yazmağa böyük əhəmiyyət verilirdi). Dövrün kamil sənət-
karı Füzuli doğma dilini ürəkdən sevərək, onun inkişafını 
nəzərdən qaçırmırdı. Füzulinin ədəbi dilimizin inkişafın-
dakı rolu bir neçə cəhətdən xarakterizə olunur. Belə ki, şair 
ilk dəfə olaraq: a) Azərbaycan dilində böyükhəcmli əsərlər 
yazmışdır; b) müxtəlif janrlarda əsərlər yaratmışdır; c) qəzəl 
janrını ən yüksək zirvəyə ucaltmışdır.
Böyük şair Füzuli öz əsərlərində ümumxalq dilinin in-
cəliklərindən məharətlə istifadə etmiş, beləliklə, yazılı ədə-
bi dilin şifahi ədəbi dilə yaxınlaşdırılmasında onun xüsusi 
xidməti olmuşdur. Ədəbi dilin yazılı və şifahi növləri ara-
sındakı fərq XVI–XVII əsrlərə nisbətən XVIII əsrdə daha 
çox azalmışdır.
XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə