6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN İNKİŞAFINDA



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə22/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   18   19   20   21   22   23   24   25   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN İNKİŞAFINDA
GÖRKƏMLİ YAZIÇILARIN VƏ MİLLİ 
MƏTBUATIN ROLU
§10. Müasir Azərbaycan ədəbi dilinin hazırkı yüksək 
inkişaf səviyyəsi uzun əsrlərin məhsuludur. Ədəbi dilimiz 
tarix boyu mürəkkəb inkişaf prosesi keçmişdir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
39
Azərbaycan ədəbi dilinin inkişaf dövrləri aşağıdakı 
kimidir:
I dövr – Azərbaycan ədəbi dilinin formalaşması və 
tədricən inkişaf dövrü (V–XVIII əsrlər)
1-ci mərhələ: V–XII əsrlər
2-ci mərhələ: XIII–XVIII əsrlər
1) XIII–XIV əsrlərdə ədəbi dil
2) XV–XVII əsrlərdə ədəbi dil
3) XVIII əsrdə ədəbi dil
II dövr – Azərbaycan ədəbi dilinin tam sabitləşməsi 
dövrü (XIX əsr)
1-ci mərhələ: XIX əsrin I yarısı
2-ci mərhələ: XIX əsrin II yarısı
III dövr – Azərbaycan ədəbi dilinin geniş inkişaf yo-
lu keçməsi dövrü (XX–XXI əsrlər)
1-ci mərhələ: 1901–1920-ci illər
2-ci mərhələ: 1921–1950-ci illər
3-cü mərhələ: 1951–1980-ci illər
4-cü mərhələ: 1981–1990-cı illər
5-ci mərhələ: 1991-ci ildən indiyə qədər.
Ədəbi dilimizin bu inkişaf mərhələlərində yazıçı-
ların, alimlərin, ictimai xadimlərin, müəllimlərin, milli 
mətbuatın və mətbuat işçilərinin xüsusi rolu olmuşdur. 
Bunlardan xüsusən yazıçılar ədəbi dilimizin formalaşma-
sında, onun sonrakı dövrlərdəki inkişafı üçün ümumxalq 
dilindən söz və formalar seçməkdə, yaxud yeni söz və 
tərkiblər yaratmaqda daha böyük rol oynamışlar. Ay-
rı-ayrı əsrlərdə yetişmiş görkəmli şair və yazıçılar doğma 
dilimizi dərindən sevmiş və onun inkişafına çalışmışlar.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
40
XIII əsrdə Azərbaycan ədəbi dilinin formalaşmasında 
şair Həsənoğlunun xüsusi rolu olmuşdur. Həmin dövrdə 
işğalçıların və din xadimlərinin apardıqları siyasətlə bağlı 
olaraq Azərbaycan dilində yazıb-yaratmağa imkan veril-
mirdi; bu dildə yazılan əsərlər saray nümayəndələri tərə-
findən pis qarşılanırdı. Belə bir dövrdə Həsənoğlu, hər cür 
təsirə baxmayaraq, Azərbaycan dilində qəzəllər yazırdı:
Apardı könlümü bir xoş qəməryüz, canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid; nə şahid? – Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, Sürahi, eyləmə qül-qül,
Nə qül-qül? Qül-qüli-badə; nə badə? – Badeyi-əhmər.
Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti; nə məsti? – Məstiyi-sağər.
Şahə, şirin sözün qılur Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi qiymət; nə qiymət? – Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bəlürməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş; nə suziş? – Suzişi-məcmər,
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət; nə surət? – Surəti-dəftər.
Həsənoğlu sana gərci duaçıdır, vəli, sadiq,
Nə sadiq? Sadiqi-bəndə; nə bəndə? – Bəndeyi-çakər.
Həsənoğlunun bu qəzəli ədəbi dilimizin tarixini öy-
rənməkdə xüsusi rola malikdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə