50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə83/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   77   78   79   80   81   82   83   84   85

 Ona görə də, Atif müəllim, – deyə müstəntiq davam
elədi, – açılan cinayət işinin xətm olunması üçün prokuror
qarşısında məsələ qaldıracağam.
Nə? İş xətm olunur? Bəs “üst‑üstə düşmək” nədir onda.
Üst‑üstə düşmək onun günahının sübut olunması deyilmi?
– Gedin, Atif müəllim. Bir‑iki rəsmiyyət üçün sizi ola bilsin
ki, bir dəfə də narahat edək. Amma öz aramızda... Allah sizin
kimi ciddi müdiri heç mənə də qismət eləməsin. Bu qədər
əzazillik olmaz da, Atif müəllim. Axı insanlarla işləyirsiniz.
Hüquqi baxımdan hər şey qaydasındadır. Amma yazılmayan
mənəvi qanunlar da var axı?! Yəni insanlara bu qədər nifrəti‑
niz var? İfadə verənlərin hamısı söyürdü sizi.
Atif müəllim ayağa durdu. Getmək istədi. Amma tərpən‑
mədi. Yenidən oturdu.
– Buyurun, nəsə demək istəyirdiniz?
– Hə.
– Buyurun.
– Məktubda nə yazılmasını bilmək istəyirdim.
– Ay Atif müəllim, bunun bir əhəmiyyəti varmı ki, indi.
Bir insan öz həyatına son qoyub. Onsuz da onu geri qaytar‑
maq mümkün deyil.
– Yenə də olsun.
– Gülnarə xanımın həyat hekayəsidir məktubda yazılanlar.
Bu həyatı eləcə yaşayıb başa vuracaqdı. Sizin bu töhmət,
nizam‑intizam islahatlarınız olmasaydı.
–  Oxuya bilərəmmi yazdıqlarını?
–  Sirr deyil. Yazır ki, “qızımla bir yerdə kirayədə yaşayır‑
dım. Məvacibim də 400 manat. Mükafat və idarənin verdiyi
yardımlarla birtəhər dolanırdım. Uşaq bağçası da əlimdən
yaman tuturdu. İşə gecikir, axşamlar da tez evə gedirdim. Rəi‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
339


simiz insan adam idi. Məni, mənim kimiləri gözəl duyurdu.
Amma günlərin bir günü dəyişdi. İşə gecikməyimə, tez get‑
məyimə göz yummadı. Hər ay maaşımı kəsdi, töhmət verdi.
Maddi yardım və mükafatlardan məhrum etdi. Mənim isə
başqa yerdən bir köməyim yox idi. Artıq iki aydır kirayə bor‑
cum da var. Bir sözlə belə yaşaya bilmirəm. Rəisimdə təqsir
görmürəm. Allah onu insanlıqdan döndərənə lənət eləsin!”
– Allah sənə lənət eləsin, Mirələm! – deyə Atif müəllim ba‑
şını stola söykədi.
– Kimdir axı bu Mirələm. Sizin idarədə işləyir? – müstən‑
tiq soruşdu.
– Xeyr. İnstitutda dərs deyir.
– Artıq ikinci dəfədir ki, onun adını eşidirəm. Mərhumla
nə əlaqəsi var?
– Heç bir. Sadəcə...
– Atif müəllim, siz bilirsinizmi ki, Gülnarə həm də şəhid
ailəsi sayılır?
– Yox. Ola bilməz. Olsaydı bilərdim. Deyərdilər mənə.
– Rəsmi yox, qeyri‑rəsmi. İş yoldaşı danışdı mənə. Deməli,
bu  Gülnarə instituta girəndə qrup yoldaşı olan oğlanla seviş‑
məyə başlayır. Aralarında təmiz məhəbbət olub. İkisi də ra‑
yondan, kasıb ailədənmişlər. Yataqxanada yaşayırmışlar.
Tələbə dostları da, ailələrində də bunu bilirlərmiş. Dördüncü
kursda sevgiləri pik həddə çatır. Toy olmamış... Başa düşdüz
də məni? Ali məktəbi də bitirən kimi oğlanı əsgər aparırlar.
Bir az keçmiş qız bilir ki, hamilədir. Oğlanı gözləyirmiş ki,
icazə alıb gəlsin və rəsmi nigaha girsinlər. Əsgərlikdən sonra
da toy eləsinlər. “Uçebka” – təlim toplanışı qurtaranadək oğ‑
lana icazə verməyiblər. Sonra da döyüş bölgəsinə yollayıblar.
Orda  da düşmən gülləsinə tuş gəlib. Ortada da rəsmi sənəd
M A H İ R   Q A B İ L O Ğ L U
340


olmadığından qız heç nə sübut edə bilməyib. Yaxşı ki, ata‑
anası vaxtında biliblərmiş onların bu sevgisini. El qınağına
baxmayaraq yiyə durublar yeganə qızlarına. Gülnarə də do‑
ğandan sonra uşağı kənddə anasının yanında qoyub gəlib şə‑
hərə. Yaxşı mütəxəssis olduğundan siz onu idarəyə işə
götürmüsünüz. İki ildən sonra isə anası rəhmətə gedib. Məc‑
bur olub ki, uşağı yanına gətirsin. Qürurlu qız olub. Kimsəyə
deyib, əlində bayraq etmirmiş bunu. Çünki sübut da edə bil‑
məyəcəkdi onsuz da... Bircə, rəfiqəsindən başqa. Ona da icazə
verməyib ki, sizə desin bunu. Neyləyək ki, qanunlarımız
rəsmi sənədə arxalanır. Şəhid ailəsi sayılır, amma şəhid ailəsi
deyil. Çünki rəsmi nigahları yoxdur. Bu qədər, Atif müəllim,
təlimatçı Gülnarə günahı sizdə görmür. Özü demişkən təqsiri
sizi “insanlıqdan döndərəndə”  görür. Bilmirəm kimdir o. Sa‑
dəcə Allah günahınızdan keçsin. Buraxılış kağızınızı verin.
Müstəntiq kağızı alıb imzasını qoydu. Atif müəllim otaq‑
dan çıxdı. Yolboyu “insanlıqdan döndərən” sözləri beynin‑
dən çıxmırdı. Deməli o, heyvana çevrilib? Axı müstəntiq də
qeyd etdi ki, qanunlarımız rəsmi sənədə arxalanır. O da rəsmi
dövlət idarəsinin rəhbəridir. Neyləsin, əməl eləməsinmi bu
nizam‑intizam qanunlarına? Onda da müəllim dostu Mirələ‑
min gününə düşəcək. Təki o gün cüməaxşamına getməyəydi.
Mirələmin o söhbətini eşitməyəydi:
“ Atif müəllim, keçmiş vaxtlar idi. İndiki kimi imtahanı,
“zaçot”u kompüter götürmürdü. İndiki kimi kompüter tələ‑
bənin biliyini qiymətləndirib, məlumat bazasına göndər‑
mirdi. Mühazirəni də özüm deyirdim, seminarı da... İmtahanı
da özüm götürürdüm, “zaçot”u da. Çox ciddi, tələbkar müəl‑
lim kimi ad çıxarmışdım. Heç kimə güzəştə  getmirdim. Rüş‑
vət nədir, heç xətir‑hörmətə, tapşırığa da baxmırdım. Amma
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
341


heç kim də imtahanımdan kəsilmirdi. Tələbələri vaxtında in‑
cidirdim, yaxşı oxutdururdum ki, imtahanda kimsəyə “iki”
yazmayım. Amma semestrlərin birində qabağıma elə bir tə‑
ləbə çıxdı ki, dedi oxumaram ki, oxumaram. Çox gözəl qız
idi, həm də ki, intizamlı. Bütün dərslərimdə iştirak edirdi. Nə
qədər danlasam da cavab qaytarmırdı. Amma ki, nə illah edir‑
dimsə oxumurdu. Dekanı da xəbərdar etmişdim, hətta  ata‑
sını da çağırtdırmışdım fakültəyə ki, imtahanda “2” yazsam,
sonra üstümə gəlməyin.  Amma xeyri olmurdu ki, olmurdu.
Söz deyən kimi də qız gözünün yaşını tökürdü. Nəhayət, im‑
tahan zamanı yetişdi. Həmin qız imtahana gəlməmişdi. Elə
sonuncu tələbə bileti çəkmişdi ki, dekan içəri girdi. Ona
dekan kimi yox, müəllimim olmuş bir insan kimi böyük hör‑
mətim vardı. Dedi ki, Mirələm, bala, səndən heç vaxt xahiş
eləməmişəm... Dedim ki, bu nə sözdür? Siz əmr eləyin! Dedi
ki, bala, o qıza “3” yaz, kəsmə onu. Bilmədim nə cavab verim.
Amma qızın imtahana belə gəlmədiyini, hətta intizamsızlıq
elədiyini bəhanə gətirib “Necə “3” yazım axı? Bu adam heç
imtahana da gəlməyib” cavabı verdim. Dekan isə “Mirələm,
sən yaz. Məsuliyyəti mənim boynuma” söylədi. Uzun sözün
qısası dekanın yox, müəllimimin sözündən keçə bilmədim.
Çox xeyirxahlığı keçmişdi mənə. Başqaları badalaq vurmaq
istəyəndə həmişə məni müdafiə etmişdi. Bunların yanında bir
“3” xahişi nə idi ki?
Üstündən iki gün keçdi. Bir də gördüm ki, dekanatlığa ça‑
ğırırlar. Milisdən çağırış vərəqəsi gəlib. Yayın cırhacırında,
iki‑üç marşrut dəyişəndən sonra gedib‑çıxdım milis idarəsinə
– müstəntiqin otağına. Birinci sualı bu oldu ki:
– Tələbəniz Məhbubəylə nə şəxsi‑qərəzliyiniz var ki, inci‑
dirsiniz onu?
M A H İ R   Q A B İ L O Ğ L U
342


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə