50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə84/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   77   78   79   80   81   82   83   84   85

Məəttəl qaldım ki, bunun hüquq‑mühafizə orqanlarına nə
dəxli? Öz nazirliyimizə çağırsaydılar başa düşərdim. Amma
səbəbini soruşmayıb cavab verdim.
– Oxumur, oxumaq istəmir. Dekanlığın da xəbəri var, ata‑
anasının da.
– Bilirəm. Elə ata‑anası dedi bunları mənə.
– Məndən şikayət ediblər Sizə? Axı bunun sizə nə dəxli
var ki? Hər oxumayan tələbə sizə şikayət etsə, onda ayağımız
milisin yolunda qalsın gərək. – deyə əsəbi şəkildə müstəntiqin
üstünə qışqırdım.
– Yox, Mirələm müəllim, siz düşündüyünüz qədər də sadə
görünməsin sizə. Məsələ çox qəlizdir. İncitmisiniz qızı, hər
dərsdə ağlatmısınız, yoldaşlarının yanında pərt eləmisiniz
onu. Bircə o qalıb ki, döyəsiniz. O həddə çatdırmısınız ki,
Məhbubə dünən gecə özünü zəhərləyib. Yaxşı ki, valideynləri
vaxtında xəbər tutublar. İndi xəstəxanadadır. Özünə gəlməyib
hələ. Allaha yalvarın ki, ölməsin. Şərti cəzayla, müəllim dip‑
lomunuzdan məhrum olunmaqla canınızı qurtara biləsiniz.
Verdiyiniz ifadəni oxuyun, altından da qol çəkin. Sabah saat
12‑də gözləyirəm sizi.
İdarədən çıxdım. Ertəsi gün yenə müstəntiqin otağınday‑
dım. Qızın ata‑anası da burdaydı. Atası yox, anası şivən qo‑
parmışdı.
– Ay müstəntiq, budur, budur qızımı özünü öldürməyə
vadar edən. Allah bilir beynində nə fikirləşirmiş. Nə istəyir‑
din, ay oğraş, qızımı bu minvalla yoldan çıxartmaq? Utan,
yerə gir. Sənin elə yaşına yaraşır. Neyləsin ki, Allah onu gözəl
yaradanda sənin kimi qarğa‑quzğunu nəzərə almayıb. Ölsə a
qızım, səni bu əllərimlə parçalayıb didəcəyəm.
– Ay bacı, nə gözəl, nə qız? Mən müəlliməm. Qızın dərsini
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
343


oxumurdu. Bunu hamı bilirdi. Tələbə dostları da, dekanlıq
da... atasını da çağırıb ona şikayət etmişdim.
Özümə haqq qazandırsam da qızın anası sakitləşmirdi.
Atası isə dinmirdi. Mən isə özümə arxayın olsam da qorxur‑
dum. Çox pis aurası var milis idarəsinin.
– Ay müstəntiq, qızım gecələr yata da bilmirdi ki, bəs üç
gündən sonra  Mirələm müəllimin imtahanı var. Qorxusun‑
dan tir‑tir titrəyirdi ki, bəs “iki” yazacaq.
– “İki” yazacam yox, layiq olduğu “iki”ni alacaq...
– Kəs səsini, oğraş. Gedib türmədə yatarsan, ağlın gələr
yerinə. Onda başa düşərsən ki, tələbəyə gözü düşmək nə de‑
məkdir?
İşə düşmüşdüm də. Məhbubənin anası qışqırır, stolun üs‑
tündəki qələm‑kağızı götürüb üzümə çırpırdı. Mən isə bilmir‑
dim nə edim. Axı, təqsirim  nə idi? Bircə qızın ölməməsini
arzulayırdım ki, ayılsın və bütün bu ittihamları rədd etsin. Yox,
birdən ayıldı və anasının dediklərini təsdiq etdi. Onda nə ola‑
caq? Bu artıq zorlamaya cəhd maddəsi deməkdir. Demək olar
ki, zorlamaya bərabər tutulur. Türmədə belələrinin gününü
qara nədir,.. O saat təsəvvürümdə qadın paltarı geyinmiş, ba‑
şına ləçək bağlamış, qaşları alınmış, dodağı pomadalı, əzilə‑
büzülə danışan mən canlandım. Adım da ki, Mirələm yox,
Miriçka. Qonşumuzda bu maddəylə türməyə düşən vardı. Çı‑
xandan sonra dəli olmuşdu. Nəisə, xəyallarımdan ayıldım.
Dəhşət məni bürüdü. Bəs ailəm, qohum‑əqrəba, dost‑tanış, illər
boyu qazandığım hörmət‑izzət. Bunlar necə olacaqdı? Birdən:
– Yoldaş müstəntiq, heç bir şəxsi‑qərəzlik, oğraşlıq məsə‑
ləsi yoxdur burda. Tələbə imtahana gəlməyə‑gəlməyə qiymət
də yazmışam ki, 1‑ci kursdan qovulmasın. Bundan artıq nə
hörmət edə bilərdim ki, ona?!
M A H İ R   Q A B İ L O Ğ L U
344


Bir az rahat nəfəs aldım. Dekanımıza ürəyimdə “çox sağ
ol” da dedim ki, məni yoldan çıxara bildi. Amma anası sakit‑
ləşmirdi:
– Bura bax, Mirrəlləm, sən müstəntiqin başını aldadıb boy‑
numuza minnət qoyma. Nə ixtiyarın var idi ki, imtahana gəl‑
məyənə “iki” yazasan. Canın çıxıb “neyavka” – qayıb
yazacaqdın. Bu bir. İkincisi, “üç” yazmısan? Saxtakar oğlu
saxtakar, xəbər tutan kimi ki, qız özünü öldürmək istəyib,
qaçıb tez‑bazar kağız‑kuğuzu düzəltmisən, hə?  Əəə, bura
bax, sən uşaq başı‑zad aldadırsan? Sən sabah öz xoşunla dip‑
lomunu gətir qoy ortalığa. Saxtakardan müəllim olmaz.
Qaş düzəldən yerdə, gözü də çıxartmışdım. Artıq əlli‑
ayaqlı gedirdim. Qanun tam ananın tərəfindəydi. Amma yenə
də ümidimi üzmürdüm. Birdən gözümə işıq gəldi elə bil:
– Ay bacı, nə saxtakarlıq? Dekan özü xahiş elədi məndən.
Allah şahididir. Onun xətrinə yazdım. Özü də qızınız imta‑
hana gəlməyə‑gəlməyə.
– Nə? Dekan? – deyə səhərdən danışmayan müstəntiq axır
ki, dilləndi, – Yaxşı. Onda sabah dekanla davam etdirərik is‑
tintaqı.
Qızın atasını elə bir tok vurdu. Rəngi ağardı. Mən isə de‑
kanın adını çəkməyimə peşman oldum. Özüm cəhənnəmə,
dekanı da zibilə salmışdım. Gecəni gözümə yuxu getmədi.
Mən idarəyə çatanda dekan artıq ordaydı. Qoltuğunda da
papkası. Mənimlə əvvəlki səmimiyyətlə görüşdü. Artıq‑əskik
söz demədi. İçəri keçdik. Ata‑ana da ordaydı. Dekan nə on‑
ları, nə də müstəntiqi ağzını açmağa qoymadı. Qızın atasının
yaxasından tutub:
– A kişi, imtahana bir gün qalmış yanıma gəlmədin? Ağ‑
layıb, yalvar‑yaxar eləmədin? Demədin ki, qız hamilədir, ona
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
345


həyəcanlanmaq olmaz, xahiş edirəm kömək elə. Dedin, ya
yox? Nə başını aşağı salmısan? Nə istəyirsiz axı ər‑arvad Mi‑
rələm müəllimdən? Çoxsağolunuzdur? Qız özünü zəhərləyib,
bax ona nə? Onun adını niyə milisə vermisiniz? Özünüzü tə‑
mizə çıxarmaq üçün? Özünüz də yaxşı bilirsiniz ki, qız niyə
zəhərləyib özünü. İstədiyi oğlana verməmisiniz, ona görə.
Demisiniz ki, “öl canın çıxsın. Biabır elədin bizi nəsildə”. De‑
misiniz, ya yox? O da siz deyəni edib də... Day nə istəyirsiniz
bu kişidən? Öz günahınızı başqasının üstünə atmaq istəyir‑
siniz?
Uzun sözün qısası, Atif müəllim, qız xəstəxanada öldü.
Qarnında da  dünyaya gətirmədiyi körpəsi. Ata‑ananın da gü‑
nahını sübut eləyə bilmədilər. Təkcə mən  cəza aldım. Saxta‑
karlığıma görə. İmtahana gəlməyə‑gəlməyə tələbəyə qiymət
yazdığım üçün. Dekana heç nə eləmədilər. Belə bir misal gə‑
tirdilər ki, dekan sənə desəydi özünü onuncu mərtəbədən
yerə at, atacaqdın? O hadisədən sonra nə bir tələbəyə dərsdən
icazə verirəm, nə də güzəşt edirəm. Mən istintaq bitənəcən
bir ay  yaşadığımı yaşadım. Daha doğrusu, bir ay hər gün
öldüm və dirildim. Atif müəllim, sən də rəis adamsan. Belə
şeylərdə ehtiyatlı ol. İntizamsız işçilərə əmrlə töhmət ver,
rəsmi surətdə cəzalandır ki, sabah iş vaxtı küçədə maşın
vursa, özünü qayadan aşağı atsa, dənizdə boğulsa təqsiri
səndə yox, öləndə görsünlər”.
Atif müəllim Mirələm müəllimlə bu söhbətini xatırlaya‑
xatırlaya prokurorluqdan çıxdı. Onun dediyi kimi də elə‑
mişdi. Rəsmi məsuliyyətdən məhz bu yolla canını
qurtarmışdı. Mənəvi məsuliyyət isə onu ömrünün sonuna
qədər addım‑addım izləyəcəkdi. Təlimatçı Gülnarənin ölü‑
münə səbəbkar məhz o idi.
M A H İ R   Q A B İ L O Ğ L U
346


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə