50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə81/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   77   78   79   80   81   82   83   84   85

deyil ki... arvaddanqorxanın biridir. Verdi bizi yad qızının aya‑
ğına” deyə bütün nəslə car çəkmişdi. Hələ böyük qardaşı ona
zəng edib ağzından çıxanı da demişdi. Amma Atif dözürdü.
Öz yolundan dönməyəcəyini qəti şəkildə müəyyənləşdir‑
mişdi. Hərdən isə öz‑özünə “Axı mən niyə cüməaxşamına get‑
dim. Allah sənə lənət eləsin, Mirələm” deyirdi.
İdarənin işi tökülüb qalmışdı. Atif müəllimsə axşam saat
altını gözləyirdi. Səbirsizliklə gözləyirdi ki, başının dəstəsiylə
yenidən reydə çıxsın. İşdən tez gedənləri aşkar eləsin. Vaxt
isə yavaş gedirdi. Katibə isə  otağa girib “dayı, çay istəyirsən”
də demirdi. Küsmüşdü deyəsən dayısından. Atif müəllim
zəngin düyməsini basdı. Bacıqızı qanıqara halda otağa girdi.
– Çay gətir! – deyə Atif müəllim amiranə şəkildə dilləndi.
Bacısı qızı heç nə demədi. Otaqdan çıxdı. Birbaş kadrlar
şöbəsinə getdi. Əlində kitab geri qayıtdı. Rəisin otağına girib
kitabı stolun üstünə çırpdı. Atif müəllim onun bu hərəkətin‑
dən şaşırıb:
– Bu nədir?
– Əmək Məsəlləsi.
– Mən səndən kitab yox, çay istədim.
– Bilirəm. Birinci, Atif müəllim, siz bu kitabda mənə gös‑
tərin görüm harda yazılıb ki, katibə rəisə çay verməlidir. Gös‑
tərin, sonra da çay gətirim. Bura idarədir, yoxsa çayxana?
Bacıqızı bunu deyib otaqdan çıxdı. Atif müəllim pərt ol‑
muşdu. Heç nə deyə bilmədi. Amma dəxli yox idi. Başladığını
sona çatdırmalıydı. İdarədə nizam‑intizam qanunlara uyğun
olmalıydı. Çay içməsə də olardı. Sovet dövrü yadına düşdü.
Balaca bir “kipitilnik”i və deşik‑deşik dəmkeş çay qaşığı
vardı. Elektrik suqaynadanı stəkana salıb suyu qaynadar.
Sonra “bakinski” çaydan qaşığa doldurub stəkana salardı.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
331


“Görəsən arvad atmayıb ki” deyə fikirləşdi. Atıbsa da eybi
yox, dükanlardan axtarıb taparam. Bu fikirlərlə Atif müəllim
otağından çıxıb pilləkənlərlə aşağı endi, küçəyə çıxıb xidməti
maşınına mindi. Sürücüsü:
– Atif müəllim, hara sürüm?
– Sədərək bazarına. “Kipitilnik”lə dəm qaşığını ancaq orda
tapa bilərəm.
– Atif müəllim, ixtiyarım yoxdur. Əgər nazirliyə gedirsi‑
nizsə aparım, işlə əlaqədar nə desəniz canla‑başla. Amma
şəxsi iş dalıyca sürmək qurtardı. Arvad icazə vermir.
– Nə arvad? Başın xarabdır? Sür gedək!
– Rəis, bu gün arvada “xəbərdarlıq” edibsən, maaşını da
kəsibsən. O da mənə xəbərdarlıq edib ki, əgər rəisi şəxsi iş‑
lərlə bağlı bir yerə aparsan, ailəsini maşına mindirsən boşa‑
yacam səni. Əmək Məcəlləsinə ziddir.  Zarafat edirəm, Atif
müəllim. Arvaddır da gicliyir özüyçün. İşə düzəltmisiniz onu
mənim xahişimlə. Sağ ol deməkdən, gör nə danışır. Bir tərəf‑
dən təqsir də görmürəm onda. Mən tezdən gəlirəm dalınızca.
O da uşağı bağçaya qoyub özünü çatdıranacan gecikir işə.
Atif müəllim dinmirdi. Eləcə qulaq asırdı. Başa düşürdü
ki, sözün düzünü adama zarafatda deyərlər. Bu sürücünün
zarafatı yox, bir növ razılaşma söhbəti idi. Yəni ki, “mən sən
nə deyirsən eləyirəm, nəvəni bağçadan götürürəm, lap evinin
zibilini də atıram. Sən də arvadımın yarım saat gecikməyinə
göz yum. İncitmə onu”. Yox, lap nə deyirsə desin, tutduğum‑
dan geri dönməyəcəyəm.
– Sür maşını geriyə – işə.
– Nə oldu ki, Atif müəllim.
– Sür işə deyirəm sənə! – deyə Atif müəllim qışqırdı.
Maşın yenidən idarənin qabağında dayananda mühafizə‑
M A H İ R   Q A B İ L O Ğ L U
332


çilər şaşırdılar. Axı rəis təzəcə getmişdi. Atif müəllim avto‑
mobildən düşüb, iti addımlarla pillələri qalxdı. Otağına girdi.
Katibəsi nahar fasiləsindəydi. Boğazı qurumuşdu. Elektrik
çaydanından özüyçün su tökmək istədi. Amma otaqda nə
çaydan, nə çaynik, nə də balaca elektrik plitəsi vardı. Heç fin‑
can, qəndqabı da gözə dəymirdi. Bu an bacıqızı otağa girdi:
– Bacıqızı, çaydan, stəkanlar hanı?
Birincisi, bacıqızı yox, Dürdanə xanım. İkincisi də, Əmək
Məcəlləsini oxudum. Orda heç yanda yazılmayıb ki, katibənin
otağında bu ləvazimatlar olmalıdır. Bildiniz, Atif müəllim?
Ona görə də aparıb hamısını atdım zibil yeşiyinə.
Atif müəllim heç nə demədi. Daş qayaya rast gəlmişdi.
Peşman olmuşdu bacısı qızını işə götürməyinə. Əri qısqanc
olduğundan yalnız dayısının yanında, özü də gözü qaba‑
ğında işləməsinə icazə vermişdi. O da bacısının sözündən çıx‑
mayıb qızı işə götürməyə məcbur olmuşdu. İndi isə peşman
idi. Yaxşı ki, onunla təklikdə belə davranır. Birdən işçilərin
yanında danışsa necə olacaqdı? Əslinə qalsa bacısı qızı düz
deyirdi. İkincisi isə, qanuna riayət etməyi birinci elə özü tələb
etməyə başlamışdı. “Düz deyirsiniz, Dürdanə xanım” deyə‑
rək, Atif müəllim kabinetinə girdi. İşin başa çatmasını gözlə‑
yirdi. Saat altıya iyirmi dəqiqə qalmış kadrlar şöbəsinin
rəisiylə yenə otaqları gəzməyə başladı. Hamı yerindəydi, ka‑
tibəsi qarışıq beş qadından başqa. Qışqırmadı, əsəbləşmədi,
təmkinini qorudu. Bircə “Töhmət verilsin” deyib kabinetinə
qayıtdı. Yenə də pəjmürdə görünürdü. Cəza vermək, işçiləri
incitmək onun xasiyyətinə uyğun deyildi. Amma neyləsin ki,
gözünü qorxutmuşdular. Yox, qorxutmamışdılar, sadəcə gözü
qorxmuşdu. Sadəcə “Allah sənə lənət eləsin, Mirələm” deyib
özünü çətinliklə də olsa sakitləşdirirdi.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
333


Atif müəllim ertəsi günü işçiləri yoxlamağa çıxmadı.
Amma dünənki yoxlaması deyəsən öz nəticəsini vermişdi.
Kadrlar şöbəsinin müdirindən aldığı məlumata görə hamı
vaxtlı‑vaxtında iş başında idi. Atif müəllim də idarənin işlə‑
riylə məşğuluydu. Dünənki zəhmli, ciddi müdirdən sanki
əsər‑əlamət qalmamışdı. Beləcə bir həftə keçdi. Bazar ertəsi
Atif müəllim yenə də dəyişdi. Bir həftəlik “atəşkəs”dən sonra
arxayınlaşıb işə gecikməyə başlayan beş qadın yenə də Atif
müəllimin qəzəbinə tuş gəldilər. Bu dəfə cəzaları “şiddətli
töhmət” oldu. Amma Atif müəllim rəhm edib maaşlarından
kəsmədi. Kabinetinə çağırıb yüngülvari tənbeh etdi. Həftənin
sonunacan isə yenə sakitlik hökm sürdü. Amma işçilər yenə
səksəkədəydilər. İdarədəki vəziyyət “Slujebnı roman” kino‑
sundakı vəziyyətə bənzəyirdi. Yox, sevgi‑məhəbbət yox idi.
Əvvəllər hamı işləməyə can atırdısa, indi  beyinlərində  tur‑
niketə tez çatmaq, qeydiyyatdan vaxtında keçmək idi. Turni‑
ketlər quraşdırılsa da işə gecikmələr yenə də var idi. İcazə
almaq isə mümkünsüz idi.  Yas yerinə getmək istəyənlər
cümə axşamı yox, istirahət günündə, toya getmək istəyənlər
isə şadlıq sarayına – bərbərxanaya baş çəkib, evə gedib toy
paltarlarını geyinəndən sonra  – saat səkkizə, doqquza güclə
yetişirdilər. Kabab süfrəyə veriləndə. Yorğun‑arğın.
Amma əvəzində idarədə hər şey qaydasında gedirdi. Bircə
əhval‑ruhiyyə yox idi. Saat gəzdirməyib “xoşbəxt adam saat
gəzdirməz” deyə qürrələnən  işçilər belə özlərinə təzə saat al‑
mışdılar. Daim səksəkədə idilər. Gözləri yolda qalmışdı ki,
rəis onları niyə yoxlamır. Axı niyə otaqları gəzib başlarını sı‑
ğallamır. Niyə axı gecikəndə töhmətləndirə bilir, amma işə
vaxtında gəldiklərinə görə onlara yağlı bir “molodes” demir.
“Təşəkkür”, mükafat vermir.
M A H İ R   Q A B İ L O Ğ L U
334


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə