50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə80/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   77   78   79   80   81   82   83   84   85

liyəm. O biri deyir qaynanamın burnu qanamışdı. Bu biri
deyir rayona yasa gedirəm. Bütün işlərinizi saxlayın istirahət
gününə, ya da işdən sonraya. Bir nəfər işə geciksə, işdən tez
getsə, yazılı icazəsi və xəstəlik kağızı olmadan işdən yayınsa,
qovacam. Bildiz? Onca  dəqiqə gecikənlərin belə, maaşından
20 faiz tutulacaq. Əvvəl “Xəbərdarlıq”, sonra “töhmət”, sonra
“şiddətli töhmət” veriləcək. Dördüncü dəfə day töhmət‑zad
olmayacaq. Qovacağam işdən. Baş mühasib, eşitdin?
– Bəli, Atif müəllim.
Bu vaxt otaqdan hıçqırtı səsi gəldi. Təlimatçı Gülnarə idi
ağlayan.
– Sən niyə ağlayırsan? – deyə rəis soruşdu.
– Uşağı indi bağçaya kim qoyub,  kim götürəcək? Heç ol‑
masa saat beşdə çıxıb, güc‑bəla özümü  “İnşaatçılar” metro‑
sundan Günəşliyə çatdırırdım...
– Bilmirəm! – rəis onun sözünü ağzında qoydu. – Bunu
doğmamışdan qabaq fikirləşməliydiniz. O birilərinin də nə‑
zərinə. Uşaq, ər, qaynana, ailə, filan‑milan bilmirəm. Başa
düşdüz? Burada hamınız işçisiniz. Bir nəfər kimi hamınız
əmək qanunvericiliyinə əməl etməlisiniz. Qanunvericilikdə
işçilər “mat odinoçka”, uşaqlı‑muşaqlı kateqoriyasına bölün‑
məyib ki, mən də güzəşt edim. Mənimçün hamınız eynisiniz.
Rəis son sözünü də deyib bir az sakitləşdi. Amma əsməyi
getmirdi. Nə olmuşdu ona? Heç kim bilmirdi. Atif müəllim
kabinetinə qayıtdı. Katibə tez “apteçka”dan Validol çıxartdı.
Dayısına uzatdı. Atif müəllim Validolu dilinin altına qoydu.
“Allah sənə lənət eləsin, Mirələm” deyib əllərini stolun üs‑
tündə çarpazlaşdırdı. Beləcə başını əllərinin üstünə qoyub bir
müddət tərpənmədi.  Katibə də sakitcə otaqdan çıxdı. Cürət
də edib soruşmadı ki, “dayı, axı nə olub?”
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
327


Bir‑iki dəqiqədən sonra rəis başını qaldırdı. Elədiyi hərə‑
kətə, işçilərin üstünə qışqırdığına görə peşmançılıq hissi ke‑
çirirdi. Amma ki, yox. Dediyini demişdi. İşlər necə ki,
qanunauyğun gedirsə, nizam‑intizam da qanuna  uyğunlaş‑
dırılmalıydı. İcazə almağa son qoyulmalıydı. Nə olsun ki,
bunu özü də istəmirdi. Axı özü də nəvaxtsa rəisindən icazə
alanda, heç vaxt “yox” cavabı eşitməmişdi. Sıravi əməkdaş
olanda nə işə gecikdiyinə görə “töhmət” almışdı, nə də maa‑
şından tutmuşdular. Amma indi məcbur idi. Oturub sabahı,
yeni iş gününün başlanmasını səbirsizliklə gözləyirdi. Tufanı
sabah qoparacaqdı.
Səhər işə hamıdan tez gəlmişdi. Əgər işçilərdən nizam‑in‑
tizam tələb edirsənsə, birinci növbədə özün nümunə olmalı‑
san. Nə olsun ki, leksikonda “müdir işə gecikir” ifadəsi
yoxdur. Müdir yalnız  ləngiyə bilər, ya da idarənin vacib işlə‑
rini həll etdiyi üçün yubana. Amma Atif müəllim rəis keçən‑
dən alman dəqiqliyi ilə oturub‑duran adam idi. İşə gecikdiyini
görən olmamışdı. Bir sözlə, əvvəllər də nümunə idi.
Amma bacısı qızı olan katibəsi hər gün gecikirdi. Uşağı
bağçaya qoyanacan, işə çatanacan bir saat keçirdi. Dayısı da
ona dinmirdi. Xəbərdar idi işə gecikmək səbəbindən.
Atif müəllim işə gələndə həmişə birinci kabinetinə girirdi.
Amma bu dəfə kadrlar şöbəsinin qapısını açdı. Artıq hamı iş
başındaydı. Müdir də, işçilər də...
– Dəftər‑kitabını götür, gəl arxamca. – deyə amiranə şə‑
kildə dilləndi.
Ordan mühasibatlığa gəldilər. Mühasiblər yerindəydilər.
Baş mühasibi də götürüb gəldilər rəisin otağına. Qapı bağ‑
lıydı. Açarı çıxarıb qapını açdı:
– Gördünüz? Katibə işə gecikib. Mən öz bacım qızından
M A H İ R   Q A B İ L O Ğ L U
328


qayda‑qanun tələb etmirəmsə, başqalarına nə deyə bilərəm ki?
Bu zaman bacıqızı dəhlizin o başından göründü. Addım‑
larını tezləşdirərək özünü otağa çatdırdı:
– Dayı, bağışla gecikdim. Gülkanı bağçaya qoyurdum.
Anam sənə deyib də...
– Nə ana, nə dayı? Sənə demişəm ki, mənə iş yerində dayı
demə. Mən hamıyçun, səninçün də Atif müəlliməm. Bildin?
Kadrlar, birinci katibədən başlayırıq. “Xəbərdarlıq” elan olun‑
sun və maaşından 20 faiz tutulsun. Ağlı gəlsin başına.
Bacıqızı doluxsundu. Amma heç nə demədi. Atif müəllim,
kadrlar şöbəsinin müdiri və baş mühasib otaqları bir‑bir gəz‑
məyə başladılar. Hər şöbədən gecikən vardı. Hamısı da qa‑
dınlar. Şöbə müdirlərinin də verdiyi izahat oxşar idi:
“Uşaqlarını bağçaya qoyduqları üçün gecikirlər”. Amma Atif
müəllim heç birini bağışlamırdı. “Yaz, “Xəbərdarlıq” yaz.
Maaşından da 20 faiz tutun” deyə baş mühasibə göstəriş ve‑
rirdi. Arxasıyca da əlavə edirdi ki, “mən heç bacım qızına da
güzəştə getmirəm”. 
Beləcə rəis bütün şöbələri yoxlayıb otağına qayıtdı. Amma
bununla hirsi soyumadı. “Gecikən işçilər gələn kimi kabine‑
timə göndərin” dedi.  Bir saatdan sonra rəisin otağında “raz‑
borka”  başladı. Beş qadın idi. Amma onlardan yalnız biri,
təlimatçı Gulya ağlayırdı. O birilər isə sakit dayanıb rəisin dan‑
laqlarına qulaq asırdılar. Eləcə qulaq asırdılar. Cınqırları da
çıxmırdı. Bircə təlimatçı Gulya ağlayırdı. İçin‑için ağlayırdı.
Amma heç kim danışıb özünə haqq  qazandırmaq  istəmirdi.
Təkcə Atif müəllim danışırdı, kükrəyirdi, özündən çıxırdı, qış‑
qırırdı. Əmək Məcəlləsindən, qanunvericilikdən, buvaxtacan
üzüyumşaq olmasından, hətta bacısı qızı olan katibəsini belə
bağışlamamağından dil‑dil ötürdü. Qadınlar isə başlarını
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
329


aşağı salıb dinmirdilər. Bircə təlimatçı Gülya  ağlayırdı.
Atif müəllim sözünü qurtardı.
– Gedin işinizlə məşğul olun. Bir də gecikməyinizi görmə‑
yim. Kadrlar şöbəsi, əmrləri hazırla, gətir.
İşçilər otaqdan çıxdılar. Atif müəlliminsə qanı qaralmışdı.
Dili deyirdi bu sözləri, amma içində peşmanlıq hissi keçirirdi.
Bircə “Allah sənə lənət eləsin, Mirələm” deməklə özünü sa‑
kitləşdirirdi. Amma neyləsin ki, məcbur idi. Artıq idarənin
girişində turniketlər quraşdırılması üçün əmr vermişdi. İstə‑
mirdi ki, hər gün otaqları gəzsin. İşçilərlə üz‑göz olsun.
Əvvəl‑axır içərilərdən kimsə dözməyib cavab qaytaracaqdı.
O da məcbur olub işdən qovmalıydı həmin adamı. Məqsədi
isə kimisə işdən qovmaq deyildi. Sadəcə...
Turniketlər quraşdırılsaydı gecikənlərin adı, sayı birbaşa
kompüter informasiya mərkəzinə daxil olacaqdı. Hər şey av‑
tomatik rejimdə aparılacaqdı. İşə nə vaxt gəlmələri, getmələri,
hətta nahar fasiləsinə çıxma, qayıtma saatları belə. Çox inad‑
karlıqla başlamışdı bu işə Atif müəllim. Amma niyə? Birdən‑
birə dəyişməsinə səbəb nə idi? Axı xasiyyətcə çox həlim,
xeyirxah insan idi. Bu vaxtacan hamını başa düşürdü. Aybaay
ehtiyacı olanlara yardım yazdırırdı, mükafat da öz yerində.
Bəs birdən nə oldu ona? Nə oldu ona ki, onsuz da aşağı olan
məvacibdən iyirmi faiz kəsdirmək əmri verməyə başladı. Üs‑
təlik də “töhmət” alanlar mükafat üzünə də həsrət qalacaq‑
dılar. Amma heç kim rəisin 180 dərəcə dəyişməsinin səbəbini
cürət edib soruşmurdu. Hətta bacısı qızı olan katibəsi də.
Düzü, bacısı qızı incimişdi ondan. Artıq zəng edib anasına
da şikayətlənmişdi. Anası da telefonla “Atif qudurub. Yox, təq‑
sir onda deyil, arvadındadır. Qızışdırır qardaşımı ki, bəs ba‑
cınqızını bu cür pisikdir, ərizəsini yazıb işdən çıxsın. Qardaş
M A H İ R   Q A B İ L O Ğ L U
330


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə