50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə82/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   77   78   79   80   81   82   83   84   85

Yox, elə bilməyin ki, bu idarədə hamıya “afərin” düşür.
Əsla. Gecikənlər yenə də töhmətini alır, bəzilərinin isə maa‑
şından da kəsirdilər. Uşaqlarını bağçaya qoyub‑götürən beş
qadın isə bu siyahıda daimi idilər. Atif müəllim onları töhmət
atəşinə tutsa da, maaşlarından kəssə də, mükafatdan, yardım‑
lardan məhrum etsə də, işdən qovmurdu.  Hörməti də artırdı.
Demə tələbkar olmaqla da savab qazanmaq mümkün imiş.
İşçilər “rəis vallah yaxşı adamdır. Söyür, töhmət verir, maaşı,
mükafatı kəsir, amma işdən çıxartmağa qıymır. Sağ olsun,
insan adamdır” deyə rəisi alqışlayırdılar. Bəziləri isə “töhmət‑
dir də... qoy versin” deyirdilər.
Amma günlərin bir günü bacıqızı bu töhmətlərdən bezdi.
Ərizəsini yazıb bir də işə gəlmədi. Düzü, Atif müəllim sevi‑
nirdi. Axı, onu çıxarmağa cürət etmirdi. Tez arvada zəng elədi
ki, bəs qohum‑əqrəbaya yaysın ki, “bəs Dürdanə öz arzusu
ilə ərizəsini yazıb, işdən çıxıb. Atifsə qol çəkmək istəmir. Qa‑
yıtsın dala. Qayıtmasa sonra ərimdə təqsir görməsinlər”. O
biri üç  qadın da “ərimiz var, canı çıxsın saxlasın bizi” deyib,
nümayişkaranə ərizələrini rəisin stolunun üstünə qoydular.
Atif müəllim heç tükü tərpənmədən onların əmrlərini verdi.
Bircə təlimatçı Gülyadan başqa.
Beləcə aylar ötürdü. Atif müəllim daha “Allah sənə lənət
eləsin, Mirələm” sözlərini də demirdi. Artıq yadından çıxar‑
mışdı. Turniket quraşdırılanı əsəbləri də sakitləşmişdi. Töh‑
mət verəndə, maaş, mükafat kəsəndə pərt‑peşman olmaq
nədir, heç tükü də tərpənmirdi. Çünki töhməti işçilərlə üz‑
göz olandan sonra vermirdi. Üstəlik, təqsiri  hər şeyi qeydə
alan kompüterin  üstünə atırdı.
Amma günlərin bir günü prokurorluqdan çağırış kağızı
aldı. Bir an soyuq tər basdı Atif müəllimi. Görəsən, nə günah
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
335


işlədib? Tez nazirlikdəki böyüklərinə zəng elədi. Onlar bu ça‑
ğırışdan xəbərsiz olduqlarını dedilər. Yəni ki, bu, idarə işlə‑
riylə əlaqəli deyil. Bəs nə eləmişdi ki, Atif müəllim? Tez,
hövlnak özünü prokurorluğa çatdırdı. Müstəntiqin otağına
girdi. Həyəcanından əlləri, dili‑dodağı əsirdi. Müstəntiq isə
tələsmirdi. Onu niyə çağırmasının səbəbini söyləmirdi. Eləcə
“idarədə nə var, nə yox?”, “işçilərin əhval‑ruhiyyəsi necə‑
dir?”, “onlardan razısınızmı?” sualları verirdi. Atif müəllimin
isə  fikri çağrılmağının səbəbində  olsa da suallara təmkinlə
cavab verirdi. Amma yenə də anlamırdı ki, onu prokurorluğa
niyə çağırıblar, bu suallar nəyi izah edir axı. Nəhayət:
– Atif müəllim, sizin Gülnarə adlı işçiniz var? Təlimatçı iş‑
ləyir sizdə.
– Bəli, var.
– Necə işçidir?
– Cənab müstəntiq, yaxşı işçi olmasına yaxşı işçidir. Amma
yaman intizamsızdır. İşə gecikir, evə tez gedir. Axır iki gün‑
dür ki, ümumiyyətlə işə gəlmir. Yorulmuşam ona töhmət elan
etməkdən. Maaşını da kəsirik, mükafatını da...  dərs olmur ki,
olmur.
– Deməli intizamsız işçidir. Belə də yazaq. Bunu kadrlar
şöbəsinin müdiri təsdiq edə bilərmi?
– Bəli. Nəinki şöbə müdiri, kompüter də təsdiq edər. Bizdə
turniket sistemidir. Necə bəyəm?
– Heç, elə‑belə soruşdum. Deyirsiniz ki, iki gündür ki, işə
gəlmir. Heç maraqlanmısınızmı ki, niyə gəlmir? Nə olub ona?
– Mən bildiyimə görə körpə uşağı var. Yəqin xəstələnib, o da
“bolniçnı” açdırıb. Biz də belə şeylərə çox ciddi nəzarət olunur.
Hətta işdən də qovuruq səbəbsiz yerə işdən yayınanları. Cənab
müstəntiq, bütün bunları bilmək olar ki, niyə soruşursunuz?
M A H İ R   Q A B İ L O Ğ L U
336


– Bəli, niyə olmaz ki... sizin işçiniz evində ölü tapılıb. Kör‑
pəsinin fasiləsiz ağlaması qonşuların nəzərini cəlb edib. Onlar
da polisə zəng ediblər.  İndi ekspertizanın cavabını almışıq ki,
ana özünü zəhərləyərək öldürüb. İntihardan qabaq məktub
da yazıb. Özünü öldürməkdə sizi günahlandırır. Hüquqi dillə
desək, intihar həddinə çatdımısınız Gülnarə xanımı.
Atif müəllimin rəngi ağardı. Əlləri  əsməyə başladı. “Allah
sənə lənət eləsin, Mirələm” deyib, başını stolun tininə dayadı.
İttiham ciddi idi. Nə cavab verəcəyini bilmirdi. Görəsən bu
ittihamın arxasında nə dayanırdı. Təlimatçı Gülnarə son mək‑
tubunda nə yazmışdı?
– Atif müəllim, Mirələm kimdir? – sükutu müstəntiqin səsi
pozdu.
– Heç, bir müəllim dostumuzdur.
– Yaxşı, siz gedin. Hələlik bu qədər. Sabah saat 12‑də göz‑
ləyəcəyəm sizi.
Müstəntiq Atif müəllimin buraxılış kağızına qol çəkib
verdi. Dəhlizə çıxanda kadrlar şöbəsinin müdirini orda gördü.
Qoltuğunda da qovluq. Heç nə soruşmadı. Bilirdi ki, nə kağız‑
kuğuzdur. İşçilərin davamiyyəti ilə bağlı çıxarışlar və cəzalan‑
dırılmasıyla əlaqədar verdiyi əmrlər. Özündən arxayın idi.
Hər şeyi o istəməsəydi də belə kompüter qeydə almışdı. Gül‑
narə özünü öldürdüyü zaman kəsiyi iş saatı ilə üst‑üstə düş‑
səydi belə, bunu hüquqi baxımdan sübut etməyə gücü
çatacaqdı. Bu dəfə demədi “Allah sənə lənət eləsin, Mirələm”.
“Sağ ol, Mirələm. Yaxşı ki, məni vaxtında ayıltdın” dedi.
İşə gəldi. Təlimatçı Gülnarənin işlədiyi şöbəyə girdi. Artıq
hamının xəbəri vardı. Oturduğu stola şəklini və qabağına iki
dənə qərənfil qoymuşdular. İşçilərdən biri “sən öldürdün onu,
o özünə heç vaxt qıymazdı. Sən çatdırdın onu bu vəziyyətə”
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
337


deyə qışqırdı. Atif müəllimin başı hərləndi. Düzü bu sözlərdən
sonra bir az da əsməyə başladı. Müstəntiq işçiləri çağırsaydı işi
lap fırığ olacaqdı. Bəs görəsən məktubda nə yazılmışdı. Əsas
məktub idi. Gülnarə onu nədə günahlandırırdı ki? Bir müdir
kimi ondan nizam‑intizam tələb etməyi idimi günahı? “Allah
sənə lənət eləsin, Mirələm. Təki o cüməaxşamında yanaşı otur‑
mayaydıq” deyə Atif müəllim öz‑özünə donquldandı. Kabine‑
tinə qayıtdı. Bir azdan kadrlar şöbəsinin müdiri də gəldi.
Müstəntiqə təqdim olunan sənədlərin qaydasında olduğunu
söylədi. Sabah isə Gülya işləyən şöbənin bütün işçilərinin istin‑
taqa çağrıldığını bildirdi. Atif müəllimi soyuq tər basdı. Halı qa‑
rışdı. İdarədə ona bu sözü deyən işçinin müstəntiqə hansı
ifadəni verməsini anlamaq çətin deyildi. Amma əsas şöbə işçi‑
lərinin verəcəyi ifadələr yox, məktubda yazılanlar idi. Nə yaz‑
mışdı görəsən təlimatçı Gülnarə. Axı özünü öldürmək, körpəsini
yetim qoymaq  çox dəhşətli bir cinayət sayılır. Bu cinayəti etməyə
sövq edən isə ikiqat cinayətkardır. Daha ağır cəzaya layiqdir.
Atif müəllim ha elədisə gecəni yuxuya gedə bilmədi. Səhəri
dirigözlü açdı. İşə dəyib, prokurorluğa yollandı. İşçiləri artıq
burdaydı, ifadə verirdilər. O isə gözləyirdi. Nəhayət sonuncu
işçi də ifadəsini verib çıxdı. Lənət dolu baxışlarla süzərək, ona
tərəf tüpürdü də. Atif müəllim təmkinini pozmadı. Onu maraq‑
landıran yalnız məktubda yazılanlar idi. O isə dəhlizdə gözlə‑
yirdi. Çox gözlədi. Nəhayət ki, müstəntiq onu otağa dəvət elədi.
–  Hər şeyi araşdırdım. Məktubda yazılanlarla mənə təq‑
dim edilən sənədlər, işçilərinizin verdiyi ifadələr üst‑üstə
düşür.
Atif müəllimin başı hərləndi. Özünü güclə ələ aldı. De‑
məli, hər şey “sübutalnı‑dokumentalnı” təsdiqini tapmışdı,
əlli‑ayaqlı gedirdi.
M A H İ R   Q A B İ L O Ğ L U
338


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə