50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə85/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   77   78   79   80   81   82   83   84   85

Atif müəllim işə qayıtdı. Kabinetinə girdi. Ərizəsini yazıb
qovluğa qoydu. Maşınına minib nazirliyə yollandı. Mirələm
müəllimə lənət oxumurdu. Sadəcə anlamışdı ki, daha nizam‑
intizam qanunlarıyla işləmək istəmir. Bunun üçün də rəislik‑
dən uzaqlaşmalıdır. Mənəvi qanunlar rəsmi qanunlardan
qat‑qat yüksək və ülvidir. Sonu cəza olsa belə.
2016
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
347


ANAM AĞLADI
(hekayə)
– Anam ağladı?
– Yox, ay Məhərrəm, nə oyundan çıxmamışam səhərdən.
Ağı deyən o arvad da öz yerində. Ağlamır ki, ağlamır, – deyə
Afət gözlərini ərinin gözünə dikib eləcə dondu. Sanki o idi
təqsirkar qayınanasının ağlamamağında.
– Əgər ağlasa, de. Muştuluğun məndə.
Məhərrəm bunu deyib, mənimlə birlikdə yas çadırından
kənara çəkildi. Siqaret yandırdı. Dərindən qüllab vurub, ah
çəkdi. 40 günüydü ki, nə gecəsi vardı, nə də gündüzü. Ana‑
sını güdürdü. Onun bir gilə göz yaşına həsrət qalmışdı. Fəx‑
riyyə xala isə ağlamırdı ki, ağlamırdı. Yeməyini də əməlli
yemirdi. Bir dəri qalmışdı, bir sümük.
Məhərrəmlə mən həmkəndliyik. Həm qonşuyuq, həm də
məktəbdə bir sinifdə oxumuşuq. Sakit ailədirlər. İki qardaşdır‑
lar, beş bacı. Daha doğrusu, iki qardaş idilər. Atası da rəhmətə
gedib. Evin kişisi Məhərrəm sayılırdı. Məktəbi bitirəndən sonra
əsgərliyini çəkib kəndə qayıtmışdı. Özü də ki, desant ordu‑
sunda xidmət etmişdi. Yəni ki, yalın əllə başkəsən. Sovet vaxtı
desantçılara belə deyirdilər. Kənddə traktorçu işləyirdi. Qardaşı
isə məktəbi təzə qurtarmışdı. O da pəhləvan cüssəli idi. Xarici
görünüşü belə olsa da, ruhən şair təbiətli idi. Ədəbiyyatçı olmaq
istəsə də, ali məktəbə daxil ola bilməmişdi. Əkin‑biçində, mal‑
qara saxlamaqda qardaşına, anasına kömək edirdi.
Kəndimiz Hadrutun erməni yaşayan kəndləriylə qonşu
idi. Demək olar ki, hər gün atışma olurdu. Amma hücuma
M A H İ R   Q A B İ L O Ğ L U
348


keçmirdilər. Ona görə yox ki, cürət etmirdilər. Yaxud da ki,
silahları yox idi. Sadəcə, on illər boyu çox mehriban şəraitdə
yaşamışdıq onlarla. Qız da almışdıq. Kirvəlik qohumluğu‑
muz da vardı. Amma nə edəsən ki, müharibə başlanmışdı.
Ölüm‑itim olmamışdı. Sadəcə hər iki tərəfdə səngər qazıb
burun‑buruna, üz‑üzə dayanmışdıq. Bəzən səngərdən qışqı‑
rırdılar ki, “arra, bizdə taxsır yoxdu. Vallah bu oyunu Ermə‑
nistandan gələnlər çıxarıblar”.
Amma artıq gec idi. Tüfənglər açılmışdı. Biz artıq kirvə
yox, düşmən idik. Qeyrətlərinə sığışdırmayıb, erməni arvad‑
larını geri qaytarmayan kəndçilərimiz isə el‑obanı tərk etmiş‑
dilər. Uşaqlarının xətrinə. Özümüz də başa düşmürdük ki, bu
beynəlmiləl cütlüklərin uşaqları ermənidir, yoxsa azərbay‑
canlı. Öz aramızda elələrini AZ‑ERLƏR çağırırdıq.
Atışma səsləri eşidilsə də nə əkin‑biçindən, nə də mal‑qa‑
ranı örüşə çıxarmağımızdan qalırdıq. Qorxmurduq erməni‑
lərdən. Bilirdilər ki, bir qoyunumuzu belə öldürsələr, kəndi
dar edərik onlara. Hələ xəbərdarlıq da eləmişdik ki, xoşluqla
çıxıb getsinlər. Yoxsa sonu pis olacaq. Amma köçmürdülər.
Dediklərinə görə köçmək istəyirlər. Amma Ermənistandan
gələn ermənilər onlara icazə vermirlər. Özü də ki, Yerevandan
gələnlər Qarabağ ermənilərini “ikinci sort erməni” adlandı‑
rıb, təhqir də edirdilər.
Amma “ilanın ağına da lənət, qarasına da” misalını yad‑
dan çıxarmayıb,  kəndin kişiləri silaha sarılıb, səngərlərdə
gecə‑gündüz keşik çəkirdilər. Hərdən‑bir güllə atıb, erməni‑
lərin yuxusuna haram qatırdıq. Onlar da sakit dayanmırdılar.
Əvəz‑əvəz bir‑iki avtomat darağını havaya boşaldırdılar ki,
bəs biz də varıq.
Amma günlərin bir günü Məhərrəmin qardaşı Faiqin öldü‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
349


rülməsi xəbəri aranı qarışdırdı. Daha doğrusu, səngərdə, vu‑
ruşda öldürsəydilər bizi yandırmazdı. Deyərdik ki, şəhid oldu.
Faiq mal‑qaranı örüşə çıxarmışdı. Axşam mal‑qara geri döndü,
amma o, yox. Sürüdən bir inək də çatışmırdı. İki‑üç gün ətrafı,
meşəliyi axtardıq. Tapa bilmədik. Qonşu ermənilərlə əlaqəyə
girdik ki, birdən girov götürərsiniz ha... Onlar da and‑aman
elədilər ki, “vallah xəbərimiz yoxdur”. İki‑üç gündən sonra isə
ağ bayraq qaldırıb səngərə yaxınlaşıblar ki, “bəs inək keçib o
biri erməni kəndinin ərazisinə, Faiq də malın arxasınca. Pus‑
quda dayanan erməni “boevikləri” onu girov götürüblər. Bizim
də xəbərimiz olmayıb. İşgəncə verib, öldürüblər. İndi də bizə
deyirlər ki, danışıqları siz aparın. Ölünü sizə təhvil vermək,
əvəzində də 100 litr benzin istəyirlər”.
Ağsaqqallar Məhərrəmə, anasına heç nə demədən benzini
tapıb verdilər. Faiqin ölüsünü təhvil aldılar. Ölü tanınmaz və‑
ziyyətə salındığından Məhərrəmə məsləhət gördülər ki, anası
Faiqi bu vəziyyətdə görməsə yaxşıdır. O da razılaşdı. Tez
məscidə aparıb, yuduzdurdular, kəfənlədilər. Sonradan ta‑
butu həyətə gətirdilər. Bax onda anası, bacıları xəbər tutdular
ki, bəs Faiqi ermənilər öldürüb. Bacıları tabutun ətrafında
çöküb saçlarını yolmağa, üz‑gözlərini cırmağa başladılar. Səsə
bütün kənd tökülüb gəldi. Fəxriyyə xala isə tabutun baş tərə‑
fində ayaq üstə dayanıb sanki donmuşdu. Nəinki qışqırır,
şivən qoparır, heç ağlamırdı da. Gözünü tabuta dikib, eləcə
durmuşdu. Məhərrəm də ağlamırdı.
Birdən Fəxriyyə xala “Susun!!!” deyə qışqırdı. Bacılar o
an səslərini kəsdilər. “Rədd olun tabutun ətrafından!” deyə
ana ikinci dəfə qışqırdı. Bacılar, qohum‑qonşu ayağa durub
kənara çəkildilər. Fəxriyyə xala tabuta yaxınlaşıb Məhərrəmi
yanına çağırdı.
M A H İ R   Q A B İ L O Ğ L U
350


– Aç kəfəni! Mən oğlumla sağollaşmaq istəyirəm. – dedi.
Bunu eşidən kəndin ağsaqqalı mollaya başıyla işarə verdi.
O da tez irəli keçib:
– Olmaz, Fəxriyə arvad, kəfənləmişik. Pakdır oğlun. Gü‑
nahdır kəfəni açmaq, – deyə ananı bu inadından döndər‑
məyə çalışdı. Fəxriyyə xala isə:
– Məhərrəm, sənə deyirəm ki, aç kəfənin düyününü! Eşit‑
din? – deyə yenə qışqırdı.
Məhərrəm çaşıb qalmışdı. Çevrilib kəndin ağsaqqalına,
mollasına baxdı. Bilmirdi ki, nə etsin. Anasına qulaq assın,
yoxsa ki, kəndin ağsaqqallarına. Fəxriyyə xala bu dəfə heç nə
demədi. Tabutun baş tərfində diz çöküb, kəfənin düyününü
açdı. Və dondu. Ermənilər Faiqin qulaqlarını, burnunu kəs‑
mişdilər, gözlərini çıxarmışdılar. Dişlərini tökmüşdülər. Al‑
nının dərisini soymuşdular. Fəxriyyə xala iki dəqiqə oğlunun
cəsədinə beləcə tamaşa etdi. Sonra üzündən öpüb, baş tərəf‑
dən kəfəni yenidən düyünlədi. Üzünü mollaya tərəf tutub:
– Aparın, basdırın! – dedi.
Faiqi aparıb kənd qəbiristanlığında dəfn elədik. Məhərrəm
də özünə gələ bilmirdi. Bir‑iki dəfə səngərdə növbə çəkəndə
dəstənin komandirindən icazəsiz, sürünə‑sürünə düşmən
səngərinə tərəf irəliləyib, çoxdan tanıdığı iki erməni silahlısını
öldürmüşdü də... Sonra da sevinə‑sevinə Fəxriyyə xalanın
yanına qaçıb “Ana, gözün aydın. Öldürdüm Aşotla Karapeti.
Aldım qardaşımın qisasını” deyib gözaydınlığı da vermişdi.
Fəxriyyə xalanın isə heç tükü də tərpənməmişdi.
“Aşotu? Karapeti? O sısqa gədələri? Mənim pəhləvan cüssəli,
dağ boyda oğlumu öldürüblər e... Aşot, Karapet mənim oğ‑
lumun heç dırnağı boyda da deyildilər” demişdi.
Məhərrəm isə bilmirdi nə etsin. Qardaşı ölən gündən
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
351


anası sanki havalanmışdı. Qışın soyuğunda, gecə yarısı ayaq‑
yalın, başıaçıq eşiyə çıxar, pay‑piyada qəbiristanlığa gedərdi.
Məhərrəm də əlində anasının ayaqqabısı, paltosu onun arxa‑
sınca qaçardı. Fəxriyyə xala yatmırdı. Məhərrəmin də yuxusu
ərşə çəkilmişdi.
Kənd ağsaqqalının yanına gedib dərdini danışanda, o da
“mən bilirdim ki, belə olacaq. Ona görə əvvəlcədən dedim ki,
qoymayın uşağın üzünü görsün” cavabı vermişdi. Fəxriyyə
xala ağlamırdı, məzarı da qucaqlamırdı, fəryad da qopar‑
mırdı. Sadəcə hər gün gecə qəbiristanlığa gedər, məzara baxıb
geri qayıdardı. Məhərrəm də onunla bir yerdə.
Həkim yanına da getmişdilər. Məsləhət bilmişdi ki, çalışın
ana ağlasın. Ağlasa boşalacaq. Məhərrəm də bu məsləhətdən
sonra arvadının, bacılarının gününü göy əskiyə döndərmişdi.
Evdə hər gün vay‑şivən idi. Bu işə qonşu arvadları da qoş‑
muşdu. Fəxriyyə xalanı qucaqlayar, ağı deyər, saçlarını yolar,
üz‑gözlərini cırardılar. Ki, təki bir gilə yaş gəlsin gözündən.
Amma ana ağlamırdı.
Kimsə məsləhət görmüşdü ki, qonşu kənddə yaxşı ağı
deyən var. Onun qarşısında heç kim dayana bilmir, o saat
gözlərindən yaş sel kimi gedir. Məhərrəm də 40 mərasimin‑
dən qabaq gedib arvadı tapmışdı. Pulunu da artıqlamasıyla
vermişdi. Demişdi ki, anamı ağlada bilsən, şirinliyin məndə.
***
40 mərasimi isə artıq başa çatırdı. Hava qaralırdı. Fəxriyyə
xala isə ağlamırdı ki, ağlamırdı. Ağı deyən arvad çadırdan
çıxıb bizə tərəf gəldi. Başını buladı. O da ümidləri doğrulda
bilməmişdi. Məhərrəm onu maşına mindirib yola saldı.
Özünə yer tapmırdı. Atasını uşaqkən itirmişdi. İndi isə qar‑
M A H İ R   Q A B İ L O Ğ L U
352


daşını. Anasını belə tez itirmək istəmirdi.
Fəxriyyə xalanın heç 50 yaşı yox idi. Bizim kənddə qızları
tez ərə verirlər. Məhərrəm onun ilkiydi. 28 yaşı vardı. Faiq
rəhmətlik isə sonbeşiyi. Arada isə beş qızı dünyaya gəlmişdi.
Onlardan ikisi ərdəydi.
40 mərasimini də belə yola verdik. Kənd camaatı çıxıb
getdi. Bu gün Məhərrəmlə mənim növbəm idi. Səngərə get‑
məliydik. Məhərrəm arvadını səslədi. “Afət, mən gedirəm.
Anamda gözün olsun. Bir şey lazım olsa, qardaşını hayla”
tapşırığını verdi.
Təmas xəttinə gəlib növbəni təhvil aldıq. Qaranlıq düş‑
müşdü. Məhərrəmin isə narahatlığı getmirdi. Erməni kəndinə
tərəf baxır, hərdənbir o tərəfə atəş də açırdı. Bilə‑bilə ki, güllə
gedib ora çıxmayacaq. Aşotla Karapeti öldürəndən sonra ermə‑
nilər də bir az fəallaşmışdılar. Bir‑iki dəfə hücum eləməyə cəhd
eləsələr də, yerlərində oturtmuşduq. Elə hey deyirdilər ki, “niyə
axı Aşotla Karapeti öldürdünüz? Axı, onların da, bizim də təq‑
sirimiz yoxdur. Faiqi biz öldürməmişik. Onu qonşu kəndi qo‑
rumağa gələn suriyalı erməni‑boeviklər öldürüb”.
Amma ki, olan olmuş, keçən keçmişdi. Bu bir qisas idi.
Məhərrəmin qardaş qisası. Amma bu da Fəxriyyə xalanı so‑
yutmurdu. Bir gilə yaş nədir ki, gözündən düşmürdü ki, Mə‑
hərrəm də sakitləşə. Fəxriyyə xala “get bütün erməni kəndini
yandır‑tök, bax bu qisasdır” desəydi, Məhərrəm onu da
edərdi. Lap həlak olsaydı da edərdi. Əsgərlikdə bunu da öy‑
rətmişdilər ona.
Gecə yarını keçirdi. Məhərrəm isə səngərdə o baş‑bu başa
var‑gəl edir, hərdən də avtomat sandığının yarısını qarşı tə‑
rəfə boşaldırdı. Amma güllələrin heç biri nəinki kəndə, heç
səngərə də çatmırdı. Komandir də onu sakitləşdirə bilmirdi.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
353


Birdən mənə tərəf dönüb:
– Həsən, ay Həsən.
– Nədi, Məhərrəm?
– Ağlıma belə bir fikir gəldi. Mən gedirəm o biri erməni
kəndinə. Elə et ki, komandir bilməsin. Yaxşı?
– Mən də səninlə gedirəm.
– Yox, olmaz. Tək gedəcəyəm.
– Başın xarabdır? Onlar səninçün Aşot, Karapet deyillər
e... Xaricdə xüsusi təlim keçmiş ermənilərdi. Bir də ki, getdin,
öldürdün, gəldin. Nə xeyri var ki? Anan ağlasaydı, Aşotu, Ka‑
rapeti öldürəndə ağlayardı da...
– Yox, ağlıma başqa fikir gəlib.
Məhərrəm getdi. Səhər oldu, qayıtmadı. Komandir də mə‑
sələdən xəbər tutdu. Komandir deyəndə ki, başçımız kolxoz
sədrimiz idi. Məni tənbeh də elədi. “Böyük‑zad saymırsız.
Lap cızığınızdan çıxmısınız. Böyük olmusunuz mənimçün.
Necə icazə vermisən Məhərrəmə, get indi Fəxriyyə arvada da
elə cavab ver” dedi.
Dərd məni götürmüşdü. Fəxriyyə xalaya desəm ki, Məhər‑
rəm erməni kəndinə getdi... Tüpürəcək sifətimə ki, “ay oğraş,
bəs sən niyə onunla getmədin? Dostunu tək buraxdın”.
Səngərdən kəndəcən yol boyu nə edəcəyimi bilmirdim. Evi‑
mizə getmədim. Məhərrəmgilin həyətinə girdim. Qapılarını
döymədim. Bu an Fəxriyyə xala həyətə çıxdı. Mənə yaxınlaşdı.
– Bəs Məhərrəm hanı? – deyə soruşdu.
Dinmədim. Başımı aşağı saldım. Daha doğrusu, nə cavab
verəcəyimi bilmirdim. Bilirdim e... Verdiyim cavabdan sonra
eşidəcəklərimi eşitmək istəmirdim.
– Səndən soruşuram ki, Məhərrəm hanı? – Fəxriyyə xala
qışqırdı. Əlini başına aparıb, qara yaylığını çıxarıb yerə atdı.
M A H İ R   Q A B İ L O Ğ L U
354


Bu dəm Məhərrəmin səsi gəldi.
– Ana, ay ana! – deyərək darvazanın qapısını açıb, çiyninə
atdığı hərbi paltarlı biri ilə həyətə girdi. Anasına tərəf yeriyib
çiynindəki yekəpər, əli‑qolu bağlı hərbiçini onun ayaqları al‑
tına atdı. Özünün və qənimət silahı çiynindən çıxarıb mənə
verdi. Və sevincək, – Ana, ermənidir e... özü də ki, “boyevi‑
kindən”. Boynuna aldı. Faiqə bu işgəncə verib öldürüb. Özü
də Suriya ermənisidir.
Fəxriyyə xala dinmədi. Gözünü ayağı altında sərələnən və
ona yalvarış dolu baxışlarla baxan erməni “boyevik”inin gö‑
zünə dikdi. Məhərrəm isə balaca uşaq kimi sevinirdi.
– Həsən, ordan metrəni gətir.
– Metrəni neyləyirsən? – deyə soruşdum.
– Gətir. Lazımdır.
Tez saraya girib metrəni tapdım. Gətirib Məhərrəmə ver‑
dim. O da ermənicə “ə, boyevik, düz uzan” deyib, onun bo‑
yunu ölçdü. Və sevincək:
– Ana, Faiqin boyu bir metr səksən beş santi idi, bu isə bir
səksən yeddidir. Faiqdən də iki santimetr çox. Ana, bax, nə
desən edəcəyəm buna. Desən ki, “öldür” öldürəcəyəm, “burax
getsin” desən, buraxacağam. Amma qurban olum, ağla.
Fəxriyyə xala isə dinmirdi. Eləcə gözünü “boyevik”in gö‑
zünə dikib dayanmışdı. Məhərrəm isə əmr gözləyirdi. Artıq
bıçağı da cibindən çıxarmışdı. Fəxriyyə xala isə heç nə de‑
mirdi. Məhərrəm birdən çönbəlib, “boyevik”in saçından ya‑
pışıb, başını sinəsinə sıxdı.
– Nə etmişdi qardaşım sənə? Hə? Nə etmişdi denən də...
Qulağın kəsdin qardaşımın? Necə? Belə? – deyib onun sağ
qulağını kəsdi. “Boyevik”in qışqırığı aləmi götürdü. Qanı fış‑
qırmağa başladı. Fəxriyyə xala isə dinmirdi. Bu mənzərəni sa‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
355


kitcə seyr edirdi. Məhərrəm anasının dinmədiyini görüb,
hönkürməyə başladı. Bəlkə də hirsindən ağlayırdı.
Mən isə bilmirdim nə edim. Məhərrəmin qabağını alımmı,
yoxsa kömək edim? Amma yerimdən tərpənə bilmirdim.
Sanki kimsə mıxlamışdı məni yerə. “Boyevik” isə ermənicə
nəsə deyirdi. Məhərrəm:
– Burnunu niyə kəsdin qardaşımın. Sən kəsmədin? Sən‑
gərdə gəbərtdiyim o biri dostların kəsdi? Yalan danışma! –
deyib, onun burnunu da kəsdi. Qanı Fəxriyyə xalanın üstünə
sıçradı. “Boyevik”in huşu getdi.
Məhərrəm bir az sakitləşdi. Anasının gözlərinə baxdı. Orda
bircə gilə yaş axtarırdı. Amma tapa bilmirdi.
– Ana, qurban olum, ağla. Bu ermənidir. Sənin oğlunu öldü‑
rən erməni. Vallah budur. Üç nəfər idilər. İkisini gəbərtdim. Bax
pasportları da xaricidir, – deyə cibindən üç dənə pasport çıxarıb
anasına tərəf uzatdı, –  Suriya vətəndaşlarıdır. Adları da, fami‑
liyaları da ermənidir. Muzdludurlar. Yalnız buna gücüm çatdı
gətirməyə. Ana, qurban olum, ağla. Nə olar, ağla. Yoxsa mən
dəli olacağam, ana. Məni bu əzabdan qurtar, ay ana. Ağla!
Fəxriyyə xala isə dinmirdi. Eləcə gözünü huşsuz yerə sə‑
rələnən, qanı axan “boyevik”ə zilləyib durmuşdu. Birdən Mə‑
hərrəm hönkürməyini saxladı, sifəti ciddiləşdi. Həyətin o
başında duran traktoruna tərəf qaçmağa başladı. Mühərriki
işə saldı. Yerə sərələnmiş “boyevik”ə və anasına tərəf sür‑
məyə başladı. Anası isə sanki onu görmürdü. Məhərrəm isə
sürürdü. Fəxriyyə xalaya az qalmış tez irəli qaçdım. Arvadı
arxadan qucaqlayıb geriyə çəkdim. Traktorun tırtılları “boye ‑
vik”in üstündən keçdi. Əli biləyindən, ayağı bədənindən ay‑
rıldı. Qanı, bağırsaqları qırağa pırtladı. Məhərrəm özündə
deyildi. Sakitləşmirdi. Erməni muzdlu artıq torpağa gömül‑
M A H İ R   Q A B İ L O Ğ L U
356


müşdü. Görükmürdü. Məhərrəm isə traktoru yerində fırladıb
dairə cızırdı. Cəsəd yerlə‑yeksan oldu. Mühərrik nər‑nər nə‑
rildəyirdi. Məhərrəm isə qışqırırdı. Səsə bütün kənd həyətə
yığışıb bu müdhiş mənzərəni seyr edirdi. Beləcə bir‑iki də‑
qiqə çəkdi. Məhərrəm sakitləşdi. Traktoru kənara çəkib sax‑
ladı. Ortada bir dairə yaranmışdı. Erməni “boyevik”in cəsədi
torpaqda şəkil kimi görünürdü.
Məhərrəm bir müddət sükanın arxasından tərpənmədi.
Sonra üzünü anasına tərəf döndərdi. Gözünü gözlərinə
dikdi. Fəxriyyə xalaya baxdım. Gözlərində yaş gilələnmişdi.
Məni kənara itələyib traktorun cızdığı dairəyə yaxınlaşdı.
Əvvəl erməni boyevikinin qırağa düşmüş əlini götürdü, sonra
ayağını. Dairənin ortasına qoydu. Sonra diz çöküb, torpağı
dırnaqları ilə eşməyə başladı. Qanlı əzaları bir‑bir torpaqdan
çıxarıb dairənin ortasına toplamağa başladı. Paltarının yaxa‑
sını cırdı. Saçlarını yolub, üz‑gözünü cıra‑cıra və bərkdən
hönkürərək:
– Allah, ay Allah. Allah, ay Allah. Bu nə gündür bizi sal‑
dın, ay Allah. Allah, bu nə gündür, bizə göstərdin, ay Allah!
– fəryad edərək cəsədin bir yerə qalaqlanmış parçaları ətra‑
fında dövrə vurmağa başladı. Sonra isə həyətdən çıxıb qəbi‑
ristanlığa tərəf qaçdı. Məhərrəm isə yerindən tərpənmirdi.
Eləcə traktorunda oturub, anasının bir yerə qalaqladığı cəsə‑
din qalıqlarına baxırdı. Həyətə yığışan kənd camaatı isə bir‑
bir onun yanıdan keçib, – Məhərrəm, ay Məhərrəm, gözün
aydın! Anan ağladı, – deyərək evlərinə dağılışırdılar.  
2016 
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
357


KITABIN İÇİNDƏKİLƏR:
ÖN SÖZ və ya “Əlli yaşında mən...” .......................................3
ŞƏXSİYYƏT Əhliman Əmiraslanov ........................................4
Zeynəb Xanlarova kimdir? ......................................................16
Mülatif Adurovun hövsələsi ...................................................38
Vahid Mustafayev kimdir və ya  “Əəə, nooolsun?” ............46
Bir əfvin tarixçəsi ......................................................................56
Mənim Modern.az‑ım ..............................................................71
Mənəvi zəncirin həlqəsi ...........................................................74
Hüseynbala Mirələmov kimdir?.............................................79
Heydər Əliyevin tərbiyəvi dərsləri ........................................88
Emin Ağalarovun bir mahnısı.................................................94
Mir Şahinin suçu nə? ................................................................97
General şərəfi...........................................................................104
Qabildən Vaqif Bəhmənliyə məktub ....................................108
Niyə axı məhz Ziyad Səmədzadə? .......................................115
Mübariz Qurbanlı “inkvizisiyası” ........................................127
Türmədə ailə podratı..............................................................139
Bizim Hicran Hüseynov.........................................................148
Aqil Abbas, Rəşad Məcid, yoxsa Türkiyə? ..........................160
Bu gün mənim ad günümdür ...............................................167
Naqif, bizim babamız Heydər Əliyevdir.............................175
Heydər Əliyevə son məktub .................................................180
Zeynəb Xanlarovaya “zəng” .................................................186
Mətbuat katibinin qisas lətifəsi .............................................192
M A H İ R   Q A B İ L O Ğ L U
358


Deputat Eldar Quliyev və ya “uşaqlar” ..............................197
Qabilin nəsihətləri, vəsiyyətləri ............................................200
Abel Məhərrəmov və Vüsalə Mahirqızı ..............................210
Hacıbala Abutalibov nümunəsi ............................................219
Qələt eləmə ..............................................................................226
Mən çətin ki, şair olam... ........................................................232
Bakubus  “cib”ə girir ..............................................................237
Qulu Məhərrəmlinin “Səhər”i ..............................................242
İlhaməyə vida sözü.................................................................251
Anar yazıçı deyil və ya tənha Anar ......................................255
O dünyadan Anara ikinci məktub – 
Transfer qaçılmazdır...............................................................273
Fikrət Qoca və Hüseynbala Mirələmov...............................281
Sabir Rüstəmxanlının portreti...............................................292
Arif və Qulu.............................................................................312
Professor Qurban Bayramova  təbrik...................................322
Töhmət......................................................................................325
Anam ağladı ............................................................................348
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
359


MAHİR QABİLOĞLU
ƏLLİ YAŞINDA MƏN…
×àïà èìçàëàíìûøäûð: 12.10.2016
Ôîðìàòû 60õ90 1/16. 
Ùÿcìè: 22,5 ÷.â.  
Ñàéû: 500, 
Ñèôàðèø:36.  
Ãèéìÿòè ìöãàâèëÿ éîëó èëÿ
.
«Adiloğlu Çap Evi»nin mətbəəsində 
çap olunmuşdur.
Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə