50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə2/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   2   3   4   5   6   7   8   9   ...   85

vardı. O vaxt hər adamın evində videomaqnitofon yox idi.
Məktəb uşaqlarından qorxulu filmlər – “film‑ujas” kinoları
ilə bağlı çox eşitmişdim. Amma baxmaq qismət olmamışdı.
İndi isə televizorda göstərəndə baxa bilmirəm. O vaxt yadda‑
şıma həkk olunan onkoloji xəstəxana göz önümə gəlir. Çöh‑
rəsində rəng olmayan, palataya girən hər bir kəsə zillənən
gözlər, guya ki ağrını aldadırmış kimi çarpayıda o üz‑bu üzə
çevrilmək, sonra durub oturmaq, ağrı kəsməyəndə birdən
ayağa qalxıb dəhlizə çıxmaq, müəyyən bir anda donub da‑
yanmaq – “aha, deyəsən ağrı kəsdi” – deyərək 1‑2 dəqiqə din‑
məzcə durmaq, sonra isə bunun sadəcə özünə təsəlli – təlqin
olduğunu başa düşüb ağrı göz yaşlarını gizlətmək üçün otaq‑
dan çıxmaq. Qapının arxasından gələn “Allah, öldüm axı”
səsləri. Bəli, “Allah”. Müraciət Allaha idi. Bəs həkim? Həkimi
çağıran var idimi? Mən şəxsən, həkimi çağıran eşitmirdim.
Bircə qohumumuz yanında oturub ona qulluq edən arvadını
bir sualla dəng etmişdi:
– Məni “operes” edən həkimə pulu verdin?
– Verdim. Amma almadı.
– Deməli əlacım yoxdur. Öləcəyəm. Ona görə götürməyib.
– Yox. Sən nə danışırsan. Bəs yadından çıxıb ki, həkim
Qabil qardaşın dostudur? Bir yerdə İtaliyada səfərdə olublar.
Biz öz qanacağımızı göstərdik. Axı o da insandır. Ömründə
Qabil qardaşa görə pul götürməz.
Bu xəstə‑qohuma verilən təsəlli idi. Cərrahiyyə əməliyyatı
olunmuş, nümunə götürülərək “əkilmiş”, cavab isə bəd xas‑
səli gəlmişdi. Onkoloq həkimlər bir növ laborantlıq edirdilər.
Cərrahiyyə əməliyyatı zamanı kəsib‑götürdükləri nümunələr
sidik, qan, nəcis kimi yalnız laborator müayinələrə yarayırdı.
Onkoloji xəstələrdən həkimin cibinə dürtülən pulların ha‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
7


mısı xəstə yiyələrinin özünə qaytarılırdı. Bəlkə də həkim pul
götürsəydi xəstənin adamlarının çöhrəsində bir ümid cücər‑
tisi yaranardı. Amma onkoloq həkim bu ümidi də vermirdi.
Bir də ki, həkim sağaltdığı xəstəyə görə pul alar ki, onun da
adına “şirinlik” deyilir. (Bu pul ana südü kimi halaldır ona.)
Onda məsciddə ölü yuyub evinə çörəkpulu aparan mürdə‑
şirlə ali təhsilli həkim onkoloq arasında nə fərq ola bilərdi ki?
Onkoloji Xəstəxananın adı xəstəxana idi. Əslində bura qə‑
biristanlığa yolasalma məntəqəsini, xəstələr isə ayaqüstə
gəzən canlı meyitləri xatırladırdılar. Nəhayət iki həftədən
sonra gecə saatlarında qohumumuz öldü. Yanında oturan qa‑
dınların şivəni palatada əks‑səda verdi. Təbiidir. İnsan ölüb.
Özü də 55 yaşında. Reaksiya da belə olmalıydı. Amma...
Bilirsinizmi palatada nə baş verdi? Yerlərində sakit uza‑
nan, bəlkə də yatan, ağrılardan qovrulan, yaxud da yuxuya
getməyə cəhd edən o biri beş “rak” xəstəsi yerlərindən hop‑
panıb ayağa durdular. Kəfənəbənzər ağ alt paltarında əllə‑
riylə üzlərini tutaraq, ölən palata yoldaşları tərəfə baxmadan,
“Allah rəhmət eləsin” belə demədən qəribə səslər çıxararaq
dəhlizə qaçdılar. Sanki xortlamışdılar. Yox. Yəqin ki, öz ölə‑
cəkləri günü, o səhnəni gözləriylə əvvəlcədən görürdülər. Öz‑
ləri bunu yaşayırdılar.
“RAK” sınmağa başladı
“Rak” hər yerdəydi. Metastaz verib bütün orqanizmi sa‑
rırdı. Bircə ürək xərçəngi yox idi. Ürəyin o qədər dərdi var idi
ki, xərçəng də ona girişib, özünün bu dərdlərə mübtəla ola‑
cağından qorxurdu sanki. “Rak” sözündən hamı qorxurdu.
Adi bir piy yığımı – “jirovik”, rentgenlə güclə görünən kölgə
M A H İ R   Q A B İ L O Ğ L U
8


“rak xəstəliyidir yəqin” deyə qorxuyla qarşılanırdı. O saat nə‑
zirlər deyilirdi, qurbanlıq boyun olurdular. “Ehtimal ki,
“rak”dır” sözü belə, insan ömrünün yarısını əlindən alırdı.
Bütün bu qorxuların fonunda axır ki, bir bəd, amma sonda
xeyir bir xəbər eşitdik. Bəd xəbər bu idi ki, qonşumuz, gözəl
insan və xalq yazıçısı İlyas Əfəndiyev “rak”dır. Tez onu
Moskvaya apardılar. Əməliyyat elədilər. Xoş xassəli şiş çıxdı.
Bu tarixdən sonra 20 il yaşadı. Neçə‑neçə gözəl əsərlər ya‑
ratdı. 82 yaşında vəfat edi. Bu gözəl xəbər olmaqla yanaşı, ilk
növbədə onkologiya elminin uğuru sayılırdı. Elmi isə alimlər
inkişaf etdirir.
Alim... Müdafiə etmək... Bu gün bu sözlər çox ucuzlaşıb.
Yerindən duran, layiq olan‑olmayan müdafiə edib, özünə
alim deyir. Sovet dövrü Moskvada aspirantura pilləsindən
tibb elmləri doktoru dərəcəsinə qədər irəliləmək, özü də
Azərbaycan aliminin irəliləməsi bilirsinizmi nə demək idi?
Özü də yeni elm sahəsi sayılan onkologiyada. Bu, hələ işin bir
tərəfi idi. Bəs yazılan əsərlərin, təsdiqini tapmış elmi ixtirala‑
rın –“Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib
hazırlanması və onların kliniki təcrübədə tətbiqi” haqqındakı
silsilə işlərin  SSRİ Dövlət Mükafatına layiq görülməsi necə,
böyük uğur deyildimi? Qeyd edim ki, bu mükafat SSRİ miq‑
yasında “Lenin mükafatı”ndan sonra 2‑ci yerdə gəlirdi.
Bu, 27 yaşında Moskvada aspiranturaya daxil olub, 12 il ər‑
zində professor səviyyəsinə yüksələn 39 yaşlı azərbaycanlının
uğuru idi. Amma 20 yaşım olmasına, cibimdə Kommunist
Partiyasının üzvlük biletini daşımağıma baxmayaraq, mən
Əhliman Əmiraslanovu tanımırdım. Yəqin çox təvazökar in‑
sandır.  Deməli, Əhliman Əmiraslanov neçə‑neçə əlacsız xəs‑
təni həyata qaytarırmış.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
9


İlk tanışlıq
İndi xaricdə təhsil almaq dəb düşüb. İllah ki, tibb sahə‑
sində. Gedirlər. Azərbaycanın pulu hesabına gedirlər. Amma
sonra naxələflik edib geri qayıtmırlar. Dövlətin onlara yatır‑
dığı kapitalı geri qaytarmırlar. Bugünkü müasir dövrü bir tə‑
rəfə qoyaq. Qayıdaq 1992‑ci ilə. Yenicə müstəqilliyini
qazanmış Azərbaycan. Əhliman Əmiraslanov 1992‑ci ildə
Tibb Universitetinə rektor təyin olunur. Moskvadan
Vətənə  qayıdır. Mən yenə də onu tanımıram. Nəhayət tanış‑
lıq baş tutur. Özü də necə tanışlıq.
Xərçəng xəstəliyinə tutulmuş bir imkanlı xəstəni adamları
tələsik təyyarəyə mindirib aparırlar Moskvaya. Ordakı pro‑
fessorlardan biri müayinə apardıqdan sonra xəstəni müalicə
etməkdən imtina edir:
– Qayıdın Bakıya. Bu boyda yolu basa‑basa nahaq gəlmi‑
siz Moskvaya!
Xəstənin adamlarının qanı qaralır. Belə anlaşılır ki, xəstə
əlacsızdır. Amma sonra rus professor əlavə edir:
– Bu xəstəliyin əsl həkimi Bakıdadır – Əhliman Əmirasla‑
nov. Mənim yanıma belələrini gətirəndə onu məsləhət görü‑
rəm. Bakıya göndərirəm. Siz isə qulağınızın dibində o boyda
həkim, bu boyda yolu durub mənim yanıma gəlmisiniz.
Bu, mənim doktor Əhliman Əmiraslanovla ilk tanışlığım
idi. Qiyabi olsa da.
Yazılmamış qanun
Yaxşı həkim baş həkim ola bilməz. Və yaxud da əksinə.
Baş həkim yaxşı həkim olmur. Çünki biri o birinə mane olur.
M A H İ R   Q A B İ L O Ğ L U
10


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə