50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə77/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

Mənə nə yaxşılığı, nə də pisliyi keçsə də... Bir səbəb ona qarşı
məndə mənfi assosiasiya yaratdı.  Qısa deyəcəyəm.  Adi işçi
və sədr müavinliyi dövründə ona alqış deyən, sədrlik postu
arzulayan, 30 il bir yerdə çalışdığı  insanların dilini əksinə çe‑
virdiyi üçün. Bu, bəlkə də mənim hissə qapılıb gəldiyim nə‑
ticədir. Şəxsən mənə nə istisi var, nə də soyuğu.  Hər hansı
rəhbər təyin edilən şəxsin işçilərini özünün təyin etməsinə
tam ixtiyarı  var. Özü də ki, əmək qanunvericiliyinə əsasən.
İstəyər işdən çıxarar, istəyər işə götürər. İstəyər işdən çıxar‑
dığı şəxsi yenidən vəzifəyə gətirər. Pensionerləri gənclərlə
əvəz etmək də qanunsuz hərəkət sayılmır.  Amma bütün bun‑
lara baxmayaraq mənim sədr Arif Alışanova həmişə hörmə‑
tim olub. Yalnız bir səbəbə görə. Hansı? Elə isə başladıq.
Vəzifə
Atamın təbirincə desək, “vəzifə çox köpəyoğlu şeydir”.
Adamı 180 dərəcə dəyişdirməyi öz yerində. Birincisi,  bu  və‑
zifədə gözü olub arzularına çatmayanlar qara paltar geyinib,
saqqal buraxırlar. Opponentdən çevrilirlər düşmənə. Və əhd
edirlər ki, ta bu adam vəzifəsindən çıxmayana qədər nə qara
libasımı çıxaracağam, nə də saqqalımı qırxacağam. İddia də‑
yişir. Artıq  bu vəzifəyə yiyələnmək ikinci plana keçir. Hədəf
vəzifəyə layiq görülənin  vəzifədən çıxarılmasıdır.
Eyni zamanda isə bu vəzifəyə iddialılar meydana gəlir.
Onlara el arasında “pazlar” deyirlər. Ən yaxın “paz” müavin
olur.  Üçüncü qismi isə bu vəzifəlinin qazandığı pullar ma‑
raqlandırır. Ciblərinə bir qəpik girməsə də, başlayırlar başqa‑
sının pulunu saymağa. “Mənə qismət olmasa da, qoy qussun”
deyib, demaqoqluq edib,  qıraqdan baxıb həzz alırlar. Dör‑
M A H İ R   Q A B İ L O Ğ L U
314


düncü qism də var. Onlar ortada yeyib, qıraqda gəzənlərdir.
Yəni ki, işçilər, qara fəhlələr. Onlara çatsa da az çatır, ona görə
də başlayırlar böyüklərinin dalısıyca harda gəldi deyinməyə.
Ən böyük xeyri isə bu informasiya, xüsusilə də dezinfor‑
masiyadan bəhrələnənlər görür. Axı, onların da vəzifəsi yoxla‑
maqdır. İş olan yerdə isə çatışmazlıqlar nə qədər istəyirsən var.
Vəzifəli isə qalır çabalaya‑çabalaya. Bilmir yerinə göz di‑
kənlərlə çarpışsın, yoxsa ayağının altını qazanlarla. Bilmir iş‑
çilərini dolandırsın, yoxsa qapısına gələn qonaqları yola salsın.
HAŞİYƏ: Təsəvvür edin ki, şam yeməyinə əyləşmisiniz.
Yemək ortaya gələndə qapı döyülür. Dörd‑beş qonaq girir
içəri. Onları da məcbur olub süfrəyə dəvət edirsiniz. Qonağa
çox çatsın deyə uşaqların payından kəsməyə məcbur olursan.
Ya da “ay uşaq, gedin dərsinizi hazırlayın!” bəhanəsiylə süf‑
rədən izaqlaşdırırsan. Arvad isə ehtiyat, sabah bişiriləcək ər‑
zaqlardan tezbazar yemək hazırlayır. (SON)
Oğul‑uşaq, dost‑tanış, qohum‑əqrəba da ki, öz yerində.
Nəsə çox çətindir indiki zəmanədə vəzifəli adam olmaq.
Şəkər, əsəb  xəstəsi olan için özünü yandırır, xarici maşınlı,
bağlı, villalı, “novostroyka”lı bayırın isə özgələri. Heç kimi
də inandıra bilmirsən ki, vallah mən yaxşı işləyirəm. Etimadı
artıqlamasıyla doğrulduram. Sübutum da var.
HAŞİYƏ: Azərbaycan Respublikası Konstitusiyasının 109‑
cu maddəsinin 23‑cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xid‑
mətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
315


3‑cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Alışanov Arif Nizam oğlu ....
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2011‑ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu mad‑
dəsinin 23‑cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kütləvi informasiya vasitə‑
lərinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif
edilsinlər:
2‑ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Alışanov Arif Nizam oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2015‑ci il.
(SON)
Arif Alışanov son 15 ildə bilmir ki, qəzetdə, saytlarda ya‑
zılanlara inansın, yoxsa sənəd‑sübuta. Yığır işçilərini başına
və deyir: “Əgər mən pis işçi olsaydım, Ümummilli liderimiz
Heydər Əliyev məni öz sərəncamıyla sədr müavini postuna
irəli çəkərdimi? Əgər mən pis işçi olsaydım, Nizami Xudiyev
sədrlikdən uzaqlaşdırıldıqdan sonra bu vəzifəni müvəqqəti
icra etməyi mənə həvalə edərdilərmi? Əgər mən 6‑7 ay pis
rəhbərlik etsəydim, məni bu boyda posta təsdiq edərdilərmi?
Əgər mən pis rəhbər olsaydım, 10 noyabr 2011‑ci ildə  Azər‑
baycan televiziyasının və radiosunun inkişafında 3‑cü dərə‑
M A H İ R   Q A B İ L O Ğ L U
316


cəli “Vətənə xidmətə görə” ordeni ilə, 15 iyul 2015‑ci ildə isə
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələri‑
nin inkişafındakı xidmətlərimə görə 2‑ci dərəcəli “Vətənə xid‑
mətə görə” ordeni ilə təltif olunardımmı? Layiq olmasaydım
5 il deputat mandatı daşıyıb, siyasətçi sayılardımmı? Son 10
il ərzində 2 yeni kanal aça bilərdimmi?..”
Bu sözləri oxuyanlar mat‑məəttəl bir‑birlərinin sifətinə
baxıb, gözlərini döyəcəklər ki, “biliriy e... bütün bunları.
Amma bu barədə Arif Alışanov heç yanda deməyib axı. Biz
bu sözləri nə onun dilindən eşitmişik, nə də yazdığını görmü‑
şük”. Bilirəm. İndi özünüz seçin. Hansı yaxşıdır. Bunu eşit‑
mək, oxumaq, yoxsa 3 saatlıq yersiz, cəfəng  videoyaya
tamaşa etmək? Ya da ki, məhkəmə çəkişməsi?
Heç olmasa “Mehman” filminə baxmaq kifayət idi. Kami‑
lovun ordenləriylə qürrələnib, prokuror Mehmana acıq ver‑
mək səhnəsinə. Və sonda da “Axı mən Arif Alışanovam”
deməsi  neçə‑neçə ittihama tutarlı cavab olmazdımı?
Statistik məlumatlara görə AzTV‑yə 40 milyon manat pul
ayrılır. (Azərbaycanda  çəkilən və hər il də qaşınıb, yenidən
asfaltlanan 30‑40 kilometr bərbad yola qoyulan məbləğ) Hara
xərclənir, necə xərclənir deyə bilmərəm. Əlimdə rəsmi sənəd
yoxdur. Olsa da maliyyəçi deyiləm. Lap tutaq ki, əlimdə
rəsmi sənəd var. Mənə  nə? İkincisi, axı mən kiməm ki, başımı
dövlətin ayırdığı pulun xərclənməsinə soxam? Əgər bilsəy‑
dim ki, burdan mənə bir qəpik‑quruş düşəcək, müdaxilə
edərdim. Bunun üçün Hesablama Palatası var, Maliyyə Na‑
zirliyi və digər nəzarət orqanları var. Hər ayın axırı da hesabat
verilir.  O ki, qaldı maaşların aşağı və ya işçilərin dolanışığının
çətin olmasına... Müəllim və həkimdən üzü aşağı, hansı döv‑
lət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə maaşlar
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
317


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə