50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə79/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

dım. Qurban müəllim qapıbir qonşumuz Xalq yazıçısı Bay‑
ram Bayramovgilə gələrdi. Bayram əminin qardaşı Fərmanın
oğludur. Həm də ədəbiyyat adamı idi. Bayramov ədəbi soya‑
dının davamçısı sayılırdı. Ona görə digər yazıçılar da  onu
evin adamı, doğma  bilirdilər. Yazıçı, şair olmasa da, ədəbiy‑
yatımızın gələcək keşikçisi kimi yüksək qiymətləndirilirdi.
Çünki , o vaxtın ədəbi tənqidçilərinin gözündən xırda bir
səhv də yayınmırdı. Bəzən elə olurdu ki, ədəbi tənqid böyük
bir əsəri “brak” edib, arxivə tullayırdı. Ədəbi tənqid yazıçıla‑
rın və onların əsərlərinin polisi, prokuroru, hakimi idi.  Bəzən
isə yazıçıya gələcək həyata vəsiqə verirdilər. Bir ifadə var:
“Puşkini Puşkin edən Belinski olub”. Yazıçını yazıçı edən tən‑
qidçi olmalıdır. Əfsus ki, müasir dövrümüzdə mizan‑tərəzi
pozulub. Kitab oxuyurlar ki, hələ bu kitab haqda yazılan ya‑
zıya da əhəmiyyət versinlər?
Hər şey dəyişib. Əvvəllər kitab çıxanda onu paylayırdılar
yazıçılara. Əsər oxunurdu. Bir‑iki aydan sonra isə yığışıb əsəri
müzakirə edirdilər. Bəzən bir fikrə görə qırğına da çıxırdılar.
Bəs indi necə? Kitab təqdimatı, imza günü, xoş sözlər, uğurlar,
gül‑çiçək, març‑muç və sonda şəkil çəkdirib feysə qoymaq.
Vəssalam. Kitabın içində nə var, nə yox?.. –  bu heç kimçün
maraqlı deyil.  Heç kim anlamır ki, əsas kitab, kitabın dizaynı,
kağızın sarı və ya ağ olması, şriftlərin böyüklüyü‑kiçikliyi, yer‑
ləşdirdiyin şəkil deyil. Bunlar sadəcə dizayndır, maddi imkan‑
dan asılı göstəricilərdir. Əsas əsərdir, yazdığındır.
Pessimizmə qatılıb tənqidçilərimizin işini sıfıra endirmək
istəməzdim. Onlar öz işlərindədirlər. Yazırlar, tənqid edirlər.
Qurban Bayramov kimi ədəbiyyatşünaslarımız  köhnə ənə‑
nələri davam etdirirlər. Çünki onlar belə görüblər, onları belə
öyrədiblər, onlar nəhənglər məktəbinin yetirmələridirlər. Bu‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
323


günkü cılız dünyada yaşamaq qismətlərinə yazılsa da.
Mənim Qurban Bayramovun fikirlərinə böyük ehtiyacım
var. Təkcə tənqidçi kimi yox. Qonşum Bayram əminin qardaşı
oğlu kimi. Bilirəm ki, boğazdan yuxarı söz deməyəcək. “Tə‑
rifləyim, yoxsa həvəsdən düşər” prinsipiylə addım atmaya‑
caq. Çünki nə əmisi Bayramdan, nə də mənəvi əmisi
Qabildən saxtakarlıq görüb. Cövhərində saxtakarlıq yoxdur.
Tələbkarlığa  birinci elə özünkündən başlayır.
Bu gün 70 yaşı tamam olur. Gözəl yaşdır. Mən də təbrik‑
lərə qoşuluram. Nə olsun ki, ağsaqqaldır, ahıldır. Ruhunun
cavanlığını qoruyub saxlayır. Əgər mənim kimi “sandığı
açsa”... 1970‑ci ildən bu yana çox şeylər görüb. Yanında çox
şey danışıblar. “Özümüzküdür. Bayramın qardaşıoğludur”
deyərək.
Tez‑tez zəng edirəm. Bəzi məsləhətlərə ehtiyacım olur
təbii ki... Ayda bir dəfə zəng etmək isə artıq protokol qayda‑
sıdır. Yazılarım haqqında fikrini öyrənirəm.  “Yaz, sən yaz.
Əgər nəsə bir neqativ şey görsəm özüm həmən zəng edəcə‑
yəm. Hər şey qaydasındadır. Yaz” deyir.
SON
Küçədə rastlaşmışıq. Çaşıb Qabil deyir mənə. Mən də bi‑
rinci Bayram əminin familiyasını yadıma salıram. Sonra Qur‑
ban adı yadıma düşür. Çünki Qurban müəllim tanınmış
Bayramovlar soyunun görkəmli nümayəndələrindən biridir.
Görüşürük. Bir‑birimizdən əhval tuturuq. Lap nəvaxtsa
Qabil və Bayram Bayramov görüşən kimi.
27.05. 2016
M A H İ R   Q A B İ L O Ğ L U
324


TÖHMƏT
(hekayə)
Dostum, professor Buludxan Xəlilova
Rəis bu gün işə çox əsəbi gəlmişdi. Tir‑tir əsirdi. Yox, qız‑
dırmalı adama oxşamırdı. Hava da şaxtalı deyildi ki, soyuq‑
dan titrəyə. Qorxudan da əsməzdi yəqin. Kimdən qorxacaqdı
ki? Axı o, rəis idi. Biz ondan qorxmalıydıq.  Yəqin ki, əsəbin‑
dən əsirdi. Kim əsəbiləşdirə bilərdi ki, onu? Bəlkə
“yuxarı”larda xətrinə dəymişdilər? Yox. Suyu da üfürə‑üfürə
içir, işini ehtiyatlı tutandır. İnanmıram ki, kimsə onun işindən
narazı olsun. Bəs nə olub rəisə? Bu gün cümə axşamıdır. Bəlkə
cüməaxşamıya gedib? Ölüdən qorxub? Yox, cüməaxşamıda
ölü nə gəzir ki? Kabinetinə girər‑girməz qışqırır:
– Hanı kadrlar şöbəsinin müdiri? Tez gəlsin yanıma.
Katibə otaqdan güllə kimi çıxır. O qədər özünü itirir ki,
heç telefona da əl atmır. Özü qaçır arxasıyca. Kadrlar şöbəsi‑
nin müdiri tez özünü çatdırır. Otağa girər‑girməz rəisin yenə
səsi gəlir:
– Baş mühasibi də çağır.
Katibə bu dəfə də otağından dəhlizə sıçrayıb baş mühasi‑
bin otağına qaçır. Onunla bir yerdə qayıdır.
Rəis çox sakit və mülayim adamdır. Xalq arasında belələ‑
rinə “insan adam” deyirlər. Bir işçinin də xətrinə dəyməyib
buvaxtacan. Nə vaxtsa qışqırmağını yox, səsini ucaltmağını
da heç kəs eşitməyib. Ona görə də onun bu cür əsəbiləşməyi
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
325


və həyəcanı doğma bacısı qızı olan katibəsini də çaşdırmışdı.
–  Getdik işçiləri yoxlamağa!
Rəis, yanında kadrlar şöbəsinin müdiri və baş mühasib
şöbə‑şöbə gəzərək idarənin bütün işçilərini yoxlayırdılar. İş‑
çilər də məəttəl qalmışdılar ki,  saat beşin yarısında bu, nə
yoxlamadır? Səhər‑səhər, iş başlananda olsaydı, heç olmasa
başa düşülərdi. İşin axırında, 6‑da olsaydı yenə anlamaq
olardı.
– Hanı Qurbanov?
– Atif müəllim, rayona gedib. Dedi ki,  sizdən icazə alıb. –
deyə kadrlar şöbəsinin müdiri dilləndi.
– Məndən? – rəis bir az da səsini qaldırdı. –  Ərizəylə mü‑
raciət edibmi?
– Xeyr.
– Başa düşmədim, bura mənim dədəmin idarəsi‑zaddır?
Burda Əmək Məcəlləsi işləmir? Necə yəni “məndən icazə alıb”?
Belə dedi, Atif müəllim. Deməli aldadıb məni. Yaxşı, qoy
qayıtsın. – deyə kadrlar şöbəsinin müdirinin sifəti bozardı.
– Məndən bir rəis kimi razılıq ala bilər. Onda sən nəyə la‑
zımsan? İxtisar edək, çıx get özünə başqa iş axtar. İcazəni sən‑
dən almalıdır. Özü də qanunlara uyğun. Yazılı şəkildə,
ərizəylə. Abbasova hanı?
– Xəstədir. Zəng eləmişdi ki, xəstədir, qızdırması var.
– “Bülleten” gətirsin. Gətirməsə “proqul” yazıb qovacam
işdən. Həmkarlar təşkilatının sədrini də agah edin bu barədə.
Bir də kim icazə almaq istəyir – lap bir saat olsun – kadrlar
şöbəsinin müdirinə yaxınlaşıb ərizə yazmalıdır. O da mənə
təqdim etməlidir ki, üstünə dərkənar qoyum. O da o vaxt  ki...
mən bunu lazım bilsəm. Yoxsa ki, uşaq bağçasına döndərmi‑
siniz idarəni. Biri deyir anayam, uşağımı bağçadan götürmə‑
M A H İ R   Q A B İ L O Ğ L U
326


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə