50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə78/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

yuxarıdır ki? Bəlkə Milli Elmlər Akademiyasında yuxarıdır?
Hələ yaxşı ki, AzTV‑də “qonorar” deyilən sistem var. Narazı
olanlar var? Yolunuz açıq olsun! Şikayətlənməyin, ora‑bura
informasiya ötürməyin isə yalnız onlara ziyanı var. Yuxarıda
bir misal çəkdim. (şam yeməyi əsnasında qonağın gəlməsi)
Bu da ikincisi.
HAŞİYƏ: Deməli, bir valideyn uşağının hər gün məktəb‑
dən gəlib “müəllim “5 məmməd” süpürgə pulu istədi”,
yaxud “3 məmməd” fondpulu yığırlar” və sairə, ilaxır demə‑
yindən boğaza yığılaraq, nazirlikdə işləyən bir qohumuna
zəng edir. Və başlayır şikayətə.  Sonda da deyir ki, bəs mənim
adım olmasın. Uşağı gözünçıxdıya salarlar. Qohumu da söz
verir ki, bu faktı araşdıracaq.
Üstündən bir gün keçir. Axşam ata işdən evə gəlir. Oğlu
yaxınlaşıb nə desə yaxşıdır?
– Ata, 1 “şirvan” ver də...
– Niyə?
– Məktəbə komissiya gəlib. Yola salmaq üçün 1 “şirvan”dan
yığırlar. (SON)
Vəzifəli adamlardan yazmaq, donos yığıb onları ictimai‑
ləşdirmək artıq dəb halını alıb. Belə xəbərlər oxumayanda
saytları, qəzetləri kasad adlandırırıq. Oxuyuruq, ləzzət alırıq.
Amma cibimizə 1 qəpik də girmir. Əksinə çıxır.
Bu yazılar feilin zaman şəkilçilərini də çaş‑baş salıb. Bu ‑
ır,‑ir,‑ur,‑ür şəkilçisi var ya... indiki zaman şəkilçisi sayılır.
Amma indi qeyri‑müəyyən və ya geniş  zaman şəkilçisinə
çevrilib. “Hacıbala Abutalıbovu işdən çıxardırlar”, “Ziya
Məmmədov istefa verir”, “Əbülfəs Qarayev Bakı şəhərinin
M A H İ R   Q A B İ L O Ğ L U
318


meri təyin olunur” və sairə, ilaxır. Hamısı da indiki zamanda.
Yox, yazmırlar ki, istefa verəcək və ya çıxardılacaqlar. Bu,
olardı gələcək zaman. Bütün bomba və şok‑şok  informasiya‑
lar indiki zamanda yazılır. O cümlədən Arif Alışanov da... 10
ildir ki, işdən çıxardırlar. Amma çıxarıb qurtara bilmirlər. Hər
dezinformasiya da vəzifəli şəxsin vəzifə ömrünün uzadılma‑
sına səbəb olur. Sonuncu dəfə eşitdim ki, “Vsyo. Televiziyanın
60 yaşından sonra Arif Alışanov gedir”. Elə o bayram günü
Qulu Məhərrəmlinin tarixi müsahibəsi meydana çıxdı. AzTV‑
çilər iki cəbhəyə bölündü. 3 saatlıq video vəziyyəti daha da
gərginləşdirdi. Bir məqalə də mən yazdım. Alışanovçulardan
bəziləri məni də Məhərrəmovçu elan etdilər. “Onu ki, işdən
çıxaran olmayıb. Öz ərizəsiylə çıxıb. O, niyə Qulunun tərəfinə
keçib ki?” deyənlər də tapıldı.
Bu davaya belə don geyindirənlər də tapıldı ki, bəs Qulu
Məhərrəmli Arif Alışanovu bu cür tənqidi fikirlərlə devirib
yerinə keçmək istəyir. Başqalarını bilmirəm, mənim Qulu Mə‑
hərrəmliyə olan münasibətim onun gələcəkdə kim olacağıyla
ölçülmür. Bəs əsl məsələ nə yerdədir? Məncə...
HAŞİYƏ: Abbas Səhhətin gözəl bir şeiri var. Orta mək‑
təbdə əzbərlətdirmişdilər onu.
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb‑öldürməyə;
Çeynədilər, dişlədilər, diddilər.
Bir‑birini al‑qana qərq etdilər.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
319


Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb ol haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar. 
(SON)
Nəsə çox danışdım deyəsən.  Hər şeyi dedim, amma Arif
Alışanova hansı səbəbə böyük hörmət bəslədiyimi yox.
HAŞİYƏ: Həsən Həsənov sədr müavini keçdiyindən “Xə‑
bərlər”redaksiyasına baş redaktor Allahverdi Məmmədov
təyin edilmişdi. Kənardan gətirilən adam da o saat qəbul
olunmur axı. Ta köhnəlməyənəcən. Redaksiyada da bu cür
ab‑hava hökm sürürdü. Günlərin bir günü sədr Nizami Xu‑
diyev bizi kabinetinə çağırdı. Çox əsəbi görünürdü. Amma
təmkinin qoruyurdu. Bir misalla bizim şıltaqlığımıza son
qoydu:
– Mən o vaxt APİ‑nin rektoru işləyirdim. Bilirsiniz də tə‑
ləbəliyim başa çatandan sonra əmək fəaliyyətim orayla bağlı
olub. Ona görə də təhsil sahəsinin bütün incəliklərini bilirəm.
Prezident Heydər Əliyev Lidiya Rəsulovanı  Təhsil naziri
təyin elədi. İclas keçirəndə, bizə nəsə göstəriş verəndə naşılığı
özünü biruzə verirdi. Əlbəttə ki, bu da biz tərəfdən cavabsız
qalmırdı. Fikirlərimizi söyləyir, etirazımızı bildirirdik.  Daha
doğrusu, onu pərt edirdik. Bizim sözümüzün qabağına söz
qoya bilmirdi. Bir tədbir də görə bilmirdi. Hamımız alim, mil‑
lət vəkili, görkəmli ictimai‑siyasi xadim, prezident sərənca‑
M A H İ R   Q A B İ L O Ğ L U
320


mıyla təyin olunan vəzifəli şəxslər  idik. Axırda məcbur olub,
bizdən Prezidentə şikayət etdi. Görüşlərin birində Prezident
Heydər Əliyev rektorlardan birini ayağa qaldırıb, ona xitabən
bizə də “Mən Lidiya Rəsulovanı ora nazir təyin etmişəm. Mən
belə məsləhət bilmişəm. Mən belə məsləhət bilmişəmsə, siz
də onun göstərişlərinə qeyd‑şərtsiz əməl etməlisiniz. QAN‑
DINIZ?” (SON)
Arif Alışanov Prezident İlham Əliyevin sərəncamıyla
AzTV‑nin sədri təyin edilib. O, etimad göstərib və təyin edib.
Bu illər ərzində mükafatlandırıb da... Səlahiyyətlərini də ge‑
nişləndirib. Nə vaxt lazım bilsə, onda da işdən uzaqlaşdıra‑
caq. Bu, yalnız onun səlahiyyətinə aid olan məsələdir.
Mən də ona hörmətlə yanaşıram. Sadəcə, sonda QAN‑
MAZ  olmamaq üçün.    
2016
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
321


PROFESSOR 
QURBAN BAYRAMOVA  TƏBRİK
Əvvəllər məktəb və ya tələbə yoldaşlarım məni görəndə
belə bir söz işlədirdilər: “Mahir, hər dəfə atanı televizorda
göstərəndə sən yadımıza düşürsən. Evdəkilərə deyirik ki,
bax, mən bu kişinin oğluyla oxumuşam”.
Aylar, illər keçdi. Artıq atam həyatda deyildi. Görəsən
yadda qalmışdımmı? Ara‑sıra atamı tanıyanlarla küçədə rast‑
laşırdım. Birinci cümlələri belə olurdu: “Salam, Qabil!” Mənim
adımı yada salmaq üçün yaddaşlarını çox da gücə salmırdılar.
Bəlkə də  məni görüb, Qabil yadlarına düşürdü. Üç il qabaq
intensiv yaradıcılığa başlayanda ifadələr, yanaşma da dəyişdi.
Artıq  “sağ ol,  Mahir, yazılarınla, təxəllüsünlə, sözü sərrast,
açıq demək qabiliyyətinlə  yaşadırsan atanı” söyləyirdilər.
Onlardan biri yox, birincisi  professor Qurban Bayramov
idi. Diqqətlə izləyirdi yaradıcılığımı, oxuyurdu. Yox. O, sadəcə
oxucu deyildi. Oxuyub zövq almaq, yaxud da növbəti elmi
məqalə və əsərinə mövzu axtarmırdı. Oxuyurdu ki, iradını bil‑
dirsin. Yolumu azaramsa düz yola qaytarsın. Məsləhətlərini
versin. Axı Qurban Bayramov alimdir, ədəbiyyatşünasdır, tən‑
qidçidir. Amma məni oxuyan Qurban Bayramov həm də mə‑
nəvi  əmisi Qabilin ruhu qarşısında borcunu yerinə yetirirdi.
“Mahirdir də... birdən ağzına gələni yazar. Biabır olarıq nə‑
sildə”.
Həmişə rastlaşanda deyir ki, bəs atan məni “qardaşoğlu”
deyə çağırırdı. Deməli, sən də mənim əmimoğlusan. Balacay‑
M A H İ R   Q A B İ L O Ğ L U
322


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə