41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları



Yüklə 263,92 Kb.
səhifə9/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

2,4 QHs tezlik diapazonu. 2400 - 2483,5 MHs tezlik zolağı naqilsiz daxilolma sistemləri üçün universaldır. Bir çox ölkələrdə onun istifadəsi üçün, o cümlədən qısa təsir radiuslu qurğular (SRD) üçün lisenziya tələb olunmur. Fərdi daxilolma (PAN) təmin edən Bluetooth texnologiyası qurğuları üçün də sadələşdirilmiş qaydalar tətbiq olunur. Rusiya kimi ölkədə iri şəhərlərdə xarici şəbəkə təşkil etmək üçün, tezlik ehtiyatları istifadə edilmişdir. Ona görə də bu tezlik zolağını WiMAX texnologiyasının inkişafı üçün istifadə etmək məqsədəuyğun sayılmır. 2,5 - 2,7 QHs tezlik zolağı müəyyən maraq kəsb edir. Bu tezlik zolağı İMT-2000 sistemi üçün genişləndirmə (əlavə) zolağıdır. Rusiyada bu zolaq MMDS analoq sistemləri üçün ayrılmışdır və istifadə edilir. Bu tezlik zolağı beynəlxalq və milli paylanmaya uyğun olaraq və radiodalğaların fiziki olaraq yayılması xüsusiyyətlərinə görə lokal, şəhər və ola bilər ki, şanvari şəbəkələrdə WiMAX naqilsiz daxilolma texnolo-giyasının mütəhərrik daxilomasının təşkili üçün ideal olaraq uyğun gəlir. Bir məsələni də qeyd etmək lazımdır ki, 2,5 ÷ 2,7 QHs tezlik ehtiyatlarına daxilolmada müəyyən rəqabəti CDMA-2000 üçüncü nəsil texnologiyası edə bilər.
3,5 QHs tezliklər diapazonu. Rusiyada naqilsiz daxil­olma üçün 3400 ÷ 3450 MHs tezlik zolağı (abonent və baza stan­siyaları üçün) və 3500 ÷ 3550 MHs (Dövlət padiotezliklər ko­mi­təsinin ayrı-ayrı qərarları zamanı baza stansiyaları üçün) ay­rıl­mışdır. Bu cür istifadə, digər təyinatlı radioelektron sis­temlərinin mühafizəsi üçün müəyyən məhdudiyyətlərlə həyata ke­çirilir. Bu diapazon hal-hazırda naqilsiz abonent radio­daxilolmasının (WLL) zona sistemlərinin yaradılmasında tətbiq olunur - bunlar radiokanalın köməyilə analoq, rəqəm telefoni­yası, İSDN və ya müxtəlif qrup abonentlərinin maraqlarını tə­min etmək üçün nəzərdə tutulurlar. Bu istifadəçilər, radiusu 15 - 20 km-ə qədər olan müəyyən xidmət zonasında olurlar. Ümu­miyyətlə bu cür istifadə edilmə tezliklərin Avropa və Bey­nəlxalq paylanılmalarına uyğundur.
5,6 QHs tezlik diapazonu. Yuxarıda aparılan analizlər na­qilsiz daxilolmalar üçün yararlı ola bilən bir neçə tezlik dia­pazo­nunu ayırmağa imkan verir: 5150 ÷5350 MHs; 5650 ÷ 5725 MHs; 5725 ÷ 5850 MHs; 5925 ÷ 6425 MHs. Bu dia­pazonların istifadə edilməsi vəziyyəti aşağıdakı kimidir. Gös­tərilən birinci diapazon (5150 ÷ 5350 MHs) Avropa və Beynəl­xalq tənzimlənmələrə görə yalnız ofisdaxili şəbəkələrdə naqil­siz daxilolmalar üçün istifadə edilə bilər. Bu cür məhdudiy­yət­lər kosmik radioxidmətlərin (mütəhərrik peyk rabitəsinin fider xət­ləri və Yerin tədqiqinin peyk xidmətinin radioxətləri) müha­fi­zəsi tələbatları ilə bağlıdır. Analoji vəziyyət 5650 ÷ 5725 MHs zolağı ilədir. Milli tənzimləmələr Beynəlxalq radiorabitə req­la­mentinə əsasən müəyyənləşdirilmiş normalardan təx­mi­nən 1000 dəfə çox olan naqilsiz daxilolma systemlərini isti­fadə etməyə imkan verir. Buna baxmayaraq, WiMAX tex­nolo­giyasına tətbiqi nöqteyi-nəzərindən məqsədəuyğun olar ki, mü­tə­hərrik (MWA) və ya qarışıq (NWA) daxilolmalara malik olan lokal şəbəkələrin (LAN) yaradılmasına diqqət yetirilsin.

Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə