41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları


LAN - Local Area Network (yerli sahə şəbəkəsi) WLAN



Yüklə 263,92 Kb.
səhifə5/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

LAN - Local Area Network (yerli sahə şəbəkəsi)
WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)
WAN - Wide Area Network (geniş sahə şəbəkəsi)
MAN - Metropolitan Area Network (paytaxt sahə şəbəkəsi)
SAN - Storage Area Network, (saxlama sahə şəbəkəsi)
CAN - Campus Area Network, (nəzarət sahə şəbəkəsi)
PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi)
DAN - Desk Area Network (idarəetmə sahə şəbəkəsi)
İlk vaxtlarda 802.16 standartı 10 - 66 QHs tezlik diapazo­nu­n­da qurula bilmək imkanını nəzərdə tuturdu və yalnız düz gö­rü­­nüş zonasında birləşmələr yaradılmasını nəzərdə tuturdu. Bu standartın 2003-cü ilin yanvar ayında qəbul olunmuş 802.16a genişləndirilməsi daha aşağı olan 2 - 11 QHs tezlik dia­pazonunda işləyir və daha geniş ərazilərdə rabitə yaratmağa im­kan verir.
Bundan başqa, 802.16a standartını xüsusi işçi qrupu 802.16a-nın müxtəlif şəbəkələri arasında rouminqin təşkili im­kanları üzərində tədqiqatlar aparır və bu növ rabitəni mobil telefoniyanın analoqu etmək üzərində çalışırlar. Hətta 802.11 standartlı şəbəkələrdən 802.16 -ya və əksinə keçmək üzərində də işlər aparılır. Bu işlərə İntel ekspertləri rəhbərlik edirlər.



WiMAX texnologiyasının daxil edilməsində üç mərhələ nəzərdə tutulur (şəkil 9.2).


Birinci mərhələdə istifadəçilərlə naqilsiz birləşmələr qeyd olunmuş xarici antenalar (Outdoor) vasitəsilə həyata ke­çirilir ki, bu antenalar müştərilərin binalarında quraşdırılır. Ava­danlıq İEEE 802.16a, İEEE 802.16 - 2004, İEEE 802.16d stan­dartlarına uyğun olacaqdır. Hər bir BS ətrafındakı binalar qrupunda rabitə ilə təmin edə biləcək şəbəkə infrastrukturu da yaradılır. Yüksəksürətli (75 Mbit/san-yə qədər) E1/T1 xətləri təmin edilir, hotspotların (Hotspot), yəni hər bir binanın daxilində İEEE802.11 standartının (Wi-Fi) istifadəçilərinin ava­dan­lıqlarının WiMAX şəbəkəsinə ümumi daxilolma nöq­tələri təmin edilir.
İkinci mərhələdə Wi-Fi istifadəçiləri üçün otaq ante­na­larının (İndoor) daxil edilməsi sayəsində genişzolaqlı mühafizə olun­muş daxilolma təmin ediləcəkdir.
Üçüncü mərhələdə İEEE 802.16e standartının texnolo­gi­ya­sı da­xil edilməsi nəzərdə tutulmuşdur ki, bunun sayəsində bu stan­dartı dəstəkləyən quraşdırılmış qurğuları olan noutbuk isti­fa­dəçiləri üçün şəbəkə daxilində rouminq təşkil etmək mümkün ola­­caqdır. Bu mərhələlər müvafiq olaraq 2005-ci ilin birinci ya­­rısı, 2005-ci ilin ikinci yarısı və 2006-2007-ci illərə nəzərdə tu­tul­muşdu. Hal-hazırda gördüyümüz kimi, bu mərhələlər uğur­­la həyata keçirilir. İlk mərhələlərin uğurla həyata ke­çiril­mə­­sindən sonra bu standartı bütün Avropa üzrə təklif et­mək və ola bilsin ki, bütün dünya üzrə genişzolaqlı yük­səksü­rətli mobil rabitə üçün əsas sistem kimi təklif edilsin.



Belə olan halda WiMAX sistemi 3G-texnologiyalarına əsas rəqabət aparan sistem olur və ola bilsin ki, onu əvəz də edə bilər. Dünya üzrə qlobal rouminq həyata keçirmək nəzərdə tutulur. Qeyd olunan standartları dəstəkləyən quraşdırılmış avadanlığı olan noutbuka malik istifadəçi istənilən vaxt, istənilən yerdə (o cümlədən, 155 mil/saat hərəkət sürəti zamanı da) yüksəksürətli şəbəkəyə daxil ola biləcəkdir. Müxtəlif növ müasir naqilsiz texnologiyaların tətbiqi və qarşılıqlı əlaqəsini şəkil 9.3 - dəki diaqram kimi təsvir etmək olar.


WiMAX texnologiyası bütün rəqəm avadanlığı istifa­dəçilərinə naqilsiz daxil olmaq imkanı yaradır. Bura naqilsiz lo­kal şəbəkələrin avadanlığını, Wi-Fi texnologiyasını qlobal şəbəkələrə qoşmaq imkanı yaratmaqla, lokal və qlobal şəbəkə­lər arasında əlaqələndirici manqa kimi təsir göstərə bilməsini də aid etmək olar.


Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə