41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları


LAN - Local Area Network (yerli sahə şəbəkəsi) WLAN



Yüklə 263,92 Kb.
səhifə10/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

LAN - Local Area Network (yerli sahə şəbəkəsi)
WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)
WAN - Wide Area Network (geniş sahə şəbəkəsi)
MAN - Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)
SAN - Storage Area Network, (saxlama sahə şəbəkəsi)
CAN - Campus Area Network, (nəzarət sahə şəbəkəsi)
PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi)
DAN - Desk Area Network (idarəetmə sahə şəbəkəsi)
Bu tezlik zolağının digər məqsədlər üçün istifadə edilməsinə ehtiyat variant kimi baxıla bilər. 5925 ÷ 6425 MHs tezlik zolağı Beynəlxalq və milli tənzimləmələrə uyğun olaraq, qeyd olunmuş naqilsiz daxilolmaya malik (FWA) şəhər (MAN) və lokal (LAN) şəbəkələrinin yaradılması üçün istifadə edilə bilər. Lakin qeyd etmək lazımdır ki, bu diapazonun istifadəsində müəy­yən çətinliklər mövcuddur ki, bu çətinliklər radiorele sis­temləri və qeyd olunmuş peyk xidmətinin yerüstü stansiya­la­rının da bu diapazonu intensiv olaraq istifadə etmələri ilə bağlıdır. WiMAX texnologiyasına malik naqilsiz daxilolma şəbəkələrinin qurulmasında əsas məqsəd - müxtəlif növ rabitə xidmətlərinin çatdırılmasının iqtisadi cəhətdən əlverişli olan geniş­zolaqlı daxilolma şəbəkələrinin yaradılmasını təmin et­məkdir. Onlar həm birtərəfli, həm də ikitərəfli (interaktiv) re­jim­də işləmək üçün nəzərdə tutulurlar. Bu texnologiyaya malik na­q­ilsiz daxilolma şəbəkələri müxtəlif istifadəçilərə ge­niş­zo­laqlı və darzolaqlı rabitə xidmətlərini çatdırmaq üçün istifadə oluna bilər.
Eksretlərin proqnozlarına görə WiMAX texnologiyasının ilk şəbəkələri qeyd olunmuş naqilsiz daxilolma çərçivəsində şə­hər miqyaslı (MAN) şəbəkələr üçün daha çox tətbiq tapa­caqdır. Müəyyən müddətdən sonra isə mütəhərrik naqilsiz da­xi­lolma metodunu istifadə etməklə, Wi-Fi texnologiyasını təd­ricən sıxışdırıb aradan çıxaracaqdır. Təbiidir ki, WiMAX tex­no­logiyasının qeyd olunmuş daxilolmaya və mütəhərrik da­xil­olmaya malik seqmentləri müxtəlif tezliklərdə işləyəcəklər. Beləliklə, WiMAX texnologiyalı şəbəkələrdə rabitə xidmət­lə­rinin sonrakı inkişafını - bu iki seqment üçün ayrılıqda etmək məq­sə­dəuyğundur. Qeyd olunmuş daxilolmaya malik naqilsiz da­xilolma şəbəkələri üçün əsas tələb olunan xidmət növləri aşa­ğıdakılar olacaqdır:

  1. Son istifadəçilər üçün (evdə olan istifadəçilər, SME/ SOHO və korporativ müştərilər) qeyd olunmuş na­qilsiz daxilolma;

  2. Müxtəlif telekommunikasiya ehtiyacları üçün nəqliyyat ka­nallarının təmin edilməsi;

  3. Multimedia servisi. Fərdi istifadəçiyə təklif edilən xid­mət­lər (o cümlədən, hərəkətdə olanlara) - verilənlərin asim­­metrik ötürülməsi (10 - 12 Mbayt/san-yə qədər abo­nen­tə tərəf və 500 Mbayt/san abonentdən), bunun daxi­lində həm telefoniya, həm İnternet, həm video, həm də xü­susiləşdirilmiş şəbəkələrin yaradılması məqsədilə ve­rilən­­lərin ötürülməsi ola bilər.

Mütəhərrik naqilsiz daxilolma şəbəkələrindəki rabitə xid­mət­lərinin analizi MCЭ-Р М.1651 Təkliflərində verilmişdir. Bu təkliflərdə şəbəkələrin qurulmasında 4 variant nəzərdən ke­çirilir:

  1. Korporativ şəbəkə;

  2. Ümumi istifadəli naqilsiz daxilolma;

  3. Genişləndirilmiş mikroşanılı ümumi istifadəli naqilsiz daxilolma;

  4. Ev üçün şəbəkə.

WiMAX texnologiyasının mütəhərrik naqilsiz daxilolma ope­ra­tor şəbəkələri üçün, 2-ci və 3-cü variantlar maraq kəsb edir. Aşağıdakı cədvəldə verilənlərin naqilsiz ötürülməsi şəbəkələri üçün xidmət zonasının təklif olunan radiusları göstərilmişdir.
Cədvəl 9.1-in analizi göstərir ki, naqilsiz daxilolma şəbə­kələrinin xidmət zonasınnın radiusunun qiyməti, veriliş sürə­tindən asılı olaraq dəyişir. Kanalın hazırolma əmsalının qiy­mətinin 99,999% - dən aşağı olmadığını qəbul edərək, müəy­yən etmək olar ki, veriliş sürətinin orta qiymətləri şərai­tində xidmət zonasının radiusunun təklif olunan qiyməti təqri­bən 8 km təşkil edir.

Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə