41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları


Wi MAX texnologiyası barədə ümumi məlumat



Yüklə 263,92 Kb.
səhifə4/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

44. Wi MAX texnologiyası barədə ümumi məlumat
Mövcud naqilli rəqəm rabitə veriliş sistemləri yüksək-sü­rətli genişzolaqlı daxilolmanın artan tələbatlarını tam ödəyə bil­mirlər. Onların əsas çatışmayan cəhətləri: qurulma müddətlə­rinin çox olması, genişləndirilmə imkanlarının mürəkkəb olması, xərclərin yüksək olması və “sonuncu mil” probleminin ol­masıdır. Bu problemlərdən ən vacibi “sonuncu mil” problemi he­sab olunur. Yüksəksürətli rəqəmli birləşdirici DSL (Digital Subscriber Line) xətləri bu problemi aradan qaldıra bilmir. WiMAX (Worldwide Interoperability for Microwave Access) texnologiyası bu problemi qısa müddət ərzində həll etməyə imkan verir, çünki bu texnologiya binalara birləşdirici xətlər çəkilməsini tələb etmir. Şəhər üzrə baza stansiyalarının qu­rulması daha münasibdir. Hər bir baza stansiyası nümunəvi va­riantda radius 6 - 8 km olan zonanı örtməyə imkan verir (hətta 30 - 50 km radius variantı da mümkündür). Bu zonada hər bir BS- baza stansiyaları “nöqtə - çoxnöqtə” sxemi üzrə, istifadəçilərin tele­kom­­munikasiya avadanlığı yerləşdirilmiş binalara siqnalı ötür­mək-qəbul etmək xüsusiyyətinə malik olur. Bu binalarda qəbul­edi­ci-ötürücü antenalar quraşdırılır ki, bu antenalara müş­təri­lərin stansiyaları SS (Subscriber Station) qoşulur. Ethernet, İP, DECT, E1 (T1) üzrə istifadəçi avadanlıqları bina­nın daxilində SS-ə qoşulur. Ona həmçinin İEEE802.11 stan­dartını dəstəklə­yən avadanlıqlar da qoşulur. Baza stansiyaları elektrorabitə şə­bə­kələri vasitəsilə milli, beynəlxalq və internet-şəbəkələrinə çıxış əldə edirlər.
WiMAX bu, yüksək servis keyfiyyətinə malik olan ope­rator sinifli texnologiyadır. Multiservislik, tezliklərin səlist paylanılması, müxtəlif növ trafiklərə prioritetlərin (üstünlük dərə­cəsi) verilməsi, müxtəlif səviyyəli keyfiyyət (QoS - Quality of Service) təmin edə bilmək imkanı, İP, TDM E1/T1 interfeyslərini dəstəkləyə bilmək kimi xüsusiyyətlərə malikdir. Bu texnologiya paralel olaraq səsi ötürməyə, multimedia informasiyasını və rəqəm verilən­lərini bir rabitə kanalı ilə ötürməyə imkan verir. Ən vacib üstünlüyü isə rabitə ərazisini az bir vaxt ərzində geniş­ləndirmək və tutumu çoxalda bilmək imkanının olmasıdır. Bu­rada tətbiq olunan BS-lər hündürlüyü yüksək olan qullələr tələb etmir, onların antenalarını hündür binalarda və yaxud hün­dürlüyü 50 metr tərtibində olan mövcud qüllələrdə quraşdırmaq mümkündür. Elə bir layihə də mövcuddur ki, BS-nı aerostatda qeyd olunmuş vəziyyətdə yerləşdirmək də mümkündür və bu zaman diametri 500 - 600 km olan ərazini də əhatə etmək imkanı yaranır.
Bir ədəd BS 802.16 standartlı şəbəkədə çoxlu sayda istifadəçiyə xidmət göstərə bilər və onların hamısına müxtəlif səviyyəli xidmət təklif edə bilər: məsələn, 60 biznes-istifadəçi üçün - E1 kanalı ilə (sürət 2,048 Mbit/san) xidmətlər təklif edə bilər, bununla eyni vaxtda az tələb olunan zolağa malik yüzlərlə mənzil istifadəçisinə də xidmət göstərə bilər.
802.16 standartı məlumatın məxfiliyinin və təhlükəsiz­li­yi­nin yüksək səviyyəsini və trafikin bütün naqilsiz şəbəkə bo­yun­ca şifrlənməsini də təmin edə bilir. Nitq verilənlərinin İP - VoİP üzrə nəql olunması təmin edilir, TDM axınlarının nəqli, E1/T1 şəxsi kanalların təşkili də mümkündür. WiMAX-ın kö­mə­yilə uzaqda yerləşən ofislərin lokal şəbəkələrini birləş­dirmək olar (Transparent LAN - TSL).

Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə